ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

 
305 
 
Araya  bir  müddət  sakitlik  çökdü.  Şəmşid  kişinin  söh-
bətinin  qurtardığını  görüb,  –  Bu  milləti  nə  qədər  qandırsan 
da,  burnundan  və  nəfsindən  qırağı  görən  deyil.  İstəyir  min 
yazıçısı, şairi, divanəsi olsun, bu millət “topların səsinə dik-
sinməyən” həmən millətdir – dedim. 
Namiq sözə qoşuldu: 
– Azərbaycanda cibkəsənlik heç vaxt ara verməyib.  
Şəmşid kişi: 
–  Elə  deməyin  bala.  Bu  millət  elliklə  abırına  bürünən, 
böyük-kiçik yanında hədyan danışmağa ayıb baxan, gözütox 
millətdir. Ona görə bizə “dözümlü” xalq deyirlər. Bizdə olan 
hamıda var, hamıda olan bizdə yoxdur. Bizə nə lazım oldu-
ğunu dərk edənədək belə olacağıq. 
Namiq: 
–  Axı  bizə  nə  lazımdır  ki!  Neftimiz,  qazımız  var,  dün-
yayla    əlaqələr  elə  həddədir  ki,  bunun  pulunu  illərlə  yığıb-
yığışdırmaq olmaz. 
Şəmşid kişi: 
–  Amma  millətin  çoxu  yenə  də  zəlil  gündədir.  Millətin 
dərdi, millətin varıyla harınlayanların vecinə deyil oğul. Bu ha-
rınlar  kasıbları görəndə  ürəkləri bulanır, əti ürpənir, sanki qa-
baqlarından qara pişik keçirmiş kimi təpiklə vurub qovurlar.  
–  Xalqın  halına  yananları  isə,  sonda,  elə  bu  xalqın  özü 
daş-qalaq edib səsini batırıbdır – dedim. 
Namiq: 
–  Axı  niyə  belədir  baba?  Bax  Rusiyada,  Ukraynanın 
özündə bir qərardan xalqın xoşu gəlməyəndə hamı meydan-
lara  axışıb  haqsızlığa  qarşı  səsini  qaldırır  və  istədiyinə  nail 
olmadıqca dinc oturmurlar... 
Şəmşid kişi: 


 
306 
 
–  Bizdə  isə  buna  mane  olan  çoxlu  ürf-adətlər,  məsəllər 
var, – “Başçı Allahın yerdəki kölgəsidir”, “Adam yediyi qaba 
tüpürməz”,  “Dövlətə  qarşı  çıxan,  Allaha  qarşı  çıxar”...  Bizi 
əvvəlki  nəsillər  belə  itaətkar  öyrədiblər.  Bizə  avropanın  söz 
azadlığı, demokratiyası çox lazımdır. Əgər bu xalq dedikləri-
min dadını bilsə, birmərrə bunlardan əl çəkməzlər. Çünki bu 
xalq nizam-intizamı, qayda-qanunu sevən xalqdır. Başbilən-
lərimizdir  bizə  rüşvəti,  “mənəm-mənəm”liyi,  şəriəti,  saxta 
“namus-qeyrət”i,  “vətənpərvər”liyi  sırışt  edib  insanca  dü-
şünməyi  yadırğadanlar.  Xalq  başqa  bir  dünya  barədə 
ucundan-qulağından  eşidir,  ancaq  həmin  şeyi  xalqa  elə  çir-
kin donda təlqin edirlər ki, millət özü bu xülyadan əl çəkir. 
Namiq: 
– Düzələcəkmi görəsən bu məmləkət, baba? 
– Mütləq düzələcək oğul. Bax sən Ukraynanı görüb gəl-
misən. Ürf-adətimizə, valideynlərə ehtiram xatirinə yəqin ki, 
5-6  il  burda  yaşayarsan.  Ancaq  həyatın  səni  gözləyən  acı 
sürprizlərini  görəndə,  –  “Nə  qələt  elədim  gəldim  bu  məm-
ləkətə”  –  deyəcəksən.  İmkanın  olsa  yenidən  qaçacaqsan, 
olmasa, üstünü kif basmış azadlıq yanğısının çürütdüyü bə-
dəninlə bu torpağa qarışacaqsan. Amma xaricdə oxuyan sə-
nin kimi yüzü, mini vətənə qayıtsa, onda sizin qarşınızı heç 
nəylə  almaq  olmaz.  Siz  özünüzlə  təzə  ab-hava,  azadlıq  qo-
xusu gətirirsiniz. 
Namiq: 
– Elə ona görə də bilirlər kimin uşağını hara göndərmək 
lazımdır.  Kimin  ki,  yaxını  hakimiyyətin  tələsindən  çıxa  bil-
mir,  onun  balasını  oxumağa  dövlət  özü  girov  olaraq  gön-
dərir. O da, qurtarıb gələndən sonra ya yuxarıdakı yaxınıyla 


 
307 
 
düşmən olmalıdır, ya da atasının qatili olmamaq üçün canını 
qurtarıb geri dönməlidir... 
Şəmşid kişi: 
–  Daha  gecdir,  bu  məmləkətin  işi  sizə  qalmayıb,  yatın, 
sabah hələ mən uzun yol gedəcəyəm. 
Namiq  arxası  üstə  dönüb,  –  “Gecəniz  xeyirə  qalsın.  Öz 
yorğan-döşəyimizin qoxusunu  az  qala  unutmuşdum”,  –  de-
yib yorğanı başına çəkdi. Şəmşid kişi limonlu suyu axıradək 
içib  –  “Xeyirli  sabahlar  nəsibimiz  olsun”  –  deyib  yanıüstə 
çöndü. 
 
* * * 
 
Səhər ertədən toyuq-cücənin səsinə oyandıq. Şəmşid kişi 
namazını  bitirib,  təsbeh  çəkirdi.  Qalxanda  hava  artıq  işıqla-
nırdı.  Selen  və  Sumaya  isə  səhər  yeməyini  yeyib  gündəlik 
işlərinə  girişmişdilər.  Selen  qaynanasının  yanından  əl  çək-
mirdi  –  quzu,  çəpiş,  cücələrə  elə  həvəslə  baxırdı  ki,  sanki 
birinci  dəfə  görürdü.  Selen,  –  “Sabahınız  xeyir”,  –  deyib 
stəkan-nəlbəkini samovarın yanına düzdü – çox xoşbəxt gö-
rünürdü.  Əl-üzümüzü  yuyub  həyətdəki  süfrə  arxasına  keç-
dik.  Kərə  yağı  və  şüyüdlü  şordan  bürmələdiyimiz  dürməyi 
ağzımıza aparanda Vəzir kişi yanımızda peyda oldu. 
–  Sabahınız  xeyir  tənbəllər.  Deyin  görüm  necə  yatmı-
sınız, yeriniz narahat deyildi ki? 
Şəmşid kişi: 
–    Hər  vaxtınız  xeyir.  İnanmazsan,  son  4  ildə  ən  rahat 
yatdığım gecəydi. 
Mən: 


 
308 
 
–  Mən  onsuz  da  elə  bu  vaxtları  dururam.  İşsiz-gücsüz 
adamam... 
Vəzir kişi: 
–  Biz  isə  Selcan  balamla  saat  5-dən  qalxmışıq,  mal-
heyvanı,  tövlə-bacanı  rahatlayınca  saat  8  olur.  Samovarınız 
soyumayıb ki? 
Selen: 
– Kömür atmışdım ata, qaynardır. Sizə də süzümmü? – 
Vəzirdən soruşdu. 
–  Süz  qızım,  süz.  Gəlinimin  çayını  içməkdən  doyma-
mışam  bu  səhər.  Şəmşid  kişi,  vallah  səhərə  kimi  o  qədər 
fikirləşmişəm ki, axı niyə başqa millətdən, başqa dindən olan 
biriylə  ailə  qurmaq  bizdə  bu  qədər  pis  qəbul  olunur.  Allah 
haqqı  biri  gəlinimin  başqa  millətdən  olduğunu  başıma  qa-
xarsa, onun gözlərini oyaram. Selcan balam bütün hər şeyiy-
lə müsəlmanmış. Qurban olum yaradana, gör nə möcüzələri 
varmış ey... 
Şəmşid kişi : 
–  Biz  də  qorxurduq  ki,  qızı  qəbul  etməzssən  birdən, 
dəstə-ittifaq yanına minnətə gəlmişdik. 
– Allah sizdən razı olsun. Yaxşı ki, gəlmisiniz. Kim bilir 
bəlkə  siz  olmasaydınız  şeytan  qəlbimə  başqa  şeylər  salardı. 
Çox  savab  iş  gördünüz.  Allah  hamınızın  qabağına  xeyir  çı-
xarsın inşallah. 
Vəzir  kişinin  arvadı  böyürdən  çıxdı,  –  “Çünki,  qayna-
naları  onların  dilini,  dinini  bilmirlər,  ona  görə...  Sabahınız 
xeyir, nuş olsun”. Hamımız “Sağ olun” – dedik. 
Vəzir zarafatla arvadına: 
– İndi görək Selcan balam sənə rus dilini öyrədəcək, ya 
sən ona ana dilimizi... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə