Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
1   2   3   4   5   6   7   8   9   ...   40

 

22 

ci  ildə  Leninqrad  (Sankt‐Peterburq)  fizika‐texnika  institu‐

tunun  əməkdaşı  Kobzarev  radiolokasiyanın  nəzəri  əsaslarını 

işləyib hazırladı. Bu dövrdə, yəni elektronikanın ikinci inkişaf 

mərhələsində elektron cihazları ilə yanaşı, qazboşalmalı cihaz‐

lar da təkmilləşdirildi və ilk sənaye lampaları meydana gəldi. 



Radar. Mikroelektronikanın ən vacib sahələrindən biri də 

görünməyən  cisimlərin  yerini  və  hərəkət  sürətini  təyin 

etmək  üçün  radiodalğaları  tətbiq  edən  radiolokasiyadır 

(radarlardır). Radiolokasiyanın təsir Prinsipi, radiodalğaların 

elektrik  xassələri  ətraf  mühitinkindən  fərqli  olan  obyekt‐

lərdən qayıtması (səpilməsi) hadisəsinə əsaslanır. 

İlk dəfə radar ideyası alman ixtiraçısı Xülsmayer tərəfindən 

irəli  sürülmüş  və  o,  1905‐ci  ildə  bu  ideya  üçün  patent  al‐

mışdır.  Bütün  qeyri‐təkmilliklərinə  baxmayaraq,  Xülsmayer 

qurğusu  müasir  radiolokasiyanın  demək  olar  ki,  bütün  əsas 

elementlərinə malik idi. Xülsmayer əksetdirən obyektə qədər 

olan  məsafəni  təyin  etməyin  üsullarını  təsvir  edirdi.  Lakin 

onun  işləri  praktiki  tətbiqini  tapmadı.  Çünki  XX  əsrin  30‐cu 

illərinədək  radiotexnikada  əsasən  uzun  dalğalardan  istifadə 

edilirdi. Məlumdur ki, yaxşı qayıtma, dalğa uzunluğu qayta‐

ran obyektin ölçüləri tərtibində və ondan kiçik olduqda alınır. 

Ona görə də həmin vaxtlar radiorabitədə istifadə olunan uzun 

dalğalar yaxşı qayıda bilməzdilər. 

1922‐ci  ildə  Teylor  və  Yunq  (ABŞ)  ultraqısa  dalğalar  ob‐

lastında  işləyərkən  radiolokasiya  hadisəsini  müşahidə  etdi‐

lər  və  1933‐cü  ildə  onlar  Xayland  ilə  birlikdə  radiolokasiya 

ideyası üçün patent aldılar. 

Lakin  radiolokasiya  ideyasının  praktiki  reallaşması  üçün 

bir  çox  elmi  və  texniki  problemlərin  həlli  tələb  olunurdu. 

Yalnız  1938‐ci  ildə  ABŞ‐da  8  km  məsafədə  işləyə  bilən 

 

23 

radiolokator hazırlandı.

 

 



§1.3. İlk sənaye lampaları 

 

Elektrik  lampası.  XIX  əsrin  sonuncu  onilliyində  bir  çox 

Avropa  şəhərlərinin  həyatına  elektrik  işıqlandırılması  daxil 

olmağa  başladı.  Bu  işıqlandırma  əvvəlcə  yalnız  küçə  və 

meydanlarda tətbiq olunsa da, tezliklə evlərə də daxil oldu. 

Elektrik  işıqlandırılması  elm  və  texnikanın  tarixində  çox 

mühüm  hadisələrdən  biri  olmaqla,  həm  də  böyük  və  cür‐

bəcür  nəticələrə  gətirdi.  Həmin  dövrdə  iki  tip:  közərmə  və 

qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta 

qövsünə əsaslanırdı. Beləki, əgər güclü cərəyan mənbəyinin 

qütblərinə  qoşulmuş  iki  naqilin  əks  uclarını  bir‐birinə 

toxundurub  sonra  bir  neçə  millimetr  məsafəyə  uzaqlaş‐

dırsaq,  bu  naqillərin  həmin  (toxundurulub  uzaqlaşdırılan) 

ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər 

əvəzinə  ucları  itilənmiş  (iynə  şəklinə  salınmış)  iki  kömür 

çubuq  götürüldükdə  bu  hadisə  daha  gözəl  və  daha  parlaq 

olar.  Bu  çubuqları  tətbiq  olunan  gərginliyin  kifayət  qədər 

böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı 

şiddətə malik işıq əmələ gəlir. 

Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus 

alimi  Vasili  Petrov  müşahidə  etmiş,  1810‐cu  ildə  isə  eyni 

ixtiranı  ingilis  fiziki  Devi  etmişdir.  Onların  hər  ikisi  Volta 

qövsündən  işıqlandırma  üçün  istifadə  etməyin  mümkün‐

lüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs 

lampasını  düzəltdi.  O,  ağac  kömüründən  olan  çubuqları 

bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk 

dəfə  Paris  meydanlarından  birini  işıqlandırmaq  üçün  tətbiq 




 

24 

etdi. Sonra bu lampaların əllə tənzimlənməsi saat mexanizmi 

ilə əvəz olundu. 

Ümumiyyətlə,  Yabloçkov  şarları  adlanan  bu  işıq  mən‐

bələri  böyük  diqqət  cəlb  etdi  və  artıq  1877‐ci  ildə  ilk  dəfə 

Parisdə  onların  əsasında  küçə  elektrik  şəbəkələri  quruldu. 

Bu lampalar 200 saata qədər fasiləsiz işləyə bilsələr də, geniş 

tətbiq  (yayılma)  tapmadılar.  Çünki  digər  qusurlar  ilə 

bərabər, onlar həm də çox güclü işıq mənbələri olduğundan 

yalnız böyük salon və meydanlarda, küçələrdə istifadə oluna 

bilərdilər. Onların parlaqlığını idarə etmək mümkün deyildi, 

çünki kiçik cərəyanlarda bu lampalar işləmirdi. 

Bu  baxımdan  közərmə  lampaları  daha  əlverişli  idi.  İş 

prinsipi nazik teldən axan cərəyanın müəyyən gücündə telin 

işıq  saçmaq  həddinə  qədər  qızmasına  əsaslanır.  İlk  dəfə 

fransız alimi Delaryu 1820‐ci ildə platin tel əsasında belə bir 

lampa  yaratdı.  Lakin  bundan  sonra  50  ilə  qədər  bir 

müddətdə  həmin  lampa  istifadə  olunmadı.  Çünki  közərən 

tel  üçün  müvafiq  material  tapılmırdı.  1873‐cü  ildə  rus 

elektrotexniki  Lodıgin  teli  rotor  kömüründən  düzəldilmiş 

közərmə  lampası  hazırladı.  Közərmə  lampasının  balonun‐

dan havanı sormaq təklifini də ilk dəfə məhz Lodıgin verdi. 

1879‐cu  ildə  məşhur  amerikan  ixtiraçısı  Edison  göstərdi 

ki,  keyfiyyətli,  müntəzəm  işıq  verə  bilən  közərmə  lampası 

düzəltmək  üçün  hökmən  əvvəla,  tel  üçün  əlverişli  material 

tapmaq,  ikincisi  isə,  bu  telin  yerləşdiyi  balonun  içərisində 

çox  seyrəldilmiş  mühit  yaratmaq  lazımdır.  Edisonun 

lampaları  30  ilə  qədər  bir  dövrdə  tətbiq  tapdı.  Sonralar 

kömür  tel  metal  tellə  əvəz  edildi.  Hələ  1890‐cı  ildə  Lodıgin 

kömür  teli  çətin  əriyən  (ərimə  temperaturu  3385

0

C  olan) 



metal tellə əvəz etməyi təklif etdi. Belə lampaların sənayedə 

 

25 

kütləvi istehsalı yalnız XX əsrdə başlandı.

 

1918‐ci  ildə  Almaniyanın  Pintş  firmasının  doktoru  Şröter 



ilk  sənaye  lampasını  –  alovsuz  boşalma  lampasını  hazırladı. 

Bu  lampa  220  V  gərginliklə  işləyirdi.  1921‐ci  ildə  Hollan‐

diyanın Filips firması alovsuz boşalma əsasında işləyən 110 V‐

luq  neon  lampalarının  kütləvi  istehsalını  təşkil  etdi.  ABŞ‐da 

isə ilk neon lampalarının istehsalına 1929‐cu ildən başlandı. 

Tiratron.  1930‐cu  ildə  Noylz  neon  alovsuz  boşalma  lam‐

palarında  baş  verən  fiziki  proseslərin  izahını  verdi.  Onun 

izahına  görə  anod  ilə  katod  arasında  boşalmanı  üçüncü 

elektrodun təsiri ilə də yaratmaq mümkündür. Beləliklə, qaz 

boşalma tiratronları 1936‐cı ildən geniş tətbiq edildi. Həmin il 

Vitli tiratronda (şəkil 1.4) anod ilə katod aralığında idarəedici 

(C) elektrodun köməyi ilə elektron və ionların müəyyən kon‐ 

 

 



Şəkil 1.4. Tiratron. A – anod, K – katod, C – tor.

 

– 



К 



Ъ 

А 

Е 






Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə