Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
1   2   3   4   5   6   7   8   9   ...   40

 

düşür.  Elektronika  sahəsində  qazanılan  uğurlar  mürəkkəb  elmi‐

texniki  problemləri  həll  etməyə  imkan  verir.  Məhz  bu  uğurların 

sayəsində  elmi  tədqiqatların  effektivliyi  yüksəlir,  yeni  növ 

maşınlar  və  avadanlıqlar  yaradılır,  effektiv  texnologiya  və  ida‐

rəetmə sistemləri hazırlanır, yeni xassələrə malik materiallar alınır, 

informasiyanın toplanması və işlənməsi prosesləri təkmilləşdirilir. 

Elmi‐texniki  və  istehsalat  problemlərini  əhatə  edən  elektronika  – 

elmin müxtəlif sahələrində qazanılan biliklərə istinad edir. Belə ki, 

elektronika  bir  tərəfdən  digər  elmlər  və  istehsalat  qarşısında 

məsələ  qoyur,  onların  sonrakı  inkişafını  stimullaşdırır,  digər 

tərəfdən  isə  onları  yeni,  keyfiyyətli  texniki  vasitələr  və  tədqiqat 

üsulları  ilə  zənginləşdirir.  Elektronikanın  əsas  elmi‐tədqiqat 

obyektləri aşağıdakılardır: 

1.  Elektronun  və  digər  yüklü  zərrəciklərin  elektromaqnit 

sahəsi ilə qarşılıqlı təsir qanunlarının öyrənilməsi; 

2.  Elektron  cihazlarının  hazırlanmasında  istifadə  edilən  enerji 

çevrilmələri – informasiyanın ötürülməsi, işlənməsi və saxlanması, 

istehsal  proseslərinin  avtomatlaşdırılması,  enerji  qurğularının  ha‐

zırlanması,  nəzarət‐ölçü  cihazlarının  yaradılması  və  təcrübələrdə 

baş verən hadisələrin qarşılıqlı əlaqəsini aydınlaşdırması. 

Elektronikanın  sürətli  inkişafı  nəticəsində  artıq  kvant  elektro‐

nikası,  bərk  cisim  elektronikası,  fotoelektronika,  optoelektronika, 

mikroelektronika,  akustoelektronika,  piroelektronika,  bioelektro‐

nika,  infraqırmızı  dalğalar  texnikası,  krioelektronika,  maqnitoelek‐

tronika  və  s.  kimi  yeni  elmi‐texniki  sahələr  yaranmışdır.  Hazırda 

elektron  cihazlarından  və  elektronikanın  nailiyyətlərindən  insan‐

ların bütün məşğulluq və məişət sahələrində (sənayedə, kənd təsər‐

rüfatında,  tibbidə,  kosmonavtikada,  kibernetikada  və  s.)  eləcə  də, 

fizika,  kimya,  astrofizika,  iqtisadiyyat,  dilçilik,  biologiya,  psixo‐

logiya, arxeologiya və başqa elm sahələrində geniş istifadə olunur. 

 



I FƏSİL 

 

FİZİKİ ELEKTRONİKANIN YARANMASI 

 

§1.1. Fiziki elektronika ilkin mərhələdə 

 

XVIII‐XIX əsrlər elmin sürətlə inkişaf etməsi əlamətləri ilə 

yadda  qalır.  Məhz  bu  illərdə  fizika,  kimya  və  biologiya 

sahəsində  yeni  qanunlar  kəşf  olunmuş,  yeni  cihaz  və  ma‐

şınlar  yaradılmışdır.  Həmin  dövrdə  fizika  elmi  digər  elm‐

lərin  uğurlarından  da  bəhrələnərək  yeni  bir  sahəni  –  fiziki 

elektronikanı yaratmaq mərhələsinə qədəm qoymuşdur. 

Elektrik boşalması. Dünyada ilk dəfə rus alimləri Mixail 

Vasilyeviç  Lomonosov  (1711‐1765)  və  Qeorq  Vilhelm  Rix‐

man  (1711‐1753)  və  onlardan  asılı  olmadan  amerikan  alimi 

Frankel havada elektrik boşalmasını tədqiq etmişlər. 1743‐cü 

ildə  M.V.Lomonosov  «Allahın  böyüklüyü  haqqında  axşam 

düşüncələri»  əsərində  ildırımın  və  şimal  qütb  parıltısının 

elektrik  təbiətli  olması  ideyasını  irəli  sürmüşdür.  Bir  qədər 

sonra  (1752‐ci  ildə)  Frankel  və  Lomonosov  ildırım  maşınının 

köməyi ilə göstərmişlər ki, ildırım və şimşək – havada güclü 

elektrik  boşalmasıdır.  Bununla  yanaşı  aşkar  edilmişdir  ki, 

hətta  ildırım  olmadıqda  da  havada  elektrik  boşalması  baş 

verir. İldırım maşını sadə quruluşa malik olub, yaşayış evində 

qurulmuş  Leyden  bankalarından  ibarət  idi.  Bankalardan 

birinin  qapağı  naqil  vasitəsi  ilə  açıq  havada  yerləşdirilmiş 

metal darağa və ya dəmir milə birləşdirilirdi. 

1753‐cü  ildə  tədqiqat  apararkən  professor  Q.V.Rixman 

dəmir  milə  toxunaraq  ildırım  təsirinə  düşür  və  həlak  olur. 

Sonralar bu istiqamətdə tədqiqatları davam etdirən M.V.Lo‐




 

monosov  ildırım  hadisəsinin  ümumi  nəzəriyyəsini  yarat‐

mışdır  və  həmin  nəzəriyyə  indi  də  istifadə  edilir.  Bundan 

başqa,  M.V.Lomonosov  sürtünən  maşının  təsiri  ilə  havada 

səyriyən boşalmanı da müşahidə edə bilmişdir. 

Sankt‐Peterburq  tibbi‐cərrahiyyə  akademiyasının  akade‐

miki Vasili Vladimiroviç Petrov (1761‐1834) M.V.Lomonoso‐

vun elmi işlərini inkişaf etdirərək, 1802‐ci ildə ilk dəfə olaraq 

(ingilis  fiziki  Devidən  bir  neçə  il  əvvəl)  havada  iki  kömür 

elektrod arasında qövs boşalması hadisəsini müşahidə etmiş 

və  göstərmişdir  ki,  havadan  elektrik  cərəyanı  keçərkən 

elektrik boşalması baş verir. V.V.Petrov öz kəşfini belə təsvir 

edirdi: «Əgər şüşə masanın üzərinə 2‐3 qırıntı ağac kömürü 

qoyub,  onları  naqillər  vasitəsi  ilə  güclü  elektrik  mənbəyinə 

qoşsaq və bir‐birinə yaxınlaşdırsaq, həmin kömür qırıntıları 

arasında  parlaq  (gözqamaşdırıcı)  ağ  işıqlanma  (alov) 

yaranacaq  və  bu  alovun  təsirindən  kömürlər  yanacaq». 

V.V.Petrovun  elmi  işləri  rus  dilində  dərc  olduğuna  görə, 

onlar xarici ölkə alimləri üçün əlçatmaz idi. Rusiyada həmin 

dövrdə  elmi  işlərə  bir  o  qədər  maraq  göstərilmədiyindən 

həmin işlər tezliklə unudulmuşdu və məhz bu səbəbdən də, 

sonralar qövs boşalmasının kəşfi ingilis alimi Devinin adına 

yazılmışdır. 

Müxtəlif maddələrin udma və şüalanmasının öyrənilməsi 

alman alimi Plukkeri Hesler borusunu yaratmağa sövq etmiş 

və  o,  1857‐ci  ildə  müəyyənləşdirmişdir  ki,  kapillyar  boruya 

daxil  edilmiş  Hesler  borusu  spektroskopun  obyektivində 

yerləşdirildikdə müşahidə olunan spektr bir‐qiymətli olaraq 

ondakı  qazın  spektrini  verir.  Bununla  da,  Plukker  ilk  dəfə 

olaraq  Balmer  seriyasına  daxil  olan  hidrogenin  üç  xəttini 

aşkar  etmişdir.  Sonralar  Plukkerin  şagirdi  Hittorf  onun 

 

tədqiqatlarını  davam  etdirərək,  1869‐cu  ildə  alovsuz 

boşalmanda  elektrik  keçiriciliyi  haqqında  silsilə  məqalələr 

çap etdirmişdir. 

Hittorfun  və  Plukkerin  işlərinə  əsaslanan  ingilis  alimi 

Kruks isə katod şüalarını kəşf etmişdir. 

Qaz boşalmasının öyrənilməsində ingilis alimi D.Tomson 

(1856‐1940)  elmdə  böyük  sıçrayış  yaratmış,  elektronların  və 

ionların  mövcudluğu  fikrini  söyləmişdir.  Tomsonun  elm 

üçün  ən  böyük  xidməti  isə  Kavendiş  laboratoriyasını 

yaratmasıdır. Bu laboratoriyada qazlarda elektrik boşalması 

tədqiq  edilirdi.  Laboratoriya  Tausent,  Aston,  Ernest  Re‐

zerford  (1871‐1937),  Kruks  və  Riçardson  kimi  məşhur 

tədqiqatçı alimləri yetişdirməklə yanaşı, elektronikanın inki‐

şafına da çoxlu dəyərli töhfələr vermişdir. 

Qövs  boşalmasının  tədqiqi  və  tətbiqi  sahəsində  rus  alim‐

lərinin  də  böyük  xidmətləri  olmuşdur.  Bunların  sırasında 

metalların  qövs  boşalması  ilə  əridilməsi  və  qaynaqlan‐

masının müəllifləri olan Pavel Nikolayeviç Yabloçkov (1847‐

1894),  Çikolev  (1845‐1898),  Nikolay  Qavriloviç  Slavyanov 

(1839‐1896)  qövs  boşalmasından  işıqlandırıcı  vasitə  kimi 

istifadə  edilməsini  göstərən  Nikolay  Nikolayeviç  Bernardos 

(1842‐1905)  kimi  məşhur  ixtiraçı  alimlərin  adlarını  çəkmək 

olar.  Laçinov  və  Mitkeviç  isə  qövs  boşalmasının  tədqiqində 

elmi  işləri  davam  etdirərək  bir  qədər  sonralar  qövs  boşal‐

ması  katodunda  baş  verən  hadisələrin  təbiətini  müəyyən‐

ləşdirmişdir. 



Fotoeffekt.  Stoletov  Aleksandr  Qriqoryeviç  (1839‐1896) 

uzun  müddət  (1881‐1891‐ci  illərdə)  qazlarda  qeyri‐müstəqil 

boşalma  prosesini  öyrənmişdir.  O,  Moskva  Universitetində 

işləyərkən tədqiqatlarını davam etdirmək üçün havada asılı 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə