Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
10
muş və rus silahları ilə təchiz edilmişdi. 1915-ci ilin martı üçün erməni silahlı qüvvələri Osmanlı imperiyasında
inqilaba başlamağa hazır dayanmışdı. Lazımi işarə veriləndə Vandakı ermənilər polis məntəqələrini və müsəl-
man evlərini atəşə tutdu. Ermənilər öz silah-sursatını məxfi halda şəhərə gətirdikləri üçün onların hücumu kütlə-
vi təəccübə səbəb oldu. Ermənilər dərhal Van şəhəri üzərində nəzarəti ələ keçirib müsəlman məhəllələrini yan-
dırmağa və əsir tutduqları müsəlmanları öldürməyə başladılar. Bütün Şərqi Anadolu ərazisində hücuma keçən
ermənilər eyni taktikadan istifadə edirdilər.(52)
Bu hücumlar da xristianların Balkanlardakı hücumları kimi eyni üsulla aparılırdı—ilk növbədə müxalifət
yarada biləcək fərdləri öldürmək! Müsəlmanlara aid olan hər şey məhv edilirdi. Bütün məscidlər yandırılırdı.
Hər şəhərin geniş müsəlman məhəllələri yandırılıb külə çevrilirdi. Yalnız yaralı-bahalı binalara əl vurmurdular.
Kiçik müsəlman kəndlərinə də hücum edilirdi. Müsəlmanlar apara biləcəkləri əşyaları götürüb qaçmağa məcbur
edilirdi. Kəndlərdən kənarda yollarda isə onları soymaq, öldürmək, qadınları isə zorlamaq üçün digər ermənilər
gözləyirdilər. Diri qalanlar canlarını xristian ermənilərdən qurtarmaq üçün ac-yalavac və münasib əyin-başı belə
olmadan qaçıb xilas yolları axtarırdılar. Bu zamanlar kəndlərdə çox az sayda cavan oğlanlar qalmışdı—cavanla-
rın çoxu Osmanlı ordusuna çağırılmışdı.(53)
1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı siyasi partiyaların leqal fəaliyyətinə də imkan yaratdı. Za-
qafqaziyanın o zamankı şəraitində milli partiyalar fəal siyasi mübarizə meydanına atıldılar. Zaqafqaziyanın mü-
səlman əhalisi içərisində ən nüfuzlu siyasi partiya “Müsavat” partiyası idi. Gürcü menşevikləri və qatı millətçi
“Daşnaksütyun” partiyası diyar əhalisinin müəyyən hissəsi içərisində özlərinə tərəfdan tapmışdılar. Daşnak par-
tiyası öz mürtəce millətçi sifəti ilə milli ehtirasları qızışdırmaq, terror və zorakılıq siyasəti yeritməsi ilə bütün
digər siyasi partiyalardan fərqlənirdi.
1918-ci ilin martında Bakıda və Azərbaycanın bəzi qəzalarında bolşeviklərin fitvası ilə erməni-daşnak
hərbi dəstələrinin törətdikləri milli qırğın uzun bir dövr ərzində sovet hakimiyyətinin möhkəmləndirilməsi uğ-
runda və əksinqilab üzərində böyük qələbə kimi qələmə verilmişdir. Başqa tərzdə düşünənlər, əsil həqiqəti giz-
lətməyənlər də olmuşdur. Elə həmin günlərdə daşnak dəstələrinin dinc əhaliyə divan tutmasını müsəlmanlara
qarşı görünməmiş cinayət adlandıranlar da var idi. Bolşeviklər arasında da həmin faciəni sovet hakimiyyəti
üçün qara ləkə hesab edənlər də olmuşdur. Tarixi həqiqətdən uzaq olan məlumatlar qəsdən heç də mart hadisə-
lərinin real mənzərəsini yaratmırdı. Bir neçə yüz nəfərlik müsəlman diviziyası sovet hərbi hissələri və çoxmin-
lik daşnak erməni hərbi hissələri ilə bir cərgədə qoyulur, güc-bəla ilə əlinə ibtidai silah almağa macal tapmış
dinc əhali isə “silahlı müsəlman quldur dəstələri” adlandırılırdı.(54)
Mart hadisələri ərəfəsində Bakıda sovet hərbi hissələri ilə yanaşı, xeyli silahlı erməni əsgərləri də var idi.
Şaumyanın özünün qeyd etdiyi kimi, 10 minə nədər (6 min sovet, 4 min daşnak) Bakıda silahlı qüvvə toplamış-
dı. Demək olar ki, bu qüvvənin qarşısında azərbaycanlılar silahsız idilər. Başda Şaumyan olmaqla Bakı Soveti-
nin rəhbərliyi “müsəlman əksinqilabçı ünsürlər”,—deyə adlandırdıqları şəhərin azərbaycanlı əhalisini milli mü-
naqişəyə cəlb etmək üçün bəhanə axtarırdı. Tezliklə belə bir imkan tapıldı.(55) Lənkərana yola düşməyə hazır-
laşan bir neçə yüz nəfər müsəlman diviziyasının zabit və əsgərinin tərksilah edilməsi, buna etiraz əlaməti olaraq
azərbaycanlıların kortəbii mitinqlərinin keçirilməsi və ən nəhayət, sovet hərbi hissələrinin altı dəstəsinə təxribat
məqsədilə atəş açılması bolşeviklərin əl-qolunu açmış oldu. Şaumyanın özü etiraf edirdi ki, “Altı dəstənin üzəri-
nə düşmən tərəfindən ilk silahlı basqın cəhdindən istifadə edərək cəbhə boyu hücuma başladıq”. Əslində bu,
“müsəlmanəksinqilabi”, “müsavatçıların antisovet qiyamı” əleyhinə mübarizə adı altında bolşeviklərin daşnak-
larla birlikdə dinc, silahsız, azərbaycanlı əhalisinə qarşı qabaqcadan düşünülmüş və həyata keçirilən milli qırğın
idi.(56) Qırğın zamanı şəhərin müsəlman məhəllələri şiddətli atəşə tutulur, dinc əhali qırılır, qarətlər baş alıb ge-
dirdi. 1918-ci il martın son üç günü ərzində aramsız davam edən döyüşlər əslində azərbaycanlılara qarşı soyqırı-
mı idi. Bu soyqırımı zamanı 12 mindən çox günahsız azərbaycanlı qanına qəltan edildi. Həmin soyqırımında
daşnakpərəst A.Mikoyanın başçılıq etdiyi “Qırmızı Qvardiya” dəstələri də iştirak etmişdilər. Hətta İçərişəhərə
hücum zamanı A.Mikoyan yaralanmışdı. “İnqilabi əksinqilabdan müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri
Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə”ni yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” və b. qə-
zet və jurnalların redaksiyalarını dağıtmış, Təzə Pir məscidinə böyük ziyan vurmuşdular.(57) Bolşeviklərin ya-
xından iştirakı ilə əksinqilaba qarşı müharibə bayrağı altında Azərbaycanın Şamaxı, Quba, Göyçay, Lənkəran,
Qarabağ və Naxçıvan bölgələrində ermənilər milli qırğın törətmişdilər. Bu qırğınlar bolşevik donu geyən daş-
nak Q.Korqanovla birlikdə Amazaspın, Avetisyanın, Lalayansın, Petrovun quldur dəstələri tərəfindən törədil-
mişdi. Qırğınlar zamanı 15-20 min azərbaycanlı öldürülmüşdü.(58)
Erməni tarixçisi Hovanesyan belə bir faktı qəbul edir ki, I Dünya müharibəsi yaxınlaşdıqca Azərbaycan,
Ermənistan və Gürcüstan arasında “beynəl-irqi” müharibə qızışdı. Əslində isə beynəl-irqi müharibəni ermənilər
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
11
başlamışdı. Hər halda, türk ordusu regiondan çıxan kimi ermənilər dağlarda nəzarəti ələ keçirmək üçün hər cür
cəhdlərini işə saldılar.
1918-ci ildən bu günə kimi Ermənistanın iki əsas ixracı olmuşdur: öz “tarixi vətən”lərindən xaricə axışan
öz milləti və terrorizm! 1918-ci ildən bu günə kimi Ermənistanın bir əsas idxalı olmuşdur və olmaqda davam
edir: başqa xalqlardan alınan xarici yardım!
1919-cu ilin fevralında ABŞ konqresi 100 milyon dollarlıq fond qanunu qəbul etdi. Bu pullar “ermənilə-
rin, suriyalıların, yunanların və indi və ya əvvəllər Türkiyənin subyekti olmuş Kiçik Asiyadakı Amerika ilə düş-
mən olmayan digər xristian və yəhudi əhalisinə” kömək üçün nəzərdə tutulmuşdu”.(59)
Anti-türk, anti-müsəlman lobbi Konqreslə öz işini yaxşı qurmuşdu. Türklərin əlindən əzab çəkmiş erməni-
dənsə, ermənilərin əlindən daha çox türkün əzab çəkməsi faktına baxmayaraq, həmin münasibət bu gün də da-
vam edir. Bu faciəli müharibənin hər iki tərəfi heç vaxt Birləşmiş Ştatların əhalisinə təqdim edilməmişdir. Sə-
bəb isə sadə idi—Ermənistan xristian millətidir, Türkiyə isə yox. Ermənilərin Osmanlı hökumətini yıxmaq niy-
yəti ilə özlərini bu əzaba düçar etməsini isə amerikanlara demək vacib sayılmır.
1919-cu ilin son rübünə kimi dövlət tərəfindən maliyyələşdirilən və özəl amerikan kömək təşkilatları er-
məni xalqına 20 milyon dollardan artıq qiymətləndirilən ərzaq və pul yardımı etmişdi. Bu məbləğin yarısından
çoxu, xüsusilə birbaşa Ermənistan Respublikasına verilən hissə Amerika Kömək İdarəsi vasitəsilə maliyyə yar-
dımı aldı. İdarənin baş direktoru Herbert Huver ARA və ACRNE təşkilatlarının fəaliyyətini tənzimləyirdi.
ARA-nın hər gəmisi üçün erməni hökuməti Birləşmiş Ştatların xəzinəsinə ödənməli olan xüsusi vəd sənədi ya-
yırdı, ACRNE-nin bütün köməkliyi isə Amerika xalqının erməni xalqına birbaşa hədiyyəsi idi.
1920-ci ilin noyabrında Ermənistanda sovetlər qurulduqdan sonra İrana qaçan Daşnaksütyun tör-töküntü-
ləri burada da sakit oturmurlar. İran erməni terror hərəkatının başlıca mərkəzlərindən birinə çevrilən İran hakim
dairələrinin onlara qarşı müsbət münasibətindən istifadə edən mühacir daşnaklar yerli ermənilərlə birlikdə İran-
da özlərinin çoxlu iqtisadi və ictimai təşkilatlarını yaradır, məktəblər və teatrlar açır, qəzetlər nəşr edirlər.(60)
Onlar İranın bir çox mülki və hərbi idarələrinə soxulur, Rza Pəhləvinin hakimiyyətə gəlməsindən istifadə edə-
rək İran Azərbaycanında iqtisadi və ticarət imtiyazları, bu sahədə hegemonluğu öz əllərinə keçirməyə çalışırlar.
Maraqlıdır ki, SSRİ-nin İrandakı səfiri erməni Danityanın köməyi ilə ermənilər İrandakı rüs səfirliyində də əsas
vəzifələri öz əllərinə keçirirlər. Bir sözlə, ermənilər İranda xüsusi iqtisadi, ticarət və mədəni imtiyazlar əldə
edirlər. Ancaq bununla kifayətlənmirlər. Hər yerdə olduğu kimi, burada da siyasi fəaliyyəti ön plana çəkir. er-
mənilərə xas olan təcavüzkarlıq siyasətini daha da gücləndirirlər. Təəssüflər olsun ki, İranın “Təbriz”, “Pərvə-
riş” kimi qəzetləri də erməni daşnaklarının dəyirmanına su tökür, türklərə, o cümlədən azəri türklərinə qarşı təb-
liğatda onların əlində vasitəyə çevrilirlər.
1920-ci ildən ta üzü bəri İranda erməni millətçiləri və daşnaklarının siyasi təbliğatının əsas qayəsi türk
dünyasına, ilk növbədə isə Türkiyə və Azərbaycana qarşı yönəldilmişdir. İrandakı daşnaklar və mühacir erməni-
lər İranda hakimiyyətə gəlmiş Pəhləvi xanədanının şovinist, paniranizm və ya panariyanizm əhval-ruhiyyəsin-
dən məharətlə istifadə etməyə çalışır, onu daha da qızışdırırdılar.
Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında Erməni məsələ-
si ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər.(61) “Erməni ocağı” yaratmaq, “milli azlıqlar”ın müdafiəsi
üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli süüldü; lakin
bu yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi
güddüyü üçün lazımi güzəştlər edilən kimi layihə aradan götürüldü. Sonralar da Qərbi Avropa dövlətləri Kiliki-
yaya bitişik ərazilərdən—Mardin, Ayuqab, Urfadan türklərin qovulmasına və qırılmasına soyuqqanlı şahid kimi
baxırdılar.
Ermənilərə 1920-ci ildən sonra yeganə real “köməyi” Rusiya göstərdi. 1923-cü il yanvarın 27-də Çiçerin
Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsi-
ni öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman “Çiçerin yoldaş” tamamilə haqlı olaraq göstərdi ki, so-
vet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsə-
lə lazımi şəkildə həll oluna bilməzdi. Çiçerinin məktubu xaricdəki erməni dairələrində hədsiz dərəcədə güclü
əks-səda doğurdu; bir sıra siyasi və xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətlarlıqlarını bildir-
dilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər.
“Böyük Ermənistan” ideyası ölmədi. Bu Sovet Ermənistanında böyük təsərrüfat və mədəniyyət işləri “di-
aspor”dakı erməni siyasi partiyalarının ideologiyasına çevrildi. Daşnaklar, “Hnçak” və “Ramkavor”çular terror
və silahlı müdaxilə yolu tutaraq, bu sahədə Qərbdəki əlaltıları ilə müdhiş və xain planlar cızmağa başladılar.
___________________
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
12
1
Gunter M. Contemparary Armenian Тerrorisм. Теrorism: An international journal, vol.8, N 3, 1986, р.24.
2
Qurko-Kryajin V. Erməni məsələsi. B., 1990, səh.7 (BSE-nin 1926-cı il nəşrindən məqalə. 1926-cı il.
3
Samuel A.Uims. Ermənistan terrorçu “xristian” ölkənin gizlinləri. Ermənilərin böyük fırıldaq seriyaları—I cild, B., 2004, səh.34.
4
Məmmədova F. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası, B., 1993, səh.215.
5
Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX-начале ХХ в. Б., 1993 (часть первая),
стр.26-29.
6
Nalbandian Louise. The Armenian Revolutionary Movement. Los Angeles. 1963, səh.71.
7
Армянский геноцид: миф и реальность. Б., 1992, стр.40.
8
Cordes B. Armenian теrrorisм in America. Sympozium on international теrrorisм. Ankara, Turkey (Ankara Universitu Press), 1984,
p.46.
9
Величко В.Л. Кавказ. Русское дело и между племенные вопросы, МП, 1904, Б., 1990, стр.39.
10
Жаринов К.В. Терроризм и террористы. Минск, 1999, стр.47-48.
11
Борьба с терроризмом—общая самооборона.//Азия и Африка, N 3, 2002, с.18.
12
Дашнаки (Из материалов департамента полиции). Б., 1990, стр.6-8.
13
Siyasi tarix (mühazirə kursu). I hissə, B., 1995, səh.55.
14
Жасмин М.К. Армянский терроризм: как яд и противоядие, Анкара, 1984, стр.44-45.
15
Салахи Р.Соньел. Оттоманские армяне, Лондон (К.Рустам и братья), 1987, стр.44.
16
Турки обвиняют Грецию в предоставлении убежища армянскому боевику, только что освобожденному из тюрьмы
югославскими властями –"Американ рипортер", 30 июля, 1987.
17
Hacıyev S. Türkiyə-Rusiya münasibətləri-erməni terroru (XIX əsrin sonu—1920-ci ilə qədər),B.,1998, səh.21-22.
18
Kennet Kartman. Terörizm: Orta Doğuda terör örçütleri ve terörü destekleyen devletler.//Avrasiya Dosyası, Ankara, 2002, N 7,
s.56-57.
19
Hacıyev S. Yaxın və Orta Şərqdə separatçı terrorizm. Hədəf Türkiyə və Azərbaycan. “Dirçəliş-XXI əsr”, 2004, yanvar, N 71,
səh.37.
20
Ordubadi M.S. Qanlı illər, B., 1991, səh.79.
21
Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. B., 1993, səh.17-18.
22
Дашнаки (из материалов департамента полиции), Б., 1990, стр.12-15.
23
Onullahi S.M. Erməni millətçiləri və İran. B., 2002, səh.37.
24
Ordubadi M.S. Qanlı illər, B., 1991, səh.34.
25
Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. B., 1993, səh.47-48.
26
Gunter M. The Armenian теrroriist campaign Against, Turkey. Orbis. summer. 1983, р.121-122.
27
httр://www/teror.gen.tr./türkce/yurtdışı/diger/ ermeni—PKK/işbirligi:html.
28
Хут У.Лоури. “Армянский терроризм XIX и XX веков: неразрывные нити”. Международный терроризм и его связь с нар-
котиками, Анкара, 1984, стр.74.
29
Esat Uras. Tarihte ermeniler və ermeni meselesi. İstanbul, 1987, s.28-29.
30
Asmi Süslü. Ermeniler ve 1915 tehcir olayı. Van, 1990, s.146-147.
31
Laury Н. Nineteenth and Twentieth Century Armenian теrrorisм. Symposium on International Теrrorisм. Ankara, Turkey (Ankara
University Press), 1984, р.98.)
32
“Ermənilər terrorizmin ən iyrənc formasından istifadə edirlər”//“Azərbaycan” qəzeti, 28 fevral 2004-cü il.
33
Nejat Çöyünç. Osmanlı idaresinde ermeniler. İstanbul, 1983, s.106-107.
34
Məmmədov İ. Tariximiz, torpağımız, taleyimiz. B., 2002, səh.31-32.
35
Onullahi S.M. Erməni millətçiləri və İran. B., 2002, səh.39-40.
36
Həsənov N.F. Terrorçuluq və onun mahiyyəti. Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri (el-
mi məqalələr məcmuəsi), B., 2004, səh.21.
37
Alper A. Çazigipay. Ermeni terrörünün Kaynakları. İstanbul, 1982, s.91-92.
38
Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals), р.41.
39
Gunter M. Нistorial Origins of Contemparary Armenian Теrrorisм. Journal of South Asian and Middle Eastem Studies, vol.9, N 1
Fall, 1985.
40
http//www/teror.gen.tr./türkce/yurtdışı/diger/index.html.
41
Papazian K.S. Pаtriotisм Perverted: Armenian Revolutionary Federation: Boston, 1934, р.121-122.
42
Asadov S. Filosofiə revanşizma ili armənskaə krovojadnostğ. B., 2002, str.89-90.
43
Салимов К.Н. Современные проблемы терроризма. М., 1999, стр.36.
44
Салимов К.Н. Современные проблемы борьбы с терроризмом.//Методические указания. Б., 1998, стр.51-52.
45
“Haydad” və “ASALA” erməni terror təşkilatları. Hüquqi dövlət və qanun. 2001, N 45, səh.31.
46
İlyasov V. “Terrorçuluq ermənilərin dövlət siyasətidir”.//“Azərbaycan” qəzeti, 24 aprel 2004.
47
General J.C.Нarbord: American Military Mission to Armenia, International Coclusion, N 151, june, 1920, New York, р.141.
48
“Erməni terrorizmi ifşa olunur”//“Xalq qəzeti”, 29 aprel 2003-cü il.
49
“Terrorizm bəşəri bəladır”.//“Azərbaycan” qəzeti, 21 aprel 2004-cü il.
50
Нartill L.R. Men are like that. Indianopolis, 1928, р.97-99.
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
13
51
Siyasi tarix, cild I, B., 1995, səh.58.
52
Sonyel S.R. Нow Armenian Propaganda Received the Cristian World. Bulletin, vol XLI, N 161. Ankara, January 1977. р.139-140.
53
Kayıbov İ., Şerifov A. Armənskiy terrorizm. B., 1991, str.29-30.
54
31 mart—Azərbaycanlıların soyqırımı günüdür”.//“Azərbaycan” qəzeti, 26 mart 2004-cü il.
55
Rəhimzadə A. Həyat bizi terrorizmə qarşı barışmaz mübarizəyə səsləyir.//Dirçəliş—XXI əsr. N 51, 2002, səh.41-42.
56
Laury Н. Nineteenth and Twentieth Century Armenian Теrrorisм. Symposium on International Теrrorisм. Ankara, Turkey (Ankara
University Press), 1984, р.161-162.
57
Араслы Дж. Четвертая мировая война. Информационно-аналитический справочник по негосударственным системам, Б.,
2002, стр.71.
58
İsgəndərov A. 1918-ci il mart soyqırımının tarixşünaslığı, B., 1997, səh.29-30.
59
Samuel A.Uimz. Göstərilən əsəri. B., 2004, səh.132.
60
Məmmədzadə M.B. Ermənilər və İran, B., 1993, səh.4.
61
Esat Uras. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul, 1987, s.149-150.
Dostları ilə paylaş: |