A.Qross: "Ermənistan hərb yolu ilə qalib gəlməkdə
zəifdir" (EKSKLÜZİV)
AŞ PA-nın Azərbaycan üzrə keçmiş məruzəçisi hesab edir ki, Ermənistan siyasi
kompromisə məcburdur
Aytən Həmidova
23.09.2009 13:15
Kateqoriya:
Region
Kəmalə Ramazanova, Finlandiya
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə keçmiş məruzəçisi Andreas
Qrossun ANS PRESS-ə müsahibəsi:
Şimali Qafqazdakı vəziyyəti necə qiymətləndirirsiniz? Sizcə, Şimali Qafqaz hələ də qeyri-sabit
region olaraq qalır?
Mən fikirləşirəm ki, Şimali Qafqazda vəziyyət iki il bundan əvvəl olduğu kimi pisdir. Ancaq
İnquşetiyada davam edən hücumlar Kadırovun törətdiyi zorakılıq faktları və bütün regiona
nəzarəti ələ keçirmək niyyəti ilə bağlı yaranmış gərginlik, heç kimin Kadırovla mübarizə
aparmaması böyük problemdir. Mən fikirləşirəm ki, Moskva Şimali Qafqaz regionu ilə düzgün
rəftar etmir. Onlar sadəcə Çeçenistan üçün yox, bütün Şimali Qafqaz üçün Kadırova
güvənməməlidirlər. Moskva siyasətini dəyişməlidir. Çünki Kadırov nə Moskvanın, nə də Şimali
Qafqazın marağına uyğun hərəkət etmir.
Bölgədə gərginlik yaratmaq kimin marağındadır?
Mən deməzdim ki, bu gərginliyin yaranması kiminsə marağındadır. Ola bilsin ki, Kadırov və onun
komandası üçün. Çünki o, Moskvadan çoxlu pul alır və o, adamların ona sadiq ola bilmələrini
pulla təmin edə bilir. Ancaq hər kəs hətta, Kadırov bilir və ya bilməlidir ki, bu, Çeçenistanın
gələcəyi üçün yaxşı deyildir. Müsbət element, odur ki, Kadırovun Zakayev ilə danışıqlar
aparmağa hazır olduğu görünür. Ancaq dissidentlərin fundamentalist hissəsi onu müxalifət
hərəkatından dərhal çıxardılar. Moskva üçün, bu, həmçinin təhlükəlidir. Rus hakimiyyəti və
Rusiya qanunvericiliyi Kadırovun idarə sistemindən yaranan zorakılıq ilə dağıdılır. Mən
fikirləşmirəm ki, bu kiminsə real marağındadır. Moskvanın marağında olmalıdır ki, müxtəlif
respublikaların Rusiya Federasiyası çərçivəsində özünü müəyyənetmə funksiyasını saxlamaqla
barışıq prosesini başlamalı və eyni zamanda onlar azad olmalıdırlar ki, Kadırovun
hakimiyyətindəki zorakılığa üstün gələ bilsinlər. Ancaq bu, çox çətindir. Mən Dik Marty ilə ora
getmək istəyərdim. Bu vəziyyəti həll etməyə cəhd etmək bizim vəzifəmizdir. Burada bir çox
səhvlər edilib və biz kompromis əldə etmək üçün çalışmalıyıq. Amma heç bir gələcəyi olmayan
zorakı fundamentalistlər ilə yox, başqaları ilə.
Sizcə Şimalda tez-tez baş verən terror hücumları Cənuba gələ bilərmi?
Mən düşünürəm ki, indi Türkiyə və Ermənistanın ümumi dil tapması üçün yaxşı vaxtdır və əsas
odur ki, onlar yaxşı qonşuluq münasibəti yaratmaq istəyirlər. Əgər Türkiyə və Ermənistan yaxşı
qonşuluq münasibəti yaratsalar və xüsusilə, Ermənistan və Azərbaycan ola bilsin ki, Rusiya və
Türkiyənin köməyi ilə Dağlıq Qarabağ problemini həll edə bilsə, mən fikirləşirəm ki, terrorçular
Şimaldan Cənubi Qafqaza keçə bilməyəcəklər. Əlbəttə, Dağıstan terrorçularla doludur və onlar
Azərbaycana Dağıstandan gələ bilərlər. Ancaq mən fikirləşirəm ki, Ermənistan və Azərbaycan
Dağlıq Qarabağ münaqişəsini qarşılıqlı anlaşma və insan haqlarına əməl olunması şərtilə həll
edərlərsə və daha demokratik ölkə olarlarsa, onda bu mümkün deyil. Çünki, domokratiya və insan
haqları terrorçulara qarşı ən yaxşı müdafiə vasitəsidir. Mən fikirləşmirəm ki, bu, Şimaldan Cənuba
gələ biləcək bir təhlükədir.
Bəs, Rusiya-Gürcüstan müharibəsi bölgəyə neçə təsir etdi?
Azərbaycan hökuməti Gürcüstan-Rusiya müharibəsindən sonra Dağlıq Qarabağ probleminin heç
bir hərbi həlli ola bilməyəcəyini öyrəndi. Azərbaycanda bəzi adamlar fikirləşirdi ki, münaqişənin
hərbi yolla həlli mümkündür. Gürcüstan Rusiya müharibəsi isə göstərdi ki, bu, mümkün deyil. Ola
bilsin bu, müharibənin yeganə müsbət tərəfidir. Beləliklə, mən Ermənistan və Azərbaycan
prezidentlərinin son görüşlərindən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli nə baş verdiyini bilmək
istərdim. Çətin məsələ isə odur ki, münaqişənin həlli üçün kompromis olmalıdır. Bunun üçün isə
hər iki ölkənin əhalisi buna hazır olmalıdır. Ancaq bugünədək kompromis üçün heç bir hazırlıq
dərəcəsi görsənmir.
Sizcə, Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşması Dağlıq Qarabağın həllinə müsbət təsir
edəcək? İki dövlət arasında münasibətlər normallaşdıqdan sonra Ermənistan qondarma soyqırım
iddialarından əl çəkəcəkmi?
Tamamilə, əlaqələrin normallaşması Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə kömək
edəcək. Bu aydın müsbət elementdir. Ermənistanın və Türkiyənin yaxşı münasibətlərinin olması
Azərbaycan xalqının marağında olmaya bilməz. Nə vaxtki onların yaxşı münasibətləri olacaq,
Dağlıq Qarabağ münaqişəsində kompromis əldə etmək asan olacaq. Bu günədək belə yaxşı şans
yaranmamışdı. İndi Türkiyə müsbət və konstruktiv formada münasibətlərin normallaşmasına cəlb
olunub. Uzun müzakirələrdən sonra Ermənistan Türkiyə ilə beynəlxalq tarixi komissiyanı
yaratmağa razılaşıb. Mən fikirləşirəm ki, bu, hansısa nəticə əldə etməyə kömək edəcək.
Ermənistanın iki il danışıqlardan sonra Türkiyənin beynəlxalq komissiya yaratmaq təklifini qəbul
etməsi çox müsbət addımdır. İndi türk-kürd əlaqəsində oxşar irəliləyişi görmək mümkündür. Mən
olduqca nikbinəm ki, Türk hökuməti düzgün yoldadır. Tarix komissiyası soyqırım məsələsinə tarixi
aspektdən yalnız tarixi həqiqətlərlə yanaşacaq. Bu isə ermənilərə barışıq əldə etməyə, türklərə
isə öz tarixləri ilə üzləşməyə kömək edəcək.
Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyiş varmı?
Əlbəttə, mən irəliləyişi görürəm. Ancaq əsas irəliləyiş odur ki, tərəflər Gürcüstandakı hadisələrdən
sonra müharibənin həll yolu olmadığını öyrəndilər. Ola bilsin ki, Ermənistanın daxilində müxtəlif
fikirlər, maraqlar var. Dağlıq Qarabağ adamları ola bilsin daha radikal düşünürlər. Ancaq
Ermənistan bilir ki, hərbi yolla münaqişədə qalib gəlmək üçün həddindən artıq zəifdirlər. Onlar da
həmçinin siyasi kompromis etməyə məcburdurlar. Aland nümunəsindən onu görə bilərsiniz ki,
siyasi cəhətdən kompromis etmək o deməkdir ki, heç kəs, heç nə əldə etmir, amma hər kəs nəsə
əldə edir, amma heç kəs həqiqətən istədiyini əldə etmir. Əlbəttə adamlar o vaxt bunu qəbul
etmədi. Məhz ona görə insanlar hazırlanmalıdır. Onlar İsveçin və Finlandiyanın nümunələrindən
istifadə edə bilərlər. Maraqlısı odur ki, İsveç və Finlandiya Millətlər Liqasının onlara nəyi təklif
etdiyini bilmədən kompromisi qəbul etdilər. Millətlərin liqası heç kimin xoşbəxt olmayacağı, hər
kəsin nəsə əldə edəcəyi, amma heç kəsin məhz istədiyi şeyi əldə edə bilməyəcəyi bir kompromis
etdi. O vaxt insanların əksəriyyəti bunu qəbul etməsə də, bu gün hər kəs həll ilə xoşbəxtdir.
Dağlıq Qarabağın gələcəyini necə görürsünüz?
Bu, əldə olunacaq kompromisdən asılıdır. Bunu əvvəlcədən demək mümkün deyil. Aydındır ki,
hər bir tərəfi razı salacaq kompromis əldə etmək heç də asan məsələ deyil. Bir -birini uzun
müddət təhqir edən insanları barışdırmaq həmişə çətin məsələdir, amma bu prosesin başqa
alternativi yoxdur. Biz insanlara iqtisadi yardım edərək onların gələcəklərinin olduğunu gəstərə
bilərik, əgər onlar yenidən birləşməyə və barışıq proseslərinə açıq olsalar.
Dostları ilə paylaş: |