www.azadliqciragi.org
19
liberallaşmanı əhatə edən hipotezaların əsas güclü dövlətlər kimi dövlətin statusundan əmələ
gələn davranış nəticəsində alt-üst ola bilməsi mümkündür. Dixotomik dəyişən olan
Güclü
Dövlət?, əgər dövlət verilən ildə əsas gücdürsə, “1”-lə kodlaşdırılır.
Demokratiya balı
Mən demokratiyanı qiymətləndirmək üçün standart İctimai Siyasət IV məlumatlar
bazasından istifadə edirəm (Cəqqərz və Qurr, 1995). İctimai Siyasət məlumatları demokratiyanın
inzibati (AUTOC) və institusional dəstəyinə qoyulan formal məhdudiyyətlərə (DEMOC)
əsaslanan rejimlərin iki on bir bəndlik indeksindən ibarətdir (Qurr et al. 1989). Mən Siyasi
demokratiya (Democ) və avtokratiya (Autoc) miqyaslarını aşağıdakı kimi birləşdirirəm:
[(DeMOC
i
- AUTOC
i
) + 10] / 2 (haradakı i [A,B]).
Bu məlumatlar və göstərici yaratmağa mənim yanaşmam beynəlxalq münaqişə
tədqiqatlarında çox istifadə olunur. (Bax: Onil və Rasset, 1999).
Müdafiə paktı?
Alyanslar dövlətlərarası münaqişəyə aqressiyanın qarşısını almaq, yaxud müdaxiləyə
dəstək vermək yolu ilə təsir etmək məqsədi ilə yaradılır.
Müdafiə paktı? elə saxta bölgüdür ki,
MK Aliyans məlumat bazasında əks olunduğu kimi, müdafiə paktının mövcud olub-olmamasını
göstərmək üçün istifadə edilir (Sinqer və Smol, 1966; Smol və Sinqer, 1990).
19
Qeyd edək ki,
verilən ildə bir çox ölkələrin müdafiə paktı olmamışdır.
Adambaşına düşən ÜDM
Bu bölgü iqtisadi inkişafda üstün tutulan göstəricidir. Mən ÜDM və əhali haqda
məlumatları Sammerz və Hestondan, 1991 götürən Qlediçdən (2002) əldə etmişəm.
Ticarət azadlığı
Qarşılıqlı asılılıq liberal sülhə dair son tədqiqatda vurğulanan 3 komponentdən 2-cisini
formalaşdırır. Ticarət azadlığı ümumi yerli illik idxal ilə məhsul və xidmətlərin ixracının ümumi
cəminin ölkənin ümummilli məhsulunun hasilinə bərabərdir. Qlediç (2002) inkişaf etməkdə olan
ölkələr və sosial ölkələrin müşahidələri də daxil olmaqla, digər mənbələrə nisbətən, bir az
rəqəmləri çatışmayan məlumatlar təqdim edir.
Nüvə silahları?
Nüvə silahları bəndi xüsüsi və ola bilsin ki, transformativdir. Hərbi texnologiya bir çox
millətlərin cəlb olunduğu iki miqyaslı toqquşmalar törədə bilər (Bueno de Meskita və Riker,
1982; Mörşaymer, 1984, 1993). Bundan başqa, “domino” münaqişələri soyuq nüvə
müharibəsinin kölgəsində böyük itkilərə gətirib çıxara bilər (Saqan və Voltz, 2003). Həmçinin
iddia olunur ki, demokratiyanın münaqişəyə təsiri nüvə vahiməsi ilə izah edilə bilər (Rozato,
2003). Mən nüvə dövlətlərini müəyyənləşdirmək üçün Co və Qartzkedən (2002) nüvə silahına
malik dövlətləri və ya iki dövlətdən hansının nüvə silahına malik olduğunu bilmək üçün istifadə
edirəm.
Aİ-nin üzvü?
www.azadliqciragi.org
20
Mən Aİ-nin vebsaytında verilən üzvlük məlumatlarından istifadə edərək, bu ən görkəmli,
şübhəsiz inamlı və təhlükəsiz icmanın üzvlərini illik olaraq onların üzvlüyə daxil olma anından
kodlaşdırıram.
Müvəqqəti asılılıq (əyri dəyişənlər)
Nəhayət, mən Bek, Katz və Takerin (1998) texnikasından istifadə edərək, müvəqqəti
asılılığa nəzarət edirəm. Mən təhlil üçün yaradılmış müstəqil dəyişənlərin hər biri üçün 4 fərqli
əyri dəyişəndən ibarət komplekt yaradıram. Əyrilər Taker (1999) tərəfindən yaradılan münaqişəli
qoşa illər arasındakı gecikmələrin model matrisalarından ibarətdir.
www.azadliqciragi.org
21
Qeydlər
1
Birləşmiş Ştatların dənizçiləri İslandiyada Britaniya və Kanada qoşunlarını 1941–ci ilin iyulunda əvəz etdilər.
(Ferçayld, 1990)
2
Birləşmiş İngilis – Fransız ekspedisiyası, guya Finlandiyaya, onun SSRİ ilə vuruşmasına kömək etmək üçün
Şimali Norveç və İsveçdə möhkəmlətmə işlərinə cəlb olunmuşdur. Əslində məqsəd Almaniya üçün nəzərdə
tutulmuş İsveç dəmir filizinin daşınmasına mane olmaq idi. Həmin Skandinaviya ölkələri müttəfiqlik köməyindən
tam imtina etdikdə, Britaniya və Fransız kabinetlərində həmin yerlərə desant çixarılmasına icazə verildi. Rus-fin
müharibəsi əməliyyatlar başlamazdan əvvəl qurtardı. (Kersaydı , 1990 : 13-36) Müttəfiqlər Skandinaviya
yarmadasının işğalına 1940 –ci ilin martında qayıtdılar. Norveç sahil sularının Britaniya döyüş gəmiləri tərəfindən
minalanması və Almaniyanın Norveç və Danimarkanı işğalından ibarət olan Vesterübunq əməliyyatı faktiki olaraq
eyni zamanda başlandı (Kersaudi 1990,51-63) Birgə demokratik münaqişənin qarşısını ancaq siyasi tərəddüd ala
bildi.
3
Faşist ideologiyası ilə maddi faydalılıq arasında aydın uyğunluq var. Alan Kasselz Hitlerdən sitat gətirir: 2 Əgər bu
gün Avropa torpaqları haqda danışırıqsa, fikrimizdə ilkin olaraq Rusiya və onun vassal sərhəd dövlətləri ola bilər ,”
(2003;233) Veinberq Lebensraumu Alman əhalisinin üstünlük təşkil etdiyi qərbi miqrasiya ilə müqayisə edir. (199,
44) Hitler, əhalisi fabrik işləri və Rur vadisində asudə gəzmək istəsə də, açıq çöllər və fermerlər arzusunda idi.
4
1939 –cu ilin payızında Hitler dəfələrlə bildirmişdir ki, Almaniyanın Şimali Avropanın işlərinə, yaxud Norveç
sahillərinə müdaxilə etmək məqsədi yoxdur və status- kvonun qorunması ən yaxşı alternativdir. (Haikia 1983: 62)
5
II Dünya müharibəsi başlananda bir çox Avropa dövlətləri özlərini neytral elan etdilər. Bunlardan ancaq 5-i özünü
işğaldan, yaxud münaqişəyə birbaşa müdaxilədən qoruya bildi. (İrlandiya, Portuqaliya, İspaniya, İsveç və İsveçrə).
Bunlardan 3-ü (İrlandiya, Portuqaliya və İspaniya) effektiv olaraq hərbi əməliyyatların periferiyasında idi. Qalan 2
dövlət isə ox dövlətləri ilə əhatə olunmuş və həm də sənayeləşdirilmişdi.
6
İsveçin işğalı Alman qüvvələrinə Britaniya Kral donanmasının təhlükəsini aradan qaldırmağa imkan verərdi İsveç
1940-cı ildə yaxşı müdafiə olunmurdu və Cənubdakı torpaqlar ildırım sürətli taktikaya davam gətirməli idi. Haglof
(1960) qeyd edir ki, Şimaldakı dəmir mədənləri və hidroelektrik enerji zavodları sürətlə dağıdıla bilərdi: Haglof həm
də iddia edir ki, İsveçin bu dövrdə təhlükəsizliyi, Hitlerin başqa yeri işğal etməsi ilə məşğul olması olardı, lakin
sonra o, tamamilə əks fikir yaradır: “Hər kəsin Hitlerin Rus cəbhəsindəki vəziyyət haqqında düşündüyünü gözlədiyi
halda, o, saatlarla Norveç sahilinin ehtimalı üzərində baş sındırırdı. “ (1960 : 163)
7
Liberman (1996) vurğulayır ki, qəddar işğalçılar mənfəət qazana bilər, lakin o, müharibənin ticarətdən gələn
gəlirlərdən daha çox fayda gətirdiyini (yalnız mənfəətli olduğunu yox) nə etiraf, nə də nümayiş etdirə bilir
8
Əslində tam aydın idi ki, hər hansı anda hər hansı bir millət, müəyyən məqsədə görə səfərbər ola bilər, ümümi
müharibə başladıqda, bu ancaq vaxt məsələsi idi, çünki əsas hakimiyyət tərəfindən təkcə bir səfərbərlik tələb
edilirdi. (Kissincer 1994, 203)
9
Erkən statistika testləri inkişafla münaqişə arasındakı əlaqəyə şübhə salırdı (Riçardson 1960 , İst və Qreqq, 1967:
Maoz və Rasset, 1922) Buna baxmayaraq, bu təhlillər motivlə imkanın təzadlı effektlərini saya almır (Boehmer və
Sobek 2005 : Gartzre, 2004), varlı dövlətlər xaricdə hakimiyyət layihələşdirir, lakin nadir hallarda öz qonşuları ilə
vuruşurlar
10
Bu məntiqə etirazlar var, lakin onlar əhəmiyyətli əlavə mənfəətsiz cari diskussiyanı qaranlıqlaşdırır
11
Logit dəyişən kimsənin izah etmək istədiyi dixotoma olduqda işlənir, “yəni dəyişən ancaq iki dəyər götürə bilər,
məs. “mübahisə “, yaxud “mübahisəsiz“ kimi
12
Münaqişə üzərində İqtisadi azdlıq indeksini yoxlayan əvvəlki tədqiqatlara Qartske (2000 b) və Barberi (2004)
daxildir. Barberi (2004) monodik statistik model təklif edir və liberal sülh arqumentlərinə qarşı çox tənqididir.
Qartzke dövlətlərarası qarşılıqlı əlaqəni yadlardan təhlilin hissəciyi kimi istifadə edərək yoxlamadan keçirir.
13
Texniki cəhətdən, statistik analiz heç vaxt hipotezanın qəbuluna yox, ancaq alternativlərin imtinasına aparır
14
Müvəqqəti əhatə etmə mövcüd məlumatlarla məhduddur
15
Mən həmçinin qiymətləndirilmiş standart səhvləri vahidlər üzrə (bu halda ölkələr) qruplaşdırmaq üçün
tənzimləyirəm
16
Logit qiymətləndiricisi müstəqil dəyişənlərin dəyərlərinin cəmi, (hərəsi öz əmsalı ilə ağırlaşdırılmışdır) bir üstəgəl
həmin dəyərə bölünməsinə bərabərdir. Bu, sıfırda asimtotik olan siqmadial (“S “ formalı) funksiya və müstəqil
dəyişənlərin dəyərlərində bir və monotonik yaradır.
17
Beynəlxalq əlaqələrdə universal yox, geniş surətdə qəbul olunmuşdur ki, demokratiyalar heç də az davakar deyil;
bax Russo və başqaları (1996) Fakt budur ki, 2,2 şəklində inam intervalı tərəfindən tutulmuş sahə soldan sağa doğru
genişlənir və bu, heteroskedastikliyi göstərir. Burada izahedici dəyişkənliyin (demokratiya) dəyəri ilə
qiymətləndirmənin qeyri-müəyyənliyi arasında əlaqə var. Modeldə Demokratik dəyişkənliyin tam tuta bilmədiyi
nəsə daha mürəkkəb bir şey baş verməkdədir. Həqiqətən, demokratik sülh xüsusi “ dyadik ” qarşılıqlı hərəkət
barəsində bir iddiadır. Bu fərz edir ki, xətt yalnız demokratiyalar arasında aşağı düşməlidir. bax: Rasset (1993),
Rasset və Onil (2001) Başqa yerdə mən demokratik sülhə qarşı çıxıram. İddia edirəm ki, kapitalizmlə əlaqəli ümumi
maraqlar və yaxud iqtisadi dəyişənlər liberal dövlətlər arasındakı münaqişənin olmamısını izah edir, bax Qartzke
1997,2000 a..
18
Mən saxta dəyişən tələsinin qarşısını almaq üçün bir saxta dəyişəni (Sakit okeandakı ada ölkələr). Saxta dəyişən
tələsi o vaxt baş verir ki, saxta dəyişən forması emprik cəhətdən mövcüd olan dəyərlərdən daha çox dəyər yaradır.