Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
493
Bu
əsərlər arasında Ə.Bədəlbəylinin “1905-ci ildə” tamaşası
üz
ərindəki işi zamanı maraqlı bir hadisə baş verir. Cəfər Cabbarlı əsərindəki
Baxşı personajını tar alətində çalmağı bacaran bir adam kimi də təsvir etmək
ist
əyirdi. Lakin əsər hazırlanan zaman bu rolun ifası üçün nəzərdə tutulan
aktyor Süleyman
Tağızadə tar çalmağı bacarmırdı. Əfrasiyab Bədəlbəyli
özü bu aktyor il
ə xüsusi məşqlər keçirib əsərdə səslənən “Azad bir quşdum”
mahnısını ona öyrətdi və bununla da personajın daha canlı alınmasına nail oldu.
Ümumiyy
ətlə, otuzuncu illərin birinci yarısında Əfrasiyab Bədəlbəyli
dram
teatrında tamaşaya qoyulan əsərlərin musiqi tərtibatı işində çox
m
əhsuldar fəaliyyət göstərir. Belə ki, bəstəkar M.F.Axundovun “Hacı Qara”
v
ə “Müsyo Jordan” əsərlərinə musiqi bəstələyir.
Əfrasiyab Bədəlbəyli gözəl başa düşürdü ki, professional musiqi
t
əhsili almasa, gələcəkdə yaxşı musiqiçi ola bilməyəcək. Buna görə də o,
1932-ci ild
ə Moskva konservatoriyasının dirijorluq fakultəsində oxumağa
yola
düşür. Professor K.Saracevin dirijorluq sinifində təhsil alan gənc,
şəhərin mədəni həyatına böyük maraq göstərir, tez-tez simfonik konsertlərə,
opera v
ə balet tamaşalarına gedir, pult arxasında dayanan məşhur dirijorların
h
ərəkətlərini diqqətlə izləyir və getdikcə bu sənətin incəliklərinə mükəmməl
yiy
ələnir.
Lakin bir ild
ən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya
qayıtmalı olur. Bu dövrdə opera teatrında R.Qlierin “Şahsənəm” operası
yeni
quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanırdı.
M
əsələ onda idi ki, əsər üzərində işə başlanılan ilk dövrdə dramaturqun
yaradıcılıq iqtidarına bir qədər inamsızlıq göstərilməsi nəticəsində operanın
librettosu
əvvəldən C.Cabbarlıya yox, bir dramaturq və bir yazıçı kimi zəif
olan M.Qalperin
ə tapşırılır ki, bu da dəyərli musiqisi olan “Şahsənəm”
operasının 1927-ci ildə rus dilində, bir səhnə tamaşası kimi naqis çıxması ilə
n
əticələndi.
Operanın ikinci redaksiyasını isə Azərbaycan dilində səhnələşdirmək
n
əzərdə tutulmuşdu. Əfrasiyab Bədəlbəylinin də bu işdə iştirakı zəruri
sayıldığına görə onu, Moskvadan geri çağırmaq qərara alınmışdı.
H
əqiqətən də, Əfrasiyab Bədəlbəyli operanın səhnə quruluşunda
yaxından iştirak edir, ən başlıcası isə, libretto müəllifi C.Cabbarlı ilə əlbir
çalışaraq tamaşa mətninin ekvoritmik formada musiqi ilə dəqiq uzlaşmasına
İbrahim Quliyev
494
parlaq
şəkildə nail olur. Əsər, 1934-cü ilin 4 may günündə, böyük
müv
əffəqiyyətlə opera teatrının səhnəsində tamaşaya qoyulur. Əsas rolları:
Şahsənəm – Şövkət xanım Məmmədova, Aşıq Qərib – Bülbül ifa edirlər.
Bütün bu nailiyy
ətlərə baxmayaraq, Əfrasiyab Bədəlbəyli bilik və
bacarığını daha da artırmaq üçün 1934-cü ilin payızında Leninqrad (indiki
Sankt-Peterburq –
İ.Q.) şəhərinə yola düşür.
Burada,
Əfrasiyab Bədəlbəyli N.Rimski-Korsakov adına Leninqrad
Dövl
ət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq
şöbəsinə daxil olur və eyni zamanda öz dirijorluq sənətini yüksəltmək
m
əqsədi ilə Leninqrad opera və balet teatrında, teatrın baş dirijoru
V.
Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayır.
Əfrasiyab Bədəlbəylinin oxumağa getməsi ilə əlaqədar Azərbaycan
Dövl
ət Dram Teatrı müdiriyyətinin rəyində deyilirdi: “1928-34-cü illər
ərzində Əfrasiyab Bədəlbəyli tamaşaların musiqi tərtibatında misilsiz
istedadını büruzə vermiş, özünü həqiqi musiqi bilicisi kimi göstərmiş və
geniş türk zəhmətkeşləri arasında böyük müvəffəqiyyət qazanmış türk
musiqisi üslubunda parlaq melodiyalar
yaratmışdır”.
Az
ərbaycan Dövlət Opera Teatrı müdiriyyətinin göndərişində isə
yazılmışdı: “Teatrda işlədiyi müddətdə yoldaş Bədəlbəyli Əfrasiyab özünü
qabiliyy
ətli və zəhmətsevər işçi kimi göstərmiş, bütün türk operalarına,
R.Qlierin “
Qırmızı lalə” baletinə dirijorluq etmiş, türk opera teatrının Orta
Asiya v
ə Azərbaycandakı qastrollarının yeganə dirijoru olmuş, ən başlıcası
is
ə, R.Qlierin “Şahsənəm” operasının yaranmasının bilavasitə iştirakçısı
kimi
melodik
materialın tərtibində, mətnin musiqi ilə dəqiq
uzlaşdırılmasında müəllifə kömək etmişdir. Bu ezamiyyət teatrın gələcəkdə
bitmiş musiqi təhsilli işçiyə malik olacağına tam təminat verir”.
Leninqradda b
əstəkarlıq üzrə B.Zeydmanın sinfində təhsil alan
Əfrasiyab Bədəlbəyli şəhərin rəngarəng mədəni həyatının axarına qərq olur.
O, tez-tez simfonik orkestrl
ərin konsertlərini, konservatoriyanın opera
studiyasının tərtib etdiyi tamaşaları, opera və balet əsərlərini, xaricdən
g
əlmiş dirijor və müğənnilərin qastrol çıxışlarını dinləyir və təbii ki, bütün
bunlar b
əstəkarın bədii təfəkkürünün, estetik baxışlarının daha da inkişaf
edib
formlaşmasına güclü təsir göstərir.