Epidemiologiya


) Leptospirozlu xəstə heyvanların südünü qidada hansı halda istifadə etmək olar?



Yüklə 1,81 Mb.
səhifə4/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   2   3   4   5   6   7   8   9   ...   16

186) Leptospirozlu xəstə heyvanların südünü qidada hansı halda istifadə etmək olar?

A) Qida bloklarında istifadə etmək olar

B) Məhdudiyyətsiz istifadə etmək olar

C) Qaynatdıqdan sonra istifadə etmək olar

D) İstifadə etmək olmaz

E) Pendir hazırlamaq üçün istifadə etmək olar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

187) Leptospiroz ocağı üzərində müşahidə hansı müddət ərzində aparılır?

A) 18 gün ərzində

B) 15 gün ərzində

C) 7 gün ərzində

D) 21 gün ərzində

E) 10 gün ərzində


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

188) Cərrahi stasionarlarda eşerixioz etiologiyalı xəstəliklərin infeksiya mənbəyi ilk növbədə nə sayılır?

A) Şöbənin xarici mühiti

B) Qida məhsulları

C) Tibb heyəti

D) Ətraf mühit obyektləri

E) İrinli-septiki infeksiyalı xəstələr


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

189) Cərrahi stasionarlarda göy-yaşıl irin çöpü infeksiyasının mümkün yoluxma yolu hansıdır?

A) Hava-damcı

B) Qida

C) Su


D) Təmas

E) Fekal-oral


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

190) Hansı törədicilərlə yoluxduqda irinli-septiki hospital infeksiyasında ətraf mühit rezervuar kimi iştirak edə bilər?

A) Stafilokoklarla

B) Korinobakteriyalarla

C) Eşerixiyalarla

D) Psevdomonadlarla

E) Qızılca virusu ilə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

191) Hospital irinli-septiki infeksiyaların ikincili əlaməti hansıdır?

A) Xəstənin sənəti

B) Xəstənin yaşı

C) Cərrahi müdaxilənin mürəkkəbliyi

D) Yaranın əməliyyatdan sonra ikincili sağalması

E) Əməliyyatdan sonrakı erkən dövrdə qanaxma


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

192) Tibbi prosedurların aparılması nəticəsində baş verən infeksiyalar necə adlanır?

A) Mikst-infeksiyalar

B) Superinfeksiya

C) Yatrogen

D) Reinfeksiya

E) Opportunist


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

193) Enteroinvaziv E.coli ilə törədilən eşerixiozlar zamanı daha çox nə zədələnir?

A) Nazik bağırsağın terminal hissəsi və kor bağırsaq

B) Yoğun bağırsağın distal hissəsi

C) Nazik bağırsaq

D) Yoğun bağırsağın qalxan hissəsi

E) Düz bağırsaq


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

194) İrinli-septiki infeksiya ilə yoluxma ən çox harada baş verir?

A) Əməliyyat otağında

B) İnfeksion kabinetdə

C) Poliklinikada

D) Palatada

E) Stomatoloji kabinetdə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

195) Rotavirus infeksiyası zamanı nəcis necə xarakterizə olunur?

A) Az miqdar selikli və qanla qarışıq

B) Çox kütləli, pis qoxulu, köpüklü, sarı-yaşılımtıl və ya tutqun-ağ rəngli

C) Çoxkütləli, sulu ağ topalarla

D) Yaşıl, bataqlıq rəngli

E) Qəhvəyi, formalaşmış, qarışıqsız


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

196) Qarın yatalağının qida alovlanmaları üçün hansı əlamət səçiyyəvidir?

A) Alovlanmanın davam etmə müddəti bir inkubasiya dövrünün maksimal müddəti ərzində sürür

B) Xəstələrin kulturalarında müxtəlif faqotiplərin aşkar edilməsi

C) Qarın yatalağının alovlanmasından əvvəl digər kəskin bağırsaq infeksiyaları ilə xəstələnmənin yüksəlməsi

D) Xəstəlik hallarının qida obyektinə yaxın ərazidə rast gəlməsi

E) Alovlanmaların əsasən endemik ərazilərdə baş verməsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

197) El-Tor vəbasına görə endemik ərazi hansıdır?

A) Avropanın ayrı-ayrı ölkələri

B) Avstraliya

C) Rusiya Federasiyasının cənub regionları

D) İtaliya

E) Hindistan


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

198) Hansı əlamət bağırsaq infeksiyalarının su alovlanmalarının xəbərdaredici əlaməti deyildir?

A) İçməli suyun bakterioloji göstəricilərinin pisləşməsi

B) Su kəmərində və ya kanalizasiya şəbəkəsində qəzalar

C) Davamlı aydın hava

D) Leysan yağışlar

E) Naməlum etiologiyalı kəskin bağırsaq infeksiyalarının sayının artması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

199) Vəbanın başlanğıc təzahürü hansıdır?

A) Qarında tutmaşəkilli ağrılar

B) Dəfələrlə qusma

C) Qıcolma

D) Diareya

E) Yüksək qızdırma


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

200) Brüselyoz zamanı insan üçün daha təhlükəli infeksiya mənbəyi nədir?

A) Ev quşları, donuzlar

B) Donuzlar, keçilər

C) Şimal maralları, keçilər

D) Qoyunlar, keçilər

E) İnəklər, keçilər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

201) Taun ilə xəstə şəxsdən insanların yoluxması hansı klinik formalarda mümkündür?

A) Dəri, bağırsaq

B) Septiki, ağciyər

C) Ağciyər, dəri

D) Bubon, bağırsaq

E) Bağırsaq, septiki


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

202) Taun törədicisi heyvanlar arasında hansı yollarla ötürülür?

A) Su, təmas

B) Təmas, qida

C) Torpaq vasitəsilə

D) Canlı keçiricilərlə

E) Qida, su


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

203) Tulyaremiya hansı xəstəliklərə aiddir?

A) Karantin

B) Təbii-ocaqlı

C) Qeyri-transmissiv

D) Obliqat-transmissiv

E) Antroponoz


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

204) Salmonelyoz keçirmiş şəxslər arasında kimlər dispanser müşahidəyə cəlb olunurlar?

A) 3 ay ərzində dekretə olunmuş qruplara aid olan rekonvalessentlər

B) 1 ay ərzində dekretə olunmuş qruplara aid olan rekonvalessentlər

C) 1 ay ərzində bütün rekonvalessentlər

D) Müşahidə aparılmır

E) 2 ay ərzində bütün rekonvalessentlər


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

205) Bağırsaq infeksiyalarının qida alovlanmaları hansı əlamətlə xarakterizə olunur?

A) Alovlanmanın xəbərdaredici əlamətlərinin olması

B) Xəstələrdə maksimal inkubasiya dövrünün üstünlük təşkil etməsi

C) İnfeksiyanın tipik formalarının üstünlük təşkil etməsi

D) Xəstələrdə törədicinin bir sero-, faqo-, biovarının aşkar edilməsi

E) Xəstəliyin atipik formalarının üstünlük təşkil etməsi


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

206) Obliqat zoonoz infeksiya hansıdır?

A) Kampilobaktreioz

B) Şigelyoz

C) Qarın yatalağı

D) Psevdovərəm

E) Antroponoz


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

207) Hansı xəstəlik heyvanların südü ilə insanlara keçirilir?

A) Difteriya

B) Salmonelyoz

C) Brüselyoz

D) Exinokokkoz

E) Botulizm


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

208) Tulyaremiyanın törədicisi hansı növə aiddir?

A) Pasterellalara

B) Yersiniyalara

C) Eşerixiyalara

D) Fransisellalara

E) Borreliyalara


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

209) Səpgili yatalağın spesifik profilaktikası nə ilə aparılır?

A) Antirabik vaksinlə

B) Anatoksinlə

C) Diri vaksinlə

D) İnterferonla

E) Antitoksik zərdabla


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

210) Təbiətdə tulyaremiya infeksiyasının əsas sahibləri nədir?

A) Balıqlar

B) Hidrobiontlar

C) Ev siçanı

D) Su siçovulları

E) Qara siçovullar


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

211) Tulyaremiya infeksiyasının əsas mənbəyi nədir?

A) Vəhşi heyvanlar

B) Hidrobiontlar

C) Gəmiricilər

D) Ev heyvanları

E) Quşlar


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

212) Hansı qrup şəxslər tulyaremiya ilə yüksək xəstələnmə riskinə məruz qalır?

A) Tarla işlərində məşğul olan şəxslər

B) Ey heyvanlarının sahibləri

C) Tikinti fəhlələri

D) Müəllimlər

E) Dənizçilər


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

213) Təbii ocaqlarda tulyaremiyadan fərdi qorunmanın əsas vasitəsi hansıdır?

A) Suyun və qidanın qəbulu zamanı şəxsi gigiyena qaydalarının gözlənilməsi

B) Repellentlərin tətbiqi

C) Ağcaqanadəleyhinə qoruyucu torlar və kostyumların işlədilməsi

D) Vaksinoprofilaktika

E) Antibiotiklərin işlədilməsi


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

214) Tulyaremiyanın profilaktikasının başlıca tədbiri hansıdır?

A) İmmunoprofilaktika

B) Deratizasiya

C) Sanitar-baytarlıq tədbirləri

D) Xəstələrin erkən aşkarlanması və izolyasiyası

E) Buğumayaqlıların - keçiricilərin sayının azalması


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

215) Tulyaremiya zamanı vaksinoprofilaktika nə ilə həyata keçirilir?

A) Bakteriofaqla

B) Kimyəvi vaksinlə

C) Anatoksinlə

D) Öldürülmüş vaksinlə

E) Diri vaksinlə


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

216) Sarı qızdırmanın profilaktikası üzrə əsas tədbir hansıdır?

A) Dezinseksiya

B) Dezinfeksiya

C) Deratizasiya

D) Karantin

E) Spesifik profilaktika


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

217) Sapronozların törədicilərinin rezervuarı nədir?

A) İstiqanlı heyvanlar

B) İnsan

C) Həşəratlar

D) Torpaq

E) Qida məhsulları


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

218) «Həqiqi» sapronozlar hansılardır?

A) Klostridiozlar

B) Listerioz

C) Psevdovərəm

D) Legionelyozlar

E) Leptospirozlar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

219) Xəstəxanadaxili infeksiyaların törədiciləri nə ola bilər?

A) Patogen ştamlar

B) Yalnız saprofitlər

C) Yalnız şərti-patogen ştamlar

D) Törədicilərin istənilən variantları

E) Yalnız sapronozların törədiciləri


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

220) Xəstəxanadaxili infeksiyalarla xəstələnmənin artmasına nə təsir etmir?

A) Antibiotiklərin nəzarətsiz geniş tətbiqi

B) «Hospital» ştamların əmələ gəlməsi

C) Əməliyyatlar üçün birdəfəlik sistemlərin işlədilməsi

D) Çoxprofilli stasionarların tikintisi

E) Stasionarlarda sanitar-gigiyenik və əksepidemik rejimin pozulması


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

221) Hansı törədicilər sapronozların başlıca etioloji agentləridir?

A) Göbələklər

B) Rikketsiyalar

C) Mikoplazmalar

D) Bakteriyalar

E) Viruslar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

222) 4-cü tip taunəleyhinə kostyum hansı ocaqlarda istifadə olunur?

A) Taun (ağciyər forması)

B) Hemorragik qızdırma

C) Malyariya

D) Vəba

E) Su çiçəyi


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

223) Sapronozların zoofil qrupuna hansı xəstəlik daxildir?

A) Legionelyozlar

B) Qara yara

C) Qarın yatalağı

D) Qrip

E) Vəba
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983



224) Legionellaların rezervuarı nədir?

A) Birhüceyrəli akvabiontlar

B) İnsan

C) Birhüceyrəli marinobiontlar

D) Heyvanlar

E) Quşlar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

225) Göyöskürək zamanı vaksinoprofilaktikanın aparılması zərurəti hər şeydən əvvəl hansı göstəricinin səviyyəsi ilə şərtlənir?

A) Ölüm göstəricisinin səviyyəsi ilə

B) Xəstələnmənin səviyyəsi ilə

C) Əlilliyin sayı ilə

D) İqtisadi zərərin miqdarı ilə

E) Peyvənd olunmamış uşaqların sayı ilə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

226) Ekspress-diaqnostika üçün spesifik indikasiyanın aparılması zamanı nə istifadə olunur?

A) İmmunoferment analiz

B) Fotometrik analiz

C) Duru qidalı mühitlərə əkmə

D) Bərk qidalı mühitlərə əkmə

E) Toyuq embrionlarının yoluxdurulması


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

227) A virus hepatiti ilə xəstə nə zaman təhlükəli deyildir?

A) İnkubasiya dövrünün son 10 günü

B) Prodromal dövr ərzində

C) İnkubasiya dövrünün son 7 günü

D) İnkubasiya dövrünün əvvəlində

E) Heç zaman


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

228) Legionella pneumophilla ilə törədilən legionelyoz niyə xüsusi təhlükəli infeksiyalara aid edilir?

A) İnsandan insana keçmək xüsusiyyətinə malikdir

B) Karantin xəstəlikləri qrupuna daxildir

C) Beynəlxalq sanitariya qaydalarının şamil olunduğu xəstəliklər qrupuna daxildir

D) Hava-damcı infeksiyaları qrupuna daxildir

E) Yüksək letallığa malikdir


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

229) İnsanın legionelyozla yoluxması hansı yolla baş verir?

A) Su vasitəsilə

B) Hava-damcı yolu ilə

C) Qansoran buğumayaqlıların dişləməsi zamanı

D) Qidada kifayət dərəcə termiki işlənməmiş hidrobiontların istifadəsi zamanı

E) Canlı keçiricilər vasitəsilə


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

230) Hospitaldankənar legionelyozun (qeyri-texnogen) mövsümiliyi hansı dövrə düşür?

A) Qış


B) Yaz-yay

C) Payız-qış

D) Yay-payız

E) Qış-yaz


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

231) Legionelyozlar zamanı əsas profilaktik tədbir hansıdır?

A) Təmasda olanların xəstələrdən ayrılması

B) Vaksinoprofilaktika

C) Suyun zərərsizləşdirilməsi

D) Kondensionerlərdə havanın müntəzəm təmizlənməsi

E) Təcili profilaktika


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

232) Exinokokkoz zamanı ksenoorqanizmlər hansılardır?

A) Pişiklər

B) Qoyunlar

C) İtlər


D) İribuynuzlu qaramal

E) Donuzlar


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

233) Opistorxozla yoluxma nəyin istifadəsi zamanı baş verir?

A) Xərçəngkimilərin

B) Göyərçinlərin

C) Balığın

D) Molyuskların

E) Ev quşlarının


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

234) Fassiolyozların törədicilərinin aralıq sahibi nədir?

A) Balıqlar

B) Suda-quruda yaşayanlar

C) Xərçəngkimilər

D) Şirin sularda yaşayan molyusklar

E) Quşlar


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

235) Enterobioz zamanı birincili yoluxma amili hansıdır?

A) Qida məhsulları

B) Su

C) Oyuncaqlar



D) Əllər

E) Toz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина



236) Enterobioz zamanı yoluxma adətən nə vaxt baş verir?

A) Yaz-yay dövründə

B) Payız aylarında

C) Yay-payız dövründə

D) Qışda

E) Bütün il boyu


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина

237) Endemik səpgili yatalağın törədicisi nədir?

A) Spiroxetlər

B) Salmonellalar

C) Provaçek rikketsiyaları

D) Bernet rikketsiyaları

E) Muzer rikketsiyaları


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

238) Brill–Sinser xəstəliyini nə törədir?

A) Bernet rikketsiyaları

B) Provaçek rikketsiyaları

C) Spiroxetlər

D) Muzer rikketsiyaları

E) Salmonellalar


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

239) Su mənbələrinin hansı tipində virus A hepatitinin yayılmasında su amilinin rolu azalır?

A) Yeraltı quyu suyu

B) Sutəmizləyici stansiyada tam təmizlənmiş və zərərsizləşdirilmiş səthi sular

C) Zərərsizləşdirilmiş torpaq suları

D) Zərərsizləşdirilməyən artezian suyu

E) Zərərsizləşdirilməmiş torpaq suları


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

240) Hansı vaksinlər qarayara xəstəliyinin spesifik profilaktikasında istifadə olunur?

A) Seybin

B) Solk

C) STİ


D) BCG

E) AGDT
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983



241) Brüselyozun seroloji diaqnostikasında hansı reaksiya işlədilir?

A) Vidal

B) Termopresipitasiya reaksiyası

C) Rayt reaksiyası

D) Askoli

E) Vasserman


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

242) Rayt aqqlütinasiya reaksiyası hansı xəstəliyin diaqnostikasında istifadə olunur?

A) Qarayara

B) Brüselyoz

C) Tulyaremiya

D) Dizenteriya

E) Taun
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983



243) Jenner tərəfindən yaradılan vaksinlər nə ilə əlamətdardır?

A) Laborator heyvanlarn üzərində aparılan təcrübənin nəticəsidir

B) Kimyəvi eksperimentlərin nəticəsidir

C) Mikrobiologiyanin paster dövrünə aiddir

D) Quduzluğa qarşı mübarizəyə imkan verdi

E) Təbii çiçəyə qarşı vaksinasiya ilə əlamətdardır


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

244) Quduzluğa qarşı vaksin ilk dəfə kim tərəfindən yaradılıb?

A) L.Paster

B) N.Qamaleya

C) L.Meçnikov

D) P.Kox

E) Samoyloviç


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

245) Hansı reaksiya postvaksinal ağırlaşmalara aid deyildir?

A) Anafilaktik şok

B) Kvinke ödemi

C) Peyvənd preparatının yerildiyi yerdə hiperemiya, infiltratın yaranması

D) Afebril qıcolmalar

E) Kollaptoid vəziyyət


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

246) Robert Kox nəyi kəşf edib?

A) Qara yaraya qarşı vaksini

B) Quduzluğa qarşı vaksini

C) Mikroskopu

D) Qıcqırma və çürümənin təbiətini açıqlayıb

E) Vərəm törədicisini


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

247) Peyvəndlərin planlı şəkildə aparılmasının vacibliyi hansı sənədlə müəyyən olunur?

A) Epidemioloji göstərişlərə görə

B) Peyvənd təqvimi ilə

C) Təcili profilaktika ilə

D) Epidemioloji salamatlıq haqqında AR-nın qanunu ilə

E) Az.Resupblikası Səhiyyə Nazirliyinin göstərişi ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

248) Vaksin preparatlarına adyuvantlar hansı məqsədlə əlavə olunur?

A) İmmunogenliyin artırılması üçün

B) Reaktogenliyin azaldılması üçün

C) Termolabilliyin artırılması üçün

D) Stabilliyin artırılması üçün

E) Zərərsizliyin azaldılması üçün


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

249) ÜST-ün genişləndirilmiş immunizasiya proqramı aşağıdakı infeksiyalardan hansına qarşı mübarizəyə yönəldilməmişdir?

A) Qarın yatalağı

B) Vərəm

C) Qızılca

D) Tetanus

E) Poliomielit


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

250) Brüsellin, tulyarin, tuberkulin nə məqsədlə istifadə olunur?

A) Passiv immunlaşdırma üçün

B) Antibiotik kimi

C) Aktiv immunlaşdırma üçün

D) Müalicə üçün

E) Orqanizmin allergiyasını aşkar etmək üçün


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

251) İmmunlaşdırmanın epidemioloji effektivliyi nəyə əsasən qiymətləndirilir?

A) Əhalinin peşə tərkibinin dəyişməsinə əsasən

B) Xəstəliyin dövriliyinə əsasən

C) Sosial şəraitlərin dəyişməsinə əsasən

D) İmmunlaşdırılmamış şəxslərlə müqayisədə immunlaşdırılmış şəxslərdə xəstələnmənin azalmasına əsasən

E) Xəstələnmənin yaş xüsusiyyətlərinin dəyişməsinə əsasən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

252) Tur şəklində keçirilən immunlaşdırma nədir?

A) Peyvənd təqvimi əsasında həyata keçirilən profilaktika

B) ÜST tərəfindən müəyyən olunan immunoprofilaktika

C) Epidemik göstərişə görə həyata keçirilən profilaktika

D) Planlı immunoprofilaktika

E) Təcili immunoprofilaktika


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

253) Aktiv təbii immunitet necə qazanılır?

A) Vaksinləri yeritməklə

B) Antibiotiklərin istifadəsi ilə

C) Xəstəlik keçirməklə

D) Zərdabları yeritməklə

E) İmmunoqlobulinlərin yeridilməsi ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə