Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası



Yüklə 62,97 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü62,97 Kb.
#7528


“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 



“Miqrasiya  idarəetmə  sisteminin  inkişafı  və  “Azərbaycan  Respublikasının  bəzi 

qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan 

Respublikasının  2008-ci  il  24  iyun  tarixli  658-IIIQD  nömrəli  Qanununun  tətbiq  edilməsi 

haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  5  avqust  tarixli  805  nömrəli 

Fərmanının 4.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 

Nazirlər Kabineti qərara alır:

 

1.  “Əmək  miqrasiyası  kvotasının  müəyyən  edilməsi  Qaydası”  təsdiq  edilsin  (əlavə 



olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

  

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

  

Bakı şəhəri, 4 iyun 2009-cu il 



№ 86 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı ilə 

təsdiq edilmişdir 

 

 



 

 

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası

 

 

 

1. Ümumi müddəalar

 

 

 



1.1.  Bu  Qayda  “Miqrasiya  idarəetmə  sisteminin  inkişafı  və  Azərbaycan 

Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  barədə” 

Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq 

edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  5  avqust  tarixli  805 

nömrəli Fərmanına uyğun hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

(bundan  sonra  -  əcnəbi)  Azərbaycan  Respublikası  ərazisində  haqqı  ödənilən  əmək 

fəaliyyətinə  cəlb  olunması  ilə  bağlı  əmək  miqrasiyası  kvotasının  formalaşdırılması 

şərtlərini və qaydalarını müəyyən edir.

 

Əmək miqrasiyası kvotası (bundan sonra - kvota) il ərzində Azərbaycan Respublikası 



ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin 

sayının son həddidir.

 

Kvota  yerli  əmək  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi  və  əmək  miqrasiyası 



proseslərinin  tənzimlənməsi  sahəsindəki  işlərin  effektivliyinin  artırılması  məqsədi  ilə 

tətbiq edilir.

 



Kvota  daxili  əmək  bazarının  vəziyyəti,  işçi  qüvvəsinə  tələbat,  iş  yerinin  tələblərinə 

cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia 

etmədiyi  boş  iş  yerlərinin  mövcudluğu,  məşğulluq  xidməti  orqanlarının  işəgötürənlərin 

işçi  qüvvəsinə  olan  ehtiyaclarını  yerli  əmək  ehtiyatları  hesabına  təmin  etmək  imkanı 

nəzərə alınmaqla müəyyən edilir.

 

1.2.  Kvota  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  hər  ilin 



başlanmasına üç ay qalmış təsdiq edilir.

 

1.3. Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini 



həyata  keçirməsi  üçün  fərdi  icazələrin  verilməsi  hər  il  üzrə  müəyyən  edilmiş  kvota 

çərçivəsində həyata keçirilir.

 

1.4.  Qanunvericiliklə  müvafiq  fərdi  icazə  alınması  tələb  olunmayan  əcnəbilər 



kvotadan kənar Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb 

oluna bilərlər.

 

 

 



2. Kvotanın müəyyən edilməsi qaydaları

 

 



 

2.1.  Kvotanın  müəyyən  edilməsi  üçün  təkliflərin  hazırlanması  və  bu  sahədəki  işin 

əlaqələndirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 

Azərbaycan  Respublikasının  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi,  Azərbaycan 

Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi,  Azərbaycan  Respublikasının  Xarici  İşlər 

Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət 

Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət Komissiya yaradılır.

 

Komissiyanın səlahiyyətinə aşağıdakılar aiddir:



 

a) aidiyyəti dövlət orqanlarından bu qaydalarla müəyyən edilmiş məlumatları almaq;

 

b)  təqdim  edilmiş  məlumatların  dəqiqləşdirilməsi  məqsədi  ilə  aidiyyəti  dövlət 



orqanlarına sorğu vermək;

 

c)  sosial  tərəfdaşların  (Həmkarlar  İttifaqları  Konfederasiyasının  və  işəgötürən 



birliklərinin)  nümayəndələrini,  elmi  tədqiqat  institutlarının,  aidiyyəti  dövlət  orqanlarının 

mütəxəssislərini və digər ekspertləri Komissiyanın iclaslarına dəvət etmək;

 

ç) kvota ilə bağlı təkliflər hazırlamaq.



 

2.2.  İşəgötürənlərin  əcnəbi  işçi  qüvvəsinə  tələbatını  müəyyən  etmək  məqsədi  ilə 

əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər tərəfindən hər il may ayının 

1-dək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün əcnəbi işçi 

qüvvəsinə tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim edilir.

[1]

 

2.3.  Azərbaycan  Respublikasının  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi 



aşağıdakıları  hər  il  avqust  ayının  1-dək  kvotanın  müəyyən  edilməsi  üzrə  Komissiyaya 

təqdim edir:

 

a) növbəti il üçün əmək bazan və demoqrafik inkişaf proqnozları;



 

b)  mövcud  əmək  ehtiyatlan  potensialı,  həmçinin  işsizlər  və  sərbəstləşən  işçilər  üzrə 

proqnozları;

 



c) işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatlan hesabına ödənilməsinin, eləcə də 

əcnəbi  işçi  qüvvəsinin  cəlb  olunması  nəzərdə  tutulan  ixtisas  və  peşələr  üzrə  işsizlərin  və 

sərbəstləşən işçilərin peşə hazırlığına və yenidən hazırlığa cəlb olunması imkanlarına dair 

proqnoz-məlumatı;

 

ç)  Azərbaycan  Respublikası  ərazisində  haqqı  ödənilən  əmək  fəaliyyətini  həyata 



keçirmək  üçün  fərdi  icazə  almış  əcnəbilərin  mənşə  ölkələri  və  ixtisaslar  (və  ya  peşələr) 

daxil  olmaqla,  iqtisadi  fəaliyyət  sahələri  üzrə  sayı  haqqında  məlumatlar  və  il  ərzində 

müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları;

 

d)  cari  və  ötən  il  üçün  təsdiq  edilmiş  kvotadan  istifadə  olunması  vəziyyətinə  dair 



məlumatı;

 

e)  cari  və  ötən  il  ərzində  əcnəbi  işçi  qüvvəsinin  cəlb  olunması  qaydalarının 



işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatı;

 

ə)  işəgötürənlərin  əcnəbi  işçi  qüvvəsinə  tələbatına  dair  ümumiləşdirilmiş  proqnoz-



məlumatı.

 [2]

 

2.4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi aşağıdakıları hər il avqust 



ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir:

 

a) ölkənin iqtisadi inkişaf perspektivləri üzrə məlumatı;



 

b) növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti, o cümlədən sosial-iqtisadi artım, 

məşğulluq və onun iqtisadi sahələr üzrə bölgüsü haqqında proqnozları.

 

2.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il avqust ayının 1-dək növbəti il 



üçün  peşə  və  ixtisaslar  üzrə  təhsillərini  başa  çatdıracaq  Azərbaycan  Respublikası 

vətəndaşlarının  sayı  barədə  məlumatı  kvotanın  müəyyən  edilməsi  üzrə  Komissiyaya 

təqdim edir.

 

2.6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il avqust 



ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir:

 

a) gözlənilən miqrasiya axınları, xüsusilə də daxili miqrasiya ilə bağlı proqnozları;



 

b)  mənşə  ölkələri  üzrə  əcnəbilər  tərəfindən  ölkədə  olma  və  yaşama  qaydalarının 

pozulması faktlarına dair məlumatı;

 

c)  cari  və  ötən  il  ərzində  ölkəyə  gələn,  ölkədən  gedən,  ölkədə  müvəqqəti  olan  və 



müvəqqəti yaşayan əcnəbilərin sayı haqqında məlumatı;

 

ç)  cari  və  ötən  il  ərzində  ölkədə  qeyri-leqal  əmək  fəaliyyəti  ilə  məşğul  olması  aşkar 



edilmiş əcnəbilər haqqında məlumatı;

 

d)  Azərbaycan  Respublikasının  ərazisində  haqqı  ödənilən  əmək  fəaliyyətini  həyata 



keçirmək  üçün  fərdi  icazə  almış  əcnəbilərin  mənşə  ölkələri  və  ixtisasları  (və  ya  peşələri) 

daxil  olmaqla,  iqtisadi  fəaliyyət  sahələri  üzrə  sayı  haqqında  məlumatlar  və  il  ərzində 

müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları;

[3]

 

e)  cari  və  ötən  il  üçün  təsdiq  edilmiş  kvotadan  istifadə  olunması  vəziyyətinə  dair 



məlumatı;

 

ə)  cari  və  ötən  il  ərzində  əcnəbi  işçi  qüvvəsinin  cəlb  olunması  qaydalarının 



işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatı;

 



f)  işəgötürənlərin  əcnəbi  işçi  qüvvəsinə  tələbatına  dair  ümumiləşdirilmiş 

proqnoz-məlumatı.

 

2.7. Kvotanın müəyyən edilməsi üzrə Komissiyaya daxil olmuş məlumatlar əsasında 



müvafiq  ixtisaslar (və ya peşələr) daxil olmaqla, iqtisadi fəaliyyət sahələri  üzrə növbəti  il 

üçün  kvota  ilə  bağlı  təkliflər  hazırlayır  və  hər  il  sentyabr  ayının  1-dək  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

 

 



 

3. Kvotanın dəyişdirilməsi qaydası

 

 



 

Təsdiq edilmiş kvota il ərzində kvotanın müəyyən edilməsi üzrə Komissiyanın təklifi 

ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən artırıla və ya azaldıla bilər.

 

 



 

 

 



“Əmək miqrasiyası kvotasının 

müəyyən edilməsi Qaydası”na 



əlavə il üçün 

 

 



 

 

_______  il üçün xarici işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat

 

1. Əgər hüquqi şəxsdirsə: müəssisə və ya təşkilatın adı ___________________________________ 



Əgər fərdi sahibkardırsa: soyadı, adı, atasının adı _______________________________________ 

2. Təşkilati-hüquqi forması _________________________________________________________ 

3. İşəgötürənin hüquqi ünvanı ______________________________________________________ 

4. İşəgötürənin faktiki ünvanı _______________________________________________________ 

5. İş yerinin ünvanı ________________________________________________________________ 

6. Əgər hüquqi şəxsdirsə: dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və onun verilmə 



tarixi____________________________________________________________________________________ 

Əgər fərdi sahibkardırsa: VÖEN və onun verilmə tarixi    

7. Cari ilin 1 yanvar tarixi üçün təşkilatda işçilərin sayı (cəmi) ______________ o cümlədən, 

əcnəbilər ______________              

8. İqtisadi fəaliyyət növü: (aidiyyəti növün qarşısında "+" işarəsi yazmalı

  

  



 

 

Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı

 

 

 

Balıqçılıq, balıqyetişdirmə

 

 

 

Mədənçıxarma sənayesi

 

 

 

Emal sənayesi

 

 

 

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi

 

 

 

Tikinti

 

 

 

Topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə 



əşyalarının təmiri

 

 

 

Mehmanxana və restoranla xidmətin göstərilməsi

 

 

 

Nəqliyyat, anbar təsərrüfatı və rabitə

 



 

 

Maliyyə fəaliyyəti

 

 

 

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi

 

 

 

Təhsil

 

 

 

Səhiyyə və sosial xidmətlərin göstərilməsi

 

 

 

Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi

 

 

 

Ev təsərrüfatı üzrə xidmətlər

 

 

 



Sıra №-

si

 

Əlavə işçi qüvvəsinə olan 



tələbat (nəfər)

 

Xarici işçi qüvvəsinin 



cəlb

 

olunması nəzərdə 



tutulan

 

ixtisas, sənət və peşələr

 

Xarici işçi 

qüvvəsinin cəlb 

edilməsinin 

əsaslandırılması

 

cəmi

 



cümlədən, 

əcnəbilər

 

1

 

2

 

3

 

4

 

5

 

1.

 

  



  

  

  



2.

 

  



  

  

  



3.

 

  



  

  

  



4.

 

  



  

  

  



5.

 

  



  

  

  



 

 

Hüquqi şəxsdirsə,



 

 

 



təşkilatın rəhbərinin

 

 



 

 

 



______________/____/_______________”___” _______

 

 



 

soyadı, adı, atasının adı imza əlaqə tel. nömrəsi tarix

 

Fərdi sahibkardırsa,



 

 

 



sahibkarın

 

M.Y.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  

1.

       


7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

  

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 



 


[1]

 7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.2-ci 

bənddə  “Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  yerli  məşğulluq 

xidməti  orqanlarına”  sözləri  “Azərbaycan  Respublikasının  Dövlət  Miqrasiya  Xidmətinə”  sözləri ilə  əvəz 

edilmişdir. 

  

[2]

 7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.3-

cü bəndin “ç”, “d”, “e” və “ə” yarımbəndləri ləğv edilmişdir. 

  

[3]

 

7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.6-cı 



bəndin  “ç”  yarımbəndinin  sonunda  nöqtə  işarəsi  nöqtəli  vergül  işarəsi  ilə  əvəz  edilmişdir  və  həmin  bəndə 

“d”, “e”, “ə” və “f” yarımbəndləri əlavə edilmişdir. 



 

Yüklə 62,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə