Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu[1]


Əmanətçilərin Fondla və iştirakçı banklarla münasibəti. Kompensasiya ödənişi



Yüklə 52,19 Kb.
səhifə2/2
tarix31.08.2018
ölçüsü52,19 Kb.
#65808
növüQaydalar
1   2

Əmanətçilərin Fondla və iştirakçı banklarla münasibəti. Kompensasiya ödənişi

 

Maddə 25. Əmanətçilərin hüquqları



 

25.1. Əmanətçilərin aşağıdakı hüquqları vardır:

25.1.1. Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə banka müraciət etmək və ondan yazılı məlumat almaq;

25.1.2. bankın Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiyaların ödənilməsi şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Fonda müraciət etmək və ondan yazılı məlumat almaq;

25.1.3. iştirakçı bankın əmanətlər üzrə qanun və ya müqavilə şərtləri ilə öhdəliklərini yerinə yetirməməsi faktları barədə Fonda məlumat vermək;

25.1.4. bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq.

25.2. Qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər.

 

Maddə 26. Kompensasiyalar



 

26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.[26]

26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.[27]

 

Maddə 27. Kompensasiyaların ödənilməsi



 

27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

27.2. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.

27.3. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

27.4. Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir.

27.5. Bankda birgə əmanət hesabı olan əmanətlərə bir əmanət kimi baxılır və kompensasiya bu qanunun 26.1-ci maddəsi ilə müəyyən edilən məbləğdən çox olmamaq şərti ilə birgə əmanət hesabının sahiblərinə bərabər və ya onların öz aralarında müəyyən etdikləri nisbətdə ödənilir.

27.6. Birgə əmanət hesabı olan əmanətçinin həmin bankda digər əmanəti olduqda, birgə əmanət üzrə ona məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi kompensasiya ödənilir.

27.7. 18 yaşı tamam olmamış övladının adına əmanət hesabı üzərində sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq valideynə və ya övladlığa götürənə məxsus olduqda, kompensasiya onlara ödənilir. Bu zaman valideynin və ya övladlığa götürənin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.

27.8. Əmanət üzrə sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq qəyyuma və ya himayəçiyə, yaxud müqaviləyə və ya etibarnaməyə müvafiq olaraq üçüncü şəxsə məxsus olduqda, kompensasiya həmin şəxsə ödənilir. Bu zaman qəyyumun və ya himayəçinin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.

27.9. İştirakçı banklar birləşmə və ya qoºulma ºəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

27.10. Kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur.

27.11. Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Bu tələb ödənilmədikdə, Fond qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.

27.12. Kompensasiyaların ödənilməsi üçün Fond öz adından və öz hesabına banklarla agent müqavilələri bağlaya bilər.

27.13. İştirakçı bankın bank lisenziyasının ləğv edildiyi və ya fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldığı gündən sonra qəbul edilən əmanətlər üzrə kompensasiya ödənilmir.

 

Maddə 28. Kompensasiyaların alınması üçün müraciət



 

28.1. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.

28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.

Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir.

28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

28.5. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.

 

IV fəsil



Yekun müddəalar

 

Maddə 29. Bankların Fondun iştirakçıları sırasına qəbul edilməsi



 

29.1. Bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar, həmçinin bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanı verdiyi rəsmi məlumata əsasən Fondun iştirakçıları sırasına həmin məlumatın alındığı gündən sonrakı iş günü daxil edilir.[28]

29.2. Bu qanun qüvvəyə mindikdən sonra bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar, habelə bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, xarici bankların yerli filialları Mərkəzi Bankın verdiyi rəsmi məlumata əsasən bu qanunun 29.1-ci maddəsində müəyyən edilmiş qaydada Fondun iştirakçıları sırasına daxil edilir.[29]

29.3. Bankların və xarici bankların yerli filiallarının iştirakçı bank statusu onların Fondun reyestrinə daxil edilməsi və şəhadətnamənin verilməsi ilə rəsmiləşdirilir.

 

Maddə 30. İctimaiyyətin məlumatlandırılması



 

30.1. Fond iştirakçı bankların reyestrini hər təqvim ilinin birinci ayında, reyestrdə aparılmış dəyişikliklər haqqında məlumatı isə dəyişikliklərin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

30.2. maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

30.3. İştirakçı bank:

30.3.1. cəlb etdiyi əmanət üzrə sığorta haqlarının və kompensasiyanın ödənilməsi şərtləri, Fondun fəaliyyəti ilə bağlı elanların verildiyi və bildirişlərin dərc edildiyi kütləvi informasiya vasitələri haqqında məlumatı bank əmanəti və ya bank hesabı müqaviləsinə daxil etməlidir. Bu məlumatlar müqavilədə fiziki şəxs üçün anlaşıqlı formada tərtib edilməlidir;

30.3.2. yerləşdiyi binada əmanətçilərə xidmət göstərilən yerlərdə yazılı formada Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması və kompensasiyaların ödənilməsi şərtləri barədə məlumat verməlidir;

30.3.3. əmanətçilərin yazılı və şifahi sorğularına əsasən sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə məlumat verməlidir.

30.4. Bank audit yoxlamasından keçmiş illik hesabatını kütləvi informasiya vasitələrində dərc etdirərkən, Fondda iştirakı barədə məlumat verməlidir.

 

Maddə 31. Mübahisələrin həlli



 

31.1. Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün Fondun Himayəçilik Şurasına və/və ya məhkəməyə müraciət edə bilərlər.

31.2. Fondla iştirakçı banklar arasında baş vermiş mübahisələrə Fondun Himayəçilik Şurasında baxılmalıdır. Mübahisənin həllindən narazı qalan tərəf qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edə bilər.

 

Maddə 32. Qanunun qüvvəyə minməsi



 

Bu qanun dərc olunduğu gündən qüvvəyə minir. Qanunun 13-cü, 14-cü maddələri və III fəsli bu qanun qüvvəyə mindiyi gündən 6 ay sonra tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2006-cı il



№ 226-IIIQ

 

 



 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400)



2.       30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)

3.       19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394)

4.       4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421)

5.       30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 
[1] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə Qanunun mətnində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilmişdir.

 

[2] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 3.4-cü, 4.1.7-ci, 8.1.20-ci, 12.1-ci, 13.5-ci, 13.6-cı, 17.2-ci, 21-ci (adı), 21.1.1-ci, 21.1.2-ci, 21.2-ci, 22.4-cü, 27.1-ci və 29.2-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.



 

[3] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 2.1.2.3-cü maddəsində “qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin” sözləri “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın” sözləri ilə əvəz edilmişdir.

 

[4] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə 2.1.2.6-cı maddədə “Azərbaycan Respublikası Milli Bankının (bundan sonra – Milli Bank) uçot dərəcəsinin 1,8 mislindən” sözləri “bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən” sözləri ilə əvəz edilmişdir.



 

[5] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələr ləğv edilmişdir.

 

[6] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 2.1.5-1-ci maddə əlavə edilmişdir.



 

[7] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə 2.1.9-cu maddədə “Milli Bank” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilmişdir.

 

4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 2.1.9-cu maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[8] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 2.1.10-cu maddədə “Mərkəzi Bank” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.



 

[9] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 3.3-cü maddədə “Mərkəzi Bankda” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 3.4-cü maddəyə ismin müvafiq hallarında “dövlət” sözündən sonra ismin müvafiq hallarında “, maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə edilmişdir.



 

[11] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 6.2-ci maddədə “Mərkəzi Bankın üç nümayəndəsi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi” sözləri ilə əvəz edilmişdir.



30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157) ilə 6.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.

 

[12] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 7.1-ci maddənin ikinci cümləsində “və ya icraçı direktorun” sözləri “, icraçı direktorun və ya maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir.



 

[13] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157) ilə 8.1.1 – 8.1.4-cü, 8.1.10-cu, 8.1.13-cü və 8.1.16-cı maddələrdə “Fondun” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun” sözləri ilə əvəz edilmişdir.

 

[14] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157) ilə 8.1.5-ci və 8.1.18-ci maddələrdə “kompensasiyaların” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların” sözləri ilə əvəz edilmişdir.



 

[15] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157) ilə 8.1.8-ci maddədə “iştirakçı” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, iştirakçı” sözləri ilə əvəz edilmişdir.

 

[16] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157) ilə 8.1.9-cu maddədə “hallarda” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla,” sözləri əlavə edilmişdir.



 

[17] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə yeni məzmunda 8.1.20-ci maddə əlavə edilmişdir və 8.1.20-ci maddə müvafiq olaraq 8.1.21-ci maddə hesab edilmişdir.

 

4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 8.1.20-ci maddəyə “Mərkəzi Bankla” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı və” sözləri əlavə edilmişdir.

 

[18] 30 iyun 2017-ci il tarixli 758-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157) ilə 9.1-ci maddədə “Himayəçilik Şurası” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.



 

[19] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 14.1-ci maddənin birinci cümləsində “Kompensasiyaların ödənilməsi üçün” sözləri “Bu Qanunda nəzərdə tutulmuş hallarda” sözləri ilə, ikinci cümləsində isə “0,2 faizi” sözləri “0,1 faizi” sözləri ilə əvəz edilmişdir.

 

[20] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 15.2-ci maddədə “sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 360-da bir hissəsinə hasil edilməklə” sözləri “sığorta haqlarının 0,5 faizi həcmində” sözləri ilə əvəz edilmişdir.



 

[21] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 17-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid (nağd pula tez çevrilən) aktivlərinin cəmi 1 (bir) milyon manatdan aşağı düşdükdə və ya bu səviyyədən aşağı enməsi ehtimalı yarandıqda, Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər.

 

[22] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 21-ci maddənin adında “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı, Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.



 

[23] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 21.1.1-ci və 21.1.2-ci maddələrə “Mərkəzi Banka” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanına və” sözləri əlavə edilmişdir.

 

[24] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 21.2-ci maddəyə “və Mərkəzi Bankın” sözlərindən əvvəl “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir.



 

[25] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 22.4-cü maddəyə “və Mərkəzi Banka” sözlərindən əvvəl “, maliyyə bazarlarına nəzarət orqanına” sözləri əlavə edilmişdir.

 

[26] 8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 400) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

26.1. Fond tərəfindən bir iştirakçı bankda sığortalanmış əmanət üzrə aşağıdakı həcmdə kompensasiya ödənilir:

26.1.1. 01 yanvar 2008-ci ilədək – əmanətin məbləğinin 100 faizi, lakin 4 (dörd) min manatdan çox olmayaraq;

26.1.2. 01 yanvar 2010-cu ilədək – əmanətin məbləğinin 100 faizi, lakin 6 (altı) min manatdan çox olmayaraq;

26.1.3. 01 yanvar 2010-cu ildən başlayaraq – əmanətin məbləğinin 100 faizi, lakin 8 (səkkiz) min manatdan çox olmayaraq.

 

[27] 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 26-cı maddənin mətni 26.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 26.2-ci maddə əlavə edilmişdir.



 

[28] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 29.1-ci maddədə “Bu Qanunun qüvvəyə mindiyi günə bank lisenziyasında əmanətlərin qəbuluna icazəsi olan və məcmu kapitalın minimal məbləğini, adekvatlıq normalarını, habelə öhdəliklərini yerinə yetirən banklar” sözləri “Bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar” sözləri ilə əvəz edilmişdir.



 

[29] 4 mart 2016-cı il tarixli 155-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 421) ilə 29.2-ci maddə ləğv edilmişdir.
Yüklə 52,19 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə