Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   2   3   4   5   6   7   8   9   ...   24

10 

 

Dördüncüsü  ,  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelinə    iqtisadiyyatın  yüksək 



dərəcədə  sosialyönümlüyü,xalqımızın  mentaliteti    ,tarixən  ictimai  ənənələrin  güclü 

olması, bir çox sosial problemlərin dövlət tərəfindən həll edilməsi xasdır. 

Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli  sosialyönümlü  mahiyyət  daşıyır.  İqtisadi 

siyasətin  sosialyönümlü  səciyyə  daşıması  bir  tərəfdən  insan  amilinə  ,digər  tərəfdən 

bazar  iqtisadiyyatı  yolu  ilə  inkişaf  etmiş  qabaqcıl  dünya  dövlətlərinin  təcrübəsinə 

əsaslanır. 



       Tədqiqatın  məqsəd  və  vəzifələri.          Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli 

vahid iqtisadi siyasətin fundamental prinsiplərinə əsaslanır.Ölkəmizin iqtisadi modeli 

iqtisadi mahiyyətinə görə həm də sosiallığı ilə seçilir.Məhz bunu nəzərə alaraq tədqiq 

olunan  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelinin  məqsəd  və  vəzifələrinə 

aşağıdakıları aid etmək olar : 

1).İqtisadi sistem və onun parametrlərinin  tədqiq edilməsi 

2).Milli  iqtisadi  inkişaf  modelinin  formalaşmasında  mühüm  rol  oynayan  ayrı-ayrı 

inkişaf modellərinin  xüsusiyyətlərinin araşdırırlması. 

 

3).Milli  iqtisadiyyatın  inkişafına  təsir  göstərən  spesifik  amillərin  və  məqsədlərin 



aşkar edilməsi 

4).Iqtisadiyyatdakı transformasiya proseslərinin tədqiq edilməsi və.s 



    Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.  İqtisadi  sahədə  keçid 

dövrünü  uğurla  başa  vuran  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelinin  elmi-nəzəri 

əsaslarının  işlənməsi  üçün  ilk  növbədə  respublikanını  son  illərdə  inamla 

gerçəkləşdirdiyi  sosial  iqtisadi  islahatları  təhlil  etmək,əldə  olunan  nəzəri  –

təcrübi,fəlsəfi  qənaaətləri  ümumiləşdirmək  vacibdir.Son  illərdə  tədqiqatçılar  ,ayrı-

ayrı  alimlər,iqtisadçılar  keyfiyyətcə  yeni  mərhələdə  Azərbaycanın  milli  iqtisadi 

inkişaf  modelinin  mahiyyətini  açmağa  çalışırlar.Tədqiqatın  informasiya  bazası  , 



11 

 

faktiki  materiallarının  əldə  edilməsi  mənbələri  kimi  klasik  ,neoklassik  və  digər 



iqtisadi  məktəblərin  iqtisadi  modellərlə  bağlı  mülahizələrindən,ayrı-ayrı  iqtisadçı 

alimlərin  milli  iqtisadi  inkişaf  modelinə  həsr  olunmuş  elmi  məqalələri  və.s 

elmi,ədəbiyyat və bibilioqrafik mənbələrdən istifadə olunmuşdur. 

Azərbaycan milli iqtisadi inkişaf modelinin nəzəri-metodloji əsasını “Sosial  yönümlü 

bazar iqtisadiyyatı” konsepsiyası təşkil edir. Eyni zamanda Azərbaycan milli iqtisadi 

inkişaf  modelinin  qurulmasında    induktiv,deduktiv  ,analiz-sintez  və  digər  iqtisadi 

metodlardan,statistik qruplaşdırma metodlarından istifadə   olunmuşdur. 

   Tədqiqatın  elmi  yeniliyi.    Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli  ilə  bağlı 

dissertasiya  işində  iqtisadi  inkişaf  modelinin  xüsusiyyətləri  “sosial-iqtisadi  inkişaf 

modeli”  çərçivəsində tədqiq olunmuşdur.  

   Tədqiqatın  praktiki  əhəmiyyəti.    Azərbaycan  milli  iqtisadi  inkişaf  modeli  üzrə 

tədqiqatlar  göstərir ki, bu  modelin praktiki əhəmiyyəti dövlətin tənzimləyici rolunun 

güclü olmasında,mülkiyyət  formalarının çoxnövlü olmasında  iqtisadi  həyatda sosial-

mənəvi  aspektlərdən  istifadə  olunmasında  innovasiyalı,diversifikasiya  olunması  və 

digər  aspektlərdə  özünü  göstərir  .Qlobal  maliyyə  böhranı  şəraitində  respublikamızın 

bu  prosesə  müqavimət  göstərməsi  dünya  dövlətlərində  maraqla  qarşılanması 

gerçəkliyi  ilə  şərtləndirilmişdir.Bu  reallığa  nəzərən  ən  müxtəlif  iqtisadi  mərkəzlər  

respublikanın  davamlı  iqtisadi  yüksəlişi  timsalında  XXI  əsrin  yeni  iqtisadi 

fenomenini  görür,Azərbaycan  modelinin  mahiyyətini  öyrənməyə  çalışırlar.  Bütün 

bunları  nəzərə  alaraq  Azərbaycan  milli  iqtisadi  inkişaf  modelindən  qlobal  maliyyə 

böhranının  mənfi  nəticələrindən  əziyyət  çəkən  ölkələrin  praktikasında,eləcə  də 

iqtisadiyyatın  ayrı-ayrı  sahələri  üzrə  proqramların  qəbul    edilməsində  istifadə  etmək 

olar. 

Dissertasiya işinin strukturu iki fəsildən  ibarətdir. Birinci fəsildə milli iqtisadiyyatın 



sistem xarakterindən bəhs olunur. Buraya iqtisadi sistem və onun parametrləri,iqtisadi 

sitemin  milli  xarakteri  və  iqtisadiyyatın  milli  inkişaf  modelləri,milli  iqtisadiyyatın 

spesifik amilləri və məqsədləri barədə məsələlər nəzərdən keçirilir. 



12 

 

İkinci  fəsildə  Azərbaycan  iqtisadi  modelinin  formalaşması  barədə    məsələlər  öz 



əksini 

tapmışdır.Həmçinin,Azərbaycan 

iqtisadiyyatında 

transformasiya 

prosesləri,iqtisadiyyatdakı dəyişikliklərin strukturu və modelləri nəzərdən keçirilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



    Fəsil 1.Milli iqtisadiyyatın sistem xarakteri 

     1.1.İqtisadi sistem və onun parametrləri

İnsan  cəmiyyətinin  bütün  inkişaf  mərhələlərində  iqtisadi  fəaliyyət  üçün  eyni  şərait 

olma-mışdır. Lakin bir sıra iqtisadi   məsələlər ümumi olmuşdur. Bura iqtisadiyyatın 

təşkili, kimin üçün nə istehsal etməli, nə qədər istehsal etməli kimi məsələlər daxildir. 

Necə   istehsal etmək sualına görə isə dövrlər bir-birindən əsaslı surətdə fərqləmişdir. 

Ayrı-ayrı  dövrlərdə  mövcud  olan  cəmiyyətlərdə  müxtəlif  iqtisadi  sistemlər  mövcud 

olmuşdur. 



13 

 

Cəmiyyətdə  hakim  münasibətlər  və  təşkilat  formaları  əsasında  təşəkkül  tapmış 



iqtisadi proseslərin məcmusuna iqtisadi sistem deyilir. İqtisadi  hadisələri, prinsipləri 

təhlil etməklə bütöv iqtisadi sistem haqqında təsəvvür əldə etmək olar. 

Hər  hansı  bir  ölkənin  iqtisadi  sistemi  canlı  bir  orqanizm  kimi  aşağıdakıları  özündə 

birləşdirir:  təbii  və  əmək  resursları  (ehtiyyatları),  mövcud  mülkiyyət  formaları, 

müxtəlif kapital ünsürləri, sahibrarlıq və zəruri idarəetmə sistemi və s. 

Heç  bir  cəmiyyət  və  onun  iqtisadi  sistemi  hər  hansı  bir  sərvət  üzərində  mülkiyyət 

forması, iqtisadi münasibətlər olmadan mümkün deyildir. 

İstehsalın  müasir  texnika  ilə  silahlanması,  müasir  texnoloji  proses  iqtisadi  sistemin 

fəaliyyətində  mühüm  yer  tutur.  İqtisadi  sistemdə  sahibkarlıq  fəaliyyəti,  idarəetmə 

sistemi də özünəməxsus rola malikdir. 

Bəşər  tarixində  indiyə  kimi  ənənəvi,  bazar,  inzibati-amirlik  və  qarışıq  iqtisadi 

sistemlər  fəaliyyət  göstərmişdir.  Bu  və  digər  sistem  daxilində  müxtəlif  ölkə  və 

regionlarda  iqtisadi  inkişafın  çoxlu  modelləri  də  mövcud  olub.  Mülkiyyət  formaları 

inkişaf edib dəyişdikcə iqtisadi sistemlər də tədricən dəyişib bir-birini əvəz etmişdir.   

İnsan cəmiyyətinin təkamülü ilə ta qədim zamanlardan bu günkü müasir dövrə qədər 

iqtisadi  sistemlər  də  çox  tədriclə  dəyişmiş  və  təkamül  yolu  ilə  biri  digərini  əvəz 

etmişdir.  Bu  proses  istehsal  (məhsuldar)  qüvvələrinin  tarixi      dövrlər  səpgisində 

irəliləməsi  ilə  baş  vermişdir.  Elmi  ədəbiyyatda  öz  ifadəsini  tapmış  həmin  dövrlər,  

aşağıdakı  sxem-cədvəl şəklində verilmişdi 

İqtisadi  sistemin  formalaşmasına  iki  mühüm  amillər  qrupu  təsir  göstərir.  Birinci 

qrupa  mövcud  mühit,  ikinci  qrupa  isə  iqtisadi  sistemi  təşkil  edən  elementlərin 

struktur əlaqələrinin xüsusiyyətləri daxildir. İqtisadi sistemi müəyyən edən və inkişaf 

etməsinə  səbəb  olan  amillər  bir  neçə  qismə  bölünürlər:  təbii-iqlim,  istehsal-iqtisadi, 

mənəvi-hüquqi, sosial-mədəni, dini-əxlaqi. 

Bu  amillər  qrupunun  əksər  hissəsi  iqtisadiyyatın  inkişaf  səviyyəsindən  asılı  olaraq 

meydana  gəlsə  də,  hər  halda  onlar  iqtisadi  sistemin  formalaşmasına  fəal  tə'sir 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə