Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

47 

 

ölkələr arasında fərq daha da artır. İqtisadi qloballaşma şəraitində əsas amillərdən biri 



və  ən  birincisi  milli  iqtisadi  asılılığa  yol  vermədən  qarşılıqlı  iqtisadi  münasibətlərin 

qurulmasıdır.  Məhz    bunun  üçün  əsas  vacib  şərt  məsələnin  nəzəri  əsaslarını  başa 

düşülməsini  tam  dərk  etmək  və  təmin  etməkdir.  Öz-özlüyündə  qloballaşma  və 

iqtisadi qloballaşma anlayışı mürəkkəb sistemə malik həm nəzəri bilik sahəsi, həm də 

təcrübi  prosesdir.  Bu  baxımdan  problem  həm  də  kompleks  yanaşma  tələb  edir. 

Burada  nəzərə  alınmalıdır  ki,  prosesin  özünü  tənzimləməsi  amili  təbii  baş  verən 

inkişafda  özünü  doğruldur.  Son  dövrün  dünya  təcrübəsi  göstərir  ki,  milli 

iqtisadiyyatların  qarşılıqlı  iqtisadi  əlaqələri  sırasında  diqqəti  daha  çox  cəlb  edəni, 

güclü  təsiredici  amili  sayılan  və  eyni  zamanda  həmin  əlaqələrə  dünyəvi  xarakter 

verən  proses  qlobal  xarakterli  xarici  iqtisadi  fəaliyyətdir.  Bu  baxımdan  qeyd  olunan 

fəaliyyətin  səmərəliliyinin  yüksəldilməsi  yollarını  fikrimizcə  aşağıdakı  kimi 

formalaşdırmaq məqsədəuyğun olardı: 

a).iqtisadi  qloballaşma  şəraitində  əsas  amillərdən  biri  və  ən  birincisi  milli  iqtisadi 

asılılığa yol vermədən qarşılıqlı iqtisadi münasibətlərin qurulmasıdır; 

b).subsidiya,  güzəştli  vergi  dərəcələri,  maliyyə  yardımı  və  s.  həvəsləndirici  vasitələr 

tətbiq etməklə ixracat potensialının inkişaf etdirilməsi və onun strukturunun tədricən 

təkmilləşdirilməsi; 

c).respublikanın xarici iqtisadi əlaqələrinin strukturunda “ixrac sindikatlarının” tətbiq 

edilməsi; 

d).idxalın  struktur  çevikliyi  və  elastikliyi  tətbiq  olunmaqla  onun  iqtisadi  cəhətdən 

səmərəli təşkilinə nail olunması; 

e).milli  iqtisadiyyatın  sabit  artımı,  texniki  modernləşmə  və  ümumilikdə,  səmərəlilik 

səviyyəsinin yüksəldilməsi məqsədi ilə xarici investisiyaların cəlb edilməsi; 

f).hazır  məhsul  istehsalı  üçün ondan  məqsədəuyğun  istifadəsi  və  lisenziyaların satışı 

vasitəsilə tətbiq olunma sferasının genişləndirilməsi. 

   Müasir qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin 




48 

 

təhlili  və  onun  inkişaf  strategiyasının  prioritetlərinin  müəyyənləşdirilməsi 



istiqamətində aparılan tədqiqat araşdırmaları ilə aşağıdakı nəticələr əldə edilmişdir: 

a).qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmiş və 

onun strateji inkişafının problemləri ətraflı araşdırılmışdır; 

b). sənayedə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və keyfiyyət 

göstəricilərinin artırılması hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə 

inteqrasiyası məsələləri sistemli tədqiq edilmişdir; 

c).  aparılmış  hərtərəfli  elmi  araşdırmaların  ümumiləşdirilməsi  əsasında  ölkə 

iqtisadiyyatının 

yaxın 

gələcəkdə 



inkişaf 

konturları 

və 

əsas 


hədəfləri 

müəyyənləşdirilmişdir; 

d). Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək inkişaf konsepsiyasının 

hazırlanmasında nəzərə alınmalı amillər göstərilmiş, elmi əsaslara söykənən 

konkret müddəadan irəli sürülmüşdür; 

e).  dayanıqlı  iqtisadi  inkişafın  təmini,  ölkənin  istehsal  potensialının  gücləndirilməsi, 

daxili  bazarın  idxaldan  asılılığının  aradan  qaldırılması,  sənaye  müəssisələrinin 

inkişafının prioritet istiqamətləri müəyyən olunmuşdur. İqtisadi nəzəriyyənin inkişafı 

gedişində  müəyyən  “standart”  üsullar  dəsti  əmələ  gəlmişdir  ki,  bunlardan  istifadə 

həyata  keçirilən  sosial-iqtisadi  siyasətin  konkret  məqsədlərinə  tabedir  Məhz 

Azərbaycanın  dayanıqlı  inkişaf  xəttinə  keçidi  yeni  tip,  sosial-iqtisadi,  ekoloji  və 

demoqrafik  indikatorların  dinamik  tarazlığının  qorunub  saxlanılmasına,  istehsalın 

yüksək  səmərəliliyinə,  elmi-texniki  sahənin  prioritet  inkişafına  istiqamətlənmiş 

təsərrüfatın yaradılmasını tələb edir

10



                                                             



10

 Yeni dünyada yeniləşən Azərbaycan iqrisadiyyatı. Səh.170-173 




49 

 

   Azərbaycanın  açıq  iqtisadiyyatının  formalaşmasının  geoiqtisadi  səmtlərinin 



müəyyən  edilməsi  müstəqillik  əldə  olunduqdan  sonra  dövlətin  inkişafının  mühüm 

məsələlərindən birinə çevrilmişdir. 

   Hazırkı  dövrdə  Azərbaycan  dünya  iqtisadi  sisteminə  kifayət  qədər  inteqrasiya 

etmişdir.  Buna  aydın  misal  kimi  “Əsrin  müqaviləsi”-  Bakı-Tbilisi-Ceyhan  transmilli 

neft  kəmərini  göstərmək  olar.  Bu  enerji  dəhlizi  çərçivəsində  qlobal  əməkdaşlığın 

inkişafı  üçün  güclü  impuls  rolunu  oynayır.  Bundan  başqa  Bakı-Tbilisi-Ərzurum  qaz 

kəmərinin  işlənib  hazırlanması  və  Azərbaycandan  Avropaya  təbii  qazın  təchiz 

edilməsini də göstərmək olar (regionda 200 milyard barrel neft və 640 trilyon kub.fut 

qaz ehtiyatı qiymətləndirilmişdir, bu da dünya ehtiyatlarının 15 faizini təşkil edir). 

   Azərbaycanın açıq iqtisadiyyatının səmərəli işləyən  modeli özündə iki dialektik və 

ziddiyyətli,  lakin  bir-biri  ilə  qarşılıqlı  şərtləşdirilən  cəhəti  birləşdirir.  Bunlar  strateji 

istiqamətlərdir  ki,  uzunmuddətli  prioritetləri  və  milli  inkişafın  məqsədini  əks  etdirir. 

İkinci,  dövlət  tənzimlənməsi  cəmiyyət  və  əhalinin  ayrı-ayrı  təbəqələri  arasında 

vəsaitin  daha  da  bərabərölçülü  paylanmasına  yönəldilmişdir  və  eləcə  də  vəsaitlərin 

zamanında  paylanması  ilə  bağlıdır  (təhsil,  səhiyyə,  müxtəlif  kateqoriyadan  olan 

insanların və əhalinin məşğulluğu və sosial müdafiəsi). 

    Azərbaycan  öz  inkişafının    ikinci    dövrünə  daxil  olduğu  vaxt  inkişaf  etmiş 

demokratik  dövlətlər  öz  inkişafının  yeni-qloballaşma  və  müasirləşmə,qlobal 

informasiya  cəmiyyətinin  inkişaf  dövrünə  daxil  olmuşdur.  Deməli,  Respublikamız 

irəliyə  doğru  inkişafda  elə  bir  strateji  xətt  seçməlidir  ki,    demokratik  cəmiyyətin  öz 

əsasları  üzərində  yüksək  səviyyədə  inkişafı  və  təkmilləşməsi  dövrünə  xas  olan 

vəzifələri  (qlobal  informasiya  cəmiyyətinin  və  insan  amilinin  rolunun  artması 

dövrünün  )  tələblərinə  uyğun  yerinə  yetirə  bilsin.Azərbaycan  bir  tərəfdən  özünün 

zəngin  təbii  resurslarının,kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  istehsal 

dövriyyəsinə  cəlb  olunması  qeydinə  qalmalı,  digər  tərəfdən  iqtisadiyyatını 

modernləşdirərək  onun  səmərəliliyinin  ,  məhsulun  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi qeydinə qalmalıdır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə