Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

44 

 

1.Ölkə iqtisadiyyatında stabilliyə nail olunması; 



2Ölkənin  vacib  təbii  sərvətlərinin  aktiv  şəkildə  istifadə  edilmə  strategiyası 

çərçivəsində böyük uğurlara imza atılması; 

3.  Torpağın  xüsusi    mülkiyyətə  verilməsi  ilə    Azərbaycan  kəndlərində  yeni  sosial-

iqtisadi şəraitin meydana gəlməsi; 

4.İqtisadiyyatın  liberallaşması,xarici  əlaqələrin  inkişaf  etməsi  və  xarici  investorların 

özəlləştirmə prosesinə cəlb olunması ilə,iqtisadi inkişaf adına əsas, vacib və davamlı 

mənbənin əldə edilməsi.  

  Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci və üçüncü  mərhələsində Azərbaycan 

Respublikasında  qeyd  edilən  modelin  gerçəkləşməsinin  rəsmi  bazası  kimi  bir  çox 

irimiqyaslı  iqtisadi  siyasət  sənədləri  (konsepsiya,  strategiya  və  proqramlar)  qəbul 

olunmuş  (''Azərbaycanda  Kiçik  və  Orta  Sahibkarlığa  Dövlət  Yardımı  Proqramı 

(1997-2000-ci  illər)'',  "Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlığın 

inkişafının  Dövlət  Proqramı  (2002-2005-ci  illər)",  "Azərbaycan  Respublikasında 

maşınqayırma  sənayesinin  inkişafının  Dövlət  Proqramı  (2002-2005-ci  illər)", 

"Azərbaycan  Respublikasında  aqrar  bölmənin  inkişafının  Dövlət  Proqramı  (2002-

2006-cı  illər)",  "Azərbaycan  Respublikasının  demoqrafik  inkişaf  konsepsiyası", 

"Azərbaycan  Respublikasında  2002-2005-ci  illərdə  turizmin  inkişafına  dair  Dövlət 

Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf 

üzrə  Dövlət  Programı  (2003-2005-ci  illər)",  "Azərbaycan  Respublikası  regionlarının 

sosial-iqtisadi  inkişafı  Dövlət  Programı  (2004-2008-ci  illər)")  və  digərləri  uğurla 

həyata  keçirilmişdir.  Eyni  zamanda,  hal-hazırda  "Azərbaycan  Respublikasının 

məşğulluq strategiyası" (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 

2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə 

Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət 

Proqramı”,  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq 

məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”  və  digər  vacib  sənədlər 

uğurla icra olunur. 



45 

 

Keçid  dövrünün  başa  çatması  ilə  Respublikamız  2009-2010-cu  illərdən  başlayaraq 



sosial-iqtisadi  inkişafın  yeni  dövrünə  daxil  olmuşdur.    Əslində,Azərbaycanın  milli 

inkişaf  modelini  xarakterizə  edən  vacib  xüsusiyyətlərdən  biri  iqtisadiyyatın 

şaxələndirilməsi  siyasətinin  uğurla  həyata  keçirilməsi,  xüsusən    regional  inkişaf  və 

sahibkarlığın  yüksəlişi  məsələlərinə  xüsusi  diqqətin  yetirilməsidir.Azərbaycanda 

sahibkarlıq üçün tamamilə azad mühit yaradılıb . 

Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində  Azərbaycanda  sahibkarlar 

təbəqəsi  formalaşmış,özəl  sektorun  ölkənin  sosial-iqtisadi  inkişafında  rolu 

artmışdır.Azərbaycanda  kiçik  və  orta  biznesin  inkişafının  vəzifəsi  dövlətin 

əhəmiyyətli  köməyi  ilə  bir  sıra  təsərrüfat  sahələrinin  struktur  yenidənqurmasının 

həyata  keçirilməsində  və  əhalinin  sosial-iqtisadi  hüquqlarının  müdafiəsində  başlıca 

rolun  oynanmasından  ibarətdir.  Dövlət  bu  prosesin  sosial-iqtisadi  tənzimlənməsinin 

yeganə institutu kimi qalır. Yerlərdə sahibkarlığa dətək vermək üçün onlara məsləhət 

xidmətinin,informasiya  təminatı  ,marketinq  xidməti  və  digər  xidmətin  sistemli  və 

fasiləsiz  həyata  keçirilməsi  məqsədi  ilə  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  yanında 

regionlarda bölmələri olan Bakı Biznes tədrisi mərkəzi(BBTM) yaradılmışdır. 

  Transformasiya  iqtisadiyyatından  davamlı  inkişafa  keçid  istiqamətində  dövlətin 

səyləri  daha  çox  hüquqi  və  iqtisadi  metodlarla  reallaşdırılmalıdır.  Doğrudur,  zəruri 

hallarda inzibati təsir mexanizmlərinin istifadə edilməsi də istisna olunmur. 

   Beləliklə  transformasiya  iqtisadiyyatından  davamlı  inkişafa  keçidlə  bağlı  dövlətin 

qarşısında  duran  ən  mühüm  vəzifələri  iki  istiqamətdə  təsnifləşdirmək  mümkündür. 

Bunlara,  birincisi,  daxili  sabitliyin  və  milli  iqtisadiyyatın  inkişafının  davamlılığının 

təmin  edilməsi,  ikincisi  xarici  rəqabətin  əlverişsiz  təsirlərinin  effektiv  şəkildə 

neytrallaşdırılması şamil edilir. 

  Transformasiya  şəraitində  Azərbaycanda  dövlətin  makroiqtisadi  siyasətinin  işlənib 

hazırlanması  və  reallaşdırılmasının  bir  sıra  xüsusiyyətləri  vardır.  Müasir  şəraitdə 

sosial-iqtisadi  proseslərə  dövlət  müdaxiləsini  şərtləndirən  əsas  arqumentlərə 

aşağıdakıları şamil etmək olar: 



46 

 

- reallıqda təsərrüfat subyektləri arasında təkmil rəqabətin mövcud olmaması; 



-  təsərrüfat  subyektlərinin  bazar  konyunkturunda  baş  verən  dəyişikliklərlə  bağlı 

informasiyaları  əldə  etmək  imkanının  olmaması  və  makroiqtisadi  tarazlığın  təmin 

edilməməsi; 

-  qeyri-istehsal  sahələrində  gəlirlərin  istehsal  sahələri  ilə  müqayisədə  aşağı  olması 

səbəbindən gəlirlərin dövlət tərəfindən yenidən bölüşdürülməsinin zəruriliyi; 

-  xüsusilə  keçid  dövrünü  yaşayan  ölkələrdə  bazarın  bir  sıra  növmüxtəlifliklərinin  və 

infrastruktur qurumlarının kifayət qədər təkmil şəkildə inkişaf etməməsi; 

-  iqtisadi  münasibətlərin  liberallaşdığı  şəraitdə  xarici  amillərin  zərərli  təsirlərinin 

neytrallaşdırılması  baxımından  daxili  və  beynəlxalq  bazarlarda  yerli  təsərrüfatçılıq 

qurumlarının maraqlarının müdafiəsi; 

-  ictimai  xidmətlərin,  eləcə  də  müdafiə  xidmətlərinin,  fundamental  elm  sahələrinin 

inkişafı ilə bağlı fəaliyyətin həyata keçirilməsinin zəruriliyi; 

- inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin stimullaşdırılması. 

  Hal-hazırki  dövrdə  transformasiya  prosesi  daha  çox  qloballaşma  ilə  xarakterizə 

olunur.  Qloballaşma  bir  çox  dövlətlərin  qarşısında  yeni  bazarların  aşkarlanması, 

informasiya  və  əmtəə  axınlarının  tezlənməsi,  xarici  investisiyaların  cəlb  edilməsi  də 

daxil  olmaqla  geniş  iqtisadi  perspektivlər  açmışdır.  Qloballaşma,  vahid  dünya  bazar 

sisteminin  formalaşmasına  səbəb  olan  əmək  məhsuldarlığının  artması,  yüksək 

texnologiyaların  tətbiqi  və  ümumdünya  kommunikasiya  xəttlərinin  yaranması  ilə 

kifayətlənməmişdir.  O,  müasir  bazarın  sərt  problemlərini  üzə  çıxartmış,  cəmiyyətin 

sosial problemlərini kəskinləşdirmiş və ekoloji təhlükəsizliyi qorxu altına qoymuşdur. 

Qloballaşma  sadəcə  milli  təsərrüfatların  bir-biri  ilə  bağlılığı,  dünya  iqtisadiyyatının 

qlobal miqyaslara çatması deyil həmçinin, öz tərkibinə həm beynəlmiləlçiliyi, həm də 

modernləşməni daxil edən bir prosesdir.  Qloballaşma - real prosesdir və onun müasir 

meylləri  daha  əvvəlki  olan  tərəqqi,  modernləşmə,  sivilizasiyaların  yaranması  kimi 

proseslərin  davamıdır.  Qloballaşma  şəraitində  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə