Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

41 

 

Heydər Əliyevin “ Yoxsulluğun azaldılması və İqtisadi inkişaf üzrə Dövlət Proqramı”  



kimi  bu  proqram  da  əhalinin  ərzaq  məhsulları  və  xidmət  sahələriylə  təminatındakı 

çətinliklərin aradan qaldırılmasına,regionlardakı istehsal müəssisələrinin fəaliyyətinin 

yaxşılaşdırılmasına,məhsul  ixrac  imkanlarının  genişləndirilməsinə  yönəldilmişdir. 

Fərq  ondadır  ki,burada  problem  daha  geniş  miqyasda  qoyulmuş  və  həlli  üçün  daha 

geniş miqyaslı təşkilati-iqtisadi tədbirlər müəyyənləşdirilmişdir

8



Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  demişdir:  "Ümummilli 

lider  Heydər  Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  Azərbaycan  beynəlxalq 

təcriddən  çıxdı.  Bu  gün  Azərbaycan  beynəlxalq  aləmdə  çox  görkəmli  yer  tutur, 

beynəlxalq təşkilatların  üzvüdür, onlarda  fəal  iştirak edir.  Bütün dövlətlər tərəfindən 

tanınır.  Azərbaycanın  böyük  hörməti  var.  Artıq  demək  olar  ki,  regional  məsələlərdə 

Azərbaycanın  sözü  həlledici  sözdür.  Azərbaycanın  iştirakı  olmadan  bölgədə  heç  bir 

regional  layihə  keçirilə  bilməz.  Beləliklə,  Azərbaycan  region  üçün  mərkəzə 

çevrilibdir.  Bizim  nüfuzumuz  artır,  gücümüz  artır.  Bu,  bizə  imkan  verəcək  ki, 

qarşımızda  duran  bütün  məsələləri  öz  xeyrimizə  həll  edək.  Bütün  bunlar  Heydər 

Əliyevin xidmətləridir". 

Beləliklə,  iqtisadi  inkişafın  tarixdə  analoqu  olmayan  Azərbaycan  modelinin 

formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-

iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir. Belə ki, ölkəmizdə: 

1.  İnzibati-amirlik  sistemi  ləğv  edilərək  bazar  iqtisadiyyatı  prinsipləri  bərqərar 

olmuşdur; 

2.  müstəqil,  demokratik,  hüquqi  dövlətin  əsasları  qoyulmuş  və  ölkə  yüksək  inkişaf 

mərhələsinə daxil olmuşdur; 

3.  transformasiya  prosesi  uğurla  aparılmış  və  özünün  son  mərhələsinə  qədəm 

qoymuşdur; 

                                                             

8

 Nuriyev  Ə.  Azərbaycanda iqtisadi inkişaf və moderniləşmə siyasətinin konseptual əsasları. Səh. 210-211 




42 

 

4.  qapalı  sosial-iqtisadi  sistem  xaricə  açılmış  və  "açıq  qapı"  siyasətinin  tətbiq 



edilməsi  nəticəsində  bərabərhüquqlu  dövlət  kimi  qlobal  iqtisadi  sistemə  inteqrasiya 

prosesi sürətlənmişdir; 

5.  xarici  kapital  geniş  miqyasda  cəlb  edilərək,  resurs  amillərindən  intensiv  istifadə 

edilməsinə başlanmışdır; 

6.  ölkədə  yaradılmış  yeni  imkanlar  daxili  mənbələrin  hərəkətə  gətirilməsi, 

iqtisadiyyatın strukturunun yenidən qurulması, informasiya texnologiyalarının sürətli 

inkişafı və bütün sahələrdə modernləşdirmə xəttinin həyata keçirilməsi məqsədlərinə 

xidmət edir və bu sahədə ciddi irəliləyişlər mövcuddur; 

7. həyata keçirilən qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya 

məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır; 

8.  siyasi  müstəqillik  iqtisadi  müstəqilliklə  möhkəmləndirilmişdir.  Tam  müstəqil  və 

balanslaşdırılmış  iqtisadi  siyasət  yeritməklə  ölkənin  milli  təhlükəsizliyini  və  onun 

mühüm  tərkib  hissələri  olan  iqtisadi  təhlükəsizliyini,  enerji  təhlükəsizliyini  və  ərzaq 

təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmişdir; 

9. ölkə qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə, təbii qaz 

idxal  edən  ölkədən  ixrac  edən  ölkəyə  çevrilmiş,  bir  çox  həyati  əhəmiyyətli 

məhsullarla öz ehtiyaclarını təmin edir;

9

 



10.  ölkənin  əlverişli  geosiyasi  vəziyyətindən  məharətlə  istifadə  edilməsi 

Azərbaycanın  regionda  lider  dövlətə  çevrilməsinə  və  qabaqcıl  dünya  dövlətləri 

arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur. 

   Sürətli  iqtisadi  inkişaf  Azərbaycanın  beynəlxalq  aləmdə  diqqət  mərkəzində 

olmasını  təmin  etmişdir.  Bütün  dünyanı  sarsıdan  qlobal  böhran  zamanı  ölkəmizdə 

iqtisadi  artım  sürətinin  9,3  faiz  səviyyəsində  olması  Azərbaycanın  milli  iqtisadi 

inkişaf modelinin, onun perspektivli inkişaf trayektoriyasının uğ urlu olduğunu əyani 

şəkildə  bir  daha  sübut  etdi.  Mürəkkəb  böhran  dövründə  Azərbaycan  modelinin 

                                                             

9

 Abduləzimov C.  Davamlı iqtisadi inkişaf strategiyasının uğurları. Səh. 72-74 




43 

 

uğurunun  sirrini  cənab  İlham  Əliyev  özü  belə  izah  edir:  a).istehlak  qiymətlərinin 



aşağı  salınmasının  vacibliyi  və  inflyasiyaya  nəzarət;  b).mərkəzi  bankların 

dəstəklənməsi  də  daxil  olmaqla  maliyyə  monitorinqi,  c).kreditlərə  və  faiz 

dərəcələrinə  nəzarət;  d).təkcə  neft  sektoruna  deyil,  real  iqtisadiyyata  daimi  sərmayə 

axınının  təmin  edilməsi;  e).sosial  öhdəliklərin  qətiyyətlə  yerinə  yetirilməsinə 

yönəldilmiş  siyasət;  f).sənaye  müəssisələrinin  fəaliyyət  istiqamətinin  daxili  bazara 

yönəldilməsi; ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sair. 

   Beləliklə,  akademik  Ramiz  Mehdiyevin  qeyd  etdiyi  kimi:  "Bu  gün  biz  fəxrlə 

deyirik ki, Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa çatdıra bilmişdir. Hazırda bu, 

liberal, müstəqil, davamlı, öz ehtiyatlarına əsaslanan iqtisadiyyatdır. 

 

   1995-ci  ilin  noyabrında  ümumxalq  səsverməsi  yolu  ilə  qəbul  edilmiş  Azərbaycan 



Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdə 

göstərilmiş,  insanların  firavan  yaşayışının  təmin  edilməsi  dövlətin  ali  məqsədi  kimi 

təsbit  edilmişdir.  Konstitusiyada  mülkiyyətin  çoxnövlülüyü,  təbii  sərvətlərin  xalqa 

məxsusluğu,  habelə  hər  bir  vətəndaşın  sosial  təminat,  əmək,  azad  sahibkarlıq, 

mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, habelə dövlətin üzərinə götürdüyü 

iqtisadi öhdəliklər əksini tapmışdır. 

  Hazırda isə Azərbaycan yeni inkişaf  mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas 

hədəfi  çoxşaxəli,  səmərəli  və  innovasiya  yönümlü  iqtisadiyyatın  formalaşdırılması, 

əhalinin  rifahının  layiqli,  qabaqcıl  beynəlxalq  standartlara  uyğun  səviyyəyə 

çatdırılması,  təhsilin,  elmin,  mədəniyyətin  inkişafında,  ictimai  həyatın  bütün 

sahələrində  yeni  nailiyyətlərin  əldə  olunmasıdır.  Müasir  tariximizin  2003-2014-cü 

illərinin  yüksəliş  və  inkişaf  göstəricilərinin  davamlılığını  təmin  etmək  bundan  sonra 

da dövlətimizin qarşısında duran ən böyük vəzifədir. 

  Azərbaycanda iqtisadi inkişafın ikinci və üçüncü  mərhələsində alınan qərarların da 

təsiriylə  əldə olunan nəticələr aşağıdakılardır: 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə