2
Elmi redaktoru:
Aytən Mustafayeva
Hüquq elmləri doktoru, AMEA-nın İnsan
Hüquqları İnstitutunun direktoru,
Milli Məclisin üzvü
Rəyçiləri:
Zamiq Aslanov
hüquq üzrə fəlsəfə doktoru
Tərlan Yusifov
təcrübəli hüquqşünas
E.M. Nəsibov. “İnsan hüquqları” anlayışının dərk olunmasında
fəlsəfi–məntiqi
(formal (ənənəvi-klassik) və dialektik məntiq)
metodlar.
Dərketmənin aksioloji və epistemoloji əsasları. III kitab.
Bakı, “Elm və Təhsil” nəşriyyatı - 2014, 144 səh.
“Hüquq” anlayışı müxtəlif aspektlərdən yanaşmaların predmetidir. Buna görə
də aksioloji və epistemoloji yanaşmalar da hüquqşünaslığın və hüquq fəlsəfəsinin
baza
mahiyyətində
qərarlaşır.
Hüquq
təlimlərinin
formalaşması
hüquq
subyektlərinin maraq xüsusiyyətlərindən və fəaliyyət əsaslarından meydana gəlir.
Kitab insan hüquqları anlayışının dərk olunmasının aksioloji və epistemoloji
əsaslarının analizini əks etdirir. Əsərdə qeyd olunur ki, insan hüquqları insanın təbii
xassələrinə -maddi və mənəvi aləminə - bağlıdır, insanın təbii fəaliyyətinin
nizamlayıcısıdır, şərtləndiricisi, istiqamətvericisi və stimulvericisidir. İnsan
hüquqları bir anlayış kimi bütünlükdə pozitiv olduğundan, əhəmiyyət kəsb
etdiyindən və mənəviyyatın əsaslarını əks etdirdiyindən dəyərlərdən təşkil olunur.
Dəyərlər tənzimedici, səlahiyyət genişləndirici olur və bu baxımdan da yeni
dəyərləri meydana gətirir. Dəyərlər elə gerçəkliklərdən, həqiqi biliklərdən ibarətdir.
Dəyər üzə çıxırsa hüquq da dəyər olaraq qeyri-müəyyənlikdən müəyyənliyə doğru
genişlənir, nəzəri baxımdan inkişaf edir. Hüquqla bağlı həqiqi biliklərin sferası da
genişlənir. Hüquq anlayışı insanın dəyər və həqiqi düşüncələrində formalaşır.
Hüquqların sərhədləri olduğundan onun gerçəkliyi də sərhədlər daxilində aşkar
olunur. Dəyər anlayışı mənəviyyatın və hüququn epistemoloji və aksioloji
mahiyyətini bir-birinə bağlayır. Burada bağlayıcılıq müstəvini yaradır. Bu baxımdan
da belə nəticələrə gəlinir ki, hüquq sisteminin özü normalardan ibarətdir, normalar
dəyərdir və gerçəkliklərdir; çünki insanların birbaş xarakterinə bağlıdır.
Kitab hüquq fəlsəfəsi ilə maraqlananlar üçün nəzərdə tutulur.
ISBN 978-9952-8176-1-4
2014
098
4603000000
−
N
грифли няшр
© Nəsibov E.M., 2014
4
GİRİŞ:
Fəlsəfi fikirlərin əsasları haqqında. İnsan hüquqları
anlayışı-fəlsəfənin obyekti kimi. Hər bir anlayış, -istər
mücərrəd, istərsə də konkret mənaları bildirsin, -fəlsəfənin
obyekti ola bilir. Çünki fikir və ifadələr şaxələnmiş,
təkmilləşmiş, sadələşmiş və mürəkkəbləşmiş əsaslarla əlaqəli və
bağlayıcı formada təfəkkürdə, qavrayış prosesində məhz duyğu
orqanlarının cəm halda qəbul etdikləri siqnallar vasitəsilə
yaranır. Fikirlər və ifadələr istiqamətlərdən meydana gəlir və
istiqamətləri formalaşdırır. Siqnallar çoxlu sayda istiqamətlərdən
daxil olur. Beyinin müəyyən məkanında siqnallar məcmuəsi
formalaşır və nəticə etibarilə dərketmə prosesi meydana gəlir.
(Hüquqi təfəkkür hüquqla bağlı fikirlərdən, biliklərdən,
məlumatlardan formalaşır və sahələr üzrə sistemləşir,
konfiqurasiya alır. Vahid və ümumi qaydalar baxış
bucaqlarının
mərkəzlərini
meydana
gətirir). Anlayış
müəyyən bir konseptual fikir müstəvisini (məkanı, dərketmə
mənbəsini, siqnal mənbəsini) yaratmaq üçün ətrafına digər
ifadələri (anlayış tərkiblərini) də cəmləşdirir. Bu
anda elementlər
(siqnallarını əks ertdirən elementlər) məkanı böyüdür. Bu
baxımdan da hesab etmək olar ki, fəlsəfi fikir tərkibini
elementlərlə zənginləşdirən fikirdir. İnsan bir şeyi düşünərkən
hər tələb olunan zaman əhatəli və təkmil formada siqnalları
qəbul edir və emal prosesinə cəlb edir. Emal prosesləri məkana
daxil olmuş elementlərin, zərrəciklərin qarşılıqlı vəhdətindən və
mübarizəsindən, eləcə də məkanda yer almasından irəli gəlir.
Emal prosesləri sintezləri genişləndirir və analizlərin əhatəsini
böyüdür. Təkmil formada düşünmə prosesi tədricən fəlsəfi
mahiyyəti aşkarlayır. Fəlsəfi mahiyyət düşünmə prosesinin
başlanğıc və son koordinatları arasında olan müstəvini əhatə
edir. Siqnalların köməkliyi sayəsində qavrama prosesləri
şaxələnir və əhatəli obrazlanır. Bu anda daha çox siqnallar qəbul
olunur, qəbul mərkəzində siqnal axınları meydana gəlir. Şaxəli