ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

26 
 
gerçək biliklər haqqında təlim) və aksiologiya (müəyyən şeylərə 
dəyərlər 
vermək 
haqqında 
təlim) 
da 
ontologiya 
və 
qnoseologiyanın tərkibidir. Varlıq və idrak təlimləri elə dəyərlər 
olmaqla,  həqiqi  biliklərin  əsasında  qərarlaşır.  Deməli,  episte-
mologiya  ontologiya  və  qnoseologiyanın  vəhdətində  mövcud 
olur.  Həqiqi  biliklər  dəyər  olaraq  təlimləri  meydana  gətirir. 
Təlim inkişafa xidmət edir. Deməli, insan yanaşmaları ümumən 
dəyərlidir.  Dəyərsizliyi  şərti  olaraq  müəyyən  məkanlar  və 
bucaqlar  meydana  gətirir.  Konkretlilik  kimi,  mücərrədlik  də 
təlimlərin obyekti olur. Lakin mücərrədliyi də həqiqətdən kənar-
da  axtarmaq  düzgün  olmaz.  Çünki  insanın  intuisiyası 
(intuisiyaya ali duyğu hissləri kimi baxmaq olar), duyğu orqan-
larının  müəyyən  mərhələdə  ali  fəaliyyəti  ilə  yanaşı,  mühüm 
əhəmiyyət  kəsb  edir  və  siqnalların  qəbulundan  yüksək  hədlə 
hesablanır. Mücərrədlik haradasa “gizlənmiş” olan konkretliliyə 
söykənir, onu ifadə edir. Qeyd olunduğu kimi, anlayışı dərk edən 
üsulları  özündə  əks  etdirən  təlimlərin  sayı  çox  olmalıdır,  çünki 
dərk  etmək  istiqamətləri  də  çoxdur.  İstiqamətlər  üzrə 
ümumiləşdirmə  elə  təsnifatı  meydana  gətirir.  Keyfiyyətin  və 
estetikliyin  seçim  amilini  zəruri  edir.  Məsələn,  insanların 
müxtəlif  yaş  dövrlərində  olan  hüquqi  vəziyyətləri  hüququn 
keyfiyyətini  ortaya  qoyur.  Varlıq  və  idrak  təlimləri  öz 
bazalarında  digər  təlimləri  də  əks  etdirir.  Bütün  təlimlər  varlıq 
və  idrak  təlimlərinin  tərkibinə  çevrilir;  çünki  insanlar  olan 
şeyləri  öz  düşüncələrinin  obyekti  edirlər.  Olmayan  şeylər  isə 
qeyri-müəyyən  olurlar,  həmçinin  müəyyən  əlamətli,  yəni, 
yarımgerçək,  yarımaşkar  olurlar.  Qeyri-müəyyənlik  müəyyən-
likdə  olduğu  kimi  hər  kəsə  eyni  dərəcədə  aşkar  oluna,  hər  kəs 
üçün  dəyər  ola  bilməz.  Bu  baxımdan  da  insan  hüquqları  daha 
çox  subyektivlikdən  meydana  gələn  obyektivlikdən  ibarətdir. 
Tam  görünə  bilməyən  şeylər,  varlıqlar,  mövcudluqlar  bəzən 
müəyyən  kiçik  əlamətlər  formasında  siqnallar  buraxırlar.  Bu 
siqnallar  aşkarlayıcı  funksiya  daşıyır  və  ümumi  siqnallardan 
fərqli olur.  İnsanların gündəlik olaraq adət etdikləri obrazlardan 


27 
 
fərqli  olaraq  görünürlər  və  yaxud  da  hiss  olunurlar.  İnsanların 
hüquqları onların gözləmədiyi şəraitlərdə reallaşır və gerçəkləşir. 
Dəyərlər  müəyyən  olmaqla  həqiqiliyə  çevrilir.  (Qeyd:  insan 
hüquqlarının  insanların  bioloji  xüsusiyyətləri  ilə  əlaqəliliyi 
varlıq,  düşüncə  ilə  əlaqəliliyi  isə  idrak  təlimlərini  meydana 
gətirir. İdrak təlimi elə varlıq təlimi üzərində qərarlaşır). Varlıq 
və  idrak  təlimləri  həm  universaldır,  həm  də  məxsusidir, 
konkretdir.  İdrak  təlimləri,  varlıq  təlimləri  mahiyyətlərin  və 
formaların  çoxluğunun  meydana  gəlməsini  təmin  edir.  Çünki 
beyinin  düşüncə  istiqamətləri  çoxluq  təşkil  edir  və  demək  olar 
ki,  tükənməzdir,  hesab  etmək  olar  ki,  beyin  mikrokainatdır. 
Beyin  obyektin  dərk  olunmasının  konseptual  əsaslarını 
formalaşdırmış olur. Beyin həm də kainatla təmasdadır və onun 
tərkib hissəsidir. Beyin kainatın hərəkət və qüvvə cərəyanları ilə 
siqnallar qəbul edir. Ona görə də təbiətdə məkandan asılı olaraq 
müəyyən  tərkibli  siqnallar  qəbul  etmək  iqtidarında  olur.  Beyin 
müəyyən təbii şəkildə mövcud olan sadə birləşmələrdə daha çox 
mürəkkəblik  axtarır.  Bu  mürəkkəblik  məhz  insan  fəaliyyətinin 
təkmilləşməsinə  istiqamətlənir.  Qəbul  edilən  və  emal  olunan 
siqnallar öz mürəkkəbliyi ilə quruculuq və yaradıcılıqda mürək-
kəbliyi  meydana  gətirir.  Beyinin  yaradıcılıq  funksiyası  quru-
culuqda  və  nəzəri  yaradıcılıqda  (konstruktiv  düşüncələrdə)  öz 
əksini tapır. İnsanlar çoxtərəfli şeyləri özləri üçün faydalı edirlər. 
İnsanlar  məhz  öz  hüquqlarından  istifadə  edərək  özlərinə  çoxlu 
istiqamətlər  üzrə  fəaliyyətlər  axtarırlar.  Şaxələnmə  hüquqların 
obyekt  kimi  digər  istiqamətlərini  meydana  gətirir.  Aksiologiya 
əhəmiyyətli  dərketmənin,  mənalı  dərketmənin,  idrak  nəticələri 
olaraq  mənalı  düşüncələrin  əsaslarını  aşkarlayır.  Aksiologiya 
əxlaqı,  mənəviyyatı  əlaqə  və  münasibətlərdə  təhlil  edir. 
Aksiologiya tənzimləmə təlimi kimi xüsusi önəm kəsb edir.  
İnsan hüquqları ona  görə ümumiləşmiş mənanı özündə əks 
etdirir  ki,  anlayış  daima  şaxələnməyə  məruz  qalır.  Ancaq 
məhdudlaşma  prosesləri  də  həyata  keçirilir.  “İnsan  harada, 
hansı cəmiyyətdə və dövlətdə- hüquq orada” prinsipi əsas rol 


28 
 
oynayır.  İnsanlar  yalnız  cəmiyyətlərdə,  nəzarət  və  tənzimləmə 
imkanları  mövcud  olan  məkanlarda,  sosial  quruluşlarda 
hüquqlara  malik  olurlar.  Sosial  əlaqələr,  mədəni  və  məişət 
əlaqələri  müstəvisində  hüquq  yaranır.  Tərəflər  olanda  hüquq 
gerçəkləşir. Bu baxımdan da hüquq həm fərdi, həm də müayisəli 
obyektiv  əsaslarda  meydana  gəlir.  Hüquq  digər  hüquq  tərəfi 
olduğuna  görə  meydana  gəlir,  fikirlər  həqiqətə  çevrilir.  Enerji 
mübadiləsi  sayəsində  hüquqların  gerçəkliklərə  çevrilməsi  pro-
sesləri  yaşanır.  Hüququn  mütləq  qaydada  tərəfləri-enerji 
mübadiləsində iştirak edən tərəfləri- olmalıdır. Bu tərəflər maraq 
sferalarını və fəaliyyət müştərəkliliyini yaradır. Məsələn, yaşayış 
yerlərindən  kənarda,  ucqar  dağlarda  və  keçilməz,  vəhşi  təbiətli 
meşələrdə  tək  olan  insanın  hüquqları  ətraf  aləmdən  qoruna 
bilməz.  Həmin  məkanlarda  insanın  özünü  və  hüquqlarını 
qorumaq  vasitələri  və  mexanizmləri  yoxdur.  Burada  insan  öz-
özü ilə təkbaşına ətraf aləmlə mübarizə aparmağa məcbur qalar. 
Lakin  cəmiyyətlər  daxilində,  ictimai  quruluşlarda,  yaşayış 
məskənlərində  (hansılarda  ki,  təbiətdəki  resurslar  insanların 
maraqlarının  təmin  olunmasına  yönəlir)  hüquqlar  qorunur  və 
tanınır. Hüquqları təmin edən güc tərəfi mövcud olur. Hüquqları 
qoruyan  tərəflərin  əllərində  resursları  mövcud  olur  və  onlar 
gücləri  və  potensialları  ilə  təmsil  edirlər.  Dövlətin  isə  əsas 
funksiyası  insanları  qorumaq  üçün  onları  nəzarətdən  kənarda 
olan  yerlərə,  təhlükəli  məkanlara  buraxmamaqdan  ibarət  olur. 
Dövlət  insanlara  harada  olmalarını  müəyyən  edən  əsas  qüvvə, 
güc mərkəzidir, tənzimedici qurumdur, məkan müəyyən edəndir. 
Buna  görə  də  dövlətin  hüquq  və  vəzifələri  məhz  vətəndaşların 
hüquq  və  vəzifələrini  qorumaqdan,  onlar  üçün  hüquq  və 
vəzifələri  realizə  məkanlarını  təmin  etməkdən  ibarətdir.  Dövlət 
öz funksional dəyəri ilə insanların hüquqi dəyərlərinin vəhdətini 
yaradır  və  öz  dəyərlərini  insanların  dəyərlərinə  çevirir.  Hüquq 
üçün  məkan  həm  mütləq-konkret  olur-  məsələn,  iş  yerləri,  ev 
şəraiti, parklar, küçələr və digər materilal konkret məkanlar buna 
nümunədir.  Həm  də  hüququn  nəzəri  baxımdan  daxilə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə