ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   2   3   4   5   6   7   8   9   ...   44

17 
 
Genişlənmə  ilə  xarakterizə  olunan  insan  hüquqlarının  mürək-
kəbləşməsi və zənginləşməsi prosesləri məhz normaların aydın-
laşmasına,  zənginləşməsinə  və  çoxalmasına  gətirib  çıxarır. 
Genişlənmə  özündə  məna  etibarilə  birxətli  mütləqliyi  də  əks 
etdirir. Məsələn, insanların baza hüquq və azadlıqları ifadəsi hər 
bir  məsələdə,  hər  bir  münasibət  və  əlaqədə  təbii  ki,  mütləqdir, 
həqiqətdir. Ümumiyyətlə, aşkar olunan bütün hüquqlar zəruridir, 
mütləqdir və həqiqətdir.  
Hüquqların  ədalətli  mahiyyəti  düzgünlüyün  özündə  əks 
olunur.  Bu  baxımdan  da  hüquqi  biliklər  düzgünlükdən  ibarət 
olan  biliklərdir.  Çünki  hüquqi  biliklər  real  maraqları  da  ifadə 
edir.  Hüquqi  biliklər  faydalı  olduğuna  görə  universal  həqiqəti 
yaradır.  Düzgünlük  də  müəyyən  məkandakı  elementlər 
tarazlığında bərabərlik və qeyri-bərabərlikdə özünü təsdiq etmiş 
olur.  Düzgünlük  burada  həm  də  bərabər  olmayan,  ədalətin 
pozulmuş  olduğu  məkanda  əks  olunur.  Deməli,  fəlsəfə  tərkibin 
kəmiyyətinə  bağlıdır.  Fəlsəfədə  pozitivliklə  kəmiyyət  (element 
tərkibinin  nə  dərəcədə  xeyirli  olması)  vəhdətdə  mövcud  olur. 
Fəlsəfə idrakda, fikir təlimlərində universallaşdırıcı və məxsusi-
ləşdirici  əməliyyatları  məntiqin  yolu  ilə  həyata  keçirir.  Burada 
məntiq böyük funksiya daşıyır, qeyri-müəyyənlikləri aşkarlayır. 
Məntiq  fəlsəfənin  obyektləri  arasında  disskusiyalar,  aydın-
laşdırılmalar  yolu  ilə  əlaqələrin  vəhdətini,  bağlayıcılığı  və  bu 
bağlayıcılıqda  elementlərin  eyniliyini  və  fərqliliyini,  həmçinin 
eynilik,  oxşarlıq  və  fərqlilik  trayektoriyalarını  meydana  gətirir. 
Ziddiyyətlərin  aşkar  edilməsi  elə  həqiqiliyin  aşkar  edilməsi 
funksiyasından  ibarət  olur.  Həqiqilik  büruzə  verilən  istiqa-
mətlərdə,  axınlarda  mövcud  olur.  Həqiqilik  elə  mənaları 
aşkarlayır.  Məzmunları  ortaya  çıxarır.  Fəlsəfə  kontekstlər  ara-
sında  bağlayıcılığı  yaradır,  bu  zaman  müəyyən  müstəvidə 
keçidlər  edilir.  Keçidlər  də  oxşarlıqlar  və  fərqliliklər  (yəni 
müxtəlif  bucaqlardan  olan  oxşarlıqlar  və  eyniliklər)  əsasında 
müəyyən olunur. Məsələn, hüquq normaları sistemində keçidlər 
(bağlayıcılar)  fərqli  subyektlərin  və  tərəflərin  fərqli  məkanlarda 


18 
 
olan hüquqlarını özündə ehtiva edir. Keçidlər bir şərti sahə üzrə 
hüquq  normalarının  da  şaxələnməsini  təmin  edir.  Keçidlər 
edilərkən fərqli  məkanlar  aşkarlanır,  aşkar olan xətlərin davamı 
olaraq  qeyri-müəyyən  olanları  müəyyənliklər  əvəzləyir.  Burada 
həmçinin  qeyri-müəyyənliklər  yeni  xətləri  də  ortaya  çıxarır. 
Sistemin  daxili  struktur  elementləri  arasında  olan  əlaqələr  daha 
da  yaxşı  öyrənilir.  Bağlayıcılığın  çox  məkanlar  və  məsafələr 
üzrə  əsasları  fikirlərdə  formalaşmış  olur  ki,  bu  da  ardıcıl 
düşüncələrdən və dərinləşən məzmundan meydana gəlir.  
Fəlsəfi  obyektlərin  elm  yolu  ilə  öyrənilməsi  ən  müxtəlif 
məzmunlu və tərkibli, həm də fərqli təyinatlı kiçik elementlərin 
öyrənilməsini,  quruculuqda  və  yaradıcılıqda  isə  meydana 
gətirilməsini (müxtəlif elementlərin qarışığından ibarət olan yeni 
məzmun  və  formanın  yaradılmasını)  şərtləndirir.  Buradan  da 
fərqli  elementlərdən  estetik  məzmunlu  vahidlər  (strukturlar, 
maddələr)  əldə  olunur.  Məsələn,  müxtəlif  növ  inşaat  materi-
allarından  memarlıq  təxəyyülünə  müvafiq  olaraq  çoxlu  sayda 
fərqli  bütövləri,  memarlıq  incilərini  meydana  gətirmək 
mümkündür.  Burada  seçim  imkanlarının  çoxluğu  bir  tərəfdən 
sürəti  artırır  (yaradıcılıq  və  quruculu  üzərində  qurulan  fəaliy-
yətin  sürətini),  zamanı  qısaldır,  digər  tərəfdən  keyfiyyət  üçün 
resursların  əldə  olunmasını  təmin  edir,  başqa  bir  tərəfdən  isə 
müxtəlifliyi  və  estetikliyin  seçim  imkanlarını  genişləndirir  və 
zənginləşdirir. Təxəyyül sistemə salınanda nəticə etibarilə fəlsəfi 
məzmun ortaya çıxır, sistemli təfəkkür formalaşır. Eləcə də yeni 
bir  inkişaf  sahəsi,  istiqaməti  ortaya  çıxanda  resurslardan 
istifadəni  səməri  etmək  və  stimul  yaratmaq  məqsədilə  hüquq 
normaları  sistemləri  formalaşdırılır.  Burada  hüquqi  yaradıcılıq 
fəlsəfi  məzmunu  ortaya  çıxarır.  Strukturların  say  çoxluğu  və 
kəmiyyətin  çoxluğu  etik-estetik  zənginliyin  əsaslarını  meydana 
gətirmiş olur. Digər bir misal olaraq qeyd etmək yerinə düşər ki, 
hüquq  normalarının  çoxluğu  hüquq  sistemini  yaradır,  sahələr 
arasında  bağlayıcılığı  meydana  gətirir,  bir-birini  təmin  edən, 
şaxələndirən hüquq normaları sistemini formalaşdırır. Lakin çox 


19 
 
aşkarlanma  da  mənfi  xüsusiyyətləri  yaradır,  elementlərin 
əhəmiyyətini aşağı endirir. Ancaq bütün bu fikirlər öz-özlüyündə 
fəlsəfi mahiyyətə malik olur.  
Etika  və  estetika  vahidlərin  müxtəlif  bucaqlarda,  ancaq 
xətlər  üzrə  birləşməsindən  yaranır.  Məsələn,  qeyd  olunduğu 
kimi,  insan  hüquqları  fəlsəfi  məzmundur  və  konseptual 
əhəmiyyətə  malikdir.  İnsan  hüquqlarını  daşıyan  bütün  tərəflər 
cəm  halda  pozitiv  əsasları,  fəlsəfi  aspektləri  yaradır.  Xeyirli 
məqsədlər  və  vəzifələr  ana  xətti  təşkil  edir.  İnsan  hüquqlarına 
həm  ayrı-ayrı  fərdin,  həm  də  kollektivin  məxsusluğu  (aşkar 
şəkildə  mövcudluğu)  prizmasından  yanaşılır.  Hüquq  normaları 
ümumi  olaraq  bütün  aidiyyatı  şəxslərə  şamil  olunur.  Burada 
ayrı-ayrılıqda  fərdlərin  hüquqları  təmin  edilir.  Burada  fikir 
müxtəlifliyi fikir zənginliyini və sistemliliyini ortaya qoyur. Hər 
bir fikir sistemdə və müstəvidə öz məkanına malik olur. Həmin 
məkanı  digər  fikir  də  əvəz  edə  bilir.  Məntiqi  ardıcıllıq  və 
əvəzləmə törəməni meydana gətirir. Fikir başqa bir fikirlə əvəz 
olunarkən məkan əvəzlənməsi prosesləri baş verir. Bu halda həm 
aydınlaşma  prosesləri  gedir,  həm  də  müəyyənliyin  qeyri-
müəyyənliyə  çevrilməsi  halları  yaşanır.  İnsan  hüquqları 
anlayışına  müxtəlif  bucaqlardan  (sahələrdən,  istiqamətlərdən) 
yanaşma etmək təbii olaraq ona zəngin məna vermək deməkdir. 
Bu  anda  insan  hüquqlarının  mahiyyəti  daha  çox  gerçəkləşir. 
Müəyyən məkanı əhatə edən fikirlərdə subyektivliyin çoxalması 
təbii ki, bol obyektivliyi yaradır. Obyektivlik özündə həqiqiliklə 
yanaşı,  düzgünlüyü  də  meydana  gətirir.  Bu  baxımdan  da  insan 
hüquqlarının  epistemoloji,  yəni,  gerçək  biliklər  kimi  əsasları 
genişlənir,  baxış  təlimi  formalaşır.  İnsan  hüquqlarının  nəzəri 
məzmununda  gerçək  biliklər  təbii  olaraq  subyektlərin,  hüquq 
daşıyıcılarının  münasibət  və  əlaqələrində  öz  əksini  tapmış  olur. 
Təcrübədən  meydana  gələn  maraq,  fəaliyyət  istiqamətləri  insan 
hüquqlarının fəlsəfi məzmununda daimi genişlənməni və həqiqi 
bilikləri  formalaşdırır.  Hər  bir  şəxsin  hüquqları  insan 
hüquqlarının  gerçək  mahiyyətində  büruzə  verir.  Deməli, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə