ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   2   3   4   5   6   7   8   9   ...   44


 
etmək  və  təhlilə  çevirmək  öz-özlüyündə  müəyyən  müstəvidə 
pozitivliyi  aşkarlamaq,  pozitivliyin  yeni-yeni  istiqamətlərini 
üzərə  çıxarmaq  deməkdir.  Fikirlərin,  düşüncələrin  pozitiv 
nəticələri,  yəni  faydalı  əsaslı  nəticələri  fəlsəfi  mahiyyəti 
aşkarlayır.  Hüquq  həm  də  ona  görə  fəlsəfənin  obyektidir  ki, 
insanların  təbiəti,  xarakteri  və  fəaliyyəti,  həmçinin  maraq  və 
mənafeyi,  ümumiyyətlə,  hüquqları  ilə  bağlı  olan  həyat  tərzi 
məzmun etibarilə dərindir, eyni zamanda geniş düşünməni tələb 
edəndir.  Hüququn  pozitiv  tərəfi  subyektin  hüquqlarını  yüksək 
səviyyədə təmin etməkdən, maddi-mənəvi vəhdətin sintezini və 
harmoniyasını 
yüksəkliklərə  qaldırmaqdan  ibarətdir.  Bu 
baxımdan da hüquq dəyərli əsasa malik olan universal mənaları 
özündə  əks  etdirir.  Hüquq  öz  qarşısına  çıxan  maneələri  dəf 
etməyə  çalışır.  Hüquq  qanunvericilikdə  və  bu  baxımdan  da 
realizə məsələlərində normalardan ibarət olan dəyərli modellərdə 
əks  olunur.  Bu  əks  olunma  da  həqiqətin  özünü  aşkarlayır, 
insanla  onun  təmasda  olduğu  varlıq  arasında  müqayisədə 
dəyərlərin  əsasları  meydana  gəlir.  İnsan  öz-özünü  düşünən  bir 
məxluqdur.  Burada  düşüncələrini  şaquli  və  üfiqi  trayektoriya 
üzrə böyüdür. Geniş düşünmə əhatəli qaydada faydalı nəticələri 
olan düşünmədən ibarətdir. Lakin geniş düşünmə faydalı olmaya 
da bilər və əvvəlcə də qeyd olunduğu kimi, mənfi istiqamətlərə 
yönələr.  Bu  baxımdan  fəlsəfi  düşüncələr  daha  çox  universal  və 
məxsusi  pozitiv  düşüncələr  üzərlərində  qurulur.  Mənfiləri 
düşünmə  isə  elə  müsbətliklərin  əldə  olunması  yollarını 
tapmaqdan ibarət olur. Dərinə düşüncə mənaları aşkar edir, həm 
də daha çox istiqamətləri və bağlayıcıları tapır. İstiqamətlər üzrə 
bağlayıcılar  ardıcıllığı  müstəvini  genişləndirir.  Düşüncənin 
dərinləşməsi  enerjinin  daha  çox  üzərə  çıxmasını təmin edir.  Bu 
anda  enerji  “enerjisizlik”  üzərində  hakim  olur.  Yəni,  müsbət 
mənfini  üstələyir,  tarazlaşdırır.  Dəyər  vermək  elə  əslində 
müsbət  və  mənfini  müəyyən  məkanda  müqayisə  etməkdən 
ibarətdir.  Üstələmə  mənfi  adlandırdığımız  məkanda  enerji 
boşluğunu  doldurur  ki,  bu  da  özlüyündə  müsbəti  aşkarlayır, 



 
tarazlaşdırma yaradır. Şərti boşluq olan mənfini doldurur. Həyat 
fəaliyyəti  genişləndikcə,  resurslar  artdıqca  yeni  istiqamətləri 
nizama  salmaq  üçün  hüquq  normalarının  qəbulu  zəruri  amilə 
çevrilir.  Bu  nöqteyi-nəzərdən  də  hesab  etmək  olar  ki,  enerjinin 
artımı əslində tənzimləmə funksiyasını yerinə yetirmək üçündür. 
Düşüncələrin dərinləşməsi və genişlənməsi düşüncə sistemini və 
müəyyən  məkan  üzrə  və  müvafiq  ölçülər  əsasında  müstəvisini 
meydana  gətirir.  Hər  bir  düşüncə  öz  məqamında  dərinləşməyə 
doğru  getdikcə  açılma  sayəsində  müstəvisini  genişləndirir. 
Hüquq  fəaliyyət  və  düşüncə  sayəsində  genişlənir.  Düşüncələr 
burada  mövcud  olan  obyektlərin  müxtəlif  bucaqlardan 
işıqlanmasını təmin edir. Buradan da belə nəticələrə gəlmək olur 
ki,  düşüncələr  təbii  (obyektiv  və  subyektiv)  olaraq,  yəni 
insanların  iradələrindən  tam  asılı  olmayaraq  da  mövcuddur. 
Ancaq  insanlar  duyğu  orqanları  vasitəsilə  qəbul  etdikləri 
siqnallarla  mövcud  olan  düşüncə  müstəvisinə  müxtəlif 
bucaqlardan  işıqlar  sala  bilirlər.  Buradan  da  yenə  o  nəticəyə 
gəlmək  olur  ki,  əslində  Ulu  Tanrı  və  təbiət  insanlara  bütün 
mümkün  siqnalları,  əlamətləri,  obrazları  əvvəlcə  verib.  Lakin 
düşüncələr üçün çox şey qaranlıqdır, qeyri-müəyyəndir. İnsanlar 
onları  müxtəlif  məkanlar  üzrə  duyğu  orqanlarının  siqnalları  ilə 
aşkar edə bilirlər. Bu baxımdan da hesab etmək olar ki, insanlara 
çox şeylər (müxtəlif miqdarda) qeyri-aşkar formada bəxş edilib. 
Onları  aşkar  etmək  üçün  müxtəlif  istiqamətlər  üzrə  müəyyən 
miqdarda  düşünmək,  ardıcıl  şəkildə  siqnalları  qəbul  etmək 
lazımdır. İstedad, qabiliyyət, məharət, cürət, risq, cəhd və s. kimi 
keyfiyyətlərin  hərəkətlərlə  culğaşması,  müşayiət  olunması 
insanlarda  qeyri-müəyyənliyi  müəyyənliklə  əvəzləyir.  İnsan  öz 
hüquqlarının  mahiyyəti  üzərində  ardıcıl  düşünməklə  özünü 
hüquq  müstəvisində  aşkarlaya  və  təsdiq  edə  bilər.  Hər  bir 
insanın hüququ onun təbii mövcudluq xassəsinə bağlıdır. Hüquq 
haqq  formasında,  özündə  bərabərliyi  və  ədalətliliyi  əks  etdi-
rməklə, insanlarladır. İnsanların cəmiyyət və dövlət qurmaları da 
onların təbii xassələrinə bağlıdır.  


10 
 
Konstruktivlik  düşüncə  müstəvisində  daha  çox  element 
istiqamətlərini,  yəni,  elementlərin  müəyyən  axınlar  üzrə 
düzülüşünü  aşkar  edir.  Elementlərin  düzülüşü  və  kəmiyyətin 
çoxalması  insan  hüquqlarının  zənginləşmiş  mənasını aşkarlayır. 
İnsan  hüquqlarına  dair  fikirlər  o  halda  daha  da  genişlənir  ki, 
insanın fəaliyyəti böyüyür və bu fəaliyyət daha da geniş şəkildə 
dərk  olunur.  Hüquqlar  zənciri  məhz  elementlər  zəncirinin 
bağlayıcılığının  müstəvisini  genişləndirir.  Buradan  da  xassələr 
(məzmun,  mahiyyət)  daha  çox  aydınlaşır.  Xassələrin  geniş 
əsaslarda  aşkar  olunması  məzmunu  dərin  edir,  məzmun  açılır. 
İnsan  öz  obyektinə  doğru  daha  da  yaxınlaşmış  olur.  Bu 
yaxınlaşma  həqiqətin  üzərə  çıxmasına  xidmət  edir.  Məzmun 
açıldıqca  hüquqların  tərkib  etibarilə  birləşmiş  mahiyyəti 
genişlənir.  Hüquqların  genişlənməsi  siqnallar,  əlaqələr  hərə-
kətlər,  təsirlər,  maraq  və  mənafe  kriteriyalarına  (səbəb  olaraq) 
görə  baş  verir.  Hüquqları  həmçinin  normalarla  ifadə  olunma 
amili  də  genişləndirir.  (6  saylı  qrafikə  də  baxmaq  olar).  Məz-
mun  açıldıqca,  mənalar  kəmiyyətini  artırdıqca  hüququn  pozitiv 
tərəfləri daha çox aşkar olunur. Deməli, açılış enerjinin artmasını 
ifadə  edir.  İnsan  öz  hüquqlarını  yaxşı  dərk  edir.  Belə  qərara 
gəlmək  olur  ki,  hüquq  enerjidən  ibarət  olan  dəyərdir.  Dəyər 
hüquqdursa,  hüquq  enerjidirsə,  onda  dəyər  də  enerjidir. 
Dərketmə  sayəsində  hüquqların  sərhdələri  də  böyüyür.  Fəlsəfə 
obyektində  böyümə,  genişlənmə  baş  verir.  Deməli,  fəlsəfi 
düşüncələr açılmış, aşkar olunmuş düşüncələrdir. Bu düşüncələr 
də siqnallardan ibarətdir. Bu baxımdan da siqnalların çox qəbulu 
fəlsəfi  mahiyyətin  aşkar  olunmasını  təmin  edir.  Hüquq  fəlsə-
fəsinin  əsası  hüquqların  sahələr  üzrə  genişlənməsində  özünü 
təsdiq  edir.  Bu  genişlənmə  hüquq  normalarından  yeni  hüquq 
normalarının  meydana  gəlməsini  şərtləndirir.  Bağlayıcılıq  artır 
müstəvi  böyüyür.  Burada  yenə  də  konstruktivlik  və  sistemlilik 
əsas  rol  oynayır.  Proseslər  sayəsində  işıqlandırma  və 
müəyyənliyə  çevrilmə,  aşkar  olunma  yaşanır.  İşıqlandırma 
insanlara enerji verir və insanlar rahatlanır. Çünki bu enerji geniş 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə