22
idarəetmənin əsaslarının müəyyən olunması-təmin olunur. Buna aparat və
idarə öyrədilməsi də demək olar.
-ərazinin bələdiyyələr üzrə regional əsaslarla idarəçiliyinin öyrədilməsi
təmin olunur;
-yerli seçki qurumlarının fəaliyyətinin və əsaslarının öyrədilməsi həyata
keçirilir;
-icra aparatlarında kargüzarlığın əsaslarının öyrədilməsi, kargüzarlığın
aparılması qaydalarının başa salınması təmin olunur. Bu əsasda qanunvericilik
aktlarının, o cümlədən qaydaların öyrədilməsi prosesləri həyata keçirlir;
-yerli məhkəmə sistemlərinin və hüquq –mühafizə qurumlarının
fəaliyyətinin öyrədilməsi təmin edilir;
-diplomatik qurumların inzibati fəaliyyətinin öyrədilməsi həyata
keçirilirvə s.
Siyasi əsaslar
Dövlət hakimiyyətinin mərkəzində mövqe və vəzifə tutan şəxslər ilk
növbədə daha çox dövlət və cəmiyyət, xalq və vətəndaş anlayışını geniş
mənimsəmək imkanlarına malik olmalıdır. Burada hüquq normalarının
qəbulu, icrası və normaların icrasına nəzarətin həyata keçirilməsinin başlıca
prinsipləri təşkil edir. İdarəetməni siyasi əsasları daha çox makro idarəçiliyi
özündə ehtiva edir. Çünki dövlət ali bir fenomendir.
İnzibati əsaslar siyasi əsasların tərkibində qərarlaşır. Çünki dövlət
quruluşu idarəetmə baxımından siyasi forma və məzmuna malikdir. Dövlət
inzibati əsaslarla idarə olunan siyasi bir bütövlükdür. Siyasi idarəetmə ali
idarəetmə forması olaraq tərkibində həm yerli, həm də mərkəzi inzibati
idarəetməni cəmləşdirir. İnzibati idarəçilik siyasi idarəçiliyi məkan üzrə
genişləndir və buna görə də tərkibini təşkil edir. İnzibati idarəçilik siyasi
idarəçiliyin (siyasi rəhbərliyin) mexanizmisini və qaydalarını yaradır.
Dövlətin qanunvericilik aktları mərkəzi və yerli inizabati bölgülər üzrə təsir
qüvvəsinə malik olur. Bu aspektdə yerli qurumlar əsasən mərkəzi qurumların
siyasətini tərkiblərə ayırır. Yəni, strukturlar üzrə şaxələnmə elə mərkəzi və
ətraf inzibati quruluşu meydana gətirir. Siyasi idarəetmə hakimiyyətin üç
qolunun formalaşmasını və üç qolun mərkəzi və yerli fəaliyyətinin əsaslarını
özündə ehtiva edir. Siyasi idarəetmə mərkəzləşdirici əsaslı müəyyənetmə
siyasətidir. Burada dövlətin daxili və xarici siyasətinin ümumi əsasları,
istiqamətləri və detalları müəyyən olunur. Siyasət mərkəzlərində siyasətin
nəzəri əsasları müəyyənləşir, sonra isə icra həyata keçirilir. Həmçinin icra
proseslərindən yeni hüquqi normaların yaradılması zərurəti meydana gəlir.
Siyasi fəaliyyət də təbii ki tərkiblərdən ibarət olur. Dövlət siyasətinin müəyyən
olunmasında yerli qurumlardan tutmuş, cəmiyyətə və əhaliyə qədər, mərkəzi
hakimiyyət qurumlarına qədər bütün strukturlar təklifverici funksiyanı yerinə
yetirirlər. Həmçinin mərkəzdən aşağılara doğru qərarların icrası prosesləri
həyata keçirilir. Universal qərarlar həm mərkəzə, həm də ətrafa aid olur.
23
Mərkəzi qərarlar həm birbaşa icra olunur, həm də bu qərarlardan çıxış edərək,
icrasını təmin etmək məqsədilə, yerli qurumların qərarları qəbul olunur. Bu
istiqamətdə dövlət qanunlarından (qanunvericilik aktlarından) mərkəzi
qüvvəyə malik olmayan yerli qərarlar qəbul edilir. Siyasi əsaslarla kadrların
yetişdirilməsində tələbatlara olan cavab reaksiyaları önəmli rol oynayır. Bu
baxımdan da kadrların təşəbbüskarlıq qabiliyyəti əsas diqqət mərkəzində olur.
Siyasi əsaslar dövlət siyasətinin ümumən baza istiqamətini və strateji
mahiyyətini aşkarlayır. Eyni zamanda taktiki addımları müəyyənləşdirir.
Kadrların siyasi əsaslarla yetişməsində bu kimi konkret prosedurlar
həyata keçirilə bilir:
-dövlət, cəmiyyət və onların qarşılıqlı vəhdət mahiyyətinin öyrədilməsi;
-xalq və onun təşkilatlanması əsaslarının öyrədilməsi;
-dövlət quruculuğunun, dövlət xidmətlərinin, xalq-dövlət birliyinin və
dövlətin funksiyasına aid olan bütün prosesləri özündə ehtiva edən dövlətçilik
ideologiyasının əsaslarının öyrədilməsi. İdarəetmə kadrlarının dövlətçilik
ideologiyası ruhunda tərbiyə olunması;
-dövlətin daxili və xarici siyasətinin zəruri əsaslarının öyrədilməsi;
-daxili və xarici siyasət fəaliyyətinin tamamlayıcı zərurətinin öyrədilməsi;
-cəmiyyətlə dövlət arasında qarşılıqlı təminedici funksiyanın öyrədilməsi;
-dövlət etikasının təbliği;
-insanların bütün sahələrdə hüquqlarının mövcudluğunun və əsaslarının
öyrədilməsi;
-dövlətin özünün məcmu hüququnun öyrədilməsi;
-dövlətin beynəlxalq aktor kimi rolunun nəzəri əsaslarının və təcrübi
tərəflərinin öyrədilməsi və s.
Təbii ki, öyrədilmə prosesləri əyani nəzəri vasitələr və real vəzifələri
tutmaqla həyata keçirilir. Hər bir proses özülüyündə insan düşüncələrində
müəyyənlik yaradır.
İ
ctimai əsaslar
Dövlətin idarəçiliyində iştirak edən mütəxəssislər, siyasətçilər (kadrlar)
cəmiyyətin nəbzini tutmağı bacarmalıdırlar. Cəmiyyət-dövlət vəhdətindən
çıxış edərək, cəmiyyətin sifarişlərini müəyyən etmək, ayırd etmək
qabiliyyətinə malik olmalıdırlar. Eyni zamanda cəmiyyəti qabaqlayaraq,
cəmiyyət üçün yeni istiqamətləri təqdim etməyi bacarmalıdırlar. Prosesləri
yeniliklərlə yönləndirmək məharətinə malik olmalıdırlar. Şəxslər cəmiyyəti öz
xidmət obyektlərinin əsas mərkəzi elementi hesab etməlidirlər. Kadrlar ayıq
olmalıdırlar və tez və vaxtında reaksiya vermək bacarığını özlərində
cəmləşdirməlidirlər. Onlar əqli nəticələr çıxarmağı bacarmalı və cəmiyyətin
vəziyyəti ilə bağlı öz səlahiyyətləri çərçivəsində vəziyyətləri dəyərləndirməyi
və qərar qəbul etməyi bacarmalıdırlar. Cəmiyyətin istəklərini dövlətin