Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   2   3   4   5   6   7   8   9   ...   50


 
İ
stənilən  şərti  bir  məkanı  əhatə  edən  nöqtələri  düşünmək  və  nöqtələri  açmaq, 
yeni nöqtələri əlavə etmək, müəyyənləşdirmək elə fəlsəfi düşüncələri meydana 
gətirir.  Fəlsəfi  düşüncələr  yeni  nəticələr  yaradan,  həm  də  təsirli  nəticələr 
yaradan  düşüncələrdən,  qənaətlərdən  və  qənaətləri  ifadə  edən  müddəalardan  
ibarətdir.  Fəlsəfi  fikirlərin  formalaşması  əsasları  obyektlərdən  və  onların 
obrazlanmasından meydana gəlir. Bu obrazlanma əqli nəticələri formalaşdırır. 
Ə
qli  nəticələr  də  elementlərə  və  onların  beyində  obrazlanmasına,  məkan 
tutumuna  söykənir. Rasionalizmin dayağı burada meydana gəlmiş olur. Dayaq 
da  elementlərdən  ibarətdir.  Bu  aspektdə  empirik  biliklər  rasional  biliklərlə 
(yəni,  ağlın  çıxardığı  məntiqi  biliklərlə)  eynilik  təşkil  edir.  Empirizmin  və 
ə
qlin ifadəsi obyektlərə, dəyişən aləmə, mütləq və nisbi hərəkətlərə söykənmiş 
olur.     
İ
stənilən  nöqtədən,  məkandan  başlayaraq  istənilən    müəyyən  xəyali  bir 
fiqur  formasında  obyekti  düşünmək  olar.  Bu  halda  düşüncələr  həndəsəsi 
meydana  gəlir.    Düşüncələrdə  simmetrik  fiqurların  alınması  öz-özlüyündə 
sistemli  və  harmonik  düşüncələri  meydana  gətirir.  Düşüncə  silsilə  xarakteri 
kəsb  etdikdə  bütöv  izahlı,  ifadəli  mətnləri  meydana  gətirir.  Sonsuz  kainatda, 
təbiətdə,  insan  fəaliyyətində  obyektlər    o  qədər  çoxdur  ki,  həmçinin  üsniyyət 
üçün  sözlər  bol  olduğundan  konseptuallıqla,  cəmləşdirməklə,  müəyyən 
istiqamətlərə  sözləri  toparlamaqla  və  əqli  nəticələr  yolu  ilə  ifadələri,  oxşar 
ifadələri  cəmləməklə  mətnlər  yaratmaq  olar.  Burada  ölçünü,  normanı, 
qaydaları  müəyyən  edən  riyazi  işarələr  də  çoxluq  təşkil  edir.  İstənilən 
birləşdirici,  tərkiblər  baxımından  ayırıcı,  sistemlərdə  tərkiblərə  ayırıcı, 
paralellikləri  və  fərqləri  yaradan  ifadələr,  sözlər  cəmi  konsepsiyaları  yaradır. 
Fəlsəfə və elm birlikdə ensiklopedik məzmunu ortaya çıxarır.  
Dövləti 
də 
düşünmək 
mümkündür, 
çünki 
tərkibi 
obrazlanan 
elementlərdən  formalaşır.  Filosof  dövləti  sistemli  düşünür,  onun  tərkibinin 
fiziki və ruhi əsaslarını düşünür. Filosof kompozisiya axtarır. Düşündüklərinin 
ardıcıllığı isə elmi meydana gətirir. Ümumiyyətlə, hər bir element obrazlanma 
üçün  faktları  meydana  gətirir.  Humanitar  sahələrdə,  insan  mənəviyyatı 
sahələrində hər bir söz elm üçün başlanğıc ola bilir. Məsələn, əxlaq sözü özü 
bir  sözdür,  lakin  kosneptual  əsaslıdır.  Bu  aspektdə  əxlaq  haqqında  silsilə  və 
ardıcıl  düşünmə  elmi  meydana  gətirir.  Dövlət  strukturdur,  mexanizmdir,  bu 
baxımdan da elementlərdən ibarətdir.  Dövlət ali formada, eləcə də sadə və adi 
səviyyədə    düşünülür,  onun  mənası  aşkarlanır.  Dövlət  vətəndaşların  daima 
istək  tərəfləri  olaraq  çıxış  edir.  Dövlət  xidmət  ünsürü,  vasitəsi  olduğundan 
dəyərlərə malikdir. İnsanlar dövlətlərini dəyər tərəfi olaraq görürlər. Dövlət bir 
tarixi ictimai-siyasi  fenomendir,  reallıqdır, gerçəklikdir. Əlaqələr sistemindən 
və  tərkib  strukturlarından  ibarət  olan  bir  universal  mexanizmdir.  Universal 
tərkiblə  yanaşı,  həm  də  konkret  mexanizm  vasitəsidir.  Dövlət  cəmləşmiş  bir 
canlı aparatdır. Onun canlılığını subyektlər  (şəxslər-maraqlı tərəflər) meydana 
gətirirlər.  Dövlət  qarşılıqlı  əlaqələr  və  fəaliyyət  sayəsində  mövcud  olan 



 
universal    bir  kompleksdir.  Dövlət  strukturlardan  və  əlaqələr,  fəaliyyətlər 
konstruksiyalarından  təşkil  olunur.    Dövlət  həmçinin  özündə  tarixi  prosesləri 
ə
ks  etdirən  məkan,  o  cümlədən    yaşayış  məskəni    amilidir,  kateqoriyasıdır. 
Dövlət  yaşayış  məskənləri  kriteriyaları  üzrə  sivilizasiya  anlayışlarını  özündə 
ə
ks  etdirir.    Dövlət  təfəkkürdə  səbəb  və  nəticə  kateqoriyasıdır.  Eyni  zamanda 
zərurət  kateqoriyasını  özündə  ehtiva  edir.  Dövlətin  daxilində  insan  maraqları 
ə
ks  olunduğundan  bütün  fəlsəfi  kateqoriyalar  da  burada  cəmləşir.  Dövlət 
daxilində proseslər qərarlaşır. Hər bir prosesin səbəb və nəticəsi mövcud olur.  
Dövlət bir qurum kimi  universal  mövcudluqdur. Həm də mütləq kriteriyadır. 
Dövlət  mücərrəd  aspektlərdə  hərəkət  edən  vahidlikdir.  Həm  də  fəlsəfi 
düşüncələrin obyekti  üçün  konkretlilikdir. Dövləti düşünmək onun formasını 
və  məzmununu  ayırd  etmək  deməkdir.  İnsan  özünü  məhz  cəmiyyətdə  və 
dövlətdə  aşkar  edir,  təsdiqləyir.  Dövlət  siyasəti  insana  xidmət  etdiyindən,  
insan maraqlarına söykəndiyindən və insan maraqları üzərində reallaşdığından 
məhz  insan  fəlsəfəsini  özündə  cəmləşdirir.  Dövlət  bucağından  insan  obyekt 
kimi  düşünülür,  insan  bucağından  dövlət  və  cəmiyyət  düşünülür.  Bu  iki  tərəf 
kompozisiya təşkil edərək birləşmiş fəlsəfi predmeti yaradır.  
Tarix  dövləti  yaradıbsa,  dövlət  də  prosesləri  daxilində  yaratmaqla  tarixi 
formalaşdırıb. Eləcə də öz fəaliyyəti ilə tarixi yaratmaqda davam edir.  Burada 
siyasi  aktlar  amili  hər  iki  anlayışı  bir-birilə  tamamlatdırıb.  Dövlət  fəlsəfəsi 
idarəçilik fəlsəfəsinin əsasında durur. İdarəçilik məfkurəsi dövlət fenomeninin 
daxilində  qərarlaşır.      İdarəçilik  olmadan  insanlar  da  nizamlana,  maraqları 
baxımından tənzimlənə  bilməz. Dövlət sistemliliyin əsas dayağıdır. Hansı ki, 
bu sistemlilik maraqların sistemli, bu baxımdan fəlsəfi kateqoriyalara müvafiq 
olaraq  təmin  olunmasını  həyata  keçirir.  Dövlət  fəlsəfəsinin    əsasları 
bütövlükdə  (makro  vahidlikdə)    və  tərkibdə  (mikro  vahidliklərdə)    meydana 
gəlir.  
Siyasətin  düşüncələri  onun  tərkibini  müəyyən  etməkdən,  hadisələrin 
mahiyyətini    aşkarlamaqdan  ibarət  olan  ardıcıl    bir  prosesdir.  Düşünmə 
ardıcıllığından  həm  siyasətin  subyektlərinin strukturları aşkar edilir, mahiyyət 
üzərə  çıxır,  həm  də    siyasət  aktlarının  tərkib  mahiyyəti  aşkar  olunur. 
Aşkarlanma sayəsində insanlar siyasi aktların onlar üçün faydalarını müəyyən 
edirlər. Siyasi proseslər düşüncələrə hakim olur. Burada aşkarlanma sayəsində 
yeni düşüncələr meydana gəlir. Siyasətin fəlsəfi mahiyyəti özündə obyektiv və 
subyektiv duyğuları yaradır. Siyasət bir konkret mütləq və universal mücərrəd  
akt kimi müxtəlif bucaqlardan düşünülür. 
Siyasəti  özünə  obyekt  edən  düşüncə  onun  məkanını,  tərəfini 
(subyektlərini)    və  proseslərin  mahiyyətini  (aktların,  hadisələrin  məzmununu) 
də aşkar edir. 
Siyasət  inkişaf  fəlsəfəsi  ilə  pozitiv  mənada  tamamlanır.  Burada  həm  də 
rəqabət  fəlsəfəsi  meydana  gəlir.  Rəqabət  hərəkətləri  dövlətin  daxilində  baş 
verir,  eləcə  də  beynəlxalq  əlaqələr  strukturunda  yaranır.  Rəqabət  sistemlilik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə