diqqətə layiqdir. Belə ki, milli bank sisteminin xarici borclardan asılılığın azalması
onun iqtisadi təhlükəsizlik meyarlarına uyğun dayanıqlı fəaliyyətinin mühüm ami-
lidir. Digər tərəfdən öhdəliklərin likvidliyi banka cəlb olunan vəsaitlərin məqbul
səviyyəsində onların yeniləşmə dərəcəsini və ödənişlərin sürətini xarakterizə et-
məklə, ani likvidliyin strukturunu əks etdirir.
Məlum olduğu kimi, bankın likvidlik mövqeyi onun müəyyən dövrdə pul və-
saitlərinin və öhdəliklərinin nisbətini əks etdirir. Likvidlik vəziyyəti həm cari, həm
də növbəti tarixlər üçün qiymətləndirilir. Həmin məlumatlar aktivlərin və passivlərin
ödənilmə və tələb olunana qədər müddətlər üzrə təsnifləşdirildiyi restruk-
turlaşdırılmış balansda öz əksini tapır. Tənzimləmə prosesində bankın xarici və daxili
amillərlə şərtlənən mövqeyinin onun likvidliyinə təsirinin qiymətləndirilməsi ak-
tivlərin və passivlərin həcmində müddətlər üzrə meydana gələn uyğunsuzluqları
əhatə etməklə yanaşı, həmin uyğunsuzluğun ümumi öhdəliklərə təsirini və di-
namikasını nəzərə almaq lazımdır.
Bank fəaliyyətinin dayanıqlığını şərtləndirən mühüm amil kimi menecmentin
səmərəliliyi bank siyasətinin məzmunu, cari və strategi məsələləri həll etməyə imkan
verən səmərəli təşkilati struktur, bankın aktiv və passivlərinin idarəetmə mexa-
nizminin xarakteri, qərarların hazırlanması və qəbulu prosedurlarının dəqiqliyi ilə
müəəyən edilir. Odur ki, tənzimləmə sisteminin və menecmentin tələbləri və
uzlaşdırıla bilən meyarlar vahid kontekstdə nəzərdən keçirilməlidir.
Nəticə
Kredit təşkilatlarının restrukturlaşdırılması- böhran halının aradan qaldırılmasının
daha az büdcə xərcləri tələb edən tədbirlərinə üstünlük verilməsi, həyata keçiriləcək
tədbirlər üzrə xərclərin bölgüsünün hərtərəfli əsaslandırılması tələblərinə cavab ver-
məli, staqnasiyadan sonrakı dövrdə banklar iqtisadi artımı təşviq edərkən sistemin
etibarlılığı indikatorlarını, xüsusilə risklərin optimal idarə olunması məsələlərini
diqqət mərkəzində saxlamalıdır.
Problemli banklarda kreditorların qanuni tələblərinin yerinə yetirilməsinə
nəzarətin gücləndirilməsi, restrukturlaşdırma planının müasir ekspert texnologiyaları
bazasında qiymətləndirilməsi və onun icrasına nəzarətin monitorinq sisteminin tək-
milləşdirilməsi, bank sisteminin sağlamlaşdırılmasının hüquqi bazasının möhkəm-
ləndirilməsi, bank fəaliyyətinin lisenziyalaşdırılması mərhələsində qoyulan tələblərin
müəyyənləşdirilməsi prosesində təsisçilərin maliyyə vəziyyətinin nəzərə alınması
prosedurunun və bank sisteminin vəziyyətinin təhlili metodikasının təkmil-
ləşdirilməsi, mümkün itkiləri kompensasiya etmək üçün dinamik ehtiyatların for-
malaşdırılması qaydalarının təkmilləşdirilməsi bank fəaliyyətinin tənzimlənməsi və
nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsinin mühüm istiqamətləridir.
88
A.Quliyeva. Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsi
Ədəbiyyat
1. Ильясов С.М. Устойчивость банковской системы: механизмы управления,
региональные особенности. М.: ЮНИТИ-ДАНА, 2001, 255 с.
2. www.bbm.az (Bank - biznes jurnalının saytı)
3. İnkişafın Azərbaycan modeli. Bakı, “Azərbaycan” qəzeti, 204 s.
4. www.banker.az (Banklar assosiasiyalarının saytı)
5. İzahlı iqtisadi terminlər lüğəti. I hissə. Bakı: Nurlan, 2005, 546 s.
6. Abdullayev Ş.Ə. Bankların resursları və onların idarə olunması. Bakı: Çaşıoğlu,
2008, 188 s.
Кулиева Айгюн Эльдар кызы
Азербайджанский Университет Кооперации, аспирант
Регулирование банковской деятельности и повышение
эффективности системы контроля
Аннотация
Цель исследования - является обоснование основных направлений повышения эф-
фективности регулирования и контроля в банковской системе.
Методология исследования - сравнительный анализ, метод дедукции.
Результаты исследования - формирование эффективной системы регулирования
банковской деятельности.
Ограничения исследования - требует исследований, основанных на более широкой
информационной базе и передовом зарубежном опыте.
Практическая значимость исследования - решение задач по формированию устой-
чивой банковской системы, отвечающей требованиям экономической безопасности.
Оригинальность и научная новизна исследования - обоснование приоритетов эф-
фективной банковской деятельности на современном этапе реформ.
Ключевые слова: банковская деятельность, экономическая безопасность, фи-
нансы и кредит
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
89
YENİ NƏŞRLƏR
Kulieva Ayqun Eldar kizi
PhD-Student Azerbaijan Cooperation University
Regulation of bank activities and increasing of efficiency of control system
Abstract
Purpose - is the substantiation criterion of basic directions of development of
efficient regulation and control in banking system.
Design/methodology - the comparative analysis, a deduction method.
Findings - formation of efficient system regulation.
Research limitations/implications - demands research basing on large information
basis and leading foreign practice.
Practical implications - problem solution on formation of stable banking system
responding to economic safety.
Originality/value - substantiation of the priority of efficient banking activity in
modern stage of reforms
Keywords: banking activity, economic safety, finance-credit
JEL Classification Codes: E5, E58, G21
Məqalə redaksiyaya daxil olmuşdur: 27.03.11.
Təkrar işləməyə göndərilmişdir: 04.04.11.
Çapa qəbul olunmuşdur: 15.04.11.
A.Quliyeva. Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsi
90
Dostları ilə paylaş: |