Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə7/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   2   3   4   5   6   7   8   9   10   ...   164

mir;  2)  fəlsəfi  nəzəriyyələri  təcrübə  və  eksperiment  ilə 

yoxlamaq olmaz; 3) fəlsəfi təlimlər elə qurulur ki, onlan prinsip 

etibarilə  təkzib  etmək  olmur,  elmi  müddəalar  isə  prinsip 

etibarilə təkzib edilə bilər. 

XX əsrdə fəlsəfənin ən kəskin tənqidçilərindən biri Avstriya 

filosofu  Lüdviq  Vitgenşteyn  (1889-1951)  olmuşdur.  O, 

göstərirdi  ki,  fəlsəfə  müstəqil  elm  deyil,  onun  əsas  vəzifəsi 

cavab 


verməkdən 

daha 


çox 

sualın 


qoyuluşunu 

müəyyənləşdirməkdir. Düzgün sual verə bilən adam filosofdur. 

Qədim  yunan  filosofu  Sokrat  fəlsəfəni  insanın  özünü 

dərketmə prosesi hesab edir və göstərirdi ki, burada məqsəd  - 

mühakimə  yürütməyin,  seçmə  qabiliyyətinin  və  fəaliyyət 

göstərməyin  düzgün  prinsiplərinə  nail  olmaqdır.  Sokratm 

dediklərinə  əsaslanaraq  fəlsəfəyə  belə  tərif  vermək  olar; 

«Fəlsəfə - rəhbər prinsipi ağıl olan və məqsədi özünütənqid yolu 

ilə başa düşmək olan fəaliyyətdir»." 

Qeyd etmək lazımdır ki, hər bir müstəqil mütəfəkkir özünün 

xüsusi fəlsəfi sistemini yaradır. 

Ekzistensializm  təmsilçilərinin  bu  barədə  fikirləri  də 

maraqlıdır. Fransız filosofu və yazıçısı A.Kamyü (1913-1960) 

hesab  edir  ki,  fəlsəfənin  əsas  məsələsi  -  insana  yaşamaq 

lazımdırmı?  -  sualına  cavab  verməkdir.  Onun  alman  həmkan 

K.Yaspersin yazdığına görə «elmi idrak ayn-ayn əşyalara doğru 

getdiyi  halda,  fəlsəfədə  söhbət  varlığın  bütövlüyü  haqqında 

gedİD>. 


Müasir marksistlər isə göstərirlər ki, fəlsəfə - ictimai şüurun 

xüsusi  formasıdır,  varlıq  və  təfəkkürün  ümumi  prinsipləri 

haqqında təlimdir, təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi 

qanunlan haqqında elmdir. 

İndiki zamanda bir çoxları  belə hesab edirlər ki, fəlsəfə öz 

dövrünü  başa  vurub,  ömrünü  bitirib.  Başqaları  isə  bu  fikirlə 

ümumiyyətlə razılaşmaqla bərabər eyni zamanda göstərirlər ki, 

fəlsəfənin nə isə başqa bir şeyə - yəni dar mənada başa düşülən, 

tamamilə  keçmişə  yönəlmiş  fəlsəfə  tarixinə  yaxud  təfəkkür 

haqqında təmiz təlimə (təmiz fikrin hökmranlığına). 



" P.n.Bojib^. O (j)n.noco(jnın. M., 1996, c.l2. 

19 


yaxud din ilə qovuşaraq teosofiyaya, yaxud elm fəlsəfəsinə (elm 

özü-özünün  fəlsəfəsidir  fikrinə)  və  yaxud,  nəhayət,  qlobal 

ideologiyalaşmadan  keçərək  siyasətin  nökərinə  çevrilmək 

imkanı var. Bu axırıncı fikir fəlsəfəni aradan götürməyin ən geniş 

yayılmış variantıdır. 

Həyat  isə  göstərir  ki,  fəlsəfənin  yaradıcı  imkanlan  əsla 

tükənməyib. 

Fəlsəfənin  inkan  onun  mütləq  etiraf  edilməsi,  tanınması  ilə 

birləşir. Qədim dövrdəki skeptisizmdən başlayaraq bu günə qədər 

fəlsəfənin  inkarı  ideyasının  taleyi  belə  olmuşdur.  İş  ondadır  ki, 

fəlsəfənin inkar edilməsinin nəzəri cəhətdən əsaslandırılması bütün 

hallarda yeni fəlsəfi nəzəriyyənin təsdiq edilməsinə gətirib çıxanr. 

Başqa  sözlə,  fəlsəfənin  inkarı,  onun  məzmununun  tənqidi  təhlili, 

tezislərinə  qarşı  antitezis,  dəlillərinə  qarşı  əks  dəlillər  gətirilməsi 

zəruri olaraq inkarın inkan olur, yəni fəlsəfənin yeni əsas üzərində 

dirçəlişi olur. Fəlsəfənin belə inkannın ən parlaq nümunəsi Kantın 

öz  fəlsəfəsi  haqqında  dediyi  sözlərdir.  Onun  fikrincə,  ona  qədər 

guya  ümumiyyətlə  j  heç  bir  fəlsəfə  olmayıb.  Kantın  banşmaz 

düşməni  Feyerbax  qətiyyətlə  deyirdi  ki,  «Heç  bir  din  yoxdur!  - 

Mənim  dinim  budur;  heç  bir  fəlsəfə  yoxdur!  -  Mənim  fəlsəfəm 

budun>.  Göründüyü  kimi,  burada  da  fəlsəfənin  (və  dinin)  inkarı 

onun eyni zamanda qəbul edilməsi ilə paradoksal şəkildə birləşir. 

Müasir  ispan  filosofu  X.Orteqa-i-Qasset  (1883-1955)  hesab 

edir  ki,  fəlsəfə  -  Universumu  və  yaxud  bütün  mövcudatı  dərk 

etməyə  can  atır.  Universum  mahİ3^ətcə  bizim  bilmədiyimiz 

şeydir.  «Deməli,  filosof  başqa  alimlərdən  fərqli  olaraq  öz- 

özlüyündə  məlum  olmayan  bir  işə  girişir».'^  «...Başqa  elmlərə 

onların  obyekti  verilir,  fəlsəfənin  obyekti...  verilə  bilməz;  bu 

bütöv bizə verilmədiyi üçün, o əsl mənada axtanimalıdır, daim 

axtarılmalıdır».'^  Bu  barədə  hələ  qədim  Yunanıstanın  böyük 

filosofu  Aristotel  demişdir  ki,  fəlsəfə  həmişə  özünü  axtaran 

elmdir. 


■ Х.Ортега-

11

-Гассет. Что такое философия? M., 1991, c.78. 



’’Yenə orada. 

i

 

20 




Fəlsəfəni  özlərinin  sistemi  olan  böyük  filosoflar  meydana 

gətirir. Fəlsəfə həmişə subyektiv və şəxsi olmuşdur. Fəlsəfədə 

qeyri-məhdud  plüralizm  mövcuddur  (lat.  «pluralis»  -  çoxluq, 

cəm deməkdir). 



2.

 

Fəlsəfi biliklərin təbiəti 

Yuxanda  qeyd  edildiyi  kimi,  fəlsəfə  -  dünyada  son  dərəcə 

ümumiləşmiş nəzəri baxışdır (hərçənd, bu fikri inkar edənlər də 

var), elmi və dini yolla həqiqətə çatmaq üsullanndan fərqlənir. 

İFəlsəfə  dindən  -  özünün  rasionallığı,  elmə  əsaslanması  ilə, 

elmdən  isə  -  bütöv  dünyanı  və  insanın  dünyaya  münasibəti 

məsələlərini ən ümumi anlayışlarla başa düşməsi ilə fərqlənir. 

["Deyilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  fəlsəfənin  üç 

əsas  mövzusu  var:  dünya,  insan  vəjdüny^a_münasibət  Bu  üç 

əsas  mövzulara  uyğun  olaraq  fəlsəfənin  üç  əsas  aspekti 

mövcuddur: 1) varlıq (metafizika); 2) fəlsəfi baxışdan insan və 

3)  idrak.  Beləliklə,  əsas  fəlsəfi  fənlər  bunlardır:  metafizika 

(onto-  logiya),  aksiologiya  (dəyər  haqqında  təlim)  və 

qnoseologiya  (idrak  haqqında  təlim).  Bundan  başqa  təbiətin 

fəlsəfəsini  (na-  tur  fəlsəfə),  cəmiyyətin  fəlsəfəsini  (sosial 

fəlsəfə), elmin, texnikanın, dinin, hüququn, mədəniyyətin və s. 

fəlsəfəsini də fərqləndirirlər,^ 

Antik ənənəyə uyğun olaraq orta əsrlərdə də fəlsəfəni nəzəri 

və  praktiki  olaraq  iki  yerə  bölürdülər.  Məsələn,  əl-Fərabi 

yazırdı: «Fəlsəfə nəzəri və praktiki olur. Fikirdə meydana gələn 

nəzəri fəlsəfəni insan yaradır, lakin onu tamamilə həyata keçirə 

bilmir.  Praktiki  fəlsəfəni  insan  dərk  edir  və  həyata  keçirə 

bilir».'■* 

Həmin fikri davam etdirən İbn Sina deyirdi: «Nəzəri elm də 

üç növə bölünür. Birinci - ali və yaxud ilkin elm adlanır; onu 

həm də təbiətdən kənarda olanlar haqqında elm adlandırırlar. 

İkincisi - orta elm riyaziyyatdır. 

Üçüncüsü - təbiət haqqında və yaxud aşağı elmdir».‘^ 

Ajı-fDapaoH. EcTCCTBcmıo-nayMHbie rpaKTarbi. A;iMa-A ra. 1987. c.324. 

loH 


Cmıa. 

Ihopamibtc <|)iıaoco(j)CKiıc npoınBeaeiiiiH. 



M.. «I 

lavKa». 


1980. c. 104.

 

21 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə