Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə5/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   2   3   4   5   6   7   8   9   ...   164

I BOLMƏ 

Fəlsəfə və onun bilik sistemində yeri 

1.

 

Fəlsəfə nədir? 

Bütün  mövcud  sivilizasiyalarda  fəlsəfə  bilik  sahəsi  kimi 

tarixən eyni vaxtda - bizim eradan əvvəl (b.e.ə.) VII əsrdən V əsrə 

qədər olan dövrdə meydana gəlmişdir. ıXX əsrin görkəmli alman 

filosofu Kari Yaspersin fikrinə görə isə fəlsəfənin konkret elmlər 

kimi xüsusi predmet sahəsi olmadığı üçün o şüurlu insanla eyni 

vaxtda  yaranıb^  «Fəlsəfə  elə  üsuldur  ki,  insan  onun  vasitəsilə 

dünyanın və özünün varlığını dərk edir, bu şüurdan çıxış edərək 

ümumiyyətlə  yaşayır.  Ona  görə  də  fəlsəfə  insanın  özü  qədər 

qədimdir».' 

«Fəlsəfə»  sözü  («filo»-sevgi,  «sophia»  -  müdriklik)  yunan- 

cadan  «müdrikliyi  sevmək»  kimi  tərcümə  edilir.  Bu  söz  elmə 

Pifaqor tərəfindən daxil edilibdir. Lakin belə bir fikir də var ki, bu 

sözün  müəllifi  Heraklitdir.  Ümumi  fikir  isə  belədir  ki,  bu  sözü 

elmdə  saxlayıb  əbədiləşdirən  qədim  yunan  filosofu  Platon 

olmuşdur. 

Heraklit  müdrikliyə  belə  tərif  vermişdir  ki,  «Müdriklik 

həqiqəti  demək,  təbiətin  səsini  eşitmək  və  buna  uyğun  hərəkət 

etməkdən ibarətdir». Deməli, müdriklik həqiqətə uyğun hərəkət 

etməkdir, həqiqət müdrikliyin əsasıdır. Aristotel bu fikri bir qədər 

konkretləşdirir:  «Müdrikliyə ilkin  səbəblər və nəyin idrak üçün 

daha  layiq  olması  haqqında  elm  kimi  tərif  verildiyi  üçün, 

müdrikliyin  mahiyyət  haqqında  elm  olmasını  qəbul  etmək 

lazımdır».^ 

Sokrat  isə  müdrikliyi  yalnız  əxlaq  ilə  əlaqələndirirdi.  Onun 

fikrincə  ali  müdriklik  xeyir  və  şəri  bir-birindən  ayırmaq 

qabiliyyətidir.  Öz  müəlliminin  fikrini  davam  etdirən  Platon 

göstərirdi ki, fəlsəfə müdrikliyi və yaxud ən vacib, ən uca və ən 

ümumi  şeyləri  axtarmaqdır.  Belə  bilik  xeyirxahlıq  və 

xoşbəxtlikdir.  Lakin  müdriklik  insan  üçün  əlçatmazdır,  və  ona 

görə də xeyirxahlıq və xoşbəxtlik yanmçıq olur. 

' K.Ясперс. Всемирная история фи.'юсофии. СПб, «Наука». 2000. с.67. ' 

Аристотель. Сочииеиия. В 4-х гг.. Т.1. М.. 1976. с. 102. 

13 



Müdriklik haqqında müqəddəs kitablarda dəyərli fikirlər var. 

Məsələn,  Bibliyada  Süleyman  peyğəmbərin  adından  deyilir: 

«Əsas  müdriklikdir:  müdrikliyi  qazan  və  nəyin  varsa  aqil 

qazanmağa ver. Onu yüksək qiymətləndir və o səni yüksəldər». 

(Bibliya.  Süleymanın  ibrətli  hekayələri,  4-cü  fəsil,  7-8-ci 

bəndlər).  «Şərab  və  musiqi  ürəyi  şənləndirir,  lakin  onlann  hər 

ikisindən  yaxşısı  müdrikliyi  sevməkdin>  (Bibliya.  Sirax  oğlu 

İisusun müdriklik kitabı, 40-cı fəsil, 20-ci bənd). Quranda deyilir: 

«Kimə  istəsə  hikmət  verər  və  hikmət  verilmişə  bollu  xeyir  də 

vermişdir. Ağıl sahiblərindən başqası öyüd qəbul etməz» (2:269). 

Riqvedada deyilir: «İlahi! Bizə müdriklik ver, ata onu oğullarına 

bəxş etdiyi kimi» (Riqveda: 7.32-26).^ 

Göstərmək lazımdır ki, qədim yunan şüurunda «müdrik» sözü 

bütün  bilikləri  deyil,  yalnız  elə  biliyi  ifadə  edir  ki,  həqiqət, 

xeyirxahlıq və gözəllik kateqoriyaları ilə müəyyən olunsun. 

Rus  filosofu  A.G.Spirkin  haqlı  olaraq  yazır:  «Müdrikliyin 

mənası,  onun  məqsədi  -  həqiqət,  doğruluq  və  xeyirxahlıqdır. 

Müdriklik  fikrə  və  xeyirxah  əməllərə  daxili  ahəng  verir.  Fik- 

rimizcə  müdrikliyə  qısaca  olaraq  belə  tərif  vermək  olar: 

müdriklik əxlaqi cəhətdən icazə verilən qeyri-adi ağıldır. Quldur, 

oğru  ağıllı  və  hiyləgər  ola  bilər,  lakin  onda  zərrə  qədər  də 

müdriklik yoxdun>.^ 

Əsrlərdən bəri fəlsəfə dedikdə ən ali idraka cəhd göstərmək 

nəzərdə  tutulurdu.  Filosoflar  həmişə  çalışırdılar  ki,  varlığın 

əsasını, idrak fəaliyyətinin üsullarını, və nəinki təbiətin, həm də 

insan  cəmiyyətinin  mahiyyətini  başa  düşsünlər.  Bütün  bunlar 

insan həyatının mənasını və məqsədini anlamaq üçün zəruri idi. 

Fəlsəfi  fikir  boş  yerdə,  birdən-birə  yarana  bilməzdi.  O  hər 

şeydən  əvvəl  folklor,  xüsusən  mifologiya,  magiya,  bir  də  din 

zəminində yaranmışdır. 

Mif  -  dünyanın  emosional  obrazlı,  metaforik  modelidir, 

təbiətin,  həyatın  və  insan  ağlının  münaqişə  qüvvəsinin  poetik 

izahı  və  dramatikləşməsidir,  arxaik  mədəniyyətin  fantaziyası, 

dəyərləri və fəaliyyətinin ifadəsidir. Başqa sözlə, mif - inancların. 



Bax: Всемирное писание. M.. «Республика». 1995, c.8l. 

А.Г.Спиркин. Философия. M.. «Гардарика». 2001. c.405. 

14 


fantaziyalann,  dəyərlərin  və  insanın  dav/anış  normalannm 

simvolik dünyasını açır. Mif - insan və təbiətin qarşılıqlı təsiri ilə 

şərtlənən  insan  qavrayışı,  ilham  və  təfəkkürünün  ölçüsüdür;  o 

dünyagörüşünün ən sadə formalarından biridir. 

Fəlsəfənin  yaranmasında  magiyanın  da  müəyyən  rolu  olub. 

«İnsanda  yaranan  ilk  dünyabaxışı  animistik,^  deməli  psixoloji 

olmuşdur.  Belə  dünyabaxışının  elmi  çəhətdən  əsaslandırılmağa 

ehtiyacı olmamışdır, çünki elm yalnız o vaxt başlayır ki, insanlar 

dünyanı bilmədiklərini başa düşür və buna görə də dünyanı dərk 

etmək  yollarını  axtarmalı  olurlar.  Animizm  isə  primitiv  insan 

üçün  ən  təbii  və  anlaşılan  dünyabaxışı  idi;  o  dünyada  şeylərin 

durumunu özü necə görürdüsə elə də qəbul edirdi». ^ 

Lakin  fəlsəfə  daha  mükəmməl  bilik  sistemi  kimi  elmi 

biliklərin rüşeymiəri ilə eyni vaxtda meydana gəlibdir. 

Fəlsəfə azad fikir kimi yaranıb. Əsl filosof mənəvi cəhətdən 

azad  insandır.  İnsanın  həyatda  və  fikirdə  özünü  azad  surətdə 

şəxsiyyət  kimi  müəyyənləşdirməsi,  öz  yolunu  seçməsindən  əsl 

fəlsəfə başlayır. 

İlk filosofların fəlsəfəsi hələ naturfəlsəfə (təbiət fəlsəfəsi) idi. 

Onları  bir  məsələ  düşündürürdü:  bütün  mövcudatın  əsası  və 

başlanğıcı  nədir?  Onların  əqidəsinə  görə  təbiətin  dörd 

ünsüründən biri (torpaq, hava, su, od) və yaxud ilk peşəsi, hətta 

hamısı bir yerdə - ilk başlanğıcdır (substansiyadır). 

Qədim yunanlar fəlsəfə dedikdə Kainat haqqında bütün insan 

biliklərinin  mütəşəkkil  sistemini  başa  düşürdülər.  Əlbəttə, 

fəlsəfənin  daxilində  onun  hissələri  vardı:  təbiət  fəlsəfəsi,  etika, 

siyasət,  məntiq,  təbabət,  ruh  fəlsəfəsi.  Məsələn,  dahi  filosof 

Aristotelin  əsərlərinin  külli)^atı  öz-özlüyündə  bir  müəllifin 

ensiklopediyasıdır.  Təbiət  fəlsəfəsi  sonralar  fizika,  kimya, 

astronomiya və b. siyasi fəlsəfə - sosiologiya, ruh haqqında təlim 

isə psixologiya kimi müstəqil elmlər oldular. 

^Animizm (lat. «anıma», «animis» ruh deməkdir) 

sadə təsəvvürləri ifadə edən termindir. 

З.Фрейд. Тотем и табу. M., «Олимп», 1997. c.l 12. 

ruh və can haqqında 

15 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə