Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə16/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   12   13   14   15   16   17   18   19   ...   164

edilən məlumatların sadə yığımı kimi nəzərdən keçirmək olmaz. 

«Əks  halda  lap  əvvəldən  biz  paradoksla  qarşılaşırıq:  keçmiş 

artıq  yoxdur,  gələcək  hələ  yoxdur,  indiki  zaman  isə  hamıya 

məlumdur ki,  tamamilə yoxdur, o ölçüsü olmayan nöqtə kimi 

sonsuz bölünmənin sərhəddidİD>.  «Zamanın  yeganə mümkün 

tədqiqat  metodu  özünü  ikinci  dərəcəli  strukturlan  üzərində 

üstünlük  təşkil  edən  və  onlara  məna  verən  bütövlük  kimi 

nəzərdən  keçirilməsinə  başlamaqdır»."”  Sartr  belə  nəticəyə 

gəlir:  «...gələcəyin  baş  verməsi  üçün  keçmişin  qayıtması 

lazımdiD>.‘*^ Zaman haqqında elmdə daha çox istifadə olunan 

fikirlərdən  dördünü  göstərmək  olar.  Bunlar  Nyütonun, 

termodinamikanın,  darvinizmin  və  məntiqin  irəli  sürdüyü 

fikirlərdir: a) dünyanın Nyüton və onun davamçılan tərəfindən 

qurulan modelində zaman əlavə bir şey kimi göstərilir. Zamanın 

keçmişdə, indi və gələcəkdə hər hansı momenti (anı) onun hər 

hansı  başqa  mo-  mentindən  fərqləndirilmir.  Nyütonun  sistemi 

əsasında  heç  bir  dəyişiklik  etmədən  planetlər  Günəş  ətrafında 

istənilən  tərəfə  -  zaman  daxilində  həm  irəliyə,  həm  də  geriyə 

hərəkət  edə  bilirlər.  Elə  buna  görə  də  elmi  dairələrdə  Nyüton 

sistemindəki  zaman  anlayışı  «dönən  zaman»  adı  altında 

möhkəmlənmişdir;  b)  XIX  əsrdə  fiziklərin  diqqət  mərkəzi 

dinamikadan  termodi-  namikaya  yönəldi.  Termodinamikanın 

ikinci  başlanğıcına  görə  Kainatda  enerji  ehtiyatı  tükənir  və 

dünya dönmədən özünün «istilik ölümünə» yaxınlaşır. Ona görə 

də zamanın heç bir anı özündən əvvəl gələnin eyni ola bilməz. 

Kainatda  baş  verən  hadisələri  geri  döndərmək  olmaz.  Belə 

proqnoz  adi  insan  baxımından  çox  bədbindir;  c)  ingilis  alimi 

C.Darvin  XIX  əsrin  ortalannda  deyirdi  ki,  təbiətdə  baş  verən 

təkamül  heç  də  çeşidli  formalann  təşkil  olunma  səviyyəsinin 

aşağı  düşməsinə  və  zəifləməsinə  gətirib  çıxarmır.  Əksinə, 

təkamül  əks  istiqamətdə  inkişaf  edir:  sadədən  mürəkkəbə, 

həyatın  aşağı  formalanndan  yuxanya,  qeyri-  differensial 

strukturlardan  differensial  strukturlara  doğru.  İnsanlıq 

baxımından belə proqnoz çox nikbindir. Köhnə Kainat getdikcə 

daha da təkmilləşir və zaman keçdikcə onun təşkil olunma sə- 

Ж.П.Сартр, Бытие и ничто. M., «Республика», 2000, с. 137. 

^'Yenə orada, s.505. 

46 



viyyəsi  yüksəlir.  Buradan  belə  nəticə  çıxanlır:  geri  dönmək 

xüsusiyyəti qapalı sistemlərə aiddir (söhbət kifayət qədər böyük 

zaman kəsiyindən gedirsə), dönməzlik isə Kainatın yerdə qalan 

hissəsinə aiddir; d) riyaziyyat təbiət elmlərini zaman problemini 

həll  etmək  aləti  ilə  silahlandırdığı  kimi,  eynilə  məntiq  də 

fəlsəfənin köməyinə gəldi. Məşhur məntiq alimi G.H.fon Vriqt 

yazır:  «Tarixin  ən  geniş  mənada  öyrənilməsinin  -  geoloji 

dövrlərin, heyvan növlərinin, insan dillərinin və yaxud fərdlərin 

və  insan  qruplarının  hiss  və  həyacanlannın  təkamülünün 

öyrənilməsinin  hamısı  faktlann  (hadisələrin)  zaman  daxilində 

öyrənilməsi deməkdir;  bu  zamanın özünün öyrənilməsi deyil. 

Tarix bizim keçmiş haqqında biliyimizi zənginləşdirir dedikdə 

keçmişdə baş verənlər haqqmda bizim biliklər nəzərdə tutulur. 

Lakin fizika, fiziologiya və psixologiya elə elmlərdir ki, burada 

vaxt  daxilində  nə  baş  verməsindən  fərqli  olaraq  vaxtın  özü 

tədqiqat obyekti 

O

I

UD



)."*^  Lakin  yuxanda  göstərilən elmlərdə 

zamanın öyrənilməsi empirik və eksperimental xarakter daşıyır, 

bu  isə  qaçılmaz  şəkildə  zamanın  fəlsəfi  təbiətini  öyrənmək 

məsələsini  irəli  sürür.  Bu  cəhətdən  Eynşteynin  nisbiyyət 

nəzəriyyəsinin  əhəmiyyəti  xüsusi  qeyd  edilir.  Bu  nəzəriyyədə 

məkan  daxilində  müxtəlif  vəziyyətlərdə  olan  hadisələrin  eyni 

vaxta təsadüf etməsinə xüsusi əhəmiyyət verilir. Bununla yanaşı 

göstərmək  lazımdır  ki,  nisbiyyət  nəzəriyyəsi  zamana  həndəsi 

xarakter verərək onun biristiqamətli və dönməz olmasını nəzərə 

almır. 


Zamanın  klassik  nəzəriyyəsinə  görə  işləyən  saat  koordinat 

vaxtını hesablayır, relyativist (nisbi) nəzəriyyəyə görə isə saat 

intervalı  (arada  olan  fasiləni)  ölçür.  Zaman  haqqında  bu  iki 

nəzəriyyə arasındakı fərq yalnız fiziki cəhətdən özünü göstərir. 

İşləyən  saatın  hansı  -  koordinat  və  yaxud  interval  vaxtını 

göstərməsini  əvvəlcədən  müəyyən  etmək  olmaz.  Qnoseoloji 

(idrak) cəhətdən hər iki ehtimal mümkündür. Onların hansının 

reallığa uyğun olmasını yalnız təcrübə göstərə bilər. 

Eynşteynin məşhur saat nəzəriyyəsi (saatın gecikməsi) canlı 

orqanizmlərə də şamil edilir. Saatın gecikməsini nümayiş et- 



r.X.(j)OH BpHrx. 

JIorHKO-{|)H;ıoco(|)CKHe nccjıe;ıoBaHHa. 

M., 

1986


, c.

515


.

 

47 


dirmək  üçün  çox  vaxt  əkizlər  haqqında  olan  misala  müraciət 

edirlər. İki yenicə doğulmuş oğlandan biri işığın sürətindən bir 

qədər az sürətlə kosmik səyahətə çıxır və kiçik uşaq yaşında geri 

qayıdır; ikinci uşaq isə həmin vaxtda qoca kişi olur. Bu nəticəni 

çoxlan mənasız bir şey hesab etsə də, bu nisbiyyət nəzəriyyəsi ilə 

tamamilə uzlaşır. 



4.5.

 

Tək, xüsusi və ümumi 

Keyfiyyətcə  və  kəmiyyətcə  hər  bir  obyekt  öz-özlüyündə 

ayndır, başqa ayrılardan fərqli ayrıdır. Lakin bu aynlıq nisbidir. 

Hər bir ayrının varlığı başqa ayrılar ilə əlaqədədir. Ona görə də 

birinin  dərk  edilməsi  başqası  haqqında  biliyin  qazanılmasını 

təmin  edir.  Hər  bir  ayn  əksliklərin  vəhdəti  deməkdir,  o  eyni 

vaxtda həm təkdir, həm də ümumidir. 

Əl-Fərabi ümumi və tək şeylər haqqında demişdir: «Ümumi 

şeylər,  yəni  universalilər  yalnız  tək  şeylərin  mövcudluğu 

nəticəsində  yaşayırlar,  ona  görə  də  onlann  mövcudluğu 

aksidentaldu*. Ancaq mən belə fikir söyləyəndə nəzərdə tuturam 

ki,  universali-  nin  özü  aksidensiyadır;  buradan  isə  belə  bir 

nəticənin  çıxanlması  qaçılmaz  olur  ki,  substansiyanın  ümumi 

anlayışlan  da  aksidensi-  yadu*,  ona  görə  də  sadəcə  olaraq 

göstərirəm ki, onlann yalnız həqiqi, əsl varlığı aksidentaldır».“*^ 

Hər  bir  əşyanın  müəyyənlik  kimi  tək  ona  xas  olan 

təkrarolunmaz  əlamətləri  və  xasiyyətləri  var,  bir  də  onu  çoxlu 

başqa əşyalarla birləşdirən ümumi əlamətləri var. Deməli, «tək» 

yalnız  bu  obyektə  xas  olan  təkrarolunmaz  xassələri  ifadə  edən 

kateqoriyadır,  «ümumi»  isə  bəzi  obyektlər  cəmində  təkrar 

olunan  xassələri  ifadə  edən  kateqoriyadır.  Buradan  belə  nəticə 

çıxır ki, tək və ümumi gerçəklikdə xassələri olduqları əşyalardan 

ayrı  müstəqil  mövcud  deyil.  Müstəqil  olaraq  yalnız  tək  və 

ümuminin, təkrar olunan və olunmayanın vəhdəti kimi çıxış edən 

ayrı (əlahiddə) mövcuddur. 

^ Ajı-OapaÖM. EcTCCTBCHHO-HayHHbie TpaKxaTbi. c.,396. 

48 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə