Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə15/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   11   12   13   14   15   16   17   18   ...   164

düşür. O, deyirdi ki, məkan və zaman materiyasız bizim beynimizdə 

mövcud olan boş, mənasız, mücərrəd anlayışdır. 



Məkan  adətən  belə  başa  düşülür:  mütləq  (absolyut)  ölçü 

(boy,  uzunluq,  en);  bütün  cisimləri  özündə  yerləşdirən  və 

onlardan  asılı  olmayan  boşluq  (Demokrit,  Epikur,  Nyüton  və 

b.);  materiyanın  və  efirin  ölçüsü  (Aristotel,  İbn  Sina,  Dekart, 

Spinoza) və yaxud materiyanın varlıq forması (Holbax, Engels); 

obyektlərin mövcudluq və qarşılıqlı düzülüş qaydası (Leybnis); 

duyğulann  və  təcrübənin  verdiyi  məlumatlann  kompleksi 

(Berkli,  Max)  və  yaxud  hissi  müşahidənin  aprior  forması 

(Kant). 

İndiki dövrdə «kibernetik məkan» deyilən anlayış meydana 

gəlib.  Belə  məkan  müasir  rabitə  (kommunikasiya)  vasitələri 

əsasında yaranır və virtual reallığı özündə birləşdirir, elektron, 

xüsusən  kompüter  rabitə  vasitələri  (məsələn,  internet) 

şəbəkəsinin  köklü  surətdə  genişlənməsi  sayəsində  hamı  üçün 

mümkün sahəyə çevrilir. 

İnformasion-kompüter  texnologiyasının  təsiri  altında 

ümumiyyətlə  sosial  məkanın  strukturu  dəyişir.  Coğrafi 

faktorların  sosial  münasibətlərə  təsiri  getdikcə  azalır. 

İnformasiya  mübadiləsi  üçün  zəruri  olan  vaxt  da  azalır, 

transaksiyanm  həcmi  və  tezliyi  artır.  Coğrafi  məkanın 

əhəmiyyəti  azaldıqca  milli  və  beynəlxalq  eyniliyin 

(identikliyin)  quraşdırılmasında  informa-  sion  məkanın  rolu 

artır. 

Peyk  rabitə  vasitəsinin  köməyi  ilə  mobil  telefon,  telefaks, 



internet  ilə  Yerin  istənilən  nöqtəsində  olan  abonentlə  əlaqə 

yaratmaq olar. Ən  yeni  texnologiya milli  sərhədlər tanımayan 

elə körpülər yaratdı ki, onların vasitəsilə informasiya maneəsiz 

olaraq fiziki maneələri və dövlət sərhədlərini keçir. Yeni qlobal, 

vahid kibernetik məkan yaranır. 

Zaman belə başa düşülür: materiyanın mövcudluq müddəti 

və  dəyişməsi  ölçüsü  (Aristotel,  İbn  Rüşd,  Dekart,  Holbax)  və 

yaxud materiyanın varlıq forması, onun dəyişmə müddətini və 

ardıcıllığını ifadə edən anlayış (Engels, Lenin); keçici vaxt kimi 

mütləq əbədiliyin təzahür forması (Platon, əl-Qəzali, He- gel); 

bütün  Kainat  üçün  eyni  olan  mütləq  vaxt  (Nyüton);  şeylərin 

nisbi xassəsi, hadisələrin ardıcıllıq qaydası (Leybnis); duy 

43 



ğu komplekslərini qaydaya salmaq forması (Berkli, Yum, Max) 

və  yaxud  hissi  müşahidələrin  aprior  forması  (Kant);  zamanın 

geriyə dönməzliyi. 

Müxtəlif  mədəniyyətlərdə  zaman  haqqında  müxtəlif 

təsəvvürlər  olmuşdur.  Bir  çox  mədəniyyətlərdə  zaman 

dövrüdür,  yəni  tarix  hadisələrin  zəncirvari  sonsuz  olaraq 

təkrarından ibarətdir. Başqa mədəniyyətlərdə zaman keçmiş ilə 

gələcək  arasında  salınmış  elə  yoldur  ki,  bütün  xalqlar  və 

cəmiyyətlər  oradan  keçəcəklər.  Elə  mədəniyyətlər  də  var  ki, 

orada insan həyatı stasionar (sabit, dəyişməz) hesab edilir: biz 

gələcəyə  yaxınlaşmırıq,  əksinə,  gələcək  bizə  yaxınlaşır.  Bəzi 

cəmiyyətlər  keçmiş  ilə  yaşayır,  bəziləri  isə  tamamilə  gələcək 

tərəfindən mənimsənilə bilər. 

Klassik elmdə əsas diqqət zamandan asılı olmayan qanunlara 

yönəldilirdi. Belə zənn edilirdi ki, sistemin sərbəst seçilmiş ani 

vəziyyəti  dəqiq  ölçülən  kimi  dönən  qanunlar  sistemin 

gələcəyini  əvvəlcədən  demək  və  keçmişini  tamamilə  bərpa 

etmək imkanı verir. 

Antik  dövrdə  Heraklit  ilk  dəfə  olaraq  zamanın  ziddiyyətli 

təbiətini  göstərmişdir.  Zamanın  dialektikası  keçmişin  indiki 

dövrdə eyni vaxtda həm mövcud olması və həm də olmaması 

deməkdir. İndiki hər bir vəziyyət eyni vaxtda keçmişin sonu və 

indinin başlanğıcıdır, yəni hansısa fasiləsizlik və bununla yanaşı 

keçmiş ilə indi arasında müəyyən sərhəddir. Lakin bu sərhədd 

hiss edilməzdir. Hər bir indi mövcud olan meydana gələn kimi 

də  keçmişdə  yox  olur  və  indiki  olmur.  Gələcək  yaxınlaşaraq 

indi olur. Lakin indinin yaranması eyni zamanda onun keçmişə 

çevrilməsidir. Keçmiş ölüb keçsə də indidə yaşayır. 

Zamanın daxilən ziddiyyətli olması haqqında hələ Bibliyada 

yazılmışdır: «Hər şeyin öz vaxtı var və hər şeyin vaxtı da göyün 

altındadır:  doğulma  vaxtı,  ölmək  vaxtı;  əkmək  vaxtı,  əkiləni 

yığmaq  vaxtı;  dağıtmaq  vaxtı,  qurmaq  vaxtı;  ağlamaq  vaxtı, 

gülmək vaxtı; gileylənmək vaxtı, rəqs etmək vaxtı; daş atmaq 

vaxtı,  daşı  yığmaq  vaxtı;  qucaqlamaq  vaxtı,  qucaqlamaqdan 

imtina  etmək  vaxtı;  axtarmaq  vaxtı,  itirmək  vaxtı;  yığıb 

saxlamaq vaxtı, atmaq vaxtı; cırmaq vaxtı, tikmək vaxtı; 



44 


susmaq vaxtı, danışmaq vaxtı; sevmək vaxtı, nifrət vaxtı; müharibə 

vaxtı, sülh vaxtı».^’ 

Aristotelə görə gələcək həmişə indiki zamana təsir göstərir. 

Onun fikrincə zaman dəyişgənliyin ölçüsüdür. Aristotel deyirdi 

ki,  zaman  öz-özlüyündə  hərəkətin  daxilində  olan  kəmiyyət 

müəyyənliyidir,  çünki  insan  harada  heç  bir  dəyişikliyi  qəbul 

etmirsə,  ona  elə  gəlir  ki,  orada  heç  bir  zaman  olmayıb. 

Aristotelin  fikrinə  görə  zaman  bir  ədəd  olaraq  hərəkətin  hər 

hansı bir vəziyyəti və yaxud xassəsidir. 

Fəaliyyətə aristotelçi kimi başlayan müsəlman peripatetikləri 

yalnız Allahın zaman xaricində olduğunu təsdiq edir, bütün ya- 

radılanlann isə əvvəli və axın olduğunu göstərirdilər. Məsələn, 

İbn  Rüşd  deyirdi  ki,  əgər  Allah  «dünyadan  əvvəl  olursa,  bu 

zaman daxilində deyil, səbəb kimi baş verin>. «...Əgər zaman 

əbədidirsə,  onda  hərəkət  də  əbədi  olmalıdır,  çünki  zamanı 

hərəkətsiz  başa  düşmək  mümkün  deyil.  Əgər  hərəkət 

əbədidirsə, onda hərəkət edən də əbədidir, hərəkətə gətirən də 

mütləq  əbədi  olmalıdır.  Lakin  belə  sübut  qüsurludur,  belə  ki. 

Böyük Allah zaman daxilində ola bilməz, dünya isə olur; həmin 

səbəbə  görə  Yaradanı  dünya  ilə  müqayisə  edərkən  demək 

düzgün olmaz ki. Yaradan ya dünya ilə eyni vaxtda olub, ya da 

zaman  etibarilə  dünyadan  əwəl  səbəb  kimi  mövcud  olmuş. 

Çünki əbədi olan zamandan kənarda, dünya isə zaman daxilində 

möv- cuddur».**“ 

Bəşəriyyət tarixində elə dövr olmuşdur ki, dünyanın müxtəlif 

regionlarında eyni  vaxtda böyük mədəniyyətlər  yaranmiş- dır. 

Belə  dövrü  K.Yaspers  «ox  zamanı»  («məhvər  zamanı») 

adlandırır. Həmin dövr e.ə. 800-200-cü illəri əhatə edir. Çində, 

Hindistanda,  Babilistanda,  Misirdə  və  Yunanıstanda  eyni 

vaxtda böyük mədəniyyətlər meydana gəlib. 

Bir  çox  filosoflar  ümumiyyətlə  indiki  zamanın  olmadığını 

israrla sübut etməyə çalışırlar. Məsələn, J.P.Sartr göstərirdi ki, 

zamanın üç əsas «ünsürü»nü - keçmiş, indi və gələcəyi əldə 

Библия. Экклезиаст. 3:1-8. 

Аверроэс. Опровержение опровержения. Киев-СПб. 1999, с.58. 

45 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə