Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə13/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   9   10   11   12   13   14   15   16   ...   164

Əl-Fərabi 

hərəkətə 

birmənalı 

tərif 


verməyin 

mümkünsüzlüyünü  göstərir  və  dəyişmə  anlayışına  çox  geniş 

məna  verirdi.  O,  yazırdı:  «Hərəkətin  tərifi  yoxdur,  çünki  o 

ikimənalı sözlərə aiddir. Hərəkət ilə yerdəyişmə ifadə edildiyi 

kimi,  həm  də  təşəkkül  tapma  və  yoxolma  vaxtı  baş  verən 

dəyişmə də ifadə edilir; lakin hərəkəti potensialdan aktivə keçid 

kimi də ifadə etmək olar».^^ 

Dialektik  materializm  hərəkəti  materiyanın  mövcudluq 

forması hesab edir. Mövcud olmaq - hərəkətdə olmaq deməkdir. 

Materiyanın  ilk  səbəbi  və  hərəkətin  ilk  mənbəyi  eyni 

məsələlərdir.  Hərəkət  də  materiya  kimi  yaradılmır  və  məhv 

olmur, o kənardan gətirilmir, təbiətin özündə var. Hərəkət öz- 

özünə  hərəkətdir;  bu  o  deməkdir  ki,  vəziyyətin  dəyişməsinə 

doğru meyl materiyanın özünə məxsusdur, çünki materiya öz- 

özünə səbəbdir. 

Öz-özünə hərəkət prinsipi səbəbiyyət problemi ilə bilavasitə 

əlaqədardır.  Məlumdur  ki,  mexanistik  dünyagörüşündə 

hərəkətin  səbəbi  həmin  cisimdən  aralı  kənar  fəal  qüvvə  kimi 

təsəvvür  edilir.  Bunun  əksinə  olaraq  materialist  dialektika, 

göstərildiyi kimi, hərəkəti öz-özünə hərəkət kimi ifadə edir; bu 

elə  prosesdir  ki,  sistemin  öz  daxilindəki  dəyişikliklər, 

ziddiyyətlər ilə şərtlənir. 

Əl-Fərabi göstərirdi ki, cisim özbaşına hərəkətə gələ bilməz, 

onu  hərəkətə  gətirən  kənar  qüvvə  olmalıdır.  O,  yazırdı: 

«Hərəkətin zaman daxilində nə əvvəli, nə də sonu ola bilməz. 

Beləliklə, bir tərəfdən nə isə hərəkət edən, başqa tərəfdən nə isə 

hərəkətetdirən  mövcud  olmalıdır»;  «heç  nə  öz-özünə  hərəkət 

etmir».^"*  «Özü  hərəkət  etməyən  hərəkətverici  tək  olmalıdır; 

onun  ölçüsü  yoxdur,  maddi  deyil,  bölünmür,  cəm  halda 

olmuD).’^ 

XX əsrdə aydın oldu ki, Nyütonun qanunları cisimlərin səsin 

sürətinə  yaxın  böyük  sürətlə  hərəkəti  şəraitində  işləyə  bilmir. 

Yüksək sürətlə tətbiq edilən yeni qanunlar Eynşteyn 

Ал-Фараби. Естественно-научные тракта гы, с.407. 

'^Yenə orada, s.241. 

'^Yeno orada, s.242. 

37 



tərəfindən  formülə  edildi.  Nyüton  qanunlannm  nəticələri  öz 

növbəsində cismin yavaş hərəkəti üçün xüsusi hal kimi fəaliyyət 

göstərir.  Eynşteynin  nisbiyyət  nəzəriyyəsi  Nyüton  qanunlarını 

da əhatə edir. 

Xüsusi  nisbiyyət  nəzəriyyəsi  müəyyənləşdirdi  ki,  maddi 

obyektlərin  vakumda  işığın  sürətinə  yaxın  sürətlə  hərəkəti 

zamanı  hərəkətdə  olan  cismin  kütləsi,  ölçusu,  vaxt  axını  onun 

sükunətdə olduğu vaxtdan hesablanan sayma sisteminə nisbətən 

başlanan hərəkət sürətindən əhəmiyyətli dərəcədə asılıdır. 

İşığın sürəti artırıla bilməz. Bütün fiziki proseslər üçün işığın 

sürəti  sonu  olmayan  sürətdir.  Hərəkətdə  olan  cismə  işıq  sürəti 

vermək üçün sonsuz miqdarda enerji tələb olunardı, bu isə fiziki 

cəhətdən mümkün deyil, deməli, cisim heç vaxt bu sürətə çata 

bilməz. 


Biz hərəkət haqqında danışarkən baş verən hər bir dəyişikliyi 

nəzərdə  tuturuq.  Burada  dəyişikliyin  daxili,  zəruri  və  əsas 

münasibətləri, tərəfləri, əlaqələri açılmır. 

Hegel hərəkət anlayışını daha da dərinləşdirdi, onun ümumi 

qanunauyğunluqlannı açdı və bununla da hərəkəti inkişaf prosesi 

kimi əsaslandırdı. 

Hərəkət  özünün  nisbi  konkret  formalannda  təzahür  edir. 

Lakin hərəkət zəruri olaraq öz əksini, yəni sükunəti irəli sürür. 

Bir sıra böyük filosoflar sükunəti ümumiyyətlə inkar edirlər. 

Məsələn,  əl-Fərabi  yazırdı:  «Göyün  heç  bir  hissəsində  mütləq 

sükunət  yoxdur.  Onların  hamısı  hərəkət  edir».^^  «Bəzi  göy 

cisimlərinin  hərəkəti  nə  isə  meydana  gətirir,  başqalarının 

hərəkəti isə buna mane olur; belə halda həm bu, həm də o biri 

tərəfin qarşılıqlı təsiri toqquşmaya gətirir və nə isə yeni bir şey 

meydana  gəlİD>.^^  Əl-Fərabi  daha  sonra  deyirdi:  «Hərəkətin 

öz-özünə  yox  olması  fikri  cəfəngiyatdır,  çünki  onun  yox 

edilməsi üçün hansısa (xarici) səbəbin mövcud olması lazımdır. 

Deməli, əgər bir hərəkət dayanırsa, onun ardınca başqa hərəkət 

meydana gəl ir». 

^*Yenə orada, s.297-298. 

^’Yenə orada, s.301. 

^*Yenə orada, s.304. 



38 


Sükunət haqqında başqa fikirlər də var. Bəziləri hesab edir 

ki, sükunət hərəkətin xüsusi formasıdır; hərəkət və sükunət iki 

bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  və  qarşılıqlı  tamamlanan 

əksliklərdir.  Əgər  sükunət  hərəkətin  əksidirsə,  hərəkət  isə 

ümumidirsə - deməli sükunət də ümumidir. 

Daha  bir  fikir:  sükunət  hərəkətin  xüsusi  halı,  məqamıdır; 

sükunət  və  hərəkət  əksliklərin  vəhdətini  yaradırlar;  lakin 

sükunət nisbi, hərəkət isə mütləqdir. 

Başqa  bir  fikir:  hərəkət  nisbidir,  çünki  konkret  sistemlərin 

konkret dəyişməsi vasitəsi ilə həyata keçirilir, konkret şəraitdə 

baş verir, hər hansı konkret bir şeyə nisbətən qeyd edilir. Mütləq 

və nisbi anlayışlar  yalnız bir-biri ilə qarşılıqlı əlaqədə olarkən 

məna kəsb edir. 

Q.Qaliley  kəşf  etdi  ki,  əgər  hərəkət  bərabərölçülü  və 

düzxətlidirsə, onda belə hərəkət vəziyyətinin səbəbini axtarmaq 

zərurəti heç də sükunət vəziyyətinin səbəbini axtarmaqdan artıq 

deyil. Həm bərabərölçülü düzxətli hərəkət, həm də sükunət öz 

sabitliyini o vaxta qədər saxlayır ki, bunu poza bilən nəsə baş 

verir.  Beləliklə,  əsas  problem  sükunət  vəziyyətindən  hərəkət 

vəziyyətinə  keçid  və  yaxud  daha  ümumi  mənada  hər  hansı 

sürətin dəyişməsi problemidir. 

«Fəlsəfənin  başlanğıcları»  əsərində  Dekart  inersiya 

prinsipini  «təbiətin  birinci  qanunu»  kimi  qiymətləndirir.  Bu 

qanunda  deyilir  ki,  «hər  bir  cisim,  heç  nə  onu  dəyişmirsə, 

olduğu vəziyyətdə qalır». 

İnersiya  qanunu,  Dekartın  müəyyən  etdiyi,  Nyütonun 

dəqiqləşdirdiyi  kimi,  sükunət  və  hərəkət  arasındakı  ontoloji 

fərqi aradan götürməyə xidmət edir. Təsadüfi deyil ki, Nyüton 

«hərəkətin vəziyyəti» ifadəsini işlədir. O, xüsusi qeyd edir ki, 

hərəkət - cismin təbii vəziyyəti olan sükunətin əksi olan dəyiş- 

gənlik  prosesi  deyil.  Nyütona  görə,  həm  də  Dekarta  görə, 

hərəkət  varlığın  elə  yaşama  üsuludur  ki,  sükunət  kimi  o  da 

özünü saxlamağa cəhd edir və bu işdə inad göstərir. Lakin hər 

bir  hərəkət  deyil,  yalnız  bərabər  və  düzxətli  hərəkət  belə 

vəziyyətdə olur. 

39 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə