Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


’5 Т.Парсонс. Система совре.мсииых обществ. M.. «Аспект-Пресс». 1988, с.20



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə413/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   409   410   411   412   413   414   415   416   ...   540
1027 (1)

’5 Т.Парсонс. Система совре.мсииых обществ. M.. «Аспект-Пресс». 1988, с.20. 

371 


3.3. Cəmiyyət və təbiətin qarşılıqlı təsiri 

İ  Təbiətin  yaranma  tarixi  insanın  özünün  yaranma  tarixindən 

ayrılmazdır.  İnsanın  təşəkkülü  (antropogenez)  və  cəmiyyətin 

təşəkkülü  (sosiogenez)  qarşılıqlı  əlaqədə,  birinin  başqasını 

şərtləndirdiyi şəraitdə baş verən vahid prosesin iki tərəfidir. 

Təbiət və cəmiyyətin qarşılıqlı münasibəti fəlsəfənin və bütün 

humanitar  biliyin  daimi  və  aktual  problemidir.  Bəşəriyyət 

planetimizin  canlı  və  cansız  sferası  ilə  hansı  münasibətdədir, 

onlar bundan sonra da yanaşı yaşaya biləcəkmi və onların birgə 

inkişafı  mümkün  olacaqmı?  Bu  iqtisadiyyata,  siyasətə,  əxlaqa, 

incəsənətə, dinə və s. toxunan ən aktual və kəskin problemlərdir. 

Təbiət  və  cəmiyyət  arasında  kəskin  uçurum  ola  bilməz: 

cəmiyyət  daha  böyük  bütövün  -  təbiətin  bir  hissəsidir.  Lakin 

onların hər birinin öz xüsusiyyətləri var. Cəmiyyət təbiət ilə öz 

keçmişi, bu günü və gələcəyi ilə bağlıdır. 

Təbii  mühitin  xarakteri  sosial  mühitin  xarakterini  deyil, 

əksinə, sosial mühitin xarakteri insanın əmək fəaliyyəti sferasına 

cəlb edilən və müvafiq olaraq cəmiyyət həyatına təsir edən təbii 

mühitin  xarakterini  müəyyən  edir.  Təbiətlə  qarşılıqlı  təsir 

prosesində insan həmişə fəal tərəf kimi çıxış edir.^ 

Təbiətin inkişaf prosesində insan və cəmiyj^tin təşəkkül tapıb 

inkişaf  etməsi  üçün  ilkin  iqlim  və  bioloji  şərtlər  formalaşır. 

Təbiət  cəmiyyətə  çoxtərəfli  və  müxtəlif  tərkibli  (məkan  və 

zamanda)  təsir  göstərir.  Bu  təsir  xüsusilə  təbii  şərait  və 

texnologiyanın inkişaf səviyyəsi ilə şərtlənİE^^ 

Mövcud olduğu ilk vaxtlarda insan dem^olar ki,  təbiətlə bir 

idi,  özünü  mənəvi  cəhətdən  ondan  ayırmırdı.  Bu  insanın 

inkişafının 



ilk  mərhələsi

  idi.  Bu  dövrdə  təbiət  və  cəmiyyətin 

qarşılıqlı münasibətlərində kortəbii tarazlıq mövcud idi. 

Sonralar insan təbiətdən daha çox aynimağa başlayır. Təbiəti 

dəyişərək  insan  onu  öz  tələbatına  uyğunlaşdırır  və  bu  halda 

yalnız  şəxsi  mənafeyi  ilə  hesablaşır,  bu  hərəkətin  təbiət  üçün 

hansı  nəticələr  verəcəyi  haqqında  fikirləşmir.  Təbiət  cəmiyyəti 

təmin etmir və cəmiyyət öz hərəkətləri ilə onu dəyi- 



372 


şir.  Maddi  istehsal  vasitəsilə  cəmiyyət  təbiətə  özünün  əsas  və 

ciddi  təsirini  göstərir:  təbii  ehtiyatlardan  istifadə  edərək,  onlan 

tətbiq  edib  dəyişdirərək  təbiəti  çirkləndirir  və  həm  də  müdafiə 

etmək  istəyir.  Təbiət  üzərində  hökmranlığa  can  atmaq  onun 

dağılmasına  aparır,  istehsal  üçün  daha  çox  miqdarda  maddə  və 

eneıji  növlərindən  istifadə  etmək  təbii  sərvətlərin  talan 

edilməsinə, insanın təbiətdən ayrılmasına, onların bir-birinə  ya- 

bançılaşmasma gətirib çıxarır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə