Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Ж.Ж.Руссо.  Об  общественном  договоре.  Трактаты.  М.,  КАНОН-



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə152/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   148   149   150   151   152   153   154   155   ...   540
1027 (1)

Ж.Ж.Руссо.  Об  общественном  договоре.  Трактаты.  М.,  КАНОН- 

Пресс-Ц, 1999, с.71. 

136 


3.

 

Materialistlər: J.O.Lametri, D.Didro, 

K.A.Helvesi, P.A.Holbax 

XVIII


 

əsr  fransız  materialistlərinin  görüşləri  materializm 

tarixində  yeni  mərhələ  hesab  olunur;  çünki  bu  materializm 

əvvəlki materialist təlimlərdən mahiyyətcə fərqlənir. 

Filosof  və  həkim 

Lametrinin

  (1709-1751)  fikrincə  əbədi, 

məhvedilməz,  daim  hərəkətdə  olan  materiya  dünyadakı  bütün 

müxtəlifliyi yaratmaq qabiliyyətinə malikdir. 

Lametriyə  görə  duyğular  idrakın  qaynağıdır.  Lakin  yalnız 

təfəkkür  duyğuların  məlumatını  ümumiləşdirərək  əşyaların, 

təzahürlərin  bütün  mənzərəsini  yenidən  canlandıra  bilir  və 

onların mahiyyətinə nüfuz edir. 

İnsan orqanizminə orijinal maşın kimi baxan və mexanika- 

nın prinsiplərini bu işə cəlb edən Lametri təsdiq edirdi ki, insan 

orqanizminin  həyat 

fəaliyyətini  tənzimləyən  mexanika 

prinsiplərinin  •  pozulması,  bu  pozulmanın  bərpa  olunmazlığı 

maşını  sıradan  çıxarır.  Bu  isə  maşını  bütövlükdə  əhatə  edən 

ölüm deməkdir,  yəni insanın həm bədəninin, həm də ruhunun 

ölməsidir. 



Didro

  (1713-1784)  filosof,  yazıçı  və  ideoloq  olaraq  iyirmi 

ildən çox vaxtını «Elm, incəsənət və peşə ensiklopediyası»nın 

yaradılmasına  sərf  etmişdir.  «Ensiklopediya»nın  yazılmasında 

XVIII  əsr  fransız  maarifçiliyinin  ən  görkəmli  nümayəndələri 

iştirak  etmişdir.  Didro 

«Ensiklopediya»nı 

yaratmağa 

başlayanda  artıq  materialist  və  ateist  mövqedən  çıxış  edirdi. 

Onun materializmi mexanist xarakter daşıyırdı. 

Didroya  görə  materiya  şüurdan  kənarda  və  ondan  asılı 

olmayaraq  mövcuddur.  Bizim  duyğularımız,  təsəvvür  və 

anlayışlarımız  obyektiv  mövcud  olan  predmet  və  hadisələrin 

əks olunmasıdır. O, sensualist idi, yəni duyğulan idrakın yeganə 

qaynağı hesab edirdi. 

Didro  dinə  qarşı  çıxır,  ona  barışmaz  münasibət  bəsləyir, 

həqiqətin ikiliyi təlimini inkar edirdi. Onun fikrincə, dini inam 

nəinki ağılın əksinədir, o ağılı tamamilə sıxışdırıb məhv etmək 

istəyir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə