Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə5/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   2   3   4   5   6   7   8   9   ...   82

 
17 
    Nəhayət  ki,  ilk  dəfə  polyak  astronom  Nikolay  Kopernik 
(1473-1543) “Günəşi dayandırıb Yeri hərəkətə gətirdi”. İndi 
yəqin ki, Yer üzərində elə bir adam tapılmaz ki, Yerin kürə 
şəklində  olduğuna,  həm  öz  oxu  ətrafında,  həm  də  Günəşin 
ətrafına fırlanmasına inanmasın. 
    2000-ci  ildə  Roma  papası  II  İohann  Pavel  kilsənin 
tökdüyü  günahsız  qanlar  üçün  dünya  ictimaiyyətindən  üzr 
istədi. 
    Yaxın  keçmişdə  SSRİ-də  “kibernetika”,  “genetika”  kimi 
elmləri  rəsmi  olaraq  qadağan  etmişdilər.  İrsiyyət  qanunları 
“noxud  qanunları”  adlandırılaraq  ələ  salınırdı  (Mendel, 
Morqan  irsiyyət  qanunlarını  noxudlar  üzərində  apardıqları 
təcrübələrlə kəşf etmişdilər). 
     XIX  əsrin  holland  filosofu  Benedikt  Spinoza  deyirdi: 
“beyinin  fikrə  münasibəti  qara  ciyərin  ödə  olan  münasibəti 
kimidir,  yəni  qara  ciyər  öd ifraz etdiyi  kimi,  beyin  də fikir 
ifraz  edir”.  Marksist  filosoflar  Spinozanı  tənqid  atəşinə 
tutaraq,  onu  idealizmə  yuvarlanmaqda,  fikrin  maddi 
olmasını  qəbul  etməklə  materiyanın  fikirdən,  şüurdan 
yaradıla biləcəyinə inanmaqda günahlandırırdılar. 
     Volf  Messinqin,  həmyerlimiz  Tofiq  Dadaşovun  və 
başqalarının  fikri  məsafədən  “oxumaları”,  fikirlə  işə  salına 
bilən  robotların  yaradılması,  fikrin  maddi  olmasını  sübut 
etmirmi?  Bu  ucsuz-bucaqsız,  bir  yandan  da  genişlənməkdə 
olan  kainatda  insanların,  elə  bəzi  alimlərin  də,  öz  məhdud 
bilikləri  ilə,  bu  gün  üçün  yeni,  izahedilməz  faktlarla 
qarşılaşdıqda  “yox,  bu  ola  bilməz”  hökmünü  vermələri 
olduqca gülünc və yersizdir. 
    Bunları  nəzərə  alaraq,  kitabın  müqəddiməsindəki:  “o 
alimlər alicənab sayılırlar ki, onların dilində “bu ola bilməz” 
anlayışı  yoxdur,  əksinə,  onlar:  tədqiq  etməyə  çalışarıq, 
müəyyən  nəticəyə  gəldikdən  sonra  sözümüzü  deyərik” 
ifadəsini işlədirlər”, cümləni kitaba epiqraf kimi verilməsini 
müəllifə tövsiyyə edəcəyəm. 


 
18 
    Kitabı  oxuduqca  məndə  belə  bir  təəssürat  yarandı  ki, 
kitabın  yazılmasının  əsas  səbəbi  insanların  heterotrof  
qidalanmaları  ilə  başqa  canlılara  (heyvanlara  və  bitkilərə) 
qənim kəsilməsidir. 
    Müəlifin 
daxili 
saflığının, 
mənəvi 
təmizliyinin, 
insanpərvərlikdən  də  o  yana,  bütün  canlı  varlıqlara 
(bitkilərə,  heyvanlara)  olan  rəğbətinin,  əsl  insani 
münasibətinin  bəhrəsi  olan  bu  kitab,  eyni  zamanda 
insanların  bu  günkü  yaşayış,  davranış  tərzinə,  onların 
“vəhşilər”  kimi  qidalanmasına  müəllifin  daxilindən  gələn 
etirazıdır, üsyanıdır, kinidir, hətta nifrətidir! 
    İndiqo  uşaqların  tez-tez  doğulmaları,  günəşiyeyənlərin 
sayının 30 minə çatması, bəlkə doğrudan da yeni irqin, yeni 
insan  növünün  yaranmasının  başlanğıcıdır  və  yaxın 
gələcəkdə  bütün  insanlar  Günəş  enerjisi  ilə,  kosmik  enerji 
ilə  qidalanacaqlar.  Belə  olarsa,  onda  Yer  üzü,  Adəmlə 
Həvvanın  ilk  dəfə  göndərildikləri  behiştə  çevrilərdi.  Hər 
mənada...     
 
   Kimya elmləri namizədiAbdullayev Dəmir 
    
 
  
                  
      
  
       
 
 
 
 
 


 
19 
 
 
O  alimlər  alicənab  sayılırlar  ki,  onların  dilində  “bu  ola  bilməz” 
anlayışı  yoxdur,  əksinə,  onlar:  “tədqiq  etməyə  çalışarıq,  müəyyən 
nəticəyə gəldikdən sonra sözümüzü deyərik” ifadəsini işlədirlər 
Müəllif 
 
 
 
 
Müqəddimə 
 
     Bilavasitə  daxilində  yaşadığımız  ətraf  təbii  mühitin 
problemləri  nəinki  alimlərin,  həmçinin  planetimizdə 
məskunlaşmış  bütün  bəşəriyyətin  böyük  həyəcanına  və 
qayğısına  səbəb  olmuşdur.  Axı  yaxın  onilliklərdə  nəinki 
müasir  formalaşmış  sosial  struktura  və  həm  də  biosferaya 
qarşısıalınmaz  dərəcədə  fəlakət  gətirə  bilən,  bütün 
bəşəriyyəti  Yer  üzündən  silə  bilən  ekokatastrof  baş  verə 
bilər.  Artıq  planetin  bir  sıra  regionlarında  ekoloji  böhran 
katastrof  halına  keçmişdir.  İndi  çoxlarına  məlumdur  ki, 
insanlığın  ənənəvi  inkişaf  yolu  –    biosferaya  antropogen 
təsir  üsulu  son  iki  yüzillikdə  onu  yaşadan  canlı  təbiətin  – 
həmin  biosferanın  məhvinə  gətirib  çıxarır.  Lakin  bu  yolu 
necə  dəyişməli,  hansı  istiqamətə  getməli  –  bu  vaxta  kimi 
hələ  məlum  deyildir.  Biz  artıq  kəskin  şəkildə  belə  ekoloji 
qarmaqarışıqlığı  duyur  və  anlayırıq,  amma  hələki  ətraf 
mühitin  ekoloji  problemlərini  necə  həll  edək  –  bilmirik. 
Əlbəttə,  söhbət  açıq-aşkar  təsərrüfatsızlıqdan  və  təbiətə 
qarşı  səhvlərimizdən  gedəndə,  o  saat  qəti  şəkildə  belə 
mülahizələr  irəli  sürürük  ki,  bir  zavodun  işləməsini 
dayandıraq,  o  birini  tikməyək,  üçüncüsünü  daha  müasir, 
təmiz  texnologiya  əsasında  yaradaq.  Lakin  bəlli  ekoloji 


 
20 
səhvlərin  və  neqativlətrin  aradan  qaldırılması  ətraf  mühitin 
problemlərinin tam həllini göstərmir, çünki bu problem yeni 
yanaşma  tərzinin,  hətta  cəmiyyətin  təbiətə  münasibətində 
yeni üsulların işlənib hazırlanmasını tələb edir.  
     Köhnə, ənənəvi təbiətdən istifadə üsulu min illər bundan 
öncə  “yığıb-toplamaq”  halından  “istehsal  təsərrüfatına” 
keçmişdir.  Hal-hazırda  bu  şəkildə  mövcud  olan  istehsal 
münasibətləri  təbiəti  məhv  edir,  bəşəriyyətin  və  bütün 
canlıların  planetdə  həyatfəaliyyətlərinin  təbii  şərtlərini  – 
biosferanı  dağıdır.  İndi  bu  sahədə  bütün  dünya  alimləri, 
ekoloqları, fauna və flora üzrə mütəxəssislər baş sındırırlar, 
bir  sıra  təkliflər  və  modellər  irəli  sürülsə  də  hələki  qəti 
olaraq  bir  çıxış  yolu  tapılmamışdır.  Məsələn,  belə  bir  fikir 
irəli  sürülür  ki,  insanın  təbiəti  qoruması  üçün  ona  fasiləsiz 
və balans şəklində öz münasibətini dəyişməlidir (“Dayanıqlı 
inkişaf  modeli”).  Prinsipcə  bu  mümkündürmü  və  ya  bəlkə 
problem düzgün qoyulmamışdır? Əgər mümkündürsə, onda 
bütün insan fəaliyyətinin ekoloji strategiyası necə olmalıdır? 
Bu suallara müasir elm tərəfindən hələ cavab alınmamışdır.  
     Lakin  buna  baxmayaraq,  bu  qlobal  problemin  həlli  üzrə 
ümumbəşəri  inkişaf  modellərinin  yeni  konsepsiyaları, 
dayanıqlı  ekoinkişafın  strategiyasının  formalaşması  işlənib 
hazırlanmaqdadır.  K.E.  Siolkovski  adına  kosmonavtika 
Akademiyasının  prezidenti,  akademik  A.D.Ursula  görə,  bu 
ekoloji 
kataklizmdən 
yaxa 
qurtarmağın 
yolu 
kosmonavtikanı  daha  da  inkişaf  etdirmək,  insanları  Yerdən 
kənar  məkana  –    kosmosa  köçürmək  gərəkdir  (“Kosmos” 
modeli”)  {181-183}.  Bu  fərziyyəyə  görə,  insan  Yerdən 
kənar  məkanda  özünə  sığınacaq  taparaq,  oranın  təbii 
sərvətlərindən 
(Ayın, 
asterodlərin, 
meteoritlərin, 
kometaların)  istifadə  edə  bilər.  Düzünə  qalsa,  bu  ideya 
müasir  sivilizasiya  dövründə  hələki  utopiyadan  başqa  bir 
şeyə  oxşamır.  Akademik  V.İ.Vernadskiyə  görə  isə  {164-
168}  (ilk  dəfə  insanın  avtotrof  yaşaya  bilməsinin 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə