10
Ön söz
Apokalipsis, kataklizm, tektonik aktivlik, günəşdən gələn
neytrinlər və s. bu kimi ifadələr gün keçdikcə daha tez-tez
səslənir. Əslində bu ifadələrin səslənməsi insanda insanın
yaxın gələcəyinin olduqca təhlükəli olacağından xəbər
vermə şübhəsini yaradır.
Bəlkə də, doğurdan da bu
şübhələrin yaranması təhlükənin reallığa yaxın olduğundan
xəbər verir?!
Bəlkə də, bu şübhələr dünyada mövcudluğu hiss olunan,
lakin özü pərdəarxasında qalan, gözəgörünməz qüvvələrin
şübhə formalı bir sürprizidir?!
Amma o da ola bilər ki, bu qorxu bizim taleyimizin rast
olacağı təbii qlobal geoloji fəlakətin beyinlərdə düşüncə
məhsuludur. Bunlardan hansının doğruluğu və yaxud da
doğruya yaxın olması dərəcəsi zaman keçdikcə daha aydın
görünəcəkdir.
Bəzi alimlərin fikirlərini rəhbər tutsaq, söyləyə bilərik ki,
Yeri məhv etməyə qadir kataklizm planetlərin paradı
nəticəsində, 640 min ildən bir baş verir. Bu zaman dünyada
paralel olaraq, bir neçə proses gedir. Ən çox Qərbdə
zəlzələlər baş verir və bu zəlzələlər tektonik aktivliyə səbəb
olur. Maqnit sahələrinin gücü 2-3 dəfəyə qədər azalır. Yerin
bir neçə kilometr dərinliklərində istilik 2000-3000C və s.
buna yaxın intervallar arasında dəyişərək, inanılmaz həddə
çatır. Temperatur dünya üzrə durmadan artır. Günəşdən
gələn neytrinlər mikrodalğalar kimi hərəkət edərək, Yerin
nüvəsini dağıdır və bütün bu kimi proseslər nəticəsində
bizim tanıdığımız dünyanın mövcudluğu şübhə altına düşür,
yəni, dünyanın sonu yaxınlaşır.
Bəs nə etməli?
11
Diaqnoz dəqiq qoyulmazsa, nəticədən söhbət gedə
bilməz. Müalicə aparmaq üçün diaqnozun dəqiqliyi şübhə
doğurmamalıdır. Bunun üçün isə nəzər salınacaq nə var isə
qeydə alınmalı, heç nə diqqətdən kənarda qalmamalıdır.
Mövcud təhlükənin aradan qaldırılması üçün baş vermiş,
hazırda baş verən və gələcəkdə baş verə biləcək bütün
proseslər mümkün qədər dəqiqliklə öyrənilməlidir və bu
sahədə geniş elmi-praktiki tədqiqatlar aparılmalıdır.
Baş verə biləcək xoşagəlməz proseslərin qarşısını almaq
üçün bütün dünya xalqlarının diqqətini bir nöqtəyə cəm
etmək və gücü bir yerə yığmaq lazımdır. Birgə mübarizənin
təşkili üçün isə bu sahədə insanları maksimum
maarifləndirmək tələb olunur. Elə bu baxımdan da bu
sahədə yazılmış əsərlərin sırasına daxil olan, alim
düşüncələrinin məhsulu kimi ərsəyə gələn, kimya elmləri
doktoru Səhrab İsmayılın qələmə aldığı "Günəşiyeyənlər"
kitabı həqiqətən də elmi-kütləvi şəkildə nəşr edilməyə layiq
bir əsərdir. Çünki 9 fəsildən və istifadə olunmuş istinad
ədəbiyyat siyahısından ibarət bu kitabda dünyaca məhşur
olan A.İ. Oparin,
Nik Leyn, A.Veysman, Ç. Darvin, Karl
Şeyele, Aleksandr Komarov, Y.P. Terletski, A.E. Akimov,
Q.İ. Şipov və s. onlarla alimin qiymətli fikirlərinə nəzər
salınmış və bu ideyalara əsasən gələcək üçün olduqca
qiymətli fikir formalaşdırmışdır.
Bu kitabda Yer üzərində həyatın yaranması barədə ayrı-
ayrı nəzəriyyələrə ümumi nəzər salınmış, həyatın mövcud
olmasına səbəb olan mühüm kimyəvi elementlər və
birləşmələr haqqında məlumatlara , ciddi maraq doğuran
tapıntılara və fərziyyələrə geniş yer verilmişdir. Bundan əla-
və müəllif oxucu fikrini fotosintezə, onun həyatın əmələ
gəlməsi prosesində və biosferadakı mövqeyinin izahına
yönəltmiş və bu kitaba kitabın əsas mövzusunu
səciyyələndirən "Günəşiyeyənlər" barəsində hərtərəfli
şəkildə, bu məsələylə bağlı mövcud münasibətlərdən faktiki