Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə131/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   126   127   128   129   130   131   132   133   134

281 
analizlərinin müasir üsullarını dərindən bilməlidir. 
Ona  görə  də  tələbələr  torpaqşünaslıq  fənnini  dəqiq  və  hərtərəfli  öyrənmək  üçün  çöl 
təcrübələrini keçməlidirlər. Çöl təcrübəsinin əsas məqsədi nəzəri bilikləri möhkəmlətməklə bərabər 
tələbələrin  torpaqşünaslıq  elmi  haqqında  dünyagörüşünü  artırmaqdan  ibarətdir.  Bunun  üçün 
tələbələr  əvvəldə  qeyd  etdiyimiz  kimi,  təlimin  təşkilat  formalarından  biri  olan  mühazirə  dərslərini 
dinləməli,  təcrübi  məşğələlərlə  məşğul  olmalı,  ərazinin  torpaqlarını,  bitki  örtüyünü,  ümumiyyətlə, 
torpaq əmələgətirən amilləri və onların bir-birinə qarşılıqlı təsirini öyrənməlidirlər.  
Bu  məqsədlə  yazdığımız  bu  məqalədə  xüsusi  olarq  tələbələrin  çöl  təcrübələrinin 
keçirilməsinin metodikası haqqında qısa da olsa məlumat vermək istərdik.  
Mövzu işlənərkən tarixin ayrı-ayrı inkişaf mərhələlərində Azərbaycan, o cümlədən Naxçıvan 
MR-də  çöl  təcrübələrinə  aid  metodik  vəsaitlər  yazan  alimlərin  (İsayev  Ə.İ.,  Əliyev  T.Ə.  1973, 
Cəfərov  M.İ.,  Hacıyev  O.M.  1984,  Hacıyev  S.Ə.  2000)  müasir  tələbərə  cavab  verən  iş 
təcrübələrindən istifadə olunmuşdur [1, 2, 3]. 
Təcrübələrdən  göründüyü kimi çöl təcrübələrinin təşkili və keçirilməsi  bir neçə mərhələdən 
ibarət  olur.  Çöl  təcrübələrin  keçirilməsini  hazırlıq,  aparılması  və  yekunlaşdırılması  mərhələlərinə 
bölmək olar. 
Hazırlıq mərhələsinə müəllim və tələbələrin çöl təcrübələrinə hazırlaşması daxildir. Müəllim 
çöl təcrübəsinə hazırlaşarkən, birinci növbədə mövzuya aid proqram və dərsliyi diqqətlə öyrənməli, 
təkrarlama  üçün  suallar  seçilməli  və  ya  gələcəkdə  yeni  anlayışların  formalaşdırılmaları  üçün 
tələbələrin  nə  kimi  lazımi  təsəvvürlər  alacağını  qeyd  etməli,  tədqiqat  üçün  obyektlər  seçməli  və 
onları hərtərəfli öyrənməlidirlər. 
Ekskursiyaya  hazırlıq  dövründə  müəllim  öyrənilən  məhəllin  lazımi  xəritələrini,  ədəbiyyat 
materiallarını  toplayır,  seçir,  bu  barədə  öz  biliyini  bərpa  edir,  yada  salır  və  genişləndirir.  Xəritə, 
ədəbi mənbələr üzrə yerli əhali ilə söhbətlər ekskursiya rayonu ilə tanış olmuş müəllim həmin yer 
ilə  bilavasitə  tanış  olmağa  başlayır.  Belə  ki,  məsələn,  coğrafiya  ixtisasının  II  kurs  tələbələrinin 
“Torpaqşünaslıq  və  Torpaq  Coğrafiyası”  fənnindən  çöl  təcrübələrinin  təşkili  zamanı  torpaq-bitki 
nümunələrinin  götürülməsi  zamanı  sahəni  seçərkən  müəllim,  topoqrafik  və  torpaq  xəritələrinə 
əsasən,  tələbələrin  çol  təcrübəsində  almalı  olacaqları  məlumat  dairəsini  müəyyən  edir,  hərəkət  və 
dayanacaq  üçün  təxmini  marşurut  təyin  edir.  Sonralar  müəllim  məhəlli  öyrənərkən  həmin  planı 
tamamlayır və  marşurutu dəqiqləşdirir. 
İkinci  tələbələr  hazırlıq  mərhələsində  təcrübədə  çölə  aid  geyim,  yemək  götürməli  və  çöl 
çantasında bəzi sanitar əşyaların  olmasını da nəzərə almalıdırlar.  
Üçüncü  bir  tərəfdən  çöl  təcrübəsində  istifadə  olunan  dəftər,  qələm,  avadanlıq  və  cihazlar  da 
tələbələr  tərəfindən  hazırlanmalıdır.    Eyni  zamanda  təcrübə  dövrü  hər  bir  tələbənin  çöl  gündəliyi 
olmalı, hər gün ona verilən tapşırıqlar və yerinə yetirdikləri işlər qeyd olunmalı və obyektin şəkilləri 
çəkilməlidir. 
Çöl  təcrübəsinin  keçirilməsi  mərhələsində  müəllimlə  birlikdə  tələbələr  müəyyən  olunmuş 
sahənin  ətrafına  yığışaraq,  ilk  dəfə  olaraq  ərazini  müşahidə  edir.  Sonra  torpaq  kəsimi  qoyulan 
nöqtələr  müəyyənləşdirilir.  Çöldə  torpaq  kəsimi  qazıldıqdan  sonra  laboratoriyada  fiziki-kimyəvi 
analizlərin  aparılması  üçün  torpaq  və  ətrafında  yayılan  bitkilərdən  nümunələr  götürülür.  Aparılan 
analizlərin  xarakterindən  asılı  olaraq  götürülən  torpaq  nümunələri  sahənin  böyüklüyündən  və 
torpağın  tipindən  asılı  olaraq  müxtəlif  olur.  Təcrübə  altında  nümunələrin  götürülməsi,    sahənin 
böyüklüyündən asılıdır. Belə ki, təcrübə bölmələri 500 kvadrat metrə olan bölmələrdən 10 nümunə, 
500 kvadrat metrdən 1000 kvadrat metrə qədər  olan bölmələrdən 20 nümunə, bir kvadrat metrdən 
10  kvadrat  metrə  qədər  olan  təcrübə  bölmələrindən  isə  2-3  nümunə  burla  götürülür.  Bölmələrin 
formasından  asılı  olaraq  nümunələr  aşağıdakı  qaydada  yerləşdirilmiş  nöqtələrədən  götürmək 
lazımdır. Analiz üçün torpaq nümunəsini torpaq kəsiminin hər bir genetik qatından-aşağı qatlardan 
başlayaraq, üst qatlara doğru götürmək lazımdır. Nümunələr belə götürüldükdə üst qatlardan tökü-
lən  torpaq    aşağı  qatın  torpağı  ilə  qarışmır.  Torpaq  qatı  qalın  olduqda  hər  qatın  üst,  orta  və  aşağı 
hissəsindən  nümunə  götürülür.  Götürülən  nümünə  tədqiq  olunan  torpağın  tipi  üçün  xarakter 
olmalıdır.  
Nümunələr  yalnız  torpağın  əkin  qatı  öyrənildikdən  sonra  bütün  qatlardan  götürülə  bilər. 


282 
Torpaq  sahəsi  təbii  bitkilərlə  örtülü  olduqda  ensiz  çim  qatı  kəsilib  götürülür.  Meşəlik  yerlərdən 
nümunə götürülməmişdən əvvəl torpaq səthindən bitki qalığı, yarpaq və s. təmizlənməlidir. 
Nümunələr tilləri 10-15  sm olmaqla kub şəklində bıçaq ilə kəsilib götürülür. Sahənin torpaq 
örtüyü  müxtəlif  tipli  olduqda  hər  torpaq  tipindən  bir  nümunə  götürmək  lazımdır.  Bitki  örtüyü, 
relyefi eyni olan torpaq tipindən qarışıq orta nümunə düzəltmək üçün 10-15 hektar sahənin bərabər 
bölünmüş  nöqtələrindən  götürülmüş  7-8  fərdi  torpaq  nümunəsi  qarışdırılır.  Bu  nümunələrin 
götürüləcək yeri sahədə bərabər bölünür. Fərdi nümunələr arx kənarlarına yaxın, yol kənarlarındakı 
torpaqlardan, peyin, gübrə yığılmış yerlərdən, müxtəlif tikililərin ətrafından götürülməməlidir. 
Qarışıq  torpaq  nümunə  quyudan,  yaxud  bütün  şum  qatı  dərinlikdə  qazılmış  sahədən  götürülür. 
Nümunə  götürmək  üçün  torpaq  burundan,  bel  və  ya  bıçaqdan  istifadə  edilir.Əgər  bütün  vegetasiya 
dövründə  eyni  təcrübə  bölmələrindən  bir  neçə  dəfə  nümunə  götürülməsi  nəzərdə  tutulursa,  o  zaman 
birinci nümunə götürülən yer payacıq vurmaqla nişanlanır, növbəti nümunə əvvəlki yerdən 50-100 sm 
aralı götürülür. Təcrübə bölmələri eyni torpaq tipi olduqda, yalnız bir bölmədən nümunə götürülür. 
Müxtəlif  torpaq  nümunələrini  bir-birinə  qarışdırmaqla  orta  nümunə  hazırlanır.  Bütün  fərdi 
nümunələr faner taxtası va  ya qalın kağız üzərinə tökülür və qarışdırılıb yayılır. Hər birindən eyni 
miqdarda  götürüb,  təmiz  kisəyə  və  ya  kağıza  bükmək  lazımdır.  Götürülən  nümunənin  miqdarı  bir 
kiloqramdan  az  olmamalıdır.  Bu  qədər  orta  nümunəni  hazırlamaq  üçün  hər  nümunə  götürülən 
yerdən  200-300  qr  torpaq  götürmək  kifayətdir.  Torpaq  nümunəsi  qoyulmuş  kisənin  və  ya  kağızın 
üzərinə, içərisinə etiket  bağlanır. Birinci etiket kisənin boğazına bağlanır və  ya nümunə bükülmüş 
kağızın üzərinə yapışdırılır. İkinci etiket kisəyə və ya büküm kağızının içərisinə qoyulur. Etiketlər 
faner taxtadan va ya qalın kağızdan hazırlanır. Etiketləri qara karandaşla yazmaq əlverişlidir. Etiket 
aşağıdakı  formada  yazılır.  Nümunənini  nömrəsi,  götürülmə  tarixi,  rayonun  adı,  torpağın  qatı, 
dərinliyi sm ilə, tədqiqatçının familiyası. Nümunələr olan kisə və bağlamalar taxtadan hazırlanmış 
qutulara yığılır və analiz üçün laboratoriyaya gətirilir. 
Cöl  təcrübələrinin  yekun  mərhələsində  isə  torpaq-bitki  nümunələri  laboratoriyaya  gətiril-
dikdən  sonra  nəzərdan  keçirilir,  məqsəddən  asılı  olaraq  qarışdırılır,  qarışıq  orta  nümunə  alınır  və 
yaxud  qarışdırılmadan  müqayisə  edilir.  Nümunələr  qarışdırılmazdan  əvvəl  nəzərdən  keçirilir.  Hər 
hansı nümunə diğər nümunələrdən kəskin fərqlənirsə, o qeydə alınır və ayrıca analiz edilir. 
Torpaqları təcrübi məşğələ zamanı öyrənmək üçün ekskursiya metodunun istifadəsi ilə torpaq 
kəsimlərini toplayıb laboratoriyaya yığmaq lazımdır. Götürülən nümunələr tədqiqatın xarakterindən 
asılı olaraq (morfoloji, fiziki-kimyəvi, mexaniki və s.) müxtəlif metodlarla analiz olunur. Toplanılan 
materiallar laboratoriyada işlənməli, təyin və analiz olunmalıdır. 
Laboratoriyada  işləyərkən  hər  bir  tələbə  texniki  təhlükəsizlik  qaydalarını  da  bilməlidir.  Bu 
qaydalar aşağıdakılardan ibarətdir.  
1.  Laboratoriyalarda  zəhərli  və  ziyanlı  maddələrlə  işlədikdə  bütün  əməliyyatlar  güclü 
ventilyasiyaya malik olan sorucu şkafda aparılmalıdır.  
2.  Laboratoriyanın  müvafiq  yerində  yanğından  mühafizə  guşəsi  təşkil  edilməlidir.  Orada 
yanğın söndürən balon, qumla dolu yeşik, su gələn boru və digər yanğına qarşı vəsaitlər olmalıdır.  
3. Laboratoriyada olan bütün reaktiv, məhlul, turşu, duz, qələvi və s. maddələri olan qabların 
üzərində onların adı aydın yazılmış yarlıq yapışdırılmalıdır.  
4.  Laboratoriyanın  ən  yaxşı  görünən  yerində  texniki  təhlükəsizlik  qaydalarına  dair  təlimat 
yazılmış lövhə, yaxud vərəqə vurulmalıdır.  
5.  Laboratoriyanın  bütün  əməkdaşları  texniki  təhlükəsizlik  qaydalarını  tam  bilməlidirlər. 
Onlara müntəzəm olaraq təlimat keçilməlidir. 
Aparılmış  tədqiqatlar  əsasında  çöl  təcrübələrinin  keçirilməsi  tələbələrdə  dünyagörüşün 
formalaşmasına, əmək vərdişlərinin yaranmasına və bir vətəndaş kimi həyata hazırlanmasına zəru-
rət kimi şərait yaratmışdır. Eyni zamanda tarladan götürülən torpaq-bitki nümunələri üzrə aparılan 
analizlərin  nəticələri  əsasında  tələbələr  torpaqların  qiymətləndirilməsi  üçün  göstəricilərin  seçilmə-
sini,  torpaqların  aqroistehsalat  qruplaşdırılması  və  mədəni-təbii  bitkiləri  altında  səmərəli  istifadə 
olunmasını öyrənirlər [4, 5, 6, 7, 8]. 
ƏDƏBİYYAT 
1.
 
Cəfərov M.İ., Hacıyev O.M. Torpaqşünaslıq praktikum, Maarif nəşriyyatı, 1984, 179 s.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə