ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə71/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

262
Ə
li 
İld
ırı
m

lu
toy­bayram eləyirmiş. Çoxusu onun yasına belə get­
məyib. Atamın ölümündən üç ay sonra dünyaya göz 
açmışam. Anam adımı Mehriban qoymaq istəyirmiş. 
Anamın qohumları etiraz ediblər. Mənə doğum haq­
da şəhadətnamə alanda da atamın yox, anamın fami­
liyasını yazıblar. Yekə qız olmuşdum. Orta məktəbdə 
oxuyurdum.  Biz  orada  həyətli  bir  evdə  yaşayırdıq. 
Xeyir­şərdə qonum­qonşu bir yerə yığışanda öz arala­
rında azərbaycanlılar barəsində nifrətlə danışırdılar. 
Hamısı türklərin vaxtilə ermənilərə necə divan tutma­
sı barədə cürbəcür cəfəngiyatlar uydururdular. Daş­
naklarla gizli əlaqə saxlayan və səksəndən artıq yaşı 
olan Aşot adlı erməninin sərxoş halda dedikləri indiki 
kimi xatirimdədir. O, fəxrlə sinəsinə döyüb öyünürdü 
ki, ürəyinizi heç də sıxmayın, on beşinci­on səkkizinci 
illərdə  türklərin  erməniləri  qırdığından  iki­üç  dəfə 
çox biz onların başını əzmişik. Zəngəzur tərəfdə, Ba­
kının özündə və ətraf rayonlarında bilirsən azərbay­
canlılara  necə  divan  tutmuşuq?!  Əsl  həqiqətə  qalsa, 
bizim ermənilər müsəlmanları genosid eləyib. Bəxti­
miz onda gətirib ki, onlar səsini çıxarmırlar. Aşot bun­
ları  deyib  fəxrlə  güldü:  –  Müsəlmanların  xasiyyəti 
baş qadır.  O  qanlı­qadalı  günləri  çoxdan  unudublar. 
Görmürsünüz, Şaumyanın neçə yerdə heykəli qoyu­
lub? Ermənilərin adına nə qədər küçə var? Ən yağlı 
vəzifələr də bizim əlimizdədir.
Qretanın  bu  cür  söhbətlərdən  zəhləsi  gedirmiş 
kimi, ikrahla başını bulayıb özü­özünə etiraz etdi və:
– Aşotun da atasına lənət, Şaumyanın da, – deyib 
sözünün  istiqamətini  dəyişdi.  –  Bilirsən,  Nəcəf,  ata­
mın da, anamın da dininə, dilinə, millətinə eyni dərə­
cədə  hörmətim  var. Ancaq  həqiqəti  danmaq  olmaz. 
Bakıda  neçə­neçə  millət  yaşayır.  Rus,  erməni,  tatar, 


263
Daş y
ağan gün
ləzgi, belarus, qazax, özbək... saymaqla qurtarmaq ol­
maz.  Ancaq  onların  arasında  heç  bir  ayrı­seçkilik, 
ögey­doğmalıq  görmədim.  Hamısı  bir­birinə  qayna­
yıb­qovuşub. Ancaq di gəl ki, bizim bu ermənilər ara 
qarışdırmaq, qan tökmək, hər yerə düşmənçilik toxu­
mu səpmək üçün bir candılar. Elə bil xəmirləri kin­
küdurətdən, riyakarlıqdan yoğrulub. 
Qreta ayağa qalxıb, pəncərəni açdı və hara isə ba­
xıb, tez də geri döndü. Özündən asılı olaraqmı­olma­
yaraqmı, çılğın bir ehtirasla Nəcəfi sinəsinə sıxdı. İrəli 
çıxmış balaca döşləri Nəcəfin sifətinə toxunanda oğla­
nın bədənindən sanki elektrik cərəyanı keçdi. Və Qre­
tanın  başqa  niyyətə  düşdüyünü  güman  edərək  tez 
onun  qolları  arasından  çıxıb  ayağa  qalxdı.  Qretanın 
özünün  də  yanaqlarına  qızartı  çökdü  və  nəvazişlə 
Nəcəfi yerində əyləşdirərək:
– Məni bağışla, – dedi. – Düzü, nə etdiyimi özüm 
də bilmirəm. Bir də ki, nə gizlədim. Bu bir neçə saatın 
ərzində sanki təsəvvürə gəlməz bir qüvvənin sehrinə 
düşmüşəm.  Etiraf  etməyə  məcburam  ki,  nə  sirdisə, 
məni məndən almısınız. Ona görə də sizə qarşı davra­
nışımda  bəzən  çaşıram.  Özümdən  asılı  olmayaraq, 
sizə yaxınlaşmaq istəyim bayaq dediyin mənada ürə­
yinizcə deyilsə, bunun təqsirini məndə yox, özünüzdə 
axtarın. 
Nəcəf nə demək istəyirdisə, Qreta nəzakətli hərə­
kəti ilə onun sözünü kəsdi və:
–  Xahiş  edirəm,  qoy  fikrimi  tamamlayım.  Sonra 
söz sizindir, – dedi. – Mətləbdən kənara çıxdığım üçün 
məni  bağışlayın.  Yenə  də  bayaqkı  sözümün  üstünə 
qayıtmaq istəyirəm. Bir çox mənada Bakıda günlərimiz 
pis keçmirdi. Ancaq öz millətimizdən olanlar bizi bu­
runlayır,  daim  ayağımızdan  çəkirdilər.  Üzümüzə 


264
Ə
li 
İld
ırı
m

lu
açıqca türkpərəst deyirdilər. Anamın, mənim barəmdə 
xoşagəlməz şayiələr uydururdular. Artıq anam boğa­
za yığılmışdı. Mənim özümə də tez­tez ürəkbulandırıcı 
sözlər  atırdılar.  Axırda  anam  məcbur  olub  evimizi 
dəyər­dəyməzinə  satdı,  Bakını  tərk  etdik.  İrəvanda 
yaşayan  uzaq  bir  qohumun  vasitəsilə  özümüzə  ev­
eşik düzəltdik. Nə başını ağrıdım. Orda ali məktəbə 
daxil oldum. Taleyim elə gətirdi ki, Arsenlə məktəbdə 
tanış  olub  onunla  ailə  həyatı  qurduq.  İxtisasca  o, 
mühəndisdi, mən isə həkim. İrəvanda da xoş gün tap­
madıq. Necə deyərlər, yağışdan çıxdıq, yağmura düş­
dük. Bakıdan köçməyimizə peşman olmuşduq. Lakin 
sonrakı peşmançılıq fayda verməz. İrəvandakı ermə­
niləri necə gördüksə, Bakıdakılara şükür etdik. Adicə 
bir misal çəkim. Arsenlə cəmi on gün olardı evlən miş­
dik.  Axşam  gəzintisi  üçün  parka  çıxmışdıq.  Bəzən 
aramızda elə sözlər olurdu ki, kənardan ötüb­keçənlər 
eşidib­bilməsinlər deyə azərbaycanca danışırdıq. Nəcəf, 
inana  bilməzsən  ki,  qarşımıza  çıxanlar  qabağımızı 
kəsib, həyasızcasına “Hayerin xosu, ara!” – deyirdilər. 
Yəni ki, ermənicə danışın. Orada nəinki azərbaycan­
lıları  görmək,  səslərini  belə  eşitmək  istəmirlər.  Mən 
bütün  kürreyi­ərzdə  bu  dərəcədə  qatı  millətçi  oldu­
ğunu  təsəvvür  etməzdim.  Ona  görə  də  vaxtilə 
müsəlman  şəhəri  olan  İrəvanda  artıq  azərbaycanlı 
qalmayıb.  İmkanı  olanlar  doğma  ev­eşiyini  atıb  İrə­
vanı tərk edirlər. Belə getsə, inanmıram ki, İrəvanda 
bir nəfər azərbaycanlı qalsın. Orada başqa millətlərin 
də  yaşamasına  imkan  vermirlər.  Bir  sözlə,  anam 
qəribə millətdəndir. Ancaq necə olsa, ana anadır. On­
dan üz döndərməkmi olar?! Allahın qəzəbinə gələrəm. 
Bizim Arsenə gəldikdə özünə qalsa, pis oğlan deyil. 
Onnan  dil  tapıb  həyatımı  başa  vurardım.  Lakin  əli 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə