ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə22/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

77
Daş y
ağan gün
tərtəmiz yorğan­döşək saldılar. Onda elə bil ürəyimin 
başına dağ çəkdilər. Səhərisi də arpadan, pərincdən, 
darıdan yükünü tutub, Mıkırtıçı hörmətlə yola saldı­
lar. Buynuzlu qoçumu yerə yıxanda nə qədər yalvar­
dım ki, kəsməyin, sözümü saya salan olmadı. Dedim, 
qoçumu  heç  olmasa  erməniyə  kəsməyin.  Axı  onlar 
məni ata­anasız, bacı­qardaşsız qoyub. Əmim üstümə 
çəmkirdi. Dedi ki, başından yekə qələt eləmə. Mıkırtıç 
kirvənin  burada  nə  günahı  var?!  Dəmirçi  adamdı, 
onun­bunun  at­eşşəyini  nallayıb,  qəpik­quruş  qaza­
nır. Mıkırtıç top­tüfəng götürəndir? Mıkırtıçdan olsa, 
bir  adamın  burnu  qanamaz.  Ona  qalsa,  erməni  ilə 
müsəlman arasında ədavət düşməz. İnsafüçünə, Mı­
kırtıç kirvənin özü də Andraniki söyür. Deyir ki, And­
ranik  kimi  əclafların  ucbatından  müsəlmanların  ya­
nında dilimiz gödək, başımız aşağı olub. Əmim onu 
da dedi ki, mən Mıkırtıç kirvəynən Nuh əyyamından 
dostluq  eləyirəm,  qudurub  cızığından  çıxan  beş­on 
erməni dığasından ötəri onnan haqq­salamı kəsə bil­
mə rəm. Kəndçimiz İsfəndiyar əmi də o tərəfdən dil­
lənib dedi ki, Mikayıl düz deyir. Erməninin nal bəndi 
onların oxumuşlarından min dəfə ağıllıdır... Belələrini 
də qızışdırıb gehriyə qoşan o əclaf Andranik, Nijdeh, 
Hamazas kimi haramzadalardı. Onları lənətə gəlsin! 
İsfəndiyar əmidən bir də onu eşitdim ki, qapıya gələn 
qonağı  qovmazlar.  Qonaq  Allahındır.  Onun  üzünə 
pis baxsan, Allaha xoş getməz. İstədim deyəm ki, bəs, 
Köhnə Həsənli kimi böyük kəndi oda qalayan, heç bir 
günahı olmayan atamı, anamı, bacı­qardaşlarımı dur­
duğu yerdə qətlə yetirib məni yetim qoyan ermənilərə 
niyə Allahın qəzəbi tutmur?! Ancaq özümü güclə sax­
ladım.  Dillənsəydim,  kim  idi  ağzıma  qurut  verən?! 
Deyərdilər, yetim qızsan, qıvrıl yat yerində, bilmədiyin 


78
Ə
li 
İld
ırı
m

lu
işə  başını  soxma...  Həmin  gecə  sübhə  kimi  yata  bil­
mədim. Gözlərimin yaşı qurumurdu. Əmim hıçqırığı­
mı eşidib mənə təpindi. Dedi ki, ə, qoduq, bir qoçdan 
ötəri gözünün xorasını tökmə! İtil başımdan, gözüm 
səni görməsin! Haçan qoyun üçəm doğsa, buynuzlu 
qoçun əvəzinə biri sənindir.
Nəci  xeyli  dillənmədi.  Fikrə  getdi.  Sonra  başını 
qaldırıb yazıq­yazıq üzümə baxdı:
– Əmimin dedikləri baş aldatmaqdır. Pir mənimdir, 
kəramətinə  bələdəm.  Əmim  istəməz  ki,  mənim  çox 
qoyunum  olsun,  kişi  olub  ortalığa  çıxım.  Çalışdığı 
odur ki, ömrüm boyu ona möhtac qalım, ikiəlli ətə­
yin dən  yapışım.  O  da  bir  qarın  çörək  verib  müftə­
müftəlləzinə  qoyununu  otartsın.  Qoyuna  getmək 
üçün yad adam tutsa, aylıq haqq verməlidir. Sən hələ 
əmimi yaxşı tanımırsan. Elə bic kişidir ki! Qarnının al­
tından fələk də baş açmaz. Mən də, əlac nədir, dözü­
rəm. Dözməsəm, əlimdən nə gəlir?! At mıxı çıxardan­
da beş yerə dəyirsə, beşi də özünə dəyir. Ona görə də 
hələlik  əmimin  çaldığı  ilə  oynayıram.  Yeri  deyəndə 
yüyürürəm. Mənimki bircə göydəki gözə görün məzə 
qalıb.
Söhbətin  bu  yerində  üzbəüz  dayandığımız  qaya­
dan uçqun səsi gəldi. Nəcəf sözünə fasilə verib təşvişlə 
həmin tərəfə baxdı. Qoyunlar hürküşüb quyruqlarını 
şappıldada­şappıldada  yamac  yuxarı  qaçırdılar.  – 
Yəqin sürüyə canavar təpib. – Nəcinin dodaqları pıçıl­
dadı. – Yox, canavar olsa, itlər çoxdan üstünü almışdı. 
– Fikrini dəyişdi və əlini alnına qoyub uçqun tərəfə 
boylandı. Beş­on keçi hündür qayanın burnunda bitən 
yemişan, dovşanalması, qaragilə kollarının ucundakı 
tər­təzə yarpaqları qırpırdı. Keçilərin ayaqlarının al­
tından qopan iri daşlar toz qaldıra­qaldıra üzüaşağı 


79
Daş y
ağan gün
diyirlənib, dərədən axan çayın bulanıq suyunu göyə 
sovururdu.  Nəci  baş  barmağı  ilə  şəhadət  barmağını 
cütləyib dodağının arasına qoydu və var gücü ilə fit 
verib  qayanın  kəlləsinə  dırmaşan  keçiləri  harayladı. 
Sonra  sapandını  çıxarıb  sürüdən  təklənən  təkələrə 
bir­iki daş atdı. Daş keçilərə çatmasa da, təkələr sa­
pandın şaqqıltısını eşidib təkəbbürlü addımlarla aşa­
ğı endilər. Nəci təbdən çıxıb başını buladı: 
–  Ağlı  olan  kəs  də  keçi  saxlayar?  –  Öz­özünə 
deyinməyə başladı. – Qəzili belə­belə olmuş örüşlərin 
güllü­çiçəkli  otunu  qoyub  dağa­daşa  dırmanırlar. 
Əmimə kefinin kök vaxtı bir­iki dəfə eşitdirmişəm ki, 
bu damazlığı kəsilmişləri sat getsin. Əmimdən olsa, 
keçi kökünü çoxdan kəsərdi. Onu da arvadı qoymur. 
“Keçini sat” deyəndə Qönçə xalanı od götürür. Əmim 
arvadı deyir ki, birini bilirsiniz, birini yox. Keçinin də 
öz  yeri  var.  Barmaqlarını  bir­bir  qatlayıb  deyir  ki, 
dərisini aşa qoyub dağar, cılğı düzəldirəm. Dağara yı­
ğılan yuxa çörək pilə kimi yumşaq qalır. Həm də həf­
tələrlə qalsın, nə quruyur, nə də ki kif atır. Dəyirmana 
ağnağazlıq eləyəndə içinə dən yığıram. Tuluq düzəl­
dib nehrə yerinə işlədirəm. Dağa­arana gedəndə çılğı­
sına ağartı yığıram, qəzilindən çul, palaz toxuyuram, 
sicim hörürəm. Ətini demirəm, pendirinə gələndə qo­
yununku onun yanında yalandı. Əmim də Qönçə xa­
lanın sözünün başına ip salmaq istəmir. Mən özüm də 
keçinin əleyhinə deyiləm. Bircə orası pisdir ki, nadinc 
heyvandır. Bir yerdə qərar tutmur. Özləri cəhənnəm, 
qoyunları da sakit otlamağa qoymurlar. Ora­bura da­
zıyıb  sürünü  də  dallarınca  aparırlar.  Məcburam  ki, 
tez­tez qabağını qaytarım... Di gəl görüm, buna can 
dözər?! Hələ mənəm ki, tab gətirirəm. Gözdən qoyan­
da da gedib it­bata düşür. Onda da olursan pis kişi. 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə