Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

 
28 
FƏSIL 3. VİKİMEDİA FONDU 
Vikimedia  Fondu  (Wikimedia Foundation Inc.)  qeyri 
kommersiya t
əşkilatıdır  və  2003-cü ilin 20 iyun tarixində 
Cimmi Uels t
ərəfindən  yaradılmışdır.  Vikimedia Fondu 
Vikipediya  azad  ensiklopediyası  və  MediaViki  platforması 
əsasında işləyir. 
Vikimedia Fondunun layih
ələrini dəstəkləmək məqsədi ilə 
MetaViki (http://meta.wikimedia.org/wiki/Meta) 
saytı 
yaradılmışdır.  Fondla və  onun layihələri ilə  bağlı  sualları 
müzakir
ə  etmək  üçün http://www.mail.wikipedia.org və  ya 
http://www.meta.wikimedia.org/wiki/IRC_channels 
saytına 
müraci
ət etmək lazımdır (şəkil 8).  
 
 
Şəkil 8. Vikimedia Fondu saytının Ana səhifəsi 
Fondun 
əsas  ofisi  ABŞ-ın  Florida  ştatındadır.  Fondun 
dig
ər ölkələrdə  də  filialları  fəaliyyət göstərir:  Almaniya


 
29 
Fransa,  İtaliya,  Polşa,  Serbiya,  İsveçrə, Niderland, İsrail  və 
Tayvan: 

 
Wikimedia Deutschland (Almaniya), yaranma tarixi – 13 
iyun, 2004.  

 
Wikimédia France (Fransa), yaranma tarixi  – 23 oktyabr, 
2004.  

 
Wikimedia Italia (İtaliya), yaranma tarixi  – 17 iyun, 2005.  

 
Wikimedia Polska (Polşa), yaranma tarixi – 14 avqust, 2005.  

 
Wikimedia Србије и Црне Горе (Serbiya və Çernoqoriya), 
yaranma tarixi – 3  dekabr, 2005.  

 
Wikimedia CH (İsveçrə), yaranma tarixi – 14 may, 2006.  

 
Wikimedia Nederland, yaranma tarixi – 24 sentyabr, 2006.  
G
ələcəkdə  digər ölkələrdə  də  təşkilatın  filiallarının 
yaradılması gözlənilir. 
 
3.1. Vikimedia Fondunun serverl
əri 
Vikimedia Fondunun Vikipediya v
ə digər viki-layihələrini 
idar
ə  edən  300  server  ABŞ-nın  Florida  ştatının  Tampa 
şəhərində, 26 server Avropada (Amsterdam), 23 server isə 
C
ənubi Koreyada yerləşir (Şəkil 9, 10). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 9. Floridanın Tampa şəhərində yerləşən serverlər 


 
30 
 
 
 
 
 
Şəkil 10. Wikimedia Foundation Inc. təşkilatının Viki 
texnologiyası əsasında işləyən serverlərinin dünyada 
yerl
əşdirilməsi 
 
Serverl
ər MySQL  VBİS  tərəfindən  idarə  olunurlar və 
metaveril
ənlər də  daxil olmaqla əsas  informasiyaları  özlərində 
saxlayırlar.  Mətnlər Apache HTTP serverlərdə  saxlanılır. 
Apache serverl
ər istifadəçilərin  sorğuları  əsasında  VB-dan 
informasiyanı  əldə  edir və  MediaWiki  proqramı  vasitəsilə 
istifad
əçilərə  göndərir. Qeydiyyatdan keçməyən istifadəçilərin 
sorğuları və eləcə də təkrar sorğular Squid serverlər tərəfindən 
emal edilir. 
Onların  effektivliyi  Apache  serverlərinin 
effektivliyinin 75%-ni t
əşkil edir (Şəkil 11). 
 
Tampa 
Florida, ABŞ 
Amsterdam 
Niderland 
Seul 
C
ənubi Koreya 
İNTERNET
 
İnternet  istifadəçiləri 


 
31 
 
 
Şəkil 11. Vikimedia fondu tərəfindən idarə olunan serverlər 
arasında qarşılıqlı əlaqə 
 
3.2. GFDL lisenz
iyası 
Vikipediya yalnız müxtəlif mövzuda (elmi, mədəni, tarixi, 
siyasi v
ə  s.)  informasiyaların  yaradılması  ilə  deyil, eyni 
zamanda bu informasiyaların azad yayılmasına  imkan yaradır. 
Bunu n
əzərə  alaraq, Vikipediya GNU Free Documentation 
License (GNU azad s
ənədlərin lisenziyası – GFDL) lisenziyası 
əsasında  işləyir.  GFDL  lisenziyası  Vikipediya  materiallarının 
ist
ənilən şəxs tərəfindən və istənilən kimi istifadə etməyə icazə 
verir,  bir  şərtlə  ki, ilkin müəllif göstərilir və  materiallar bu 
lisenziyanın şərtləri üzrə yayılır. GFDL  kopileft-lisenziya olub, 
azad proqram t
əminatı  fondu  tərəfindən  işlənmişdir.  Məqsəd, 
istifad
əçiyə  proqramları  köçürmək,  şəklini dəyişdirmək və 
yaymaq hüququnun verilm
əsi (müəlliflik  hüququ  qanunlarına 
gör
ə  bunlar  qadağan  olunublar),  eləcə  də  bütün törəmə 


 
32 
proqramların  istifadəçilərinin göstərilən hüquqlara malik 
olmasını təmin etməkdir [17]. 
Qeyd:  Hüquqların  “irsən keçməsi” prinsipi “kopileft” 
(copyleft)  adlanır  və  Riçard Stollmen tərəfindən 
düşünülmüşdür.  
GFDL istifad
əçi dərsliklər, dərs  kitabları  və  kompyuter 
proqramlarının  müşayiət  etdiyi digər sənədlər üçün nəzərdə 
tutulmuşdur.  GNU  layihəsinin  əsas təşkilatçı  sponsoru  Free 
Software Foundation (FSF) – azad proqram t
əminatı fondudur. 
FSF  1985-ci ild
ə  yaradılmış  qeyri-kommersiya təşkilatıdır. 
Riçard Stollmen t
ərəfindən  yaradılan  FSF azad proqram 
t
əminatı  hərəkatını  və  GNU layihəsini dəstəkləmək məqsədi 
daşıyır.  
FSF, korporasiyalardan v
ə  qrant verən qurumlardan çox 
kiçik miqdarda öd
ənişlər  alır.  FSF  kompyuter proqramlarını 
azad  şəkildə  istifadə  etmək, nüsxəsini  çıxarmaq,  dəyişdirmək, 
öyr
ənmək,  paylaşdırmaq  və  FSF istifadəçilərinin  hüquqlarını 
qorumaq v
əzifəsini yerinə  yetirir. 2006-cı  il  FSF  fond 
aktivl
ərinin 67%-i müxtəlif sponsorlar tərəfindən  verilmişdir. 
Bu d
əstək, FSF fəaliyyətini davam etdirməyə kömək edən əsas 
vasit
ələrdən  biridir.  FSF,  İnternetdə  danışıq,  mətbuat və 
himay
ədarlıq  azadlığını,  şəxsi  əlaqələr  üçün  şifrlənmiş 
proqramın  istifadə  hüququnu, və  özəl  inhisarçılar  tərəfindən 
mane
ə  qoyulmayan  proqramların  yazılma  hüququnu 
d
əstəkləyir. 
FSF  –  azad proqram t
əminatı  fondu  Vikimedia  Fondu 
(Wikimedia Foundation İnc.) nəzdinə fəaliyyət göstərir.  
 
3.3. Vikilayih
ələr 
Vikipediya on-
line ensiklopediyasından başqa “Wikimedia 
Foundation Inc.” t
əşkilatı  Viki  texnologiyası  ilə  yaradılan  və 
idar
ə olunan doqquz tərəmə layihəni də idarə edir: 
  
1.
 
VikiLüğət (
http://wikiionary.org
); 
2.
 
VikiSitat (
http://wikiquote.org
); 
3.
 
VikiKitablar (
http://wikibooks.org
); 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə