Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   2   3   4   5   6   7   8   9   ...   44

 

yaratmaqdadırlar:  çat,  veb-forum, bloq. Bu texnologiyalar 
informasiya mübadil
əsi aparmağa imkan versə də, onlardan heç 
biri il
ə  mükəmməl sayt yaratmaq mümkün deyildir. Yeni 
texnologiyalardan biri olan 
Viki  texnologiyası  isə  bu 
probleml
ərin öhdəsindən uğurla gəlməkdədir [1]. 
 
1
.2. Viki texnologiyası – sürətli informasiya 
texnologiyası 
Viki  konsepsiyası  ilk  dəfə  25 mart 1995-ci ildə  ABŞ-ın 
Oreqona 
ştatının Portlend şəhərində yaşayan Vord Kenninqem 
(Ward Cunningham) 
(şəkil 1)  tərəfindən  işlənmiş  və  veb-
s
əhifələrin idarəsi,  birbaşa  veb-brauzerdən redaktə  olunması 
üçün n
əzərdə tutulmuşdur.  
 
Viki havay dilind
ə  “daha tez” deməkdir. Havay 
aeroportunda s
ərnişinləri avtobuslara çağıran sürücülərin “viki-
viki” dey
ərək  adamları  tələsdirmələri ezamiyyətini orada 
keçir
ən Kenninqemin  diqqətini cəlb  etmiş  və  yaratdığı 
texnologiyanı  “Viki  texnologiyası”  adlandırmaq  qərarına 
g
əlmişdir  (şəkil  2). Bunun üçün o,  əvvəlcə  Apple Hypercad 
proqramından  istifadə  etmişdir.  Hər dəfə  səhifələrdəki mətn 
redakt
ə  olunarkən,  bütün  versiyaların  xüsusi  verilənlər 
 
Şəkil 1. Viki konsepsiyasının 
yaradıcısı Vord Kenninqem 
(Ward Cunningham) 
 
 
Şəkil 2.  Havay aeroportunda 
s
ərnişin avtobusları
  


 

bazasında (VB) saxlanılması proqramın əsas funksiyasını təşkil 
edir. Bel
ə  ki, istənilən  versiyanın  VB-dan  çağırılaraq  yenidən 
tez bir zamanda veb-s
əhifədə  bərpa  olunması  Viki 
texnologiyasının əsas prinsipidir. 
 
“Viki  texnologiyası”  dedikdə,  “sürətli düzəliş 
texnologiyası” başa düşülür. Bəzən Viki texnologiyasını “canlı 
s
ənədlər  texnologiyası”  da  adlandırırlar.  Bir  çox  istifadəçilər 
“Wiki” sözünün “what I know is” ifad
əsindən alındığını hesab 
edirl
ər ki, bu da “mən nə bilirəm” mənasını verir. Bu ifadə Viki 
texnologiyasının  mənasını  təyin edir: hər  hansı  biliyə  malik 
olan istifad
əçi həmin informasiyanı veb-saytda çap etməklə bu 
biliyi başqaları ilə bölüşdürür [2]. 
Viki  texnologiyası  İnternet  istifadəçisinin veb-saytlarla 
qarşılıqlı  əlaqəsini,  İnternetdən  çıxmadan  səhifənin 
d
əyişdirilməsini,  informasiyaların  strukturlaşdırılmasını  və 
redakt
ə  olunmasını  nəzərdə  tutur.  Viki  texnologiyası  virtual 
m
əkanda müzakirələr  aparmaq,  VB,  faylların  saxlandığı  anbar 
yaratmaq, poçt sistemi
əməkdaşlıq  üçün  alətdir.  Viki 
texnologiyası əsasında qurulan virtual ensiklopediya bir axtarış 
sistemi kimi istifad
əçilərin  sorğuları  əsasında  tez  bir  zamanda 
informasiya xidm
əti göstərmək məqsədini  daşıyır.  Sistemdə 
veril
ən informasiyalar konkret olmaqla, yalnız hər hansı obyekt 
haqqında qısa informasiya verilir.  
Viki texnologiyasını təyin edən əsas şərtlər: 

 
veb-s
əhifələrdəki  informasiyaların  veb-brauzerdə 
birbaşa  dəyişdirilmə  imkanının  olması  və  bütün 
versiyalarin serverd
ə yadda saxlanılması; 

 
hiperistinadların  generasiyasının  avtomatlaşdırılması 
v
ə  veb-səhifələr  arasında  onların  aktuallığının 
d
əstəklənməsi; 

 
m
ətnlər üçün HTML dili əvəzinə ona oxşar, lakin daha 
sad
ə dilin istifadə edilməsi; 

 
düz
əlişlər  tarixçəsinin  olması  –  viki-məqalələrin 
yarandığı  andan  başlayaraq  istənilən dəyişikliyə 
baxmaq v
ə bərpa etmək imkanının olması; 


 
10 

 
h
ər kəs tərəfindən veb-məqalələrin redaktə  oluna 
bilm
əsi. 
Viki  texnologiyası  ilə  fəaliyyət göstərən  ən populyar 
İnternet-layihə  Vikipediya  (http://wikipedia.org)  virtual 
ensiklopediyasıdır [3]. 
 
1.3. CMS MediaWiki sistemi  
Viki layih
ələrin  yaradılması  və 
idar
ə 
olunması 
üçün 
proqram 
mexanizmi kimi CMS MediaWiki 
(http://www.mediawiki.org) sistemi 
istifad
ə olunur.  CMS istifadəçi ilə veb-
sayt 
arasında 
qarşılıqlı 
əlaqə 
texnologiyasıdır  və  informasiyanın  kollektiv  işlənməsi, 
saxlanması,  strukturlaşdırılmasını  nəzərdə  tutur ("MediaWiki” 
sözü multimedia v
ə wiki sözlərindən yaranmışdır). 
MediaWiki  saytının  loqotipində  kvadrat  mötərizələrin 
göst
ərilməsi, proqramda keçidlərin  yaradılmasında  bu  üsuldan 
(«[[», «]]») istifad
ə edildiyini göstərir. Bu isə o deməkdir ki, o,  
HTML sintaksisi il
ə müqayisədə daha sadədir [4]. 
MediaWiki  proqramı  alman  tələbəsi Manqus Manke 
t
ərəfindən  xüsusi  Vikipediya  üçün  yazılmışdır.  Əvvəl Perl 
dilind
ə  yazılmış  UseModWiki  proqramı  istifadə  edilirdisə, 
sonralar  proqramın  PHP  dilində  yazılması  qərara  alınır  və 
MediaWiki adlandırılır.  
CMS  MediaWiki  proqramının  əsas təyinatı  veb-
s
əhifələrin idarə  olunmasıdır.  MediaWiki  veb-saytlarla  yanaşı 
şəkil və  multimedia  faylları  ilə  də  işləyir. Həddən  artıq  çox 
istifad
əçilərin fəaliyyət göstərdikləri  böyük viki-saytlarda  
MediaWiki  keşləmə  əməliyyatını  dəstəkləyir və  Squid proksi-
serverd
ən istifadə edir.  
Qeyd: 
Keşləmə, tələb  olunma  ehtimalı  daha  çox  olan 
info
rmasiyaların surətlərinin çıxarılması və xüsusi qovluqlarda 
yaddaşda saxlanması deməkdir. 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə