Əhəmiyyəti S. C. İbadullayeva



Yüklə 127,31 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü127,31 Kb.
#34565


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 66-71 (2017)

 

66 



Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin Etnofarmokologi 

Əhəmiyyəti 

 

S.C. İbadullayeva



1

*, V.N. Abbasova

2

  

 



AMEA Botanika İnstitutu, Badamdar yolu, 40, Bakı AZ 1004, Azərbaycan;  

*E-mail: ibadullayeva.sayyara@mail.ru 



Azərbaycan Dövlət Aqrar UniversitetiAtatürk prospekti, 450, Gəncə AZ 2000, Azərbaycan 

 

Məqalədə  Kiçik  Qafqazın  şimali-şərqində  yerləşən  Tovuz-Qazax  ərazisində  yayılan  dərman  bitkilə-

rinin müalicəvi əhəmiyyəti barədə məlumatlar verilmişdir. Ən çox yayılan xəstəliklər və onların müa-

licəsində dərman kimi istifadə edilən 100-ə qədər bitki növü müəyyənləşdirilmişdir. Əhalinin yaşayış 

yerlərindən  asılı  olaraq,  eyni  dərman  bitkisinin  müxtəlif  xəstəliklərdə  müxtəlif  qaydada  istifadəsi 

aşkar olunmuşdur.  

  

Açar sözlər: Etnobotanika,  qeyri-ənənəvi dərman bitkiləri, etnfarmokologiya, Tovuz-Qazax ərazisi 

 

 



GİRİŞ 

 

Məlumdur  ki,  xalq  təbabəti  muxtəlif  xalqların 



adət və ənənələrinin, mədəniyyətlərinin minillik təc-

rubəsi  əsasında  formalaşmışdır.  Tarix  göstərir  ki, 

müxtəlif  xalqların  dərman  bitkilərindən  istifadə  və 

qəbul  qaydaları  fərqlidir  və  bunlar  milli  adət-ənə-

nələrə əsaslanır. Müxtəlif xalqlar tərəfindan müxtəlif 

müalicə  metodları  işlənib  hazırlanmışdır  ki.  bunları 

hazırlayan  təbiblərin  bəziləri  bugünədək  məlum  de-

yildir. Bu müalicə metodları bu gün də xalq təbabəti 

inciləri kimi geniş tətbiq edilir (Qasımov və b., 2006; 

İbadullayeva və Ələkbərov, 2013). 

Azərbaycanda  ethnobotaniki  biliklər  bir  nəsil-

dən  başqa  nəslə  şifahi  yolla  ötürülmüşdür.  Lakin 

bütün bu məlumatlar indiyəcən tam sənədləşdirilmə-

mişdir.  Mövcud  nəşrlər  (Qasımov  və  b.,  2006;  Да-

миров  и  др.,  1982;  Рабинович,  1991;  Altundag  et 

al.,  2015)  əvvəlki  ədəbiyyatlara  söykənmiş  (Алек-

перли,  2001;  Бромлей  и  Воронов,  1976),  bununla 

da  bitkilərin  istifadə  imkanları  əhatə  baxımından 

məhdudlaşmışdır.  Bundan  başqa,  onların  bəziləri 

müxtəlif  yollarla  qonşu  ölkələr  tərəfindən  mənim-

sənilmişdir  (Mömin,  1402;  Muin;  Namik,  1987; 

Рабинович,  1991).  Buna  görə  də,  Azərbaycanda 

istifadə  edilən  dərman  bitkilərinin  sənədləşməsində 

hələ  də  boşluqlar  çoxdur.  Son  onillikdə  Azərbay-

canın bölgələrində etnobotaniki tədqiqatlar aparılma-

ğa başlanılmışdır (Ибадуллаева, Агаева, 2013; Ка-

сумов и др., 2009; Ибадуллаева и др.. 2010, 2012), 

lakin  bütövlükdə  Azərbaycan  florasında  qeyri-ənə-

nəvi tibbdə istifadə edilən dərman birkilərinin mexa-

nizmi tam təyin edilməmişdir.  

Cari  tədqiqatın  məqsədi  Tovuz-Qazax  əra-

zisində  qeyri-ənənəvi  tibbdə  bitkilərdən  istifadə 

imkanlarını  araşdırmaq  və  onları  sənədləşdir-

məkdən ibarətdir.  



 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqat  işi  2013-2017-ci  illərdə  dəniz  səviy-

yəsindən 29-1172 m hundürlükdə Azərbaycanın Ki-

çik  Qafqaz  Botaniki-coğrafi  rayonunda  yerləşən 

Tovuz,  Ağstafa  və  Qazax  rayonları  ərazisində 

həyata keçirilmişdir. Cöl tədqıqatları marşurut me-

todu  ilə  ərazinin  bütün  qurşaqlarını  əhatə  etmişdir 

(Бейдеман, 1979; Крылова, Шретер, 1971). Apa-

rılmış  tədqiqatlar  nəticəsində  herbari  materialları 

toplanılmışdır.Müsahibələr  zamanı  etnobotaniki 

metod  və  üsullardan  istifadə  edilmişdir  (Guper, 

2001;  Martin,  2001).  Müsahibələr  tədqiqat  ərazisi-

nin 56 kəndində 200-ə qədər əhali arasında aparıl-

mışdır. Öncə adi və çoxyayılan xəstəlikləri müalicə 

etmək  üçün  bitkilərin  yerli  adları,  onların  istifadə 

qaydaları,  yayılma  arealları,  yığılması  və  qurudul-

ması  haqqında  məlumatlar  toplanılmış,  anket  sor-

ğuları  üçün  xüsusi  blanklar  hazırlanmışdır.  Yerli 

əhalidən baytarlıq təbabətində, arıçılıqda, uşaqların 

və  böyuklərin  xəstəliklərində  istifadə  olunan  bit-

kilərin  qədim  adət-ənənələrə  uygun  (dəmləmə,  hə-

lim  və  s.)  şəkildə    istifadəsi  öyrənilmişdir.  Müsa-

hibələr əsasən yaşlı nəsildən götürülmüşdür.  

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Ümumilikdə, Kiçik Qafqazın müasir flora bio-



müxtəlifliyində ali sporlu, çılpaqtoxumlu və örtülü-

toxumlu bitkilər 1270-dən çox növlə təmsil olunur. 

Xalq təbabətinə daxil olan dərman bitkilərinin araş-

dırılması nəticəsində müəyyən olunmuşdur ki, təd-

qiqat ərazisində 100-ə qədər bitki birbaşa təbii flo-

radan toplanılaraq dərman məqsədilə istifadə edilir. 

Onların  yarıdan  çoxu  Farmakopeyalara  (Гос. 

Фарм.  СССР,  1989)  daxildir.  Tədqiqat  zamanı 

əsasən  haqqında  məlumatlar  toplanılmış  bitkilərin 



Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin

 

67 


yayıldığı  ərazilər  təftiş  edilmişdir.  Yabanı  florada 

olan dərman bitkilərinin 80-dən artıq növünün təbii 

ehtiyatı boldur, lakin bəzi bitkilər də vardır ki, ehti-

yatı az olsa da, becərilmə imkanları genişdir.  

Cədvəl  1-də  yaş  məhdudiyyəti  göstərilməklə 

müsahibələrin nəticələri verilmişdir. Müsahibələrdə 

ən  dəyərli  məlumatlar  isə  əsasən  yaşlı  nəsildən 

alınmışdır (Şəkil 1).  

 

Cədvəl 1. Müsahibələrdə iştirak edən insan 

populyasiyaları



 

 

Kişi  Qadın 

Uşaqlar və 

gənclər 

Biologiya 

müəllimi 

Əczaçı 

Sayı 

80 


135 

16 




Yaşı  50-78  55-90 

10-23 

35-45 


40-55 

 

Şəkildən göründüyü kimi, əsas məlumatlar 80-90 



yaş arasında olan  populyasiyalar  arasında  keçirilmiş-

dir. Xəstəliklər və onların ərazi kəndlərində yayılması 

barədə  məlumatlar  cədvəl  2-də  öz  əksini  tapmışdır. 

Cədvəllərdə  göstərilən  xəstəliklərin  elmi  adları 

ədəbiyyata əsaslanmışdır (Машковский, 2000). 

Aparılan  tədqiqatlar  zamanı  ümumi  xəstəlik-

lərin müalicəsində istifadə edilən bitkilərin siyahısı 

tərtib  edilmişdir  ki,  bunlar  ümumilikdə  34  fəsiləni 

təmsil  edir.  Dərman  məqsədi  üçün  istifadə  edilən 

növlər  əsasən  Asteraceae,  Fabaceae,  Asphodela-



ceae  və  növ  sayına  görə  çox  olan  Poaceae  fəsilə-

lərinə aid nümayəndələrdir. Bəzi fəsilələrə aid növ-

lər də vardır ki, onlar bir növlə təmsil olunsalar da, 

müalicə əhatəsi genişdir.  

Müsahibələrdə ən çox xatırlanan dərman bitki-

ləri  aşağıdakılardır:  kəklikotu,  nanə,  yolotu,  yemi-

şan,  itburnu,  bədrənc,  solmazçiçək,  qantəpər,  dazı-

otu,  cirə,  zirə,  qəpikotu,  alaqanqal,  baldırqan  və  s.  

Bəzi hallarda isə  dərman bitkilərinə heyvani məh-

sullar əlavə edilməklə tətbiq edilir. 

Tovuz-Qazax ərazisində ümumilikdə 100-ə qə-

dər bitki dərman kimi işlədilir ki, bu da 30-a yaxın 

xəstəliklərdə  tətbiq  edilir.  Müsahibələr  zamanı  bə-

zən elə bitkilərin də adı çəkilir ki, onların müalicəvi 

əhəmiyyəti  barədə  ədəbiyyatda  məlumata  rast  gə-

linmir və ərazidən toplanmış 5 bitkinin ilk dəfə cari 

tədqiqatda  istifadəsinə  dair  yeni  məlumatlar  əldə 

edilmişdir ki, bu sahədə tədqiqat işi davam etdirilir. 

Bu  da  dərman  bitkiləri  barədə  yeni  məlumatların 

sənədləşdirilməsi ehtiyacının göstəricisidir.  

Şübhəsiz Tovuz-Qazax ərazisində qeyri-ənənə-

vi tibbi təcrübələrdə istifadə edilən və cari tədqiqat 

ilə əldə  edilən  yeni  biliyin  zənginliyi  digər  faydalı 

(qida,  texniki,  ətirli-ədviyyəi,  yem  və  s.)  bitkilər 

üzərində də etnobotaniki tədqiqatlar aparmağın əhə-

miyyətini  göstərir.  Digər  tərəfdən  kəndlərdə  çox-

əhatəli  klinikalar  mövcud  deyil,  insanların  böyük 

şəhərlərə gedib-gəlməsi çətinlik törədir. Bu biliklər 

barədə məlumatların Azərbaycanın digər kəndlərin-

də  də  yayılması  icmaların  ümumi  rifah  halının 

möhkəmlənməsinə şərait yarada bilər. 

Maraqlı  haldır  ki,  Tovuz  rayonunun  yüksək 

dağlıq  ərazilərində  olan  Əlibəyli,  Ağdam  (d.s.h. 

1121  m),  Yuxarı  Öyrüşlü,  Aşağı  Öyrüşlü  (d.s.h. 

1172  m)    kəndlərdə  yaşayan  icmaların  dərman  bit-

kiləri ilə bağlı fikirləri, aşağı ərazilərldə - Aşağı Mül-

külü (334 m), Bozalqanlı, Aşağı Quşcu (306 m) ya-

şayanlarla nisbətən fərqlənir. Eyni zamanda, Ağstafa 

rayonunun 29 m dəniz səviyyəsində yerləşən Böyük 

Kəsik  kəndində  dərman  bitkiləri  ilə  bağlı  məlumat 

əldə  edə  bilmədik.  Görünür,  bu  ərazidə  dərman  bit 

kiləri geniş yayılmadığı üçün icmaların məlumatları 

demək olar ki, yox dərəcəsindədir.  

 

 



 

Kəndlərin sayı 

 

Şəkil 1. Müsahibələrdə iştirak edən yaşlı nəslin göstəriciləri


İbadullayeva və Abbasova 

68 


Qazax  rayonunda  Dəmirçilər,    Xanlıqlar  kimi  orta 

dağlıq  ərazi  (d.s.h.  814  m)  kəndləri  icmaları  xü-

susən mədə-bağırsaq və soyuqdəymə xəstəliklərinin 

otlarla  müalicəsi  barədə  maraqlı  iddialar  irəli 

sürdülər. Elə xəstəliklər vardır ki, yerli icmalar on-

ların adını tez-tez çəkir və müalicəsi üçün müəyyən 

dərman vasitələrinin olmasını göstərsələr də, bitki-

lərə  üstünlük  verilər.  Yoluxucu  xəstəliklərin  və 

bəzən  hətta  belə  ölümə  səbəb  olan  xəstəliklərin 

müalicəsini dərman otlarında görürlər. Eyni zaman-

da, bu bitkilərin böyuk əksəriyyəti qida bitkiləridir. 

Məsəslən,  ag  tutun  (Morus  alba  L.)  təzə  və  quru-

dulmuş,  xıdalanmış  meyvələri  böyrək  xəstəlikləri-

nin müalicəsində, qəbizlikdə və işlədəci vasitə kimi 

istifadə  olunur.  Müxtəlif  virus  xəstəliklərində  qə-

pikotu növləri  (Hedysarum spp.) ekstraktının müa-

licəvi  əhəmiyyəti  də  qeydə  alınmışdır.  Halbuki, 

yalnız  Azərbaycan  florası  üçün  xas  olmayan 



H.alpinus  L.-  alp  qəpikotu  və  ya  qəpiklicəsi  virus 

və  bakteriya  əleyhinə  dərman  bitkisi  kimi  Farmo-

kopeyalara daxil edilmişdir. 

Müxtəlif  bölgələrdə  əhali  arasında  aparılan 

sorgular nəticəsində məlum olmuşdur  ki, bu və ya 

digər  eyni  növün  istifadəsi  zamanı,  dərman  vasi-

tələrinin  hazırlanması  qaydasına  görə  də  fərqlənir. 

Qeyd  etmək  lazımdır  ki,  Tovuz  rayonunda  xalq 

təbabətində təqiq olunan bəzi növlər lokal xarakter 

daşiyir.  Məs.,  ardıcın 

 

(Juniperus

 

oblonga    Bieb.) 

bəzi  hissələrindən  iri  buynuzlu  heyvanlarda  baş 

verən göz xəstəlikləri zamanı istifadə edirlər. Digər 

rayonlar  bu  məlumatlardan  xəbərsizdir.  Tovuz  ra-

yonunun Əsrik, Ağbulaq, Böyük qışlaq əhalisi sto-

matit və paradontoz zamanı Acılığın - Ephedra aur-

antica  Takht.et  Pahom.  (=E.intermedia  Schrenk.) 

növündən hazırlanan dəmləmədən istifadə edir. La-

kin,  Qazax  rayonunun  əhalisi  analoji  xəstəlik  za-

manı elə bir bitkisəl müalicə barədə məlumatsızdır.  

Aparılan  sorğular  zamanı  bitkilərin  orqanla-

rının  da  fərqli  istifadəsinə  rast  gəlinir.  Məsələn, 

icmalar  arasında  bagayarpağının  (Plantago  major 

L., Plantago lanceolata L.) təzə yarpaqları müxtəlif 

yaraların  müalicəsində  istifadə  olunduğu  halda, 

bəzi kəndlərdə bu məqsədlə bütöv bitki xammalın-

dan istifadə edilir. 

Tovuz-Qazax  ərazisinin  qədim  mədəniyyətinin 

ən  mühüm  xüsusiyyətlərindən  biri  də  dərman  bit-

kiləri  ilə  bağlı  olan  xalq  təbabətinin  mistik-mifoloji 

təsəvvürlərlə vəhdətdədir (Azərb. Mif. Mətn., 1988). 

Buna  misal  olaraq  itburnu  bitkisini  göstərmək  olar. 

Belə ki, mifoloji fikirlərə əsasən, bitkinin meyvəsini 

günbatandan sonra toplamaq qadagan olunur. Ardıc, 

Üzərlik,    İlankölgəsi  növlərinin  toplanılması  xüsusi 

müqəddəs sözlər vasitəsi ilə həyata kecməlidir ki, bu 

da xəstənin psixikasina müsbət təsir göstərir. Bəzən 

dini  təsəvvürlər  (bitkilərin  toplanılması  ilə  bağlı) 

dərman  növlərinin  qorunub  saxlanılmasına  kömək 

edir.  Məsələn,  üzərlik  (Peganium  harmala)  elə  əra-

zidən toplanılmalıdır ki, ora xoruz səsi çatmasın və s. 

 

Cədvəl 2. Tovuz-Qazax ərazisində xəstəliklər zamanı dərman bitkiləri ilə müalicə edilməsinə dair sorğuların nəticələri



 

Ürək-damar 

Degenerativ 

Həzm 

Başqa 

xəstəliklər 

Ağrı 

Reproduktiv 

Ağ ciyər 

xəstəlikləri 

Dəri-zöhrəvi 

xəstəlikləri 

Qan qatılığı 

(çirklənməsi) 

5

a



9

b

 



Döş xərcəngi 

11

a



3

b

40



c

 

Qəbizlik 



3

a

11



b

 

Daxili 



parazitlər 

3

a



11

b

 



Abdominal 

ağrılar 


3

a

11



b

 

immun sistemi 



zəifliyi 

5

a



2

b

1



c

 

Kəskin tənəffüs 



infeksiyaları 

2

a



12

b

 



Herpes 

15

a



2

b

 



Ürək 

problemləri 

3

a

11



b

3

c



 

Uşaqlıq 


xərcəngi 

6

a



8

b

24



c

 

Diareya 



1

a

13



b

5

c



 

Ruhi (psixi) 

xəstəliklər 

4

a



10

b

 



Baş ağrısı 

4

a



 10

b

 



Çətin keçən 

hamiləlik 

8

a

6



b

 

Astma 



5

a

9



b

15

c



 

Yara-xora 

3

a

11



b

 

Yüksək qan 



təzyiqi 

4

a



 10

14



c

 

Şəkər 



10

a

4



b

7c 


Öd xəstəliyi 

2

a



12

b

 



 

Diş ağrısı 

2



12



b

 

Sonsuzluq 



9

a

5



b

 

Öskürək 1



a

13

b



 

Trofik yaralar 

2

a

12



b

 

Əzələlərdə 



keyimə və 

şişkinlik 

2

a  


12

b

 



Daxili şişlər 

7

a



7

b

 



Hıçqırıq 

2

a



12

b

 



 

Qarın ağrısı 

(sancılanma) 

6

b



 

Prostat 


1

a

13



b

 

Vərəm 



7

a

1



b

9

c



 

 

 



Qaraciyər  

problemləri 

3

a

11



b

 

Bağırsaq 



pozğunluqları 

4

a



10

b

 



 

Menustral 

ağrılar 

1

a



 

Yumurtalıq 

1

a

13



b

 

 



 

 

 



Bəlğəm 

3

a



11

b

 



 

 

Sifilis 



1

a

2



b

4

c



 

 

 



 

 

Hemoroid 



3

a

11



b

 

 



 

 

 



 

 

 



Mədə ağrıları 

8

a



6

b

 



 

 

Uşaqlıq (rəhm) 



pozğunluqları 

2

a



12

b

 



 

 

 



 

Qusma 1


a

13

b



 

 

 



 

 

 





11

d

 



9

d

 



7

d

 



12

d

 



20

d

 



Qeyd:Rəqəmlər kəndlərin sayını göstərir. a)müsahibələrdə  tez-tez xatırlanan; b)müvafiq dərəcədə xatırlanan;c) ölümə səbəb olan 

xəstəliklər (Dünya Səhiyyə təşkilatına müvafiq olaraq);  d)yoluxucu xəstəliklər 




Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin

 

69 


Cədvəl 3. Tovuz-Qazax ərazisində müxtəlif xəstəliklərdə işlədilən dərman bitkilərinin bioekoloji və farmokoloji 

xüsusiyyətləri



 

Bitkilərin latın adı 

Çiçək və 

meyvə fazası 

İstifadə edilən 

orqan 

Xəstəliklərdə istifadəsi 

Achillea millefolium L. 

VI-X 


Yarpaqları və 

çiçəklənən ucları 

Dairəvi qurd xəstəlikləri, qastrit və anemiya, ödqovucu, qaraciyər 

və mədə-bağırsaq xəstəlikləri, nevrasteniya, revmatizm, bronxial 

astma, ekzema  

Acorus calamus L. 

VI-VII 


kökümsovu 

Vərəm, mədə-bağırsağ, tənəffüs yolları katarı, böyrək və sidik 

yollarının iltihabı, plevrit, dalaq, qaraciyər xəstəliklərində işlədilir  

Armoracia rusticana 

Gaert. et Mey.  

V-VII 

Giləmeyvə və 



yarpaq 

Gecə enurezi, revmatizm, qastrit, xroniki tonzillit, stomatit, 

oynaqların deformasiyası; ishalda, dezinteriyada, enterokolit, kəskin 

və xroniki mədə-bağırsaq xəstəliklərində işlədilir 



Artemisia absinthium L. 

VII-IX 


Çiçək qrupu və 

yarpaq 


Mədə-bağırsaq, tənəffüs yolu xəstəlikləri, böyrək və sidik kisəsinin 

iltihabı, ağciyər vərəmi, irinli yaralar, xoraların, çatların 

müalicəsində işlədilir  

Asparagus officinalis L. 

V-VII 


Kökü 

Sinqa, revmatizm, otit, angina, gec sağalan yaralar, bəlğəmgətirici 

kimi və iştahsızlıqda işlədilir 

Bidens tripartita L. 

VII-X 


Çiçək, yarpaq 

Qastrit, xora xəstəliyi, qanlı ishal, daxili qanaxmalar, ağrı 

sakitləşdirici, antiseptik və antibakterial vasitə kimi işlədilir  

Bryonia alba L. 

V-IX 


Kök və kökümsov  Mədə-bağırsaq və onikibarmaq bağırsağın xəstəliyi, bronxit, 

soyuqdəymələr, öskürək, qurdqovucu kimi, eyni zamanda psixoloji 

pozğunluq 

Centaurium umbellatum 

Gilib. 


VI-X 

Kökümsov və 

köklərində 

Revmatizm, diabet, ağciyər xəstəlikləri, göyöskürək, böyrək 

ağrıları, sidik kisəsi iltihabı, epilepsiya, sidikqovucu, qaraciyərin 

funksiyasını yaxşılaşdıran vasitə kimi işlədilir 



Cichorium intybus L. 

 

VII-X 



Səbətdə çiçəkləri  Bağırsaq spazmı və iltihabı, meteorizm, ishal, qıcolma əleyhinə, 

sidikqovucu, çiban, irinli yaralar, revmatizm, bronxial astma, 

ekzema, qastrit, enteritdə işlədilir  

Helichrysum plicatum 

D.C. 


VI-VIII 

Çiçək qrupu və 

yarpaq 

Mədə-bağırsaq, qaraciyər xəstəliklərində, ishalda, tərqovucu, baş 



ağrıları, oynaq ağrıları sarılıq, qoturluq, qurdqovucu  kimi işlədilir 

İnula helenium L. 

VII-X 


Aşağı yarpaqları 

və cavan ucları 

Raxit, gecsağalan bişməcə, diatez, sarılıq, dəri xəstəlikləri, artirit, 

qaraciyər və dalaq xəstəlikləri, qızıl yel, həzmi yaxşılaşdıran, 

iştahanı artıran  

Iris germanica L. 

V-VI 


Becərilir. 

Yerüstü hissə 

Avitaminoz, mədə-bağırsaq xəstəliyi, köpmə, meteorizm, qan 

azlığı, sarılıq, qanaxmalarda istifadə olunur. İştah artırıcı təsirə də 

malikdir. 

Matricaria chamomilla L. 

VI-VIII 


Kökü və yerüstü 

hissəsi 


Xroniki qəbzlik, ekzema, piqmentli ləkələrin təmizlənməsi, yanıq, 

qaraciyərin xroniki xəstəlikləri, sarılıq, sidik kisəsi, böyrək, dəri 

xəstəlikləri, malyariyanın profilaktikası, anemiya, revmatizm və 

yuxusuzluqda işlədilir 



Fumaria officinalis L. 

 

VI-VII 



Toxumları 

Pankreatit, xolesistit, xroniki hepatit, xroniki qastrit, enterokolit, 

qurdqovucu, tər-sidik ifrazını artıran, ekzema və öskürək əleyhinə 

Punica granatum L. 

V-XI 


Kökümsovu 

Iştah artıran, həzmi yaxşılaşdıran, qazqovucu, mərkəzi sinir 

sisteminin tonusunu artıran, ödqovucu təsir göstərir  

Tanacetum vulgare L. 

 

VI-IX 



Kök 

Dezinteriya, mədə katarı, qan azlığı, sarılıq, ödqovucu kimi, 

qaraciyər, böyrək xəstəlikləri, şəkərli diabet, revmatizm, malyariya, 

soyuqdəymə   



Taraxacum officinale 

Wigg.  


V-VIII 

Qabıq və meyvə 

Mədə-bağırsaq və böyrək xəstəliyi, qurdqovucu, angina, diş əti 

iltihabı, qızdırma, şəkərli diabet, öskürək əleyhinə, susuzluğa qarşı, 

revmatizm və orqanizmin möhkəmləndirilməsində işlədilir   

Tussilago farfarea L.  

III-VI 


Çiçək qrupu 

Böyrək, öd yollarının müxtəlif xəstəlikləri, askaridoz, 

qanbərpaedici, bəzi dəri xəstəlikləri 

Viburnum opulus L. 

V-IX 


Kök 

Oynaq revmatizmi, ürək əzələsinin tonusunu artıraraq arterial 

təzyiqi yüksəldir, yüngül işlədici  

Herniaria glabra L. 

 

VII-X 



Qozacıqları 

Spazmolitik, ağrı kəsici, yuxugətirici, iştah artırıcı, iltihab əleyhinə, 

sidikqovucu, qıcolma əleyhinə, qurdqovucu təsirə malikdir 

Nigella sativa L. 

V-VI 


Ləçəklər 

Göy öskürək, ekzema, dəmirov, bronxit, bronxial astma, mədə-

bağırsaq xəstəlikləri, plevrit, qıcolma əleyhinə, sinə yumşaldıcı və 

iltihaba qarşı işlədilir  



Verbascum densiflorum 

Bertol. 


VI-X 

Yerüstü hissəsi 

Öd kisəsi, qaraciyər xəstəlikləri, qastrit, dispepsiya, gec sağalan 

yaralarda, plevritdə, ağciyər və dalaq xəstəlikləri, qurd və sidik 

qovucu kimi istifadə edilir 

Vaccinium myrtillus L.  

VI-VIII 


Yarpaq və 

yetişmiş meyvələr 

Qaraciyər xəstəlikləri, hipoasit, qastrit, revmatizmin oynaq forması, 

gecə enurezi, sinqa, qurdqovucu, ishalda istifadə edilir 



Vaccinium vitis idaea L. 

V-XI 


Yerüstü otu 

Böyrək xəstəlikləri, sidik kisəsi xəstəlikləri, gecə enurezi, kəskin 

nefrit, revmatizm, sidik kisəsi spazmı, oğlan uşaqlarında 

yumurtalıqlarda su yığılan zaman istifadə edilir 

 



İbadullayeva və Abbasova 

70 


Aparılan  anket  sorğusu  zamanı  bir  sıra  xəstə-

liklərin müalicəsində eyni bitkilərin işlədilməsi ba-

rədə  məlumatlar  əldə  edilmişdir  və  bu    müxtəlif 

kənd  icmaları  tərəfindən  söylənilmişdir.  Bu  bitki-

lərin    bioekoloji  xüsusiyyətləri  və  istifadə  sahələri 

barədə 3 saylı cədvəldə  izahat verilmişdir. Cədvəl-

dən  də  göründüyü  kimi  müxtəlif  insanlar  eyni 

bitkinin müalicəvi təsiri barədə müxtəlif xəstəlikləri 

göstərirlər.  Bu  müalicə  üsulları  əsasən  dəmləmə 

(ekstrakt)  daxilə  qəbul  edilməklə  gündə  1-2  dəfə-

dən  çox  olmayaraq,  təpitmə  (pörtlətmə)  dəriyə  ya-

xma qoyulmaqla, bəzən də açıq yaralarda quru bitki 

tozu səpmə üsulu ilə həyata keçirilir. 

Tədqiqatın sonunda ərazi florasının faydalı xü-

susiyyətləri  ilə  fərqlənən  (dərman,  qida,  texniki, 

aromatik  və  s.)  bitkiləri  barədə  kitabça  tərtib  edil-

məsi  və  kənd  bələdiyyələrinə  təqdim  edilməsi  nə-

zərdə  tutulmuşdur.  Beləliklə,  2013-2017-ci  illərdə 

aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 

Tovuz-Qazax  ərazisində  yaşayan  əhalinin  sorğu-

suna əsasən 100-ə qədər bitki dərman kimi istifadə 

edilir.  Əhali  yaşayış  yerlərindən  asılı  olaraq  eyni 

dərman bitkisini müxtəlif xəstəliklərdə müxtəlif cür 

istifadə edir. Xalq təbabətində istifadə olunan bitki-

lər dini inanclara əsasən də tədbiq olunur.  

 

 

ƏDƏBİYYAT 

 

Azərbaycan mifoloji mətnləri (1988) Bakı: 76 s. 

Qasımov  M.Ə.,  Qasımova  T.A.,  Qədirova  G.S. 

(2006) XXI əsrin dərman bitkiləri. Bakı: Elm, 429 s.  



İbadullayeva S., Ələkbərov R. (2013) Dərman bit-

kiləri  (Etnobotanika  və  Fitoterapiya)  //  Medicinal 

plants  (Ethnobotany    and    Phytoterapya).  Bakı: 

Elm, 331 s.  



Mömin  M.  (1402  (hicri tarix  ilə))  Töhfeyi-həkim-

Mömin (əlyazmalar). Tehran. 



Muin  M.    Fərhəngi-farsi  (əlyazmalar).  Tehran.  I-

VII cildlər. 



Orkun N.N. (1987) Eski türk yazıları. Ankara, 40 s.  

Алекперли  Ф.У.  (2001)  Тысяча  и  один  секрет 

Востока. Том I. Баку: Турал, 505 c. 



Бейдеман  И.Н.  (1979)  Методика  изучения  фе-

нологии  растений  и  растительных  сообществ. 

Новосибирск: Наука, 15 с. 

Бромлей Ю.В., Воронов А.А. (1976) Народная 

медицина как предмет этнографических иссле-

дований. СЭ, Т. 5: 3-18. 

Государственная  фармакопея  СССР  (1989) 

Вып.  2:  Общие  методы  анализа.  Лекарствен-

ное растительное сырье. МЗ СССР. IX изд. М: 

Медицина, 400 c.  



Дамиров И.А., Прилипко Л.И., Шукюров Д.З., 

Керимов Ю.Б. (1982) Лекарственные растения 

Азербайджана. Баку: Маариф, 1982, 319 с.  



Ибадуллаева  С.,  Агаева  Э.З.  (2013)  Этнобота-

нические исследования по применению расте-

ний  при  болезнях  медоносных  пчел  Азербай-

джана. Вестник МГОУ, серия «Естественные 



науки. №1: 5-9.  

 Касумов Г.З., Кулиев В.Б.,  Ибадуллаева С.Д. 

(2009)  Дикорастущие  пищевые  растениея  в 

Нахчыванской  АР  Азербайджана  по  матери-

алам этноботанических исследований. «Расти-



тельные ресурсы» (СПб), 45(вып. 2): 109-115. 

Крылова  И.Л.,  Шретер  А.И.  (1971)  Методиче-

ские указания по изучению запасов дикорасту-

щих лекарственных растений. М.: ВИЛР, 31 с. 

Машковский М.Д. (2000) Лекарственные сред-

ства:  Практич.  пособие:  т.  II.  14-е  изд.,  пере-

раб., испр. и доп. М.: Новая волна, 608 с. 

Рабинович  А.  (1991)  Лекарственные  травы  и 

рецепты древних времен. М.: 166 с. 



Altundag E., Ibadullayeva S.J., Aslanipour B.,  Öz-

türk  M.  (2015)  Medicinal  and  Aromatic  Plants  of 

Igdir (Turkey), Nakhcivan (Azerbaijan), and Tabriz 

(Ira-n).  International  Conference  “Applied  ecology: 

Problems, Innovations”. Georgia: Tbilisi-Batumi. 



Guber  R. (2001)  La  Etnografia.  Metodo, campo  y 

reflexividad.  Norma,  Bogota.

 

https://prezi.com/ 



eabvn0jvz9gb/la-etnografia-metodo-campo-y-

reflexividad-rosana-guber/ 



Ibadullayeva  S.J.,  Mamedova    S.E.,  Sultanova 

Z.R.,  Movsumova  N.V.,  Jafarli I.  (2010) Medi-

cinal  plants  of  Azerbaijan  flora  used  in  the  treat-

ment of certain diseases. African Journal of Phar-

macy and Pharmacology4(5): 545-548. 

Ibadullayeva  S.J.,  Shahmuradova  M.C.,  Qahra-

manova N.C., Aliyeva Sh.G. (2012) Use of wild 

plants  at  dermatitis  (skin  diseases):  Ethnobotany. 



Journal of Applied Pharmaceutical Science, 2(8): 

64-67.  


Martin  G.J.  (2001)  Etnobotany.  Manual  de  met-

hods. Nordan-Comunidad. Montevideo, Uruguay.

 

http://unicolmayor.edu.co/publicaciones/index.ph



p/nova/article/view/289/553 

 

 



 

 

 

 

 


Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin

 

71 


Этнофармакологические Свойства Лекарственных Растений,  

Распространенных На Товуз-Газахской Территории 

 

С.Дж. Ибадуллаева



1

,  В.Н. Аббасов

 



Институт ботаники НАН Азербайджана 

2

 Азербайджанский государственный аграрный университет 

     


В статье представлены данные о терапевтической значимости лекарственных растений, распростра-

ненных на Товуз-Газахской территории, расположенной на северо-востоке Малого Кавказа (в преде-

лах  Азербайджана).  Согласно  результатам  опроса  и  собеседований,  были  выявлены  наиболее  рас-

пространенные заболевания и около 100 видов лекарственных растений, назначаемых для их лечения. 

В  зависимости  от  места  проживания  населения  было  установлено,  что  одно  и  то  же  лекарственное 

растение при различных заболеваниях находит различное применение.  



 

Ключевые слова: Этноботаника, нетрадиционные лекарственные травы, этнофармакология, 

Товуз-Газахская территория 

 

 



Ethnopharmacological Importance Of Medicinal Plants Spread On Tovuz-Gazakh Territory 

 

S.J. Ibadullaeva



1

, V.N. Abbasov

 



Institute of Botany, Azerbaijan National Academy of Sciences 



Azerbaijan State Agrarian University 

 

Data  about  the  therapeutic  value  of  medicinal  plants  spread  in  the  Tovuz-Gazakh  territory  located  in  the 



North-East  part  of  the  Lesser  Caucasus  (within  Azerbaijan)  are  presented  in  the  paper.  According  to  the 

survey  and  interviews,  the  most  common  diseases  and  about  100  species  of  medicinal  plants  for  their 

treatment  were  revealed.  The  same  herb  was  found  to  have  different  usage  for  the  treatment  of  various 

diseases depending on the habitat of the population.  



 

Keywords: Ethnobotany, non-traditional herbs, ethnopharmacology, the territory of Tovuz-Gazakh 

 

 

Yüklə 127,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə