üzrə işin məzmunu bilavasitə bir subyekt kimi təlim alanlara yönəldilmişdir.
Qiymətləndirmə standartlarında şagirdlərin fəaliyyəti, üzərində işlədikləri məzmun
və şərait elementləri ilə yanaşı, onların əldə edəcəkləri minimum nailiyyətlər də
ifadə edilmişdir. Şagird şəxsiyyətinin bütün parametrlərdə inkişaf istiqamətləri diq-
qət mərkəzində saxlanılmışdır.
3. Fənn kurikulumları konseptual sənəddir. “Azərbaycan respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədindəki müddəalar
respublikada hər hansı fənn üzrə fəaliyyətlər sistemini ümumiləşdirmək
baxımından konseptual xarakter daşıyır. Ona görə də fənn kurikulumları öz
növbələrində həm də çərçivə sənədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb
və sinif kurikulumlarının ümumi prinsiplərini əks etdirir. Fənn kurikulumları hər
bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndirmə
məsələlərini əhatə etməklə çoxçeşidli iş parametrlərini əlaqəli şəkildə
ümumiləşdirir. Nəticələr şəklində olan məzmun təhsil pillələri və siniflərə aid
məzmun xətləri üzrə kurikuluma daxil edilir. Standartlar səviyyəsində təqdim
olunmuş siniflər üzrə nəticələrin sərhəddi standartlar və altstandartların
(bençmarkların) hüdudunda müəyyənləşdirilir.
4. Fənn kurikulumları inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, onun
ümumtəhsil məktəbləri üçün hazırlanması və şagird şəxsiyyətinin formalaşmasına
imkan yaratması, şagirdlərdə həyati bacarıqların formalaşdırılması, onların davamlı
fəaliyyət üçün hazırlanması ilə bağlıdır. Ona görə də kurikulumlarda əks olunmuş
təlim nəticələri (təlim standartları) biri digərini tamamlamaq, möhkəmləndirmək,
davam etdirmək baxımından elə ardıcıllıqla verilir ki, onların vasitəsilə şagird
şəxsiyyətinin formalaşmasını və inkişafını izləmək mümkün olur. Bu əlaqələr
məzmun və istiqamətinə görə iki yerə ayrılır: şaquli inteqrasiya, üfüqi
inteqrasiya.
Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər arasındakı əlaqəsini,
üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir. Bütün hallarda
şagirdlərin inteqrativ standartlar əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri
diqqət mərkəzində saxlanılır.
5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu, onun
konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəticələrini əks etdirməklə
sonrakı nailiyyətləri fərz etməyə imkan yaradır. Öyrənmə prosesində əldə edilən
nailiyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün şərait əmələ gəlir.
Bəzən yeni kurikulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, be-
lə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun qabaqlayıcı
funksiyasını zəiflədir. Bütün bunlarla yanaşı, fənn kurikulumları həm də:
- müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış və
əhatəli yanaşmanı özündə saxlayır;
- təlimin fəal üsullarından istifadə olunmaqla məzmun standartlarının
səviyyəsinə çatmağa imkan yaradır;
- şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini, tədris ili
ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;
- şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlanmasını və
həvəsləndirilməsini təmin edir;
- şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, savadı artırılarkən
müasir texnologiyalardan istifadə edilməsini nəzərdə tutur;
- uyğun təlim resuslarına və inzibati yardıma malik olur.
Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur.
Əsas standartın funksiyasını bu şəkildə formulə etmək mümkündür:
Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi
şəkildə izah edir.
Alt standartların funksiyalarını aşağıdakı kimi ayırd edə bilərik:
Təlim məqsədlərinin dəqiq müəyyən olinması üçün etibarlı
zəmin yaradır;
Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol
oynayır;
Təlimdə inteqrativliyi təmin edir;
Təlimin məzmununun davamlı inkişafını təmin edir;
* Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını
təmin edir.
Bir qədər diqqətli olmaqla görmək mümkündür ki, standartlar öyrədiləcək
məzmundan xəbər verir və bacarığın xüsusiyyətini göstərir. Yəni nəyin
öyrədiləcəyi və öyrədilənlərin necə nümayiş etdiriləcəyi aydın təsvir edilir. Hər bir
standart altstandartlarla müşayiət edilir.
Biliyin kateqoriyaları baxımından ümumi xarakter daşıyan məzmun
altstandartlarda hissələrə bölünərək biliyin deklorativ, prosedural və kontekstual
adlanan üç böyük kateqoriyasından birinə aid olur.
Məzmun standartlarının bilik və fəaliyyət komponentləri, onların
təsnifatı ilə bağlı belə bir təsvir təqdim etmək olar:
Məzmun standartı
Fəaliyyət
Konseptual
(Kontektual)
Deklarativ
(Faktoloji)
İdraki
Bilik
Ünsiyyət
Prosedural
Psixomotor