Qiymətləndirmə standartları və üsulları barədə heç bir məlumat verilmirdi.
Qiymətləndirmə məzmunun hazırlanması prosesinin tərkib hissəsi sayılmırdı.
Nəticədə şagirdin hansı bilik və bacarıqları əldə edəcəyi müəyyən deyildi.
İkinci problem məzmunun nəzəri və abstrakt olması, həyati bacarıqlara
əsaslanmaması və nəticə etibarilə şəxsiyyətyönümlü olmaması idi. Məzmun
faktoloji xarakter daşıyırdı, məlumatların yadda saxlanması bacarığına üstünlük
verilirdi. Bu da şagirdləri əzbərçiliyə sövq edirdi, onların təfəkkür və düşüncə
qabiliyyətini inkişaf etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəkətverici qüvvəsidir, la-
kin şagirdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında ona lazım olsun.
Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yoxdursa, onun səmərəsindən
danışmağa dəyməz. Müasir dövrün tələbi budur ki, təlimin məzmunu təriflərin,
düsturların, tarixi gün və hadisələrin əzbərlənməsindən, nəzəri materialların
mənimsənilməsindən daha çox, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə
və qərar qəbuletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, iradi
keyfiyyətlərin formalaşmasına yönəlməlidir.
Üçüncü problem məzmunda şaquli və üfüqi inteqrasiyanın olmaması idi.
Məzmunda siniflərarası və fənlərarası bağlılıq zəif idi. Asandan daha çətinə keçid
və bir-biri ilə bağlı olan mövzuların inteqrasiyası təmin edilmirdi.
Məhz bu və ya digər səbəblərdən son illərdə dünya Bankının maliyyə yardımı
ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi
təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə
uyğunlaşdırılmasına yönəldilmişdir. Əsas məqsəd şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və dü-
şüncə məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qur-
maqdan ibarətdir.
1999-cu ildən başlayan islahatlar çərçivəsində həyata keçirilən tədbirlər
mərhələli xarakter daşıyırdı və hər mərhələnin öz məqsədləri, vəzifələri var idi.
Keçən on ilin yekunları göstərir ki, dövrün, zamanın tələblərinə görə müasir dünya
təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib
hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması,
fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn
kurikulumlarının yaranması, məzmunda standart məfhumunun reallığa çevrilməsi
mühüm nailiyyətlərdir.
Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris
prosesinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurikulum islahatları adı
altında aparılır. Azərbaycan Hökuməti tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq
olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulum)” sənədində ümumtəhsil üzrə təlim nəticələri və məzmun standartları,
ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs və dərsdənkənar
məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin
qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə öz əksini
tapmışdır. Bu konseptual sənədin tələblərinə uğun hazırlanıb təsdiq edilmiş fənn
kurikulumlarında isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətləndirmə
standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur.
Təhsilin əvvəlcədən müəyyən olunmuş nəticələr və bunların əsasında
formalaşdırılmış dövlət tələbi olan məzmun standartları məhz yeni pedaqoji
təfəkkürün təcəssümüdür. Milli Kurikulumda təsbit olunmuş ümumi təhsilin hər
bir pillədə tədris olunan fənlər üzrə nəticələr fənn kurikulumlarının
müəyyənləşdirilməsində bir növ, açar rolunu oynayır, məntiqi ardıcıllığın
gözlənilməsinə möhkəm zəmin yaradır. Təlimin nəticələri, başqa sözlə desək, məq-
sədlərdir və onların konkret məzmun standartları formasında ifadə edilməsi, əldə
olunması nəzərdə tutulan bilik və bacarıqların minimum həddini özündə ehtiva
edir. Xarakterik cəhət həm də odur ki, məzmun standartları özündə iki əsas
komponenti - bilik və fəaliyyət komponentlərini birləşdirir. Bu standartların
fəaliyyət hissəsinin bacarıqlar şəklində verilməsi isə biliklərin şagirdlər tərəfindən
həqiqətən mənimsənilməsini nümayiş etdirmək zərurəti ilə bağlıdır. Biliklərin nü-
mayişi prosesində şagirdlərin tələb edilən bacarıqlara, məsələn, idraki (təhliletmə,
müqayisəetmə, planlaşdırma...), informativ-kommunikativ (izahetmə, şərhetmə,
təqlidetmə, təsviretmə, ünsiyyətqurma...), psixomotor (oxumaq, yazmaq, saymaq,
dəyişmək, hazırlamaq, tərtib etmək, qurmaq...) bacarıqlara yiyələnməsi səviyyəsi
real surətdə üzə çıxır. Əgər biliklərin mənimsənilməsi müvafiq bacarıqların
qazanılması ilə müşayiət olunarsa, təhsil artıq mahiyyət etibarilə dəyərlər
kompleksinə çevrilir. Müasir kurikulumların şəxsiyyətyönümlüyünü şərtləndirən
başlıca amil də məhz bu cəhətdir. Fənn kurikulumlarında hər bir əsas standart alt
standartlarla müşayiət edilir. Bu, bir neçə məqsədə nail olmağa imkan verir.
Kifayət qədər ümumi formada ifadə olunan altstandartlar müxtəlif təlim məqsədlə-
rini reallaşdırmaq üçün onlara dönə-dönə müraciət etmək imkanı yaradır. Bir
qayda olaraq əsas standart bir neçə sinifdə və hətta bütün təhsil pilləsi ərzində eyni
formada ifadə olunur. Bu zaman sinifdən-sinifə keçdikcə əhatə olunan bilik və
bacarıqların miqyası alt standartlar vasitəsilə müəyyən olunur. Bu, həm də
sinifdən-sinifə biliyin və fəaliyyətin necə inkişaf etdiyini izləməyə imkan verir.
Eyni zamanda hazırlanmış kurikulumlarda inteqrasiya xüsusi tələb kimi irəli
sürülmüş məzmunun inteqrativliyi, fənnin inteqrativliyi, standartların inteqrativliyi,
bacarıqların inteqrativliyi, prosesdə inteqrativlik nəzərə alınmışdır.
Yeni kurikulumlarla tədrisə başlanılmışdır. Ölkəmizdə həyata keçirilən
kurikulum islahatı mərhələli proses olmaqla, innovasiyalara əsaslanan və
əvvəlcədən müəyyən edilmiş real nəticələrə istiqamətlənmiş geniş fəaliyyət
sahəsinə çevrilmişdir.
Fənn kurikulumlarında təlim nəticələri və məzmun standartları ilə yanaşı, eyni
zamanda təlim strategiyaları, fəndaxili və fənlərarası inteqrasiya cədvəlləri,
qiymətləndirmə standartları öz əksini tapmış, fənnin məqsədləri açıqlanmış, fənnin
tədrisinin zəruriliyi əsaslandırılmışdır. Bununla da həmin kurikulumlar təlim
fəaliyyətində ən vacib hesab olunan parametrləri özündə birləşdirməklə konseptual
xarakterli bir sənəd kimi meydana çıxmışdır.
Əlbəttə, köhnə təhsil ideologiyasından ayrılaraq yenilikləri birdən-birə qəbul
etmək çox çətindir. Ancaq həyat inkişafdadır və zamanın nəbzini tutub onun
tələblərinə uyğunlaşma zərurəti yaşanmış dövrlərdə təqdirəlayiq keyfiyyət hesab
olunmuşdur. Əslində, bütün yeniliklərə, islahatlara aparan yol insanların
təfəkküründən keçir. Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, on-