Deklarativ biliklər – ayrı-ayrı informasiyalara dair biliklərdir:
-
terminalogiyaları bilmək;
-
konkret element və detalları bilmək.
Konseptual biliklər – informasiyalar sistemindən ibarətdir:
-
təsnifat və konsepsiyaları bilmək;
-
prinsip və ümumiləşdirmələri bilmək;
-
nəzəriyyə, model və strukturları bilmək.
Prosedural biliklər – üsullar və onlardan istifadə haqqında biliklərdir:
-
konkret bacarıq və alqoritmləri bilmək;
-
konkret üsul və metodları bilmək;
-
uyğun olan üsuldan nə vaxt istifadə ediləcəyini müəyyən etmək
üçün kriteriyaları bilmək.
Bilik komponentinə “metokoqnitiv bilikləri” daxil etmək
olar.
Metakoqnitiv biliklər – təfəkkür prosesləri və informasiyalar, onlardan
effektli istifadəyə dair biliklərdir:
-
strateji bilik;
-
koqnitiv vəzifələr haqqında biliklər, o cümlədən uyğun gələn
kontekstual və şərti biliklər;
-
özünüdərketmə.
Məzmun standartları fəaliyyət baxımından idraki, emosional və psixomotor
bacarıqlara bölündüyünü yuxarıda vurğuladıq. Bu bacarıqlar onların inkişaf
səviyyəsi üzrə taksonomiyalarda iyerarxik qaydada yerləşdirilib.
Kurikulum nəzəriyyəçiləri standart tərtibatçılarına kömək məqsədilə təhsil
üçün yararlı hesab edilən hər üç taksonomiyanın (idraki, emosional, psixomotor)
bütün mərhələlərini ifadə edən felləri müəyyənləşdirib. Fellər bacarıqların ifadə
edilməsində çox mühüm göstəricidir. Fel bacarığın taksonomiyasının hansı
mərhələsinə aid olduğunu əks etdirir. Bunları təqdim edək:
Məzmun standartlarında fəaliyyət taksonomiyaların köməyi ilə sistemləşdirilir.
Müxtəlif taksonomiyalardan yalnız üçü-idraki, emosional və psixomotor
taksonomiyalar mütəxəssislər tərəfindən təhsil üçün əhəmiyyətli hesab edilmişdir.
İdraki fəaliyyəti əks etdirən standartlar, ilk növbədə, intellektual bacarıq və
vərdişlərin inkişaf etdirilməsinə istiqamətlənir. B.Blumun adı ilə bağlı olan funda-
mental idraki taksonomiyalarda düşünmə bacarıqları sadədən mürəkkəbə doğru
mərhələlərə görə təsnif edilir. Bu taksonomiya ona görə fundamentaldır ki, sonrakı,
daha mürəkkəb idraki bacarıqların (problem həlletmə, mühakiməyürütmə,
isbatetmə, əlaqələndirmə) əsasını təşkil edir. K.Mur psixomotor taksonomiyaları 3
mərhələyə ayırır: təqlid (imitasiya), idarə (monipulyasiya), dəqiq icra .
Təqlid mərhələsində şagirdlər müəllimin nümayiş etdirdiklərini təqlid edirlər
ki, bu da hərəki bacarıqların ilkin mərhələsi kimi dəyərləndirilir.
İdarə mərhələsində şagirdin hər hansı hərəki bacarığı müstəqil şəkildə,
müəllimin yardımı olmadan nümayiş etdirməyə qabil olması nəzərdə tutulur.
Burada icranın qeyri-dəqiqliyi yol veriləndir.
Dəqiq icra psixomotorun ən yüksək mərhələsidir. Bu mərhələdə şagirdlər
hərəkətləri bacarıqla və dəqiq icra edirlər.
İdraki taksonomiya
Mərhələ
Fəaliyyət göstəriciləri
Bilmə
Yadda saxlama, xatırlama, tanıma, yada salma
Anlama
Izahethmə, məsələni bir ifadə vasitəsindən digər ifadə vasitəsinə
çevirmə, öz sözləri ilə təsviretmə
Tətbiqetmə
Problemi həlletmə, müəyyən nəticələr əldə etmək üçün
informasiyaları tətbiqetmə
Təhliletmə
Bir yerdə necə mövcud olduğunu göstərmək üçün parçalama,
bölmə, ünsiyyətin əsasını təşkil edən strukturu tapma; motivləri
müəyyənlədirmə.
Sintezetmə
Həm ifahi formada, həm də fiziki obyekt ola bilən unikal (yeganə,
orjinal, ilkin) məhsulun yaradılması
Dəyərləndirmə
Məsələ haqqında mühüm qərarlar çıxarma; mübahisələri və ya fikir
müxtəlifliklərini həlletmə
Emosional taksonomiya
Mərhələ
Fəaliyyət göstəriciləri
Məqbulsayma
Şagird hər hansı bir təlim prosesində iştirak etmək üçün
stimullaşdırılır. Bu standartlarda məsələlər onu əşyanın mövcudluğunu
anlamadan seçimli yanaşmaya qədər inkişaf etdirir.
Reaksiyavermə
Şagird təlim prosesində fəal iştirak edir, suallara cavab, hadisələrə
reaksiya verir. Bu standartlarda şagirdin zövq və maraqlarının axtarılması
və fəaliyyətdə tətbiqi vurğulanır.
Dəyərləndirmə
Şagirdin hər hansı əşya və ya hadisəni dəyərləndirməsinə xidmət
edir. Bu standartlar baş verənlərə münasibətin təhlil edilməsi üçün şərait
yaradır.
Təşkiletmə
Şagirdin dünyagörüşünün formalaşmasına xidmət edən standartlar
bu mərhələyə əsaslanır.
Dəyər və ya dəyər-
lər sistemini xarak-
terində əksetdirmə
Bu mərhəldə fərd davranışlarını nəzarətdə saxlayan və həyat tərzini
müəyyənləşdirən dəyərlər sisteminə malikdir. Bu məzmun standartları
şagirdin şəxsi, ictimai, emosional davranışının formalaşmasına yardımçı
olur.
Psixomotor
taksonomiya
Mərhələ
Fəaliyyət göstəriciləri
Hiss etmək
Fəaliyyət həyata keçirilməzdən əvvəl mənəvi durumu nizamlanır
Hazır olmaq
Xüsusi növ hərəkətlərin icra edilməsinə hazırlıq mərhələsidir
Bənzətmək
Kompleks vərdişlərin təliminin ilkin mərhələsində istifadə edilir.
Mexanizm
Fəaliyyətin icrası zamanı özünə inam nümayiş etdirir.
Mükəmməl
icra
Mükəmməl vərdişlər kimi formalaşmış mürəkkəb fəaliyyətlər
nümayiş etdirir.
Uyğunlaşma
Problemli situasiyanı nəzarətdə saxlamaq məqsədi ilə və ya xüsusi
tələblərə uyğunlaşmaq üçün fərd öz davranışında dəyişikliklər edir.
Yaradıcılıq
Xüsusi situasiya və ya problemin həllinə cavab verən yeni növ
fəaliyyət yaranır.
Taksonomiyalar təlimi daha ardıcıl və səmərəli qurmağa zəmin yaradır.
Taksonomiyalar təlim prosesində böyük rol oynayır. Bunlar aşağıdakı
imkanları yaradır:
təlim məqsədlərini düzgün müəyyənləşdirmək;
problemləri düzgün müəyyənləşdirmək və şagirdlər üçün
tapşırıqları tərtib etmək;
qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələri seçmək;
təlim nəticələrinə əsaslanaraq refleksiyanı düzgün keçirmək: bu
və ya digər materialın öyrənilməsində şagirdlərin hansı çətinliklərlə
qarşılaşdıqlarını müəyyən etmək.