Müasir təhsil müstəvisində şagirdin bir şəxsiyyət kimi fəaliyyətə cəlb
olunması, onun ehtiyac və maraqlarının əsas götürülməsi, pedaqoji problemlərin
həllində müəllimlərlə əməkdaşlığı, yaradıcı və təşəbbüskar rolu xüsusi olaraq
nəzərə alınır. Bunlar yeni pedaqoji texnologiyaların mahiyyətini təşkil edən
mühüm elementlər kimi onun xarakterik keyfiyyətini göstərir. Yeni fənn
kurikulumlarında özünə yer almış təlim strategiyalarının məğzini təşkil edir.
Qiymətləndirmə mexanizmləri kurikulumun məzmununda xüsusi yer tutur.
Ümumiyyətlə, dünya ölkələrinin təcrübəsində qiymətləndirmə məsələlərinin
kurikulumlarda əhatə olunmasına xüsusi diqqət yetirilir. Ona nailiyyətlərin
obyektiv və real qiymətləndirilməsi vasitəsi kimi baxılır.
Hər bir fənn kurikulumunda sonuncu bölmə kimi təqdim olunan
qiymətləndirmə hissəsi mahiyyət etibarilə Azərbaycan təhsilində yeni yanaşma
tərzidir. Bu sistemdə qiymətləndirmənin müxtəlif növləri, formaları və
vasitələrinin özünəməxsusluğu nəzərə alınır.
Söylədiklərimiz fənn kurikulumunun strukturunu belə təsəvvür
etməyə əsas yaradır:
Giriş
1.
Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması.
2.
Fənnin xarakterik xüsusiyyətləri.
Fənnin məuzmun
1.
Təhsil pillələri üzrə təlim nəticələri.
2.
Fənn üzrə məzmun xətləri və onların əsaslandırılması.
3.
Hər bir sinif üzrə ümumi təlim nəticələri
( əsas məzmun standartları).
4.
Ümumi təlim nəticələri əsasında zəruri minimumun və daha yüksək
səviyyəli alt standartların müəyyənləşdirilməsi və əsaslandırılması.
5.
Fəndaxili və fənlərarası inteqrasiya.
6.
Ümumi təlim nəticələrinə əsasən şagird nailiyyətlərinə verilən
minimum tələblərin təsviri.
Təlim strategiyaları
1.
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri.
2.
Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyyələr.
3.
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr.
Qiymətləndirmə nümunələrinin hazırlanması
1.
Kurikulum üzrə qiymətləndirmə vasitələri.
2.
Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri.
Fənn kurikulumunun strukturunun blok-sxem formasını belə təsvir
etmək olar:
Giriş
Fənnin məqsəd və vəzifələri
Fənnin xarakterik xüsusiyyətləri
I
Fənni məzmunu
II
Təlim
strategiyaları
III
Şagird nailiyyətlərinin
qiymətləndirilməsi
Əsas
qiymətləndirmə
növləri
Qiymətləndirm
ə standartları və
qiymətləndirmə
vasitələri
-Fənn üzrə təlimin
təşkilinə verilən əsas
tələblərin təsviri
-Forma və üsulların
təkmilləşdirilməsi
barədə tövsiyələr
-Müəllimin təlim
fəaliyyətinin
planlaşdırılmasına dair
nümunələr
-Məzmun
standartlarının şərhi
Ümumi təlim
nəticələri
Məzmun
xətləri
Məzmun
xətləri üzrə təlim
nəticələri
Məzmun
standartları
İnteqrativlik
Fənn kurikulumları bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir.
Fənn kurikulumları:müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan
balanslaşdırılmış və əhatəli yanaşmanı özündə saxlayır;təlimin fəal üsullarından
istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan
yaradır;şagirdlərin bilik və anlayılarının daim qiymətləndirilməsini,tədris ili
ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;şagirdlərin təlimə cəlb
olunmasını,davamlı
təhsilə hazirlanmasını və həvəsləndirilməsini təmin
edir;şagirdlərin təhsil alarkən,bilikləri qiymətləndirilərkən,savadı artırılarkən
müasir texnalogiyalardan istifadə edilməsini nəzərdə tutur;uyğun təlim
resurslarına və inzibati yardıma malik olur.
Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir.
Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərqləndirir.
Nəticəyönümlülük müasir kurikulumların hazırlanmasında nəzərə alınan mühüm
didaktik prinsiplərdən biri hesab edilir. Təlim prosesində əldə olunacaq nəticələrin
əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca
cəhətlərindən biri kimi dəyərləndirilir. Nəticəyönümlülüyün olması, ilk növbədə,
təlim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən
son nəticəni görməyə imkan verir. Fənn kurikulumlarında təlim nəticələri
müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr. Bunlar həm məzmunu
müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət
daşıyır. İlk növbədə, məzmunu ifadə edən belə ümumi nəticələr hökumət
tərəfindən təsdiq olunur. Onlar respublikada bütün fənlər üzrə ümumi təhsilin
məzmununu ifadə edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə
ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur.
2. Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir. Fənn
kurikulumlarında öz əksini tapan bütün nəticələr şagirdlərə, onların inkişafının
izlənməsinə yönəldilmişdir. Fənnin ümumi məsələlərindən biri kimi məqsəd və
vəzifələrin belə müəyyənləşdirilməsində şagird şəxsiyyətinin formalaşması və
inkişafı diqqət mərkəzində saxlanılmışdır. Onların sinifdən-sinfə, bir təhsil pill-
əsindən digərinə keçməsinin tənzimlənməsi, inkişafının istiqamətləndirilməsi ön
planda saxlanılmışdır. Şagirdin idrakı, hissi və psixomotor bacarıqlarının müəyyən
olunmuş həddə çatması üçün humanist və demokratik prinsiplərə söykənən iş
üsulları və formalarının seçiləcəyi, ən müasir texnologiyalardan istifadə olunacağı
göstərilmişdir. Fənn kurikulumlarında şagird nailiyyətlərinin qiymətləndirilməsi