Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə
üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə insanın gələcək həyat
fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli
fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. Tələb olunan
bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin
həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün
vasitə kimi nəzərdə tutulur. Onlar dinamik xarakterə malik olub müəyyən bacarıq
və vərdişlərin, əqli fəaliyyət növlərinin əsasında durur. Daha çox funksional
dəyərliliyi ilə seçilir. Belə kurikulumlardan, adətən, təhsilin icbari mərhələsində
istifadə olunur. Şagirdlərin hazırlığına verilən minimum tələblər bu kurikulumlara
daxil edilir və dövlət tərəfindn təsdiqlənərək hüquqi status alır.
Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı
fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin
formalaşması üçün lazım olan tələblər əsas götürülür. Kurikulumların inteqrativ
məzmunda hazırlanması onun bir neçə cəhətdən keyfiyyətinin yüksəlməsinə təsir
göstərir. Birincisi, fənlərin inteqrasiyası onların saylarının azalması ilə nəticələnir.
Məzmunca yaxın fənlər sintez edilir. İkincisi, fənlərin inteqrasiyası həftəlik
saatların minimum səviyyəyə endirilməsinə imkan yaradır. Bu isə təlim yükünün,
məşğələlərin sayının azalmasına gətirib çıxarır. Üçüncüsü, şagirdlərin həyati
əhəmiyyəti olan bilik, bacarıq və vərdişlər qazanmalarına, onların şəxsiyyətinin
formalaşması üçün ən zəruri paktik işlərin həyata keçirilməsinə imkan yaranır.
Bütün bunlar bütövlükdə təhsilin humanist prinsip əsasında qurulmasına təminat
verir.
Ümumtəhsil məktəbləridə tətbiqinə başlanılmış kurikulular ənənəvi
tədris proramlarından özəl xüsusiyyətləri ilə fərqlənir.Bu mülahizəni
aşağıda təqdim olunan cədvəl əyaniləşdirir:
№
Ənənəvi tədris proqramı
Kurikulum
1
Bilikyönümlüdür
Şəxsiyyətyönümlülük
2
Müəllimyönümlüdür
Şagirdyönümlülük
3
Fənyönümlüdür
Nəticəyönümlülük
4
Təklifyönümlüdür
Tələbyönümlülük
5
Fəndaxili
və
fənlərarası
əlaqə
məqsədyönlü və sistemli xarakter daşımır
İnteqrativlik əsas prinsip kimi qəbul olunub
6
Bəzi fənlər üzrə qiymət normaları
müəyyən edilib
Qiymətləndirmə
standartları
və
mexanizmləri müəyyənləşdirilib
Kurikulumun
“
şəxsiyyətyönümlülük”,
“şagirdyönümlülük”
və
“nəticəyönümlülük” yanaşmaları təlim prosesinin mərkəzində şagirdin olmasını
göstərir. Bu yanaşmalar, xüsusən ,təlim məqsədlərinin yazılışında əks olunur.
Kurikulumun vurğulanan xüsusiyyətlərinin təlim-tərbiyə prosesində böyük
faydası var: təlim-tərbiyə prosesini daha səmərəli edir, təcrübə yönümlü bacarıqlar
formalaşdlırmağa imkan yaradır. Bununla əlaqədar müəllimin qarşısında yeni
tələblər qoyulur, bunu cədvəl şəklində əyaniləşdirək:
Şəxsiyyətyönümlülük
Təhsilalanın
idraki,
ünsiyyət
və
psixomotor
fəaliyyətləri
əsasında həyati
bacarıqlarını inkişaf etydirməklə onlarda milli
və bəşəri dəyərlərin formalaşdlırılmasıdır.
Şagirdyönümlülük
Təhsil
sahəsində
fəaliyyətlələrin
təhsilalanların
mənafeyinə,
maraq
və
təlabatlarının
ödənilməsinə,
istedad
və
qabiliyyətlərinin,
potensial
imkanlarının
inkişafına xidmət etməsidir.
Nəticəyönümlülük
Nəzərdə tutulan təlim nailiyyətlərinin
nəticələr formasında əvvəlcədən müəyyən
edilməsidir.
Tələbyönümlülük
Fərdin, cəmiyyətin və dövlətin dəyişən
ehtiyac və təlabatlarının nəzərə alınmasıdır.
İnteqrativlik
Təhsilin məzmun komponentlərinin
bir-biri ilə, həyatla sistemli şəkildə
əlaqələndirilməsidir.
Qiymətləndirmə standartları
Təhsilalanların nailiyyət səviyyəsinə
qoyualn dövlət tələbidir
Azərbaycanda kurikulumlara ciddi konseptual bir sənəd kimi yanaşılır. Onun
fənn üzrə bütün fəaliyyətləri istiqamətləndirə biləcək bir sənəd olması vacib hesab
edilir. Ona görə də orada ilkin olaraq fənnin məzmununa yer ayrılır. Şagirdlərin
əldə edəcəkləri nəticələr təhsil pillələri və siniflər üzrə müəyyənləşdirilir. Onlar
zəruri məzmun standartları kimi kurikulumlara daxil edilir. Şagirdlərin, daha geniş
mənada, məktəbin nailiyyətlərinin müəyyən olunmasında onlar əsas vasitə kimi
çıxış edir.
Kurikulumlar hazırlanarkən, məzmuna uyğun müvafiq strategiyaların
müəyyən olunmasına diqqət yetirilir. Gözlənilən nəticələrin daha uğurlu əldə
olunması baxımından bu, əhəmiyyətli hesab edilir. Həmin strategiyaların
verilməsinin dərslik müəllifləri, fənni öyrədən müəllimlər üçün faydalı olduğu
nəzərə alınır. Prinsiplər fənlər üzrə təlimin mühüm didaktik əsası kimi şərh olunur.
Fənnin ümumi məqsəd və vəzifələrinin yerinə yetirilməsi baxımından əsaslan-
dırılır. Bu zaman hər bir fənnin özünəməxsus cəhətləri, ümumi təhsil sistemində
rolu və əhəmiyyəti nəzərə alınır. Bunlardan əlavə, prinsiplərə fənn üzrə strateji
fəaliyyətin özülünü təşkil edən bir anlayış kimi də yanaşılır. Onlara müxtəlif forma
və üsulların mütəhərrik mexanizminin pedaqoji təminatçısı kimi baxılır.