Kitabda inteqrasiya cədvəlinin verilməsi də vacib bilinmişdir. Bu, ilk
növbədə, müəyyən olunmuş məzmun standartlarının hansı parametrlərlə və necə
reallaşdırıldığını göstərir. İnteqrasiya cədvəli mövzu, fəndaxili və fənlərarası əlaqə
inkanını əks etdirir. Orada hər bir mövzuya aid tədris vahidi, dərs, konkret səhifə
göstərilməklə fəndaxili, uyğun fənn, ona aid standart qeyd olunmaqla fənlərarası
inteqrasiya üçün potensial şərait daha qabarıq formada ifadə olunur. Tədris
vahidləri, eləcə də dərsliyin ayrı-ayrı hissələri arasında olan sıx əlaqə konkret və
aydın şəkildə verilir.
Mövzuların tədrisi texnologiyası müəllimlər üçün vəsaitin əsas hissəsini təşkil
edir. Orada tədris vahidlərinə daxil olan hər bir paraqrafın öyrədilməsi
texnologiyasının təsviri verilir. Mövzuların tədrisi texnologiyası dedikdə,
görüləcək işin istiqamətləri, mərhələləri, istifadə olunacaq üsul və vasitələr,
gözlənilən nəticələr başa düşülür. Bu elementlərdən uyğun gələnlərinin
əlaqələndirilməsi xüsusi texnoloji kompleks əmələ gətirir və ondan dərsin məqsəd
və məzmununa uyğun olaraq istifadə edilir. Həmin texnologiyaların müəyyən
olunmasında şagirdlərin yaş xüsusiyyətləri, meyil və maraqları, mövcud resurslar
nəzərə alınır.
Metodik vasitə müəllim və şagirdlər üçün əlavə oxu mənbələrinin siyahısı
daxil edilir. Hər tədris vahidindən sonra mövzu ilə bağlı uyğun mənbələr verilir.
Müəllimlər üçün metodik vəsaitlərin, problemlə bağlı son tədqiqat əsərlərinin,
KİV-dən məqsədəmüvafiq məqalələrin, uyğun multimedia materiallarının, internet
saytlarının adı, ünvanı göstərilir. Şagirdlər üçün isə müvafiq uşaq ədəbiyyatının si-
yahısı, uşaq qəzet və jurnalları, internet materiallarının dəqiq koordinatları verilir.
Metodik vasitə fənlərin xüsusiyyətlərindən asılı olaraq müxtəlif lüğət, cədvəl,
şəkil və sairin daxil edilməsi də faydalı bilinir. Bu zaman onların didaktik
əhəmiyyəti əsas götürülür, istifadə imkanları nəzərə alınır. Müəllimə yardımçı
olması, onların tədqiqatçılıq fəaliyyətini düzgün məcraya istiqamətləndirə bilməsi
diqqət mərkəzində saxlanılır.
***
Müstəqillik illərində dərslik hazırlığı sahəsindəki fəaliyyəti şərti olaraq üç
mərhələyə ayırmaq olar.
1992-1998-ci illəri əhatə edən I mərhələ daha çox latın qrafikalı əlifbaya
keçid, dövrün siyasi ab-havasına uyğun çətinliklər və bundan irəli gələn
sistemsizliyin aradan qaldırılması ilə müşayiət olunur. Bu mərhələdə respublikada
siyasi-iqtisadi sabitlik formalaşdıqca ümumtəhsil məktəb dərsliklərinin məzmunca
yeniləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Lakin ölkənin mövcud
iqtisadi-maliyyə vəziyyəti nəzərə alınaraq, müstəqilliyin ilk illərində 1991-1992-ci
tədris ilində 37 adda 3.154.000 nüxsə, 1992-1993-cü tədris ilində isə 43 adda
4.020.000 nüsxə dərslik çap edilmişdi ki, bunların da əksəriyyəti Sovet dövründə
hazırlanmışdı. Bununla belə, həmin illərdə hazırlanmış tarix və ədəbiyyat dərslik-
lərində sovet dövründəkilərdən fərqli olaraq milli və ümumbəşəri dəyərlərə üstün-
lük verilir, köhnə siyasi ideologiyadan imtina edilirdi. Çünki sovet dövründə
yazılan tarix dərsliklərindən Azərbaycan və ümumtürk tarixi, eləcə də ədəbiyyatı
obyektiv işıqlandırılmır, türk-islam mədəniyyəti ilə bağlı verilən məlumatlar tarixi
reallıqları düzgün əks etdirmirdi.
Ümummilli Lider Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışı dərslik
islahatı sahəsində də yeni mərhələnin əsasını qoymuşdur. Belə ki, ölkədə
dərsliklərlə təminatda yaranmış vəziyyəti nəzərə alan, dərsliyin məktəb üçün
strateji əhəmiyyətini dərindən bilən və yüksək qiymətləndirilən ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Nazirlər Kabinetinin 25 avqust 1994-cü
il tarixli 318 nömrəli qərarı ilə 1995-1996-cı tədris ilindən etibarən hər il ibtidai
sinif dərslikləri dövlət vəsaiti hesabına çap edilib şagirdlərə pulsuz verilməyə
başladı. Bu da təhsilə dövlət başçısının qayğısının bir daha bariz nümunəsi idi.
1993-1994-cü tədris ilindən ümumi təhsilin məzmununda aparılan dəyişikliklərə
uyğun olaraq, milli dərsliklərin tamamilə yenidən hazırlanması işinə başlanıldı.
Belə ki, I-XI siniflər üzrə 63 adda yeni dərslik çap edildi. Bununla paralel olaraq
ibtidai siniflər üzrə dərsliklərin yeniləşdirilməsi istiqamətində də müəyyən işlər
görüldü. 1994-1995-ci dərs ilində I-XI siniflər üçün 77 adda dərslik çap edilmişdi.
Lakin yeni hazırlanan bu dərsliklər əvvəlkilərə nisbətən xeyli təkmilləşdirilsə də,
hələ də tələblərə tam cavab vermirdi: uzun illər müştərək yaşanmış sovet təsirin-
dən təmizlənmirdi, müstəqilliyin kövrək illərinin hələ çətinliklə formalaşan və
möhkəmlənən ideoloji istiqamətləri az-az görünürdü, poliqrafik keyfiyyət aşağı idi.
Buna görə də, əvvəlki illərdə çap olunmuş dərsliklər istifadə edilməklə yanaşı, bu
işin keyfiyyətinin yaxşılaşdırılması sahəsində axtarişlar davam etdirilirdi.
Dərslik və dərs vəsaitlərinin hazırlanması işində Ümummilli Lider Heydər
Əliyevin söylədiyi belə bir konseptual fikir, əslində bu işlərə müəyyən istiqamət
verdi: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz
artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələ-
rinə uyğun qururuq. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaradılması
xüsusi əhəmiyyət kəsb edir... İndi dərs alan uşaqlar, gənclər gərək mütləq bizim yeni
dərsliklər əsasında oxusunlar....”. Ulu Öndərimizin bu konseptual göstərişi əsasında
yeni milli dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmağa başlandı.
Dərslik islahatının I mərhələsində ümumtəhsil məktəblərinin I-IV sinifləri
üzrə dərsliklərin 90 faizi, V-XI siniflər üzrə 75 faizdən çoxu məzmunca
yeniləşdirilmişdir.
Hökumətin 26 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ümumi orta təhsilin dövlət standartları”nın və Azərbaycan
Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş
“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın icrası ilə baş-
lanan II mərhələ tədris planları və proqramlarının, dərs vəsaitləri və digər tədris –
metodik ədəbiyyatların məzmunca yeniləşdirilməsi, müasir standartlara cavab
verən yeni nəsil dərsliklərin hazırlanması, nəşri və ümumtəhsil məktəblərinin bu
dərsliklərlə dövlət vəsaiti hesabına fasiləsiz təmin edilməsi məqsədilə geniş
miqyaslı tədbirlərə başlanılması ilə səciyyələnir.
O zaman dövlət başçısı Heydər Əliyevin tapşırığına əsasən, Nazirlər Ka-
binetinin 11 sentyabr 2000-ci il tarixli 180 nömrəli Sərəncamı ilə respublikanın
ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün milli təhsilin tələblərinə cavab verən
yeni dərsliklərin çap olunması məqsədilə 2000-ci və 2001-ci ilin dövlət büdcəsində
nəzərdə tutulmuş Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 il müddətinə
qaytarılması şərti ilə güzəştli kredit ayrıldı.
Heydər Əliyev hələ 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında
görüşü zamanı milli tariximizin yazılması və tədrisi sahəsində qarşıda duran
vəzifələrdən danışarkən, “İlk növbədə Azərbaycanın XIX-XX əsrlər tarixi
yazılmalıdır” tapşırığını vermişdi. Bunu həyata keçirmək məqsədilə Təhsil
Nazirliyində aparıcı tarixçi alimlər və təcrübəli müəllimlərdən ibarət işçi qrupu
yaradılmış, milli ideologiya və müstəqil dövlətçilik prinsiplərinə cavab verən, XIX-
XX əsrlər tariximizi əhatə edən “Azərbaycan tarixi” (X və XI sinif) dərslikləri
hazırlanaraq Azərbaycan və rus dillərində nəşr edildi. 2001-ci ildə VI-IX siniflər
üçün “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi” və “Yeni tarix” kimi orijinal
dərsliklər hazırlanaraq çap olundu. Bu dərsliklərdə ümumdünya tarixi, xüsusən
türk-islam dünyası xalqlarının tarixi və mədəniyyəti müasir tələblər və milli döv-
lətçilik prinsipləri əsasında işıqlandırılmışdır.
Dərslik islahatının II mərhələsindəki ən mühüm yeniliklərdən biri fizika,
riyaziyyat, kimya, biologiya fənləri üzrə yeni nəsil milli dərsliklərin hazırlanması
və nəşri idi. 2001-ci ildə ümumtəhsil məktəblərinin V sinfi üçün “Riyaziyyat”, VIII-
XI sinifləri üçün “Kimya” (təkmilləşdirilmiş) proqramları çap olundu. Həmçinin
inkişaf etmiş xarici ölkələrin təcrübəsi öyrənilərək təhlil olundu və müasir tələblərə
cavab verən dərsliklərin tərtibi prinsipləri müəyyənləşdirildi. Həmin prinsiplər
əsasında V-XI siniflər üçün humanitar fənlər üzrə dərsliklər də yeniləşdirildi. V-XI
siniflər üçün “Azərbaycan tarixi” (7 kitabda), VI-IX sinif üçün “Azərbaycan
coğrafiyası” ( 2 kitabda), həmçinin IX, X,XI siniflər üçün “Ədəbiyyat
müntəxabatı” çap edildi. Bu dərsliklərin əksəriyyəti, o cümlədən “Azərbaycan ta-
rixi” (V-XI siniflər) və “Ümumi tarix” (VI-IX siniflər) dərslikləri rus dilinə
tərcümə edildi. 2002-ci ildə ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI
siniflər üçün “Coğrafiya”, VI-XI siniflər üçün “Biologiya”, VII-XI siniflər üçün
“Fizika” və “Astronomiya”, VIII-XI siniflər üçün “Kimya” proqramları əsaslı
şəkildə təkmilləşdirilərək çap olundu.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan Əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2002-ci il tarixli
fərmanları “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinə yenidən baxılması
zərurətini doğurdu. Çünki bu dərsliklər 1993-cü ildə tərtib edilmiş və 1999-cu ildə
təkmilləşdirilmiş proqramlar əsasında yazılmışdı və təbii ki, bir sıra çatışmazlıq və
nöqsanları vardı. İlk növbədə, görkəmli alimlər və qabaqcıl orta məktəb
müəllimlərinin iştirakı ilə “Azərbaycan dili” və “Ədəbiyyat” proqramları (2002-ci
il) və bunun əsasında yeni dərsliklərin hazırlanmasına başlanıldı. Həmin il yeni
“Riyaziyyat” proqramı da hazırlandı.
Dərslik nəşrində inhisarçılığı aradan qaldırmaq və dərsliklərin çap keyfiyyətini
yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-
ci il tarixli 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət standartları haqqında
Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq ümumtəhsil məktəblərinin
Azərbaycan bölməsi üçün 2002-ci ildə 20 adda I-IV sinif dərsliyi açıq tender yolu ilə
çap olunub məktəblərə pulsuz paylanılmışdır.
Azərbaycan Respublikasının təhsil siyasətinə uyğun olaraq 2003-cü ildən
başlayaraq mərhələlərlə ümumtəhsil məktəblərinin V-XI sinif dərsliklərinin də
dövlət vəsaiti hesabına nəşr edilməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli, 56
saylı Sərəncamı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrasını
təmin etmək məqsədilə 2004-2005-ci tədris ilində 35 adda dərslik çap edilmiş,
respublikanın I-VII sinif şagirdləri və eləcə də I-XI siniflərdə oxuyan qaçqın və
məcburi köçkün uşaqları dərsliklərlə pulsuz təmin olunmuşdur. 2005-ci ildə
ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət” proqramı çap
olunmuşdur. Həmin il V-XI siniflər üzrə seçmə fənlər də nəzərə alınmaqla
proqramlar müvafiq olaraq iki variantda hazırlanmışdır ki, bu da müəllimlərin
işini xeyli asanlaşdırmışdı. 2005-2006-cı tədris ilində Dövlət Proqramına uyğun
olaraq ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün dövlət vəsaiti hesabına 117
adda dərslik çap olunmuşdur.
Beləliklə, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na müvafiq olaraq 2005-
2006-cı tədris ilində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə
pulsuz təminatı uğurla başa çatdırılmış, Azərbaycan müstəqillik əldə etdikdən
sonra postsovet məkanında orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təminatını
reallaşdıran yeganə ölkə olmuşdur. 2006-2007-ci tədris ili üçün 108 adda I-XI
sinif dərsliyi çap edilmişdir.
Ümumtəhsil sistemində dərslik siyasəti Təhsil Nazirliyinin, onun müvafiq
strukturlarının, elmi qurumların, özəl təşkilatların və ictimai orqanların vasitəsilə
həyata keçirilir. Əsas məqsəd isə məktəbliləri müasir standartlara uyğun bilik,
bacarıq və vərdişlərə yiyələnən, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd
olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhət-
dən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi
yetişdirməkdir. Məhz bu baxımdan şagirdlərin yalnız dərsliklər deyil, digər əlavə
vəsaitlərlə təminatı istiqamətində respublikamızda uğurlu addımlar atılmaqdadır.
Ədalət naminə söyləyək ki, Təhsil Nazirliyi bütün bu illər ərzində ümumtəhsil
məktəbləri üçün proqram və dərsliklərin hazırlanması işinin yaxşılaşdırılması
istiqamətində mühüm işlər görərək irəliləyişlər əldə etsə də, bununla
kifayətlənməmiş, eyni zamanda paralel olaraq bu sahədə dünyanın inkişaf etmiş
ölkələrinin təcrübəsini öyrənmiş, təhlil etmiş, nəticədə düşünülmüş bir siyasət
hazırlanmışdır. Əlbəttə, bu siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlərin
reallaşdırılması, müəyyən normativ sənədlərin yaradılması vacib idi ki, bu
istiqamətdə də zəruri addımlar atılmışdır.
2005-ci ildə qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədi hazırlanaraq Azərbaycan
Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra 23.01.2006-cı il tarixli, 22
nömrəli əmrlə təsdiq edildi.
“Ümumtəhsil sistemində dərslik siyasəti” sənədinin əsas müddəalarından
biri ondan ibarətdir ki, dərsliklər əvvəlki kimi subyektiv mülahizələrə əsasən
formal deyil, təsdiq olunmuş konkret meyarlara əsasən qiymətləndirilir. Bu
mexanizm dərslik müəllifliyi sahəsində inhisarçılığın aradan qaldırılmasına, mü-
sabiqəyə təqdim olunan dərsliklərin seçiminin obyektiv aparılmasına imkan
yaradır.
Digər mühüm məsələ yeni dərsliklərin komplekt şəklində nəşr edilməsi idi.
Bunun əhəmiyyəti ondan ibarətdir ki, müəllim üçün vəsait (bu, komplektə daxil
edilmişdir) şagirdlərin təlim marağını gücləndirir, onları axtarışlara, yeni
məlumatlar əldə etməyə sövq edir, məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir,
tətbiqi xarakter daşımaqla zəruri həyati bacarıqların formalaşdırılmasına zəmin
yaradır, fəndaxili və fənlərarası inteqrasiya imkanlarını genişləndirir, fəal təlim
şəraitinin yaradılmasını tələb edir, şagirdlərin fərqli idrakı imkanlarının nəzərə
alınmasına şərait yaradır. Dərslik komplektlərinin müsabiqə qaydasında hazır-
lanması təqdirəlayiq iş formasıdır. Dünya təcrübəsində tətbiq olunan
mexanizmlərin dərslik yaradıcılığı sahəsində fəaliyyətin əsasına qoyulması
uğurlu nəticələri şərtləndirən amillərdən hesab edilməlidir. İnanmaq olar ki, yeni
kurikulumlar əsasında yazılan, müəyyən edilmiş məzmun standartlarının real-
laşdırılmasını ehtiva edən ilk təcrübələr getdikcə cilalanacaq və zənginləşəcək,
ümumi işə daha dəyərli fayda gətirəcəkdir.
Suallar və tapşırıqlar
1. Təhsil sahəsində dövlət standartları nədir?
2. “Kurikulum” anlayışı ilə bağlı şərh verin.
3. Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri barədə nə bilirsiniz?
4. Fənn kurikulumlarının məzmun standartları və altstandartları anlayışlarını
səciyyələndirin.
5. B.Blumun və K.Murun taksonomiyaları ilə bağlı şərh verin.
6. “Təhsilin məzmunu” dedikdə nə başa düşülür?
7. Təhsilin məzmununu şərtləndirən sistemləri səciyyələndirin.
8. Tədris planının ümumi cəhətləri hansılardır?
9. Tədris anlayışını səciyyələndirin.
10. Tədris proqramı anlayışı ilə bağlı şərh verin.
11. Dərsliklərin tərtibində hansı pedaqoji prinsiplər gözlənilir?
12. İş dəftəri nədir?
13. Metodik vəsaitin əsas xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
14. Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyasının əsas
xüsusiyyətləri barədə danışın.
Ədəbiyyat
1.
Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu. Bakı: Qanun, 2010.
səh.11-13.
2.
Azırbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulum) //Kurikulum, 2008, № 1.
3.
Azərbaycan Respublikası ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası/ Azərbaycan müəllimi, 28 iyul, 2006-cı il.
4.
Abdullayev B.A., Zülfüqarova Ş.V.. Didaktika. Bakı: ADPU-nun
mətbəəsi, 2005, səh. 50-56.
5.
Abbasov Ə. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri. //”Kurikulum”
jurnalı, 2008, N 1, səh.31-37.
6.
Əliyev A. Ümumi təhsilin müasir kurikulumları və yeni pedaqoji
texnologiyalar. // “Kurikulum” jurnalı, Bakı, 2008, №2, səh. 27-34.
7.
Əhmədov A., Abbasov Ə.Kurikulumların hazırlanmsaı və tətbiqi məslələri
(Metodik tövsiyə). Bakı: Kövsər, 2008
8.
Əhmədov H.H. Ali təhsilin modernləşdirilməsi. Bakı, 2008.
9.
Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası.Bakı: Elm, 2010.
10.
Xəlilov S.S.. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti,
2005, səh.43-45.
11.
İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim,
2010, səh.381-390.
12.
Mərdanov M.C.Azərbaycan təhsil sistemi: real vəziyyət, problemlər
və islahat istiqamətləri. Bakı: Təhsil, 2005.
13.
Mehrabaov A.O.Azərbyacan təhsilinin müasir problemləri. Bakı:
Mütərcim, 2007
14.
Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı:
Mütərcim, 2010, səh.59-69.
15.
Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nurlan, 2007,
səh.122-125.
16.
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: BDU-nun nəşri,
2003.
17.
Süleymanova A. Fənn kurikulumlarında məzmun standartları. //
”Kurikulum” jurnalı, 2008, N 1. səh.48-57.
18.
Ümumtəhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti
(1998-2004), II Kitab. Bakı: Təhsil, 2005.
19.
Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları.
Bakı: Təhsil, 2008.
20.
Кант И.. Сочинения, том 8. М., 1994, стр.29.
21.
Новые педагогические и информационные технологии в системе
образования: Учеб. пособие для студентов пед. Вузов. Под. ред. Е.С.Полат.
Изд-во центр «Академия», 2000.
22.
Ксензова Г.Ю. Перспективные школьные технологии. Учебно-
методическое пособие. М., 2000.
23.
Kovey S. The seven habits of hidhly effective people. Free press 2003,
New York, London, Toronto, Sydney.
Dostları ilə paylaş: |