Sxem 1
İnkişafı təmin edən bacarıqların sxematik təsviri
Sxemdən göründüyü kimi, idraki, informativ-kommunikativ və psixomotor
bacarıqların hər biri də əlaqəli bacarıqlar şəbəkəsindən ibarət olmaqla bütöv bir
komplekt təşkil edir. Dərsliklər hazırlanarkən bu cəhətlər nəzərə alınmalı,
şəxsiyyətin idraki, informativ- kommunikativ və psixomotor bacarıqlarının
inkişafını təmin edən materiallar o cümlədən çalışma və tapşırıqlar dərsliyə daxil
edilməlidir. Bu zaman hər bir növdən olan bacarıqların özünəməxsusluğu, onun
daxilində olan mərhələlərin ardıcıllığı nəzərə alınmalıdır.
İş dəftərləri şagirdlər üçün nəzərdə tutulur. Onun hazırlanmasında başlıca
olaraq iki mühüm tələb diqqət mərkəzində saxlanılır:
1. Dərslikdəki təlim materialları ilə əlaqəlilik. Məlum olduğu kimi, dərslik
məzmununda
öyrənilməsi
nəzərdə
tutulan
anlayışlara,
qaydalara,
qanunauyğunluqlara, təsnifatlara və sairə aid məlumatları, ən zəruri çalışma və
tapşırıqları əhatə edir. İş dəftərində həmin materiallara aid müxtəlif suallar, çalışma
və tapşırıqlar sistemi verilir. Həmin materiallarda dərsliklərdəki şərhlərin
nümunələrlə əsaslandırılması, yaxud qrafiklər, cədvəllər, şəkil və illüstrasiya mate-
rialları üzərində fəaliyyətlərin təşkil olunması nəzərdə tutulur.
2. Şagirdlərin praktik fəaliyyətinin təmin olunması. İş dəftərində
dərslikdəki məlumatları anlamaq, təhlil və tətbiq etmək, dəyərləndirmək üçün
praktik materiallar verilir. Əsasən aşağıdakı tipdən olan praktik materiallara üstün
yer ayrılması məqsədəmüvafiq hesab edilir:
- çalışma və tapşırıqlar;
- istiqamətləndirici suallar;
- ev tapşırıqları.
Yuxarıda sadalanan praktik materiallar dərslikdə özünə yer alan təlim materi-
allarına uyğun tərtib olunmaqla yanaşı, həm də şagirdlərin psixologiyasına uyğun
qurulur. Onların meyil və maraqları, ən başlıcası, tələbatları nəzərə alınır.
idraki
informativ-
kommunikativ
bacarıqlar
psixomotor
qavrama
ünsiyyət
qaydalara uyğun
fəaliyyət
təhlil
təsviretmə
sərbəst
fəaliyyət
dəyərləndirm
ə
təqdimetmə
yaradıcılıq
Məlum olduğu kimi, dərsliklərdə biliklərin mənimsədilməsi, müvafiq
anlayışların formalaşdırılması və tətbiqolunma mənimsəmənin məntiqində başlıca
mərhələlər hesab edilir. Bu təlim prosesinin informasiya ilə başlayan və qavrama
mərhələsində tamamlanan məntiqindən irəli gəlir.
Dərslikləri tamamlayan iş dəftərlərindəki çalışma və tapşırıqlar müvafiq
anlayışların mənimsənilməsinə xidmət göstərməklə yanaşı, həm də şagirdlərdə
məntiqi təfəkkürün, yaradıcı təfəkkürün, eləcə də dəyərlərin (səriştələrin)
formalaşmasına imkan yaradır. Bu iş dəftərində işləməklə şagirdlər həm sinif
şəraitində, həm də evdə müstəqil olaraq fəaliyyət göstərə, qazandıqları bacarıqları
inkişaf etdirə, daha da möhkəmləndirə bilərlər.
Dərsliklərdə əks olunan sistemin reallaşdırılması müəyyən olunmuş
strategiyalardan çox asılıdır. Adətən, müəllimlər bu strategiyalara əsasən fəaliyyət
göstərirlər. Ona görə də uzun illər yaradılmış məzmun üzrə məqsədyönlü iş
qurmaq üçün müəllimlərə müvafiq metodik istiqamətin verilməsi zəruri hesab
olunaraq müxtəlif mənbələr hazırlanmışdır. Həmin mənbələrin yaradılmasında
pedaqoji, psixoloji, fizioloji araşdırmalara istinad olunmuşdur.
Dərslik komplektinin hazırlanmasında təlim nəticələrinə nail olunması üçün
potensial imkanların yaradılması xüsusi strateji xətt kimi nəzərdə tutulur. Bunun
üçün ilk növbədə, ayrıca müəllim üçün metodik vəsait hazırlanaraq istifadəyə
verilir .
Metodik vəsaitin hazırlanması zamanı başlıca olaraq aşağıdakı funksiyaların
reallaşdırılması vacib tələblər kimi qarşıya qoyulur:
- qabaqlayıcı materialların olması;
- mövzuların tədrisi texnologiyalarının əhatə edilməsi;
- yardımçı materialların verilməsi.
Metodik vəsaitin ilk hissəsində qabaqlayıcı materiallar verilir.
Bu zaman aşağıdakıların əhatə olunması zəruri hesab edilir:
- fənn üzrə məzmun strategiyalarının reallaşma cədvəli;
- illik və gündəlik planlaşdırma nümunələri;
- inteqrasiyaya aid tövsiyələr.
Məzmun standartları mahiyyət etibarı ilə fənnin təlimi məzmununu ifadə edir.
Orada minimum hədd, səviyyə öz əksini tapır. Dərslik hazırlanarkən həmin
standartların onun vahidlərində-bölmə və paraqraflarda reallaşdırılmasına diqqət
yetirilir. Dərsliyin pedaqoji sirrinə çevrilən bu xüsusiyyəti müəllimin diqqətinə
daha qabarıq çatdırmaq üçün metodik vəsaitdə xüsusi cədvəl verilir.
Metodik vəsaitdə illik və gündəlik planların nümunələrinin verilməsi də
qabaqlayıcı material kimi əhəmiyyət daşıyır, müəllimin məqsədyönlü fəaliyyətini
təmin edir, onun düzgün strateji xətt üzrə irəliləyişlərə nail olmasına imkan yaradır.
Metodik vəsaitə daxil edilən dərs planı nümunəsi də müəllim və şagird fəaliyyətini
daha konstruktiv və modern formada təmsil edə bilmək baxımından əhəmiyyət
daşıyır. Şagirdlərdə fəallığın, həyati bacarıqların formalaşmasına imkan yarada
bilməsinə və qeyri-standart məzmuna, struktura malik olmasına görə ənənəvi
nümunələrdən seçilir. Mövzu, məqsəd, gözlənilən təlim nəticəsi, inteqrasiya,
inklüzivlik, strategiyalar və resursların əvvəlcədən müəyyən olunması mühüm şərt
kimi qarşıya qoyulur.