Əhalinin sağlamlıq vəziyyəti göstəricilərinə aid deyildir? A demoqrafiya göstəriciləri



Yüklə 340,59 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix05.06.2018
ölçüsü340,59 Kb.
#47612
1   2   3   4   5   6   7   8   9   10   ...   13

98

Aşağıdakı varintın hansı əhalinin təbii hərəkətini xarakterizə 

edir? 

A) Əhalinin imiqrasiyası



 B) Əhalinin orta yaşama müddəti

 C) Əhalinin emiqrasiyası

 D) Əhalinin miqdarı

 E) Əhalinin yaş tərkibi

99

Aşağıdakı hansı variant əhalinin xəstələnməsi müşahidə 



vahidlərinə aid deyil?

        A) Xəstələnmə hadisəsi

        B) Xəstəliyin yayılması səviyyəsi

        C) Patoloji hal

        D) Fizioloji hal

        E) Xəstə şəxs

100

İctimai sağlamlıq anlayışına aid variant hansıdır?



         A) Produktiv sağlamlıq anlayışı

         B) İctimai sağlamlıq potensialı

         C) Ümumi sosial sağlamlıq

         D) Fiziki inkişaf cəhətdən sağlamlıq

         E) Xəstədə simptomların olmaması

101


İctimai sağlamlıq və səhiyyənin təşkili elmi nəyi öyrənir?

A) Sosial amillərin əhalinin və müxtəlif əhali qruplarının 

sağlamlığına sağlamlaşdırıcı və zərərli

təsirini öyrənir və ictimai sağlamlığının qorunması və 

yaxşılaşdırılması məqsədilə kompleks

tədbirlərin həyata keçirilməsi üçün elmi sürətdə 

əsaslandırılmış tövsiyələr işləyib hazırlayır

B) İctimai sağlamlıq sağlamlıq sosiologiyası haqqında elmdir

C) İctimai sağlamlıq sağlam həyat tərzi haqqında elmdir

D) İctimai sağlamlıq praktik təbabətin sosial problemləri 

haqqında elmdir

E) İctimai sağlamlıq əhalinin sağlamlığının qorunmasına dair 

tədbirlər sistemidir

102


Əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmənin 

(ƏQMİ) əsas göstəriciləri hansılardır?

A) Xəstələnmə, zədələnmə və əlillik göstəriciləri

B) Əmək qabiliyyətini itirmə hadisələri və əlilliyin tərkibi

C) Xəstələnmənin səviyyəsi və tərkibi göstəriciləri

D) Əmək qabiliyyətini itirmə hadisələri və günlərinin sayı

E) Hər 100 nəfərə düşən ƏQMİ hadisələrinin sayı, günlərin 

sayı və hər bir hadisənin orta davametmə müddəti

103

Аzərbaycan Tibb İnstitutunun İctimai sağlamlıq və səhiyyənin 



təşkili kafedrasının ilk müdiri  kim olmuşdur?

A) Ö. Bayraşevski

B) Ə. Əliyev

C) İ. Fel

D) Ə. Əhmədov

E) N. Nərimanov




104

 Əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmə nədir?

A) Əmək qabiliyyətini 6 aya qədər  itirmək

B) Əmək qabiliyyətini 5 aya qədər  itirmək

C) Təqvim  ili ərzində fasiləsiz 2 aya qədər, fasilə ilə isə 5 aya 

qədər əmək qabiliyyətini müvəqqəti  itirməklə  xəstələnmə

D) Əmək qabiliyyətinin bir hissəsini qısa müddət itirmək

E) İşləyənlərin xəstəliklər,  travmalar,  zədələnmələr,  

zəhərlənmələr  səbəbindən  əmək qabiliyyətini itirmək

105


Ölümün səbəblərinin strukturunda qeyd olunanlardan hansı 

birinci yer tutur?

A) Qan dövranı sistemi xəstəlikləri

B) Tənəffüs üzvləri xəstəlikləri

C) Şiş xəstəlikləri

D) Zədələnmələr

E) Yoluxucu xəstəliklər

106


Aşağıdakı düsturlardan hansı əhalinin təbii artımı göstəricisini 

hesablamaq üçün

istifadə olunur.

A) Təbii artım göstəricisi= doğum-ölüm

B) Təbii artım göstəricisi= doğum-yaşa görə ölüm göstəricisi

C) Təbii artım göstəricisi= doğum-5 yaşadək ölüm göstəricisi 

düsturuna əsasən

D) Təbii artım göstəricisi= doğum göstəricisi-ölüm göstəricisi

E) Təbii artım göstəricisi= doğum-körpə ölümü

107


Sağlamlığın pozulmasının əsas səbəbi hansıdır?

A) Orqanizmin yaşayış mühitinə uyğunlaşa bilməməsi, sosial – 

iqtisadi şərait

B) Orqanizmdə patoloji proseslər

C) Ailədə çoxuşaqlılıq

D) Ətraf mühitin zərərli amillərinin təsiri

E) Sosial – iqtisadi uğursuzluq

108


Statistikanın tərifi hansıdır?

A) Bütün cəmiyyət və təbiət hadisələrini kəmiyətcə öyrənən 

universal elmdir

B) Kütləvi və həmcinsli hadisələrin kəmiyyət tərəfini onların 

keyfiyyət tərəfi ilə sıx əlaqədə

öyrənən elmdir

C) Kütləvi hadisələrin öyrənilməsinin ümumi metodları 

haqqında elmdir

D) Əhalinin siyahıya alınmasını təmin etmək üçün elmdir

E) Riyaziyyatın bir bölməsidir




109

Tibbi statistika neçə bölmədən ibarətdir?

A) 4

B) 6


C) 2

D) 3


E) 5

110


Təbii hərəkətə dair proseslərin dövlət qeydiyyatı nə vaxtdan 

aparılır?

A) 1922-ci ildən

B) 1932-ci ildən

C) 1722-ci ildən

D) 1939-cu ildən

E) 1918-ci ildən

111


Rasizm – irqçilik nəzəriyyəsinin banisi kimdir?

A) A.Y. Qobino

B) Selye

C) Spenser

D) F. Qalton

E) M. Qrant

112

Tibbi statistikanın tətbiqi sahəsi hansıdır?



A) Əhali sağlamlığı

B) Tibbi kadrların yerləşdirilməsi

C) Tibb müəssələrinin hesabatlarının nəticələrinin dürüstlüyü 

müəyyən edilərkən

D) Ölüm səviyyəsi ilə ətraf mühit amilləri arasında asılılığın 

aşkar edilməsi və

müəyyənləşdirilməsi

E) Tibb müəssələrinin dislokasiyası müəyyən edildikdə

113

Doğum hansı variantda düzgün təsvir olunmuşdur?



A) doğum reproduktiv prosesdir

B) doğum bioloji prosesdir

C) doğum sosial prosesdir

D) doğum göstəricisi sosial-bioloji proses olmaqla əhalinin 

artımına müsbət təsir göstərir

E) doğum əhalinin artımına deyilir

114

İctimai sağlamlıq və səhiyyənin əsas məqsədi hansıdır?



A) Əhalinin sosial vəziyyətinin öyrənilməsi

B) Səhiyyənin inkişaf tarixinin öyrənilməsi

C) Əhalinin sağlamlıq vəziyyətini qoruyub saxlamaq və daha 

da yaxşılaşdırmaq

D) Səhiyyə siyasətində islahatlar aparılması

E) Beynəlxalq təcrübədən istifadə edilməsi




Yüklə 340,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə