“
Dövlət qeydiyyatına alınmışdır” “Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Mərkəzi Bankının
İdarə Heyəti
Qeydiyyat № 3098
Protokol № 20
“30” noyabr 2004-cü il “18” noyabr 2004-cü il
Nazir
İdarə Heyətinin sədri
____________ F.F.Məmmədov
____________ E.S.Rüstəmov
Azərbaycan Respublikasında
xatirə sikkələrinin tədavülə buraxılması
Q A Y D A L A R I
(15 aprel 2010-cu il tarixli dəyişikliklərlə)
Bakı 2004
2
1.
Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və
Azərbaycan Respublikası ərazisində xatirə sikkələrinin tədavülə buraxılması
qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının ərazisində xatirə sikkələrinin istehsal
edilməsi və tədavülə buraxılması hüququ müstəsna olaraq Azərbaycan
Respublikası Mərkəzi Bankına (bundan sonra Mərkəzi Bank) məxsusdur.
1.3. Xatirə sikkələri Azərbaycan Respublikasının qanunu ödəniş
vasitəsidir, respublikanın bütün ərazisində manatla ifadə olunan nominal
qiymətləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil
edilməsi və pul köçürmələri zamanı qəbul edilməlidir.
1.4. Mərkəzi Bank tərəfindən tədavülə buraxılan xatirə sikkələri tarixi,
ədəbi və mədəniyyət abidəsi əhəmiyyətini kəsb etmir.
1.5. Xatirə sikkələri istehsal üsulları və keyfiyyətinə görə bu
Qaydalardakı kimi təsnifləşdirilir.
2.
Anlayışlar
2.1. “Xatirə sikkələri” – istehsalında bahalı metallardan (xüsusən
qiymətli metallardan), mürəkkəb döymə texnologiyalarından, bədii tərtibat
elementlərindən istifadə edilən, onlara xüsusi xassə verən, dövriyyədə
nominal dəyəri və nominal dəyərindən fərqli olan digər qiymətlə istifadə
edilməsinə imkan yaradan sikkələr aid edilir.
2.2. “Pruf”– ən yüksək keyfiyyətdə “proof” döymə texnologiyası ilə
istehsal edilmiş, səthi tamami ilə düz, parlaq, üzərində yalnız tutqun təsvirlər
olan, gözlə görünən cızıq, xətt, əl izləri və digər qüsurları olmayan və relyefi
ən xırda detallarınadək dəqiq olan proof keyfiyyətli xatirə sikkələridir.
2.3. “Parlaq”– yüksək keyfiyyətli, döymə texnologiyası ilə
hazırlanmış, səthi düz, parıldayan, relyefi dəqiq olan, üzərində gözlə
3
görünən cızıq, xətt və digər qüsurları olmayan parlaq keyfiyyətli xatirə
sikkələridir.
3. Xatirə sikkələrinin hazırlanması və tədavülə buraxılması.
3.1. Xatirə sikkələrinin dizaynının mövzusu, texniki göstəriciləri və
buraxılış limiti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilir.
3.2. Hər bir pruf və parlaq keyfiyyətli xatirə sikkələri üçün təsdiq
edilmiş hər mövzu üzrə Mərkəzi Bankın İdarə Heyəti sədrinin imzası ilə
həqiqilik sertifikatı hazırlanır. Sertifikatda müvafiq xatirə sikkələrinin
dizaynının mövzusu barəsində ümumi məlumat, onların texniki göstəriciləri
və buraxılış limiti göstərilir.
3.3. Xatirə sikkələri müəyyən olunmuş limit həddində bir neçə dəfə
istehsal edilə bilər.
3.4. Buraxılan xatirə sikkələrinin sifarişini, onların hazırlanıb
respublikaya gətirilməsini və tədavülə buraxılmasını Mərkəzi Bank təşkil
edir.
3.5. Hüquqi və fiziki şəxslərə, əhaliyə xatirə sikkələrinin texniki
göstəriciləri, satış qiymətləri və sair haqqında məlumat verilməsini Mərkəzi
Bank təşkil edir.
3.6. Xatirə sikkələrinin satış qiymətləri Mərkəzi Bank tərəfindən
istehsal xərcləri, qiymətli metalların bazar qiymətləri və digər xərcləri
(daşınma, sığorta və sair) və keyfiyyəti nəzərə alınmaqla müəyyən edilir və
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilir.
3.7. Xatirə sikkələri müvafiq qaydada Mərkəzi Bankın pul və digər
qiymətlilər saxlanılan anbarında saxlanılır.
3.8. Hüquqi və fiziki şəxslərə (o cümlədən banklara) xatirə sikkələri
Mərkəzi Bankın kassa xidməti göstərən struktur bölmələrində və
qurumlarında nağd və köçürmə yolu ilə satılır.
3.9. Xarici hüquqi və fiziki şəxslərdən sifariş daxil olduqda Mərkəzi
Bank tələb olunan xatirə sikkələrinin mövcud olduğunu təsdiq edir və
4
sifarişçi tərəfindən müvafiq məbləğin ödənilməsini təşkil edir. Satış qiyməti
və daşınma xərcləri ödənildikdən sonra tələb olunan miqdarda xatirə
sikkələrinin sifarişçiyə göndərilməsini təşkil edir.
3.10. Hüquqi və fiziki şəxslər xatirə sikkələri ilə Azərbaycan
Respublikasınin qanunvericiliyinə uyğun olaraq alqı-satqı və digər
əməliyyatları həyata keçirə bilərlər. Bu zaman xatirə sikkələrinin alqı-satqı
qiymətləri tərəflər arasında sərbəst müəyyən edilir.
3.11. Xatirə sikkələri ilə aparılan əməliyyatların uçotu Mərkəzi Bankın
müəyyən etdiyi qaydada aparılır.
4. Yekun müddəalar
4.1 Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.