MĠLLƏTƏ MÜRACĠƏT
Bütün varlığımla sevdiyim, Tanrı sevdası ilə vurğun olduğum millətim, qürurum!
Mənə “xərçəng”lə söhbət edib onu yerində oturtmağa imkan vermədilər. Siz görəcəkdiniz ki,
bu, o qədər də qorxulu xəstəlik deyil və Siz bunu bilin! “Xərçəng”dən qorxmayın! Onunla kim
əgər rastlaĢarsa, cəsarətli olsanız, ona qalib gələ bilərsiniz!
Bu gün tibb elmində ən böyük xətanın biri odur ki, bunun çox qorxulu olduğunu deyirlər.
“Xərçəng” açıq ölümdür. Onda insan niyə “xərçəng”dən qorxmalıdır? MaĢın qəzası bu
xəstəlikdən qorxuludur. Onda nə üçün maĢınlardan istifadə edirik? Bir neçə xəstəlik (infarkt,
böyrək çatıĢmazlığı, qara ciyər serrozu və s.) var ki, onlar da ölümlə nəticələnir. Çox vaxt da
gözlənilmədən baĢ verir. Amma “xərçəng” xəstəliyi əvvəlcədən bilinir və heç yoluxucu da
deyil. Bəs onda niyə həkimlər bunu bir vahimə ilə qeyd edir, xəstədən gizlədir?
Atalar məsəli var: açıq düĢmən gizli düĢməndən mərddir. Yəni insanı qəfil yaxalayıb öldürən
xəstəlikdənsə, elə açıq gəlib, insanı da mərd aparan bu xəstəlik daha yaxĢıdır. Heç olmazsa,
bilirsən ki, axırı necə olacaq. Və o zaman müəyyən iĢlərini də imkan daxilində qaydaya
qoyursan. Təsadüfə bax ki, mən özüm də elə “xərçəng” bürcündənəm.
Yeddi aydır ki, məndə “xərçəng” xəstəliyi olduğunu bilib, üzümə baxarkən əzab çəkən
dostlarım, bəylər və xanımlar! Sizə bu əzabı verdiyim üçün bağıĢlayın! Bəzilərinizin nə üçün
ağlamağınızın səbəbini indi baĢa düĢürəm. Ġndi Sizə bir gileyim var - axı Siz belə zəif
olmamalıydınız. Türkə zəiflik yaraĢmaz! Türk ölümün gözünə dik baxmalıdır! Ölümdən qorxan
Türk deyil! Bir daha deyirəm: ölümdən qorxan Türk deyil!
Ancaq Türk özü əvvəlcədən ayıq olub, ölümünü də özü seçməlidir! Dünyanı Yaradan hər
istədiyni özü seçib, olanları aydınlaĢdıracaq! Türk ölümünü niyə özü seçməsin? Yəni ölümü
elə seçərsən ki, daha Ģərəfli olar. Müdriklərin belə bir deyimi də var: insan ölümünü özü
seçməlidir!
Əbülfəz ElÇĠBƏY,
Ankara Dövlət Xəstəxanası
20.07.2000, saat 6:00
TÜRKĠYƏDƏ VƏ AZƏRBAYCANDA OLAN GÖRKƏMLĠ TÜRK AYDINLARIMIZA KĠÇĠK
XATIRLATMA
Mən çox gec bildim ki, “xərçəng” xəstəliyinə tutulmuĢam. Ancaq Siz bunu əvvəlcədən bilib
məndən gizlətmiĢdiniz ki, mən narahatlıq hissi keçirməyim. Hətta gəlib mənimlə görüĢəndə
maraqlı kitablar gətirirdiniz ki, onları oxuyum. Ancaq daha yaxĢı olardı ki, mənə bu həqiqəti
bildirəydiniz. Nə qədər ki zaman varıydı, məsləhətləĢib, heç olmazsa, gələcək milli proqramın
tezislərini hazırlayaydıq. Yeni iĢlər görmək mümkün idi. Nə isə...
Onu da bilməliyik ki, nə qədər açıq-aydın danıĢa bilmirik, heç bir iĢimiz düzgün getməyəcək.
Ona görə də mütləq demokratik cəmiyyət lazımdır ki, açıq danıĢıb məsələləri həll edək.
Türk millətinə ən lazım olan - mənəviyyata dayanaraq birləĢə bilməkdir!
Əbülfəz ElÇĠBƏY,
Ankara Dövlət Xəstəxanası
20.07.2000, saat 7:00
ELÇĠBƏY HAQQINDA XATĠRƏLƏR
TOFĠQ TÜRKEL. Kamil insan
Ġnsani-kamilin üzünədir sücudimiz,
Onun fəda cəmalına - budur vücudimiz.
(Ġmadəddin Nəsimi)
Hər bir insanın həyatında Məlikməmməd haqqında nağılda deyildiyi kimi “yandım” məqamı
var və həmin məqamdan keçdikdən sonra bütöv bir “azadlıq aləmi” baĢlanır. Bu aləmin
pərvanələri, Ģamları, güzgüləri olan zatlar və həmin zatların özündən kainata, əyandan sirrə
vaqifliyi bəllənir.
BəĢər olub bəĢərin özündən seçilən və elə bəĢər olaraq da bəĢərin heyrətinə dönənlər
insanlığa xidətdə KAMĠL ĠNSAN məqamına ucalır. Kamilliyin əsasında isə EġQ və həmin eĢqə
pərvanəlik, ikilikdən qurtaran könül ərənliyi durur.
ELÇĠBƏYĠN BATĠN TƏLĠMĠ
Pirlər nə söyləmiĢ - eyləmək gərək.
(“Kitabi -Dədə Qorqud”)
“Əgər, doğrudan da, bütün cisimlərin mənasını anlayırıqsa onda hər Ģey nədən baĢlanır?”
sualına cavab verə bilərsən?
Nələr haqda danıĢmadım, nələri demədim. O isə hər cavabıma baĢını tərpədərək “xeyr”
deyirdi.
Bu, Böyük Bəyin mükəmməl yiyələndiyi batin elmin ilk pilləsi, qapısının astanası, on əsrlərlə
ġərqin “sufilik” adlandırdığı baĢlanğıcı və sonu bilinməz dəryanın lap ləpədöyəni idi.
1987-ci ildə Böyük bəy YaĢar Türkazərə Ģamançılıq haqda danıĢanda birdən çoxdan
həsrətində olduğum “böyük sufi pirləri” ifadəsini eĢitdim...
HƏR ġEY ÖZ ADIYLA BAġLAR
Ey bilən Həqqin sifatın, ismi vü əsması nədir?
Ya bu əsmadan murad olan müsəmması nədir?
(Ġmadəddin Nəsimi)
O zaman Böyük bəy uzun cavablarımdan sonra mənə “hər Ģey öz adyıla baĢlar, çünki Allah
da öz adı ilə baĢladı” kəlamını xatırlatdı. Onun batin elm dediyi “eĢq elmi” dörd qapı və
məqamlar üzərində cəmlənib. Bu məqamlar, bu qapılar sirlər idi və bu sirlər bəĢərə açıla
bilməzdi. Odur ki, Böyük bəy hətta bu mövzularda camaat arasında danıĢmağımıza da yasaq
qoydu.
ZAMAN BĠZĠ BƏYANA GƏTĠRƏR!
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz.
(Məhəmməd Füzuli)
Ən əzablı olanı bu idi ki, nələrisə Böyük bəydən eĢitdikdən sonra onu bilməyimizlə fəxr etmək
istədikdə “əgər bununla təkəbbür edəcəksənsə Allaha asi düĢəcəksən, özünü bəĢərə
göstərmək istəyəckəsənsə bu təlimin hamıya eĢq təməlini pozacaqsan” cavabını verib
təmkinə, səbrə çağırırdı. “Zaman bizi bəyana gətirəcək” fikrini söyləməklə çılğınlığımıza,
hövsələsizliyimizə qalib gəlməyə dəvət edirdi.
“Dağ çayı yox, dərya olmağı bacaran Ģəxs hikmət qapısına gələcək və həmin hikmət
qapısında “kəmtər qul” xidməti göstərəcək. Hikmətin qayəsi eĢq, eĢqin qayəsi səbr, səbrin
qayəsi O-dur”.
Bunlar Böyük bəydən hikmətin açarı haqqında eĢitdiyimiz sözlərdəndir.
SƏBR BĠR ATDIR KĠ, MĠNƏN DÜġMƏZ
Qəzəb halında qərar qəbul etmək dəlilik əlamətidir .
(Həzrəti-Əli)
Kəmhövsələliyi “Ģeytan əməli” adlandıran Böyük bəy bir dəfə qəribə tərzdə soruĢdu: “Elə bir
kiĢi göstərə bilərsən ki, mindiyi atdan düĢməsin?”. Sonra mənə diqqətlə baxıb “yəqin
deyəcəksən ki, Bəy yalan danıĢır”. Həqiqətən də, hazırlaĢırdım ki, elə həmin cümləni deyim.
Bu zaman Böyük bəy həzrəti-Əlinin (s.) “səbr bir atdır ki, minən düĢməz” kəlamını xatırlatdı.
Bu, həmin səbrdir ki, Böyük bəy onunla imperiyanı, təhqirləri, təzyiqləri, böhtanları və Ģəri
yendi, məğlub etdi. Bu, həmin səbrdir ki, Böyük bəyə düĢməni üçün belə “Allah özü rəhm
etsin” kəlamını dedizdirirdi. Bu, həmin səbrdir ki, onunla hakimiyyət ehtirasını yenərək, insan
və millət sevgisini bayraq edib Kələkiyə apardı. Bu, həmin səbrdir ki, tiranlara belə
demokratiya yolunu qəbul etdirdi, onları üçrəngli bayraq önündə diz çökdürüb, həmin bayrağı
öpdürdü. Bu, həmin səbrdir ki, tiranı tabutu önündə baĢ əydirdi.
Böyük bəy doğru deyirdi: “Səbr bir atdır ki, minən düĢməz”.
Dostları ilə paylaş: |