ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

Mitinq  günü  Əbülfəz  bəy  rayona  getdi.  Ġsmayıllıda  onu  böyük  bir  izdiham  qarĢıladı.  Hətta 
baĢqa rayonlardan da xeyli adam gəlmiĢdi.  
Mitinqdəki çıxıĢında Bəy əhalini maraqlandıran bütün suallara cavab verdi. Əslində o, mitinqi 
elə  sual-cavab  Ģəklində  qurmuĢdu  ki,  camaatın  vəziyyətini,  onların  problemlərini  öyrənsin. 
Camaatın həddən artıq razı qaldığı bu çox yüksək səviyyəli mitinqdən Bəy Basqala, təbii ki, 
gözəl əhval-ruhiyyədə döndü. 
ĠĢimlə  bağlı  olaraq  mən  tez-tez  Bakıya  qayıdır  və  hər  dəfə  Cəbhənin  qərargahına  gedərək 
vəziyyəti  öyrənirdim.  Bir  dəfə  Ġsa  bəylə  görüĢəndə  Bəyin  durumunu  soruĢdu.  “YaxĢıdır” 
dedim. Ġsa bəy qayıtdı ki, birincisi, salamımı yetir. Ġkincisi, yaxĢıdırsa Bakıya dönsün. Bəysiz 
bizə ağırdır.  
Kəndə qayıdanda Ġsa bəyin sözlərini Bəyə çatdırdım. Gülümsəyərək dedi:  
-Ġsa  bəy  gələcəyin  liderlərindən  biridir,  qoy  çətinliklərə  alıĢsın.  Mən  bilirəm  ki,  orada  olan 
çətinliklərin öhdəsindən Ġsa bəy gələ bilər, amma, deyəsən, bir az tənbəllik etmək istəyir.  
Dudayev  Çeçenistanın  prezidenti  seçiləndə  Əbülfəz  bəy  Basqaldan  ona  təbrik  məktubu 
göndərdi.  Məktub  bu  cümlə  ilə  baĢlanırdı:  “Pələngi  qəfəsdə  saxlamaq  olmaz”.  Bu  sənədi 
Çeçenistana  2  nəfər  apardı  və  qayıdanda  Dudayevin  dərin  təĢəkkür  və  salamlarını  Bəyə 
çatdırdı. 
Bəy  Basqalda  da  boĢ  oturmurdu.  Burada  olduğu  müddətdə  AXC-nin  Nizamnaməsini 
hazırlayırdı.  Bu  iĢdə  ona  Arif  Rəhimoğlu  və  Aydın  Kərimli  yaxından  kömək  edirdilər.  Onlar 
Nizamnaməni Bəyə təhvil verəndə mən də otaqda idim. Bəy sənədi bir az oxuduqdan sonra 
onları sıxıĢdırmağa, danlamağa baĢladı. Onlar gedəndən sonra Bəyə yaxınlaĢıb soruĢdum ki, 
nəyə görə belə etdiniz? Maraqlı cavab eĢitdim:  
-Məmməd bəy, belə edirəm ki, onlar Nizamnamənin hər bir maddəsini incəliklə Ģərh etməyə 
hazır  olsunlar.  Sabah  o  sənəd  qurultayda  müzakirə  olunanda  verilən  istənilən  suala  dolğun 
cavab verməyi bacarsınlar. 
1992-ci  ilin  14-15  may  hadisələri  vaxtı  mən  Cəbhənin  qərargahına  gəldim.  Burada  böyük 
izdiham  vardı.  AXC-ni  yürüĢə  məcbur  edirdilər.  Əbülfəz  bəy  isə  hələ  gözləməyi  məsləhət 
bilirdi, istəyirdi ki, məsələ danıĢıqlarla həll olunsun.  
Həmin günlər ara çox qarıĢmıĢdı. Vəziyyət ağırdı. Əbülfəz bəyə qarĢı təxribat törədilə bilərdi. 
Buna görə də ayın 15-ində camaat yürüĢə baĢladıqda Ġlqar bəylə məsləhətləĢib Bəyi mənim 
Bakıdakı  evimə  apardıq.  Bəy  ilk  saatlar  çox  narahat  görünürdü,  ancaq  televiziyada  Pənah 
bəyin  Konstitusiyanın  bərpası  haqqındakı  çıxıĢını  eĢidən  kimi  kefi  kökəldi.  Hamımız  buna 
sevindik. 
Əbülfəz  bəy  Kələkidə  olduğu  vaxtlarda  da  onunla  müntəzəm  əlaqə  saxlayır,  onu  görməyə 
gedirdim.  


1996-cı il iyunun  24-də  Əbülfəz  bəyin  ad  günündə mən  də Kələkidə idim.  Rəhmətlik  Nəcəf 
Nəcəfov da kənddəydi. Hamı Əbülfəz bəyə ən gözəl arzularını bildirdi. Mən heç bilmirdim ki, 
həmin gün Nəcəf bəyin də ad günüdür. Əbülfəz bəy öz növbəsində Nəcəf bəyi təbrik etdi və 
onun  böyük  insan  olduğunu  xüsusi  vurğuladı.  Sonradan  bildik  ki,  Bəy  ad  gününün 
keçirilməsinə məhz Nəcəf bəyə görə razılıq verib. 
Əbülfəz bəyin içərisində tükənməz sevgi vardı. Onun yanına nə qədər dərdli, kədərli gəlsəydin 
yenə üzügülər, nikbin çıxardın. Bu adam sanki ürəklərə yorulmadan sonsuz sevinc paylayan 
nəhəng bir maĢındı. Onun nə qədər ağır bir yükü çiyinlərinə götürdüyünü, necə ağır dərdləri 
daĢıdığını  yaxĢı  bildirdim,  ancaq  onu  həmiĢə  güləriüz,  inamlı  gördüm.  O,  getdiyi  yolun  və 
yaĢanan durumun çətinliyini heç vaxt hiss elətdirmirdi.  
Bir  dəfə  Bəydən  soruĢdum  ki,  necə  olur  ki,  səhərdən  axĢamacan  bu  dörd  divar  arasında 
oturur,  bu  qədər  insanı  qəbul  edirsiniz,  ancaq  bu  qədər  problemləriniz  ola-ola  həmiĢə  də 
üzünüz gülür? SoruĢdu: 
-Məmməd bəy, mənimlə görüĢəndən sonra özünü necə hiss edirsən? 
-YaxĢı.  
-Bütün  millətimə  ürəyimdə  bir  eĢq  var.  Bu  eĢqdir  mənə  onları  sevdirən,  məni  yorulmağa 
qoymayan. Mən millətimin sıravi nəfəriyəm. Mən hər gün, hər ay Bütöv Azərbaycan yolunda 
kiçik  də  olsa  irəliləyiĢ  görürəm  və  bu,  məni  sevindirir.  Həmin  sevgimi  soydaĢlarıma 
paylayıram. 
Bir dəfə Cəbhə daxilində olan məsələlərə toxundum - bəzi narahatlıqlar vardı. Dedi ki, mən 
böyük  amal  uğrunda  və  böyük  qüvvələrlə  mübarizə  aparıram.  Sənin  indi  gileyləndiklərinsə 
özümün  yetiĢdirdiyim  uĢaqlardır.  Hələ  ağılları  kəsmir.  Ağılları  kəsəndə  indiki  hərəkətlərinə 
peĢman olacaqlar...  
28.08.2000
 
 
 
 
 
 
 
 
 


BƏHRAM ĠSMAYILOV. Bizə kiĢilik öyrədən Bəy 
Sən  bir  meydan  yaratdın  -  Azadlıq  meydanı!  Birini  də  biz  gənclər  yaradacağıq...  Elçibəy 
meydanı yox - bunu sən istəməzsən; sənin istədiyini, bizə tapĢırdığını - BÜTÖVLÜK meydanını 
yaradacağıq. Vətənin gəncləri bu meydana axıĢacaq, hələ 30 il əvvəl dediyin kimi, “Təbriz!” 
hayqıracaqlar  və  Vətəni  bütövləĢdirəcəklər!  Onda  da  sən  həmiĢəki  kimi  bizimlə  olacaqsan, 
Bəy! Önümüzdə gedəcəksən!..  
“Mahmudəli  bəy,  hələ  sənin  qardaĢın  ölməyib  ki,  kimsə  sənin  haqqında  iftira  danıĢsın”.  Bu 
sözlərin yiyəsi, əlbəttə ki, Böyük kiĢi - Əbülfəz Elçibəydi! Bir il öncə - aprelin 22-də olmuĢdu 
həmin  telefon  söhbəti.  Mən  də  onun  Ģahidi  olmuĢdum.  Və  görmüĢdüm  ki,  bu  azman  KiĢi 
özünə  deyilən  minlərcə  iftiraya,  böhtana  qürurla  susduğu  halda  baĢqalarına  edilən  adi  bir 
ədalətsizliyə  cavab  verməyi  özünə  borc  bilir!..  Bəli,  “Mahmudəli  bəy,  hələ  sənin  qardaĢın 
ölməyib”!!! 
Bəy  gənclərimizi  də beləcə  qorumağa çalıĢır,  onların  qayğısını çəkir,  eyni zamanda mübariz 
insanlar kimi yetiĢmələrini istəyirdi. 
1999-cu  il  sentyabrın  10-da  BAB-nın  katibi  Elçin  PaĢayevin  toyunda  Əbülfəz  bəylə  bərabər 
təsadüfən onun ailə üzvləri də iĢtirak edirdi. Qızı Çilənay xanım niĢanlısı Aqil bəylə birgə rəqsə 
dəvət olundu. Və biz çox böyük maraqla heç olmazsa bircə dəfə Bəyimizin ata duyğularının 
Ģahidi  olmaqla  sevinmək  istəyirdik.  Ancaq  nə  qədər  yanıldıq!..  Əbülfəz  bəy  artıq  gələcək 
həyatından  arxayın  olduğu  övladına  yox,  hələ  Ģəxsi  həyatını  müəyyənləĢdirməyən  bizlərə 
baxırdı. Elçibəy əzab çəkirdi. Əzab çəkirdi ki, tezliklə onun öz övladı ailə quracaq, bizsə yox. 
YaĢadığı  hissləri  sevgi  dolu  bir  tələbkarlıqla  bizə  çatdırdı:  “Niyə  evlənmirsiniz,  evlənin,  tez 
evlənin”  tapĢırdı.  BaĢa  düĢdük  ki,  Elçibəyin  gözündəki  kədər  yalnız  bizlərdən  birimizin 
toyunda azala bilər. Belə də oldu.  
2-3 aydan  sonra  Zülfüqarın  toyu olanda inandım  buna.  Həmin  gün  Bəy nə  az,  nə  çox  -  üç 
yerə  (özü  də  çox  ciddi  yerlərə!)  dəvət  almıĢdı.  Gəlməsinə  çox  inanmırdıq.  Ancaq  yenə 
yanılmıĢdıq. Bəy yenə GƏNCLĠYĠ üstün tutmuĢdu.  
Gəldi.  Özü  ilə  bizə  qürur,  sədaqət  və  sadəlik  gətirdi.  Gəldi,  özü  demiĢ,  pırıl-pırıl  gənclərinə 
qovuĢdu. Bax, biz Bəyin gözlərində əsl ata sevincini onda görə bildik.  
Gəncliyi ürəkdən sevən Əbülfəz bəy heç bir sözümüzü, heç bir istəyimizi yerə salmazdı. Bütün 
ərköyünlüklərimizə səbrlə dözərdi - 60 illiyində olduğu kimi...  
Özünün  ad  günü  -  60  illik  yubileyi  ilə  bağlı  hər  hansı  kiçicik  tədbiri  belə  qadağan  etsə  də 
gənclərin istəyinə qarĢı durmaq istəmədi. Ərköyünlüyümüzə xəfifcə gülüsmədi.  
Yenə “zor” gün seçmiĢdik. Heç kimi, heç nəyi vecimizə almırdıq. Niyə də alaydıq axı - Bəyimiz 
vardı  bizim!  Amerika  səfirliyi  ABġ-ın  milli  bayramını  qeyd  edən  günü  seçdik.  Həmin  gün 
Əbülfəz bəyi həm Amerika səfirliyi çağırdı, həm də biz - gənclər. O isə dəbdəbəli, möhtəĢəm 
Amerika səfirliyini, onun dəbdəbəli ziyafətini yox, çox sevdiyi NüĢabə xanım Sadıqovanın sadə 
süfrəsini və bizi - “pırıl-pırıl” gənclərini seçdi! Bu cür seçimi Azərbaycanda yalnız bir kiĢi edə 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə