ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   35   36   37   38   39   40   41   42   43

Elçibəy  ölümüylə  millətə  nicat  verəcək  ideyalarını  bəd  nəzərlərdən,  daĢa  basılmaq,  lağa 
qoyulmaq  təhlükəsindən  xilas  etdi.  Bundan  belə  bir  kimsə  Azərbaycanın  bütövlüyü,  Türk-
Turan  dünyasının  birliyi,  türk  islamı,  türk  kimliyi  kimi  məsələlərdən  riĢxəndlə  danıĢmağa 
cəsarət etməyəcək - Elçibəyin ruhu buna imkan verməyəcək. 
Əslində Elçibəy  çox  sevdiyi  Xızır peyğəmbər  kimi  qeyb  olmalıydı.  Ancaq qeyb  olmadı. Qeyd 
olmadı  ki,  adiliyini  qorusun,  millətin  sıra  nəfəri  olmağın  iftixarını  yaĢasın.  Qeyb  olmadı  ki, 
millət üçün qiblə olacaq məzarı qalsın. 
Zaman  axıb  gedir,  tarixin  səhifələri çevrilir, Ģəxsiyyətlər  əvəzlənir  -  bu,  təbiətin dəyiĢməyən 
hökmüdür. Ancaq Elçibəy öz məzarının daĢı-torpağıyla onu əvəz etmək istəyənlərdən qat-qat 
uca və əzəmətli görünməkdədir. 
Elçibəyin  ən  böyük  arzusu  parçalanmıĢ  Azərbaycanı  bütöv  görmək,  onun  paytaxtı  Təbrizi 
ziyarət etmək idi. O, bu böyük arzusuna yetmədi, onu gerçəkləĢdirməyi bizlərə miras qoyub 
getdi.  Ġndi  onun  ruhu  Səttar  xanın,  Xiyabaninin,  PiĢəvərinin  ruhuna  qovuĢaraq  sağlığında 
həsrət  qaldığı qoca  Təbrizin  daĢlı  küçələrini  yorur,  Eynalı dağının  ətəklərində,  Ərk  qalasının 
həndəvərində, Gülüstan bağında dolaĢır. 
Bizim nəslin ən böyük xoĢbəxtliyi o oldu ki, Elçibəylə eyni dövrdə yaĢadıq - insan sevgisinin, 
insan ülviyyətinin, insan qüdrətinin ən uca məqamını gördük. 
Bütün böyük insanlar özlərindən sonra gələcək nəsillərə irs qoyub gedirlər. Elçibəy isə bizlərə 
yol qoyub getdi - Azərbaycanı birliyə, bütövlüyə aparan möhtəĢəm bir yol. O, bu yolun səmt 
çırağını yandırdı, sərhədlərini göstərdi, xəritəsini cızdı. Bu yolla qələbəyədək yürüyəcək, “ya 
qazi, ya Ģəhid” olacaq bir nəsil yetiĢdirdi. 
Bir  zaman  gələcək  ki,  ikiyə  böyünmüĢ  Azərbaycan  qovuĢacaq,  bütövləĢəcək.  Və  Elçibəy 
birləĢmiĢ, bütünləĢmiĢ Azərbaycanın ən böyük qəhrəmanı olacaq! 
22-24 avqust 2000 
 
 
 
 
 
 
 
 


VASĠM MƏMMƏDƏLĠYEV.
 
ġərəflə yaĢanmıĢ ömür 
Əbülfəz Elçibəy XX əsr Azərbaycan milli azadlıq hərəkatının görkəmli simalarından biridir. Milli 
azadlıq  mücadiləmizdə  öz  dəsti-xətti  olan  Əbülfəz  Elçibəy  bu  çətin  mübarizə  yolunun  sadiq 
yolçusu  olmuĢ,  ömrünün  sonuna  qədər  bu  yolu  Ģərəflə  getmiĢdir.  Bu  yol  milli  azadlıq,  milli 
müstəqillik,  milli  birlik,  milli  bütövlük,  milli  ləyaqət  və  milli  sevgi  yoludur.  Bü  yol  ġeyx 
Məhəmməd  Xiyabaninin,  Səttar  xanın,  Bağır  xanın,  Məmmədəmin  Rəsulzadənin  və  digər 
millət  fədailərimizin  yoludur.  BaĢa  vurduğumuz  yüzilliyin  sonlarında  Əbülfəz  Elçibəy  milli 
azadlıq hərəkatımızın həm öndəri, həm də əsgəri kimi həmiĢə bu hərəkatın önündə olmuĢdur. 
Əbülfəz  Elçibəyə  çağdaĢ  dövrümüzdə  türkçülüyün,  azərbaycançılığın  carçısı  desək  heç  də 
yanılmarıq. 
Əbülfəz Elçibəy uzun ömür sürmədi. Çox təəssüf ki, əcəl bu qiymətli insanı bizdən tez ayırdı. 
Lakin nə etmək olar? Bu, bir təqdiri-ilahidir. Kimə ömür payından nə yazılıbsa, odur. Əbülfəz 
bəy nisbətən qısa ömür yaĢasa da ona Peyğəmbər ömrü, həzrəti-Əli ömrü qismət oldu. Bu isə 
hər adama nəsib olmur, daha doğrusu, çox az adama qismət olur. Elə bunun özü Elçibəyin 
ailəsi,  əzizləri,  dostları  və  onu  sevənlər  üçün  ən  böyük  təsəllidir.  Həm  də  xoĢbəxtlik  uzun 
ömür sürməklə deyil ki... 
Əbülfəz  bəyin  vaxtsız  ölümü  hamını,  bütün  xalqı  sarsıtdı.  Təbii  ki,  bu  sarsılanlardan  biri  də 
onun  köhnə  dostu  mən  idim.  Onun  ölüm  xəbərini  eĢidəndə  qeyri-ixtiyari  olaraq  gözlərim 
önündə  1959-cu  ildən  baĢlayan,  sonradan  yaxın  dostluğa  çevrilən  tanıĢlığımız,  qayğısız 
tələbəlik  illəri, “Novbahar”  restoranının  üstündə  Əbülfəz  bəyin  yaĢadığı  41-ci otaq  canlandı. 
Bu ölüm məni nə qədər sarsıtsa da avqust ayının 23-də - vida və dəfn mərasimi günü ona 
xalq  məhəbbətini  görüb  ürəyim  qürurla  doldu,  bir  anlığa  bütün  sarsıntım  yox  olub  getdi. 
Haradansa Mövlana Cəlaləddin Ruminin (ya da bəzilərinin dediyi kimi, Saib Tərizinin) farsca 
yazdığı aĢağıdakı beyti yadıma düĢdü: 
 
       Biz öldükdən sonra qəbrimizi torpaqda axtarma,
  
        Bizim məzarımız arif insanların sinələrindədir.
  
Əbülfəz  bəy  hər  Ģeydən  əvvəl  yüksək  insani  keyfiyyətlərə  malik  bir  adam  idi.  Onda  sözün 
yaxĢı mənasında dəliqanlılıq, haqqı müdafiə etmək, doğrunu yalana verməmək, heç kəsdən 
qorxub-çəkinməmək, sözünü hər yerdə demək keyfiyyətləri vardı. O, böyüklərə hörmət edər, 
ağsaqqala-ağbirçəyə ehtiram göstərər, onların qulluğunda durar, uĢaqlara nəvaziĢ göstərərdi. 
Dostluqda çox gözəl xüsusiyyətləri vardı. Dar gündə adama dayaq durardı, gecənin hər hansı 
vaxtı  dostu üçün  desən,  gedərdi.  Kasıb  olmasına  baxmayaraq  olduqca  əliaçıq,  səxavətli idi. 
QardaĢlarının  Ordubaddan  göndərdiyi  pulu  bir  dəqiqənin  içində  dostları  üçün  xərcləyib 
qurtarardı. Dəfələrlə Ģahidi olmuĢam ki, köynəyini vacib iĢi olan tələbə dostuna verib, özü isə 
dərsə getməyib.  
Əbülfəz bəy qayğıkeĢ, comərd, sözübütöv və əxlaqlı adam idi. Bütün bunlar gəliĢigözəl, xoĢ 
sözlər deyil. Əbülfəz bəylə dostluq edən, onunla yaxın təmasda bulunan kəslər bu sözlərin bir 
həqiqət olduğunu bilir. 


Adi həyatda çox sadə, mehriban, yolagəlimli olan, hamıya güzəĢtə getməyi bacaran Əbülfəz 
bəy  ideya,  məfkurə  məsələlərində  çox  prinsipial,  əqidəli  adam  idi.  O,  belə  məsələlərdə  heç 
kəsə, ən əzizlərinə belə  güzəĢtə getməz, öz mövqeyini tutarlı dəlillərlə axıra qədər müdafiə 
edərdi. O, sözün əsl mənasında ideya, məfkurə, əqidə adamı idi, sözü ilə əməli düz gəlirdi. 
Özünə  rəva  bilmədiyi  Ģeyi  baĢqasına  rəva  bilməzdi.  Əksinə,  öz  mənafeyini  həmiĢə 
baĢqalarının mənafeyindən aĢağı tutardı.  
Əbülfəz  bəy  heç  zaman  özünü  düĢünməmiĢ,  necə  deyərlər,  özünə  bir  gün  ağlamamıĢdır. 
Ətrafında  olan  bir  çoxları  onun  xeyrini  özündən  çox  görmüĢlər.  Vətən,  millət  sevgisi  onun 
üçün  hər  Ģey  idi.  O,  bu  yolda  hər  Ģeyindən  keçməyə  hazır  idi  və  keçmiĢdi  də.  Məhz  bu 
keyfiyyətlərinə görə xalq onu çox sevirdi.  
Əbülfəz  bəy  kin-küdurətsiz  adam  idi.  Özünə  edilən  pislikləri  tez  unudar,  imkanı  daxilində 
hamıya  yaxĢılıq  etməyə  çalıĢardı.  YaxĢı  günündə  də,  pis  günündə  də  onda  qisasçılıq, 
kimdənsə intiqam almaq meyli olmayıb. Buna görə də onun, demək olar ki, düĢməni yox idi. 
O, adi həyatda çox kövrək, insanlara qarĢı çox həssas bir adam idi. Həyati məsələlərdə çox 
sadəlövh  idi.  Adamı  üzündən  oxuyar,  onu  düĢdüyü  vəziyyətdən  qurtarmaq  üçün  əlindən 
gələni  edərdi.  YaĢlıların  söhbətlərini  maraqla  dinləyər,  onların  zəngin  təcrübəsindən 
faydalanmağa,  istifadə  etməyə  çalıĢardı.  Mən  onun  bu  xüsusiyyətini  rəhmətlik  atamla  olan 
ünsiyyətində  çox  müĢahidə  etmiĢəm.  O,  müəllimlərini  çox  sevər,  əzizləyər,  onlara  itaət 
dərəcəsində hörmət göstərərdi. 
Əbülfəz bəy görkəmli siyasi xadim olmaqla yanaĢı, həm də mahir müəllim və gözəl tədqiqatçı 
idi.  Biz  1964-cü  ildə  eyni  gündə  onunla  aspiranturaya  qəbul  imtahanı  verib  üç  il  BDU-nun 
aspiranturasında  təhsil  almıĢıq.  Onun  elmi  rəhbəri  böyük  alimimiz  akademik  Ziya  Bünyadov 
idi.  O  zaman  Azərbaycanda  sami  dillər  üzrə  yüksək  ixtisaslı  mütəxəssis olmadığı  üçün  mən 
Tbilisi  Dövlət  Universitetinə  ezam  edilmiĢdim.  Elmi  rəhbərim  məĢhur  gürcü  alimi,  dünya 
Ģöhrətli  ĢərqĢünas  akademik  Georgi  Tsereteli  idi.  Bəy  tarix  üzrə  ixtisaslaĢır,  mən  isə  ərəb 
filologiyası  üzrə  çalıĢırdım.  Aspiranturanı  bitirdikdən  sonra  hər  ikimiz  1968-ci  ildə  BDU-ya 
müəllim qəbul edildik. 
Əbülfəz bəy çox gözəl müəllim idi. O, mövcud proqramla kifayətlənməz, tələbələrə ġərq tarixi 
üzrə  geniĢ  məlumat  verməyə  səy  göstərərdi.  Onun  dərsləri  çox  maraqlı  keçərdi.  Tələbələr 
onun  dərslərinə  həvəslə  qulaq  asar, Əbülfəz  bəyin  məĢğələlərinin  dərsdən  çox diskussiyaya 
bənzədiyini  söyləyər,  bir  müəllim,  geniĢ  erudisiyaya  malik  bir  mütəxəssis  kimi  dərsləri  çox 
canlı  apardığını  xüsusi  qeyd  edərdilər.  Əbülfəz  bəyin  özü  standart  adam  olmadığı  kimi, 
dərsləri  də  standart  olmazdı.  O,  tələbələrə  ġərq  tarixi  ilə  yanaĢı,  Azərbaycan  tarixinin  də  o 
dövr üçün qaranlıq olan məqamlarını izah edər, hər Ģeydən əvvəl onlarda milli ruh oyatmağa, 
bu ruhu dirçəltməyə çalıĢardı. Təbii ki, onun bu fəaliyyəti ozamankı sovet rejimi baxımından 
dözülməz  hadisə  idi.  Buna  görə  də  o,  1975-ci  ildə  həbs  olunduqda  Universitet  müəllimləri 
sırasından  xaric  edildi  və  həbsdən  azad  edildikdən  sonra  ona  bir  daha  ali  məktəbdə  dərs 
demək imkanı verilmədi. 
Əbülfəz  bəyin  1969-cu  ildə  namizədlik  dissertasiyası  kimi  müdafiə  etdiyi  “Tulunilər  dövləti” 
araĢdırması çox sanballı və orijinal bir tədqiqat əsəridir. Türkiyədə nəfis kitab Ģəklində nəĢr 
edilmiĢ  bu  monoqrafiyada  ġərq  tarixçiliyi,  Azərbaycan  tarixĢünaslığı  baxımından  çox  dəyərli 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə