«Əczaçılıq botanikası 1» fənnindən



Yüklə 78,9 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix24.12.2023
ölçüsü78,9 Kb.
#159865
  1   2   3   4   5   6   7
MUHAZIRE 8 az 1 sem



«Əczaçılıq botanikası 1» fənnindən
 


Mövzu: 
Tozlanma. Mayalanma. Meyvə. Toxum. 
Bitkilərin qidalanması, böyüməsi
çoxalması və inkişafı. 


 
MÜHAZİRƏNİN
PLANI 

Tozlanma. 

Mayalanma. 

Meyvənin morfologiyası. 
Toxumun morfologiyası. 

«Meyvə» və «Toxum» 
xammallarının makroskopik və 
mikroskopik analizi

Bitkilərin qidalanması, 
böyüməsi, çoxalması və inkişafı


Yetişmiş tozcuğu erkəkcikdən dişiciyin ağzına düşməsinə 
tozlanma 
deyilir. Tozlanma əsasən iki cür olur: 
1. Öz-özünə tozlanma 
2. Çarpaz tozlanma 
Eyni çiçəkdəki tozcuğun həmin çiçəyin dişi-ciyinin ağızcığına 
düşməsinə 
öz-özünə tozlanma 
deyilir. 
Bir çox bitkilərdə tozcuq külək(anemofiliya), su ilə (hidrofiliya), 
yaxud həşaratlarla(entomofiliya), quşlarla(ornitofiliya) bir bitkidən 
başqasına aparılır. 
Tozcuğun bir çiçəyin erkəkciyindən digər çiçəkdəki dişiciyin ağzına 
düşməsinə 
çarpaz tozlanma
deyilir. Belə tozlanma daha da 
mütərəqqi hesab olunur. 
Tozlanma v
ə
mayalanma 


Ağızcıqda olan qabarcıqlar (albalıda) və ya tükcüklər (çovdarda), tozcuqları tutub 
saxlayır.Tozcuq ağızcığın ifraz etdiyi mayedə cücərir və tozcuq borucuğu əmələ 
gətirir. Borucuq böyüməkdə davam edir, sütuncuğun içərisinə doğru uzanır və 
yumurtalığa çatır.Tozcuq borucuğu yumurtalığa çatan zaman onun ucunda iki ədəd 
kiçik hüceyrə olur. Bunlara spermilər deyilir. Yumurtalıqda da (rüşeym kisəsində) 
mayalanmada içtirak edan iki hüceyrə vardır. Bunlardan biri (yumurta hüceyrəsi ) 
tozcuq girəcəyinin qarşısında, digər isə mərkəzdə yerləşir. Spermilərdən biri 
yumurta hüceyrəsinin nüvəsi ilə, digər isə mərkəzi hüceyrənin nüvəsi ilə qovuşur, 
beləliklə mayalanma baş verir. Bitkilərdə bu cür mayalanma ikiqat mayalanma 
adlanır. Bu proses, yəni iki spermidən birinin yumurta hüceyrəsilə, digərinin 
mərkəzi hüceyrə ilə mayalanması prosesi ilk dəfə 1898-ci ildə rus alimi 
S.Q.Navaşin tərəfindən müəyyən edilmişdir.
Mayalanmadan sonra çiçək solub, quruyub tökülür və mayalanmış yumurta 
hüceyrəsindən ziqot(rüşeym), mayalanmış mərkəzi hüceyrədən rüşeymin qidasını 
təşkil edən endosperm, yumurtalığın divarından isə meyvə əmələ gəlir.



Yüklə 78,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə