Əczaçılıq (ali)


) Göz damcılarının uzunmüddətli təsirini hansı köməkçi vasitələrin köməyilə təmin etmək olar?



Yüklə 1,33 Mb.
səhifə8/16
tarix17.09.2017
ölçüsü1,33 Mb.
#40
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

411) Göz damcılarının uzunmüddətli təsirini hansı köməkçi vasitələrin köməyilə təmin etmək olar?

A) Natrium- tiosulfat

B) Askorbin turşusu

C) Natrium- nitrat

D) Natrium- xlorid

E) Polivinil spirti


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
412) Xanımotu tinkturası hansı nisbətdə hazırlanır?

A) 1:10


B) 1:2

C) 1:15


D) 1:8

E) 1:20
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.


413) FiBS hansı mənbədən alınır?

A) Mineral mənşəli xammaldan

B) Liman palçığının qovulmasından

C) Dəniz suyunun qovulmasından

D) Heyvan mənşəli xammaldan

E) Dərman bitki xammalından


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 268
414) Gülümbahar (kalendula) çiçəklərindən tinktura hansı nisbətdə hazırlanır?

A) 1:4


B) 1:3

C) 1:20


D) 1:5

E) 1:10
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 213


415) Uzunmüddətli təsirə malik göz damcılarının alınması üçün hansı həlledicidən istifadə olunur?

A) Təmizlənmiş su

B) Zeytun yağı

C) Qlükoza məhlulu

D) Şaftalı yağı

E) Polietilenqlikol 400


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 242
416) Aerozolların hazırlanmasında hansı sıxılmış qazlardan istifadə olunur?

A) Karbon qazından (CO2)

B) Butandan

C) Propandan

D) Etilenxloriddən

E) Metilenxloriddən


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
417) ”Kameton” hansı dərman formasına aiddir?

A) Suppozitoriyalara

B) Yumşaq dərman formasına

C) Bərk dərman formasına

D) Maye dərman formasına

E) Aerozol dərman formasına


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
418) Rumalon preparatının hazırlanmasında hansı xammaldan istifadə olunur?

A) Cavan heyvanın qığırdağından və dalağından alınan ekstraktların qarışığından

B) Cavan heyvanların qığırdaqlarından alınan ekstraktlardan

C) Heyvan dalağının ekstraktından

D) Sümük iliyindən və cavan heyvanların qığırdağından alınan ekstraktların

E) Heyvan beyninin ekstraktından


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
419) Plazmol hansı mənbədən alınır?

A) Iribuynuzlu heyvanların sümük iliyindən

B) Donuz qanından

C) İnsan qanından

D) Qoyun qanından

E) Iribuynuzlu heyvanların dalağından


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
420) Aktovegin hansı mənşəli xammaldan alınır?

A) İribuynuzlu heyvanların dalağından

B) Zülallardan təmizlənmiş buzov qanının ekstraktından

C) İribuynuzlu heyvanların sümük iliyinin ekstraktından

D) Buzovların təmizlənməmiş qanından

E) Donuzların təmizlənmiş qanından


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
421) Yeni qalen preparatlarının tərkibinə nə daxildir?

A) Ballast maddələr

B) Bitki dərman xammallarından alınan təsiredici maddələrin məcmusu

C) Rəngləyici maddələr

D) Yüksəkmolekullu birləşmələr

E) Köməkçi maddələr


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М.,»Медицина»,1986
422) Spansullar necə dərman formasıdır?

A) Mikrodraje ilə doldurulmuş jelatin kapsuldur

B) Jelatin kapsula doldurulmuş qranullardır

C) İçərisinə müəyyən nisbətdə mikrodraje və örtüklü mikrodraje yerləşdirilmiş bərk jelatin kapsul olub, dərman maddəsinin uzunmüddətli təsirini təmin edir

D) Səthi lipofil maddə ilə örtülmüş və mikrodraje ilə doldurulmuş jelatin kapsuldur

E) İçərisi qranula və mikrodraje ilə doldurulmuş jelatin kapsuldur


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
423) Nanə tinkturası hansı nisbətdə hazırlanır?

A) 1:3


B) 1:10

C) 1:5


D) 1:20

E) 1:7,5
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.


424) Tinkturaların təmizlənməsi necə həyata keçirilir?

A) Dializ yolu ilə

B) Adsorbentlə işləməklə

C) Duzlaşdırma yolu ilə

D) Saxlama, sonra süzməklə

E) Spirtlə çökdürmə yolu ilə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
425) Quru ekstraktlarda nəmlik nə qədər olmalıdır?

A) 10%-dən artıq

B) 5%-dən artıq

C) 5%-ə qədər

D) 20-25%

E) 15%-ə qədər


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
426) Duru ekstraktların keyfiyyətini qiymətləndirərkən əsasən hansı göstəricilər yoxlanılır?

A) Ağır metalların olması

B) Ekstraktın quru qalığı

C) Bioloji fəal maddələrin olması

D) Ekstraktın sıxlığı

E) Ekstraktın tərkibində olan spirtin miqdarı


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
427) Tinkturalar hansı temperatur şəraitində saxlanılmalıdır?

A) 25°C-də

B) 15°C-də

C) 30°C-də

D) 8°C-də

E) 10°C-də


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
428) ”Kordigit” yeni qalen preparatının tərkibində hansı bioloji fəal maddələrin məcmusu vardır?

A) Furokumarinlərin

B) Ürək qlikozidlərinin

C) Flavonoidlərin

D) Tioqlikozidlərin

E) Alkaloidlərin


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
429) Lidaza preparatı hansı mənbədən alınır?

A) Qalxanabənzər vəzidən

B) Hipofiz vəzinin arxa payından

C) İribuynuzlu heyvanların toxumluqlarından

D) İribuynuzlu heyvanların dalağından

E) Mədəaltı vəzindən


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
430) Liposomları hazırlamaq üçün hansı materialdan istifadə olunur?

A) Xolesterindən

B) Yağ turşularından

C) Flavonoidlərdən

D) Zülallardan

E) Fosfolipidlərdən


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
431) Abomin preparatı hansı mənbədən alınır ?

A) İribuynuzlu heyvanın mədəaltı vəzindən

B) İribuynuzlu heyvanların qaraciyərindən

C) Südəmər quzu və buzovların mədəsinin selikli qişasından

D) İribuynuzlu heyvanların dalağından

E) Donuzların mədəsinin selikli qişasından


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
432) ”Okusert tipli” terapevtik sistemlər hansı orqanın xəstəliklərində istifadə olunur?

A) Göz xəstəliyində

B) Uroloji xəstəliklərdə

C) Neyrocərrahiyədə

D) Ginekoloji xəstəlikdə

E) Dəri-zöhrəvi xəstəliklərdə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
433) Pertussin şərbətinin hazırlanmasında hansı bitkinin maye ekstraktından istifadə olunur?

A) Gicitkən ekstraktından

B) Kəklikotu ekstraktından

C) Biyan ekstraktından

D) Pişikotu (valerian) ekstraktından

E) Gülxətmi ekstraktından


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
434) Hipofiz vəzinin ön payından hansı hormon preparatı alınır?

A) Tirotropin

B) İnyeksiya üçün testosteron

C) Tireoidin

D) Insulin

E) Tripsin


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
435) Mədəaltı vəzidən insulin preparatı almaq üçün xammaldan ilkin ekstraksiya hansı həlledici ilə aparılır?

A) Əvvəlcə 80-85% -li etil spirti ilə sonra isə turşulaşdırılmış 57% etil spirt (pH 2,8-3,0) məhlulu ilə

B) Sulfat turşusu məhlulu ilə

C) 95%-li etanolla

D) 70%-li etil spirti ilə

E) Su ilə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
436) Kükürd məlhəmi hansı məlhəm əsasında hazırlanır?

A) Emulsion məlhəm əsasında

B) Donuz piyində

C) Lanolində

D) Lanolin-vazelin qarışığında

E) Vazelində


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
437) Kofein natrium-benzoatın inyeksiya məhlulunun hazırlanmasında hansı stabilizatordan istifadə olunur?

A) 0,1M natrium-hidroksid məhlulundan

B) Natrium- tiosulfatdan

C) Natrium-hidrokarbonatdan

D) 0,1M xlorid turşusu məhlulundan

E) Natrium-sulfatdan


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
438) Qlükozanın inyeksiya məhlulunu sabitləşdirmək üçün onun hər bir litrinə nəqədər Veybel stabilizatoru götürmək lazımdır?

A) 5ml


B) 3ml

C) 50ml


D) 0.5ml

E) 30ml
Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986


439) Osmotik təzyiqləri qan plazmasının osmotik təzyiqinə bərabər olan məhlular necə adlanır?

A) İzodiametrik məhlullar

B) İzoionik məhlullar

C) İzoözlü məhlullar

D) İzotonik məhlullar

E) İzohidrik məhlullar


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
440) Sadə şəkər şərbətinin tərkibində səkərin miqdarı neçə faiz olmalıdır?

A) 75 -80%

B) 25 -35%

C) 60 – 64%

D) 50 -52%

E) 45 -55%


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
441) Biyan kökündən hansı preparat alınır?

A) Eskuzan

B) Tireoidin

C) Likviriton

D) Diosponin

E) Polisponin


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.

442) Qlükozanın inyeksiya məhlulunu sabitləşdirmək üçün hansı stabilizatordan istifadə olunur?

A) Veybel stabilizatorundan

B) Askorbin turşusundan

C) Natrium-sulfitdən

D) 0,1M HCL xlorid turşusu məhlulundan

E) 0,1M NaOH natrium-hidroksid məhlulundan


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
443) Pambıq, tənzif, kağız və s. kimi köməkçi materiallar hansı üsulla sterilizə olunur?

A) Sentrifuqa vasitəsilə

B) Ultrasəs üsulu ilə

C) Buxar üsulu ilə

D) Kimyəvi üsulla

E) Hava üsulu ilə


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.

444) Heksametilentetraaminin 40%-li inyeksiya məhlulu necə sterilizə olunur?

A) Tindalizasiya üsulu ilə

B) Kimyəvi üsulla

C) Fiziki üsulla

D) Sterilizə olunmur

E) Pasterizasiya üsulu ilə


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986
445) Emulsiyanın sabitliyinə hansı amil mənfi təsir göstərir?

A) Emulqatorun istifadə olunması

B) Özlülük

C) Otaq temperaturu

D) Hidrofil-lipofil balansı

E) Yüksək temperatur


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
446) Emulsiyanın növünü ( su/yağ və ya yağ/su) necə təyin etmək olar?

A) Su ilə qarışdırmaqla

B) Çalxalamaqla

C) Soyutmaqla

D) Qaranlıq yerdə saxlamaqla

E) Qızdırmaqla


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.

447) Qızılgül yağından ətirli su hansı nisbətdə hazırlanır?

A) 1:2000

B) 1:4000

C) 1:5000

D) Heç bir cavab düzgün deyil

E) 1:1000


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986
448) Şüyüd yağından hansı nisbətdə ətirli su hazırlanır?

A) 1:1000

B) 1:2000

C) 1:4000

D) Heç bir cavab düzgün deyil

E) 1:5000


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986
449) Allilçep hansı mənbədən alınır?

A) Sarımsaqdan

B) Soğandan

C) Yerkökündən

D) Almadan

E) Keşnişdən


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986
450) Allilsat hansı mənbədən alınır?

A) Sarımsaqdan

B) Almadan

C) Keşnişdən

D) Soğandan

E) Yerkökündən


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
451) Tabletlərin parçalanmasını təmin etmək üçün hansı köməkçi vasitələrdən istifadə olunur?

A) Bürüyücülərdən

B) Əlaqələndiricilərdən

C) Antifriksion maddələrdən

D) Heç bir köməkçi maddə istifadə olunmur

E) Yumşaldıcılardan


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
452) Kükürd suspenziyası hazırlamaq üçün hansı stabilizatordan istifadə etmək lazımdır?

A) Nişastadan

B) Jelatozadan

C) Metilsellülozanın 5%-li məhlulundan

D) Kalium sabunundan

E) Lanolindən


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
453) Suppozitoriyaları vərdənələmə üsulu ilə hazırlayan zaman kakao yağına xloralhidrat yeritdikdən sonra, suspenziya kütləsinin özlü olmasının, axmağa başlamasının qarşısını almaq, sıxlığı və plastikliyi bərpa etmək üçün suspenziya kütləsinə hansı maddəni əlavə etmək lazımdır?

A) Mum


B) Nişasta

C) Təmizlənmiş su

D) Dimeksid

E) Qliserin


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986
454) Hansı şam əsası polimorfizm xüsusiyyətinə malikdir?

A) Donuz piyi

B) Vitepsol

C) Polietilenoksidlər

D) Kakao yağı

E) Jelatin-qliserin əsası


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.
455) Yerli istifadə ücün yumşaq dərman vasitələri arasında istifadə olunan oleogellərin vacib komponenti hansıdır?

A) Vazelin yağı

B) Nişasta

C) Jelatin

D) Traqakant

E) Təmizlənmiş su


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
456) 80 ml 40%-li etil spirt məhlulu hazırlamaq üçün nə qədər 95%-li etil spirti və su götürmək lazımdır?

A) Spirt 80,0 ml – su 0,0 ml

B) Spirt 3,0 ml – su 50,0 ml

C) Spirt 33,7 ml – su 46,3 ml

D) Spirt 40,0 ml – su 40,0 ml

E) Spirt 31,0 ml – su 9,0 ml


Ədəbiyyat: Государственная Фармакопея Х издания
457) Naftalan məlhəmi hansı məlhəmlərə aid edilir?

A) Ərinti məlhəmlərə

B) Maye məlhəmlərə

C) Suspenzion məlhəmlərə

D) Emulsion məlhəmlərə

E) Ekstraksion məlhəmlərə


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
458) Yığıntıların tərkibinə efir yağları necə əlavə olunur?

A) Sadə yolla qarışdırmaqla

B) 1:20 nisbətində sulu məhlul şəklində

C) Asetonlu məhlul şəklində

D) Yığıntının üzərinə çiləməklə

E) 1:10nisbətində olan spirtli məhlul şəklində


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
459) Lyapis tibbi karandaşın tərkibində hansı təsiredici maddə var?

A) Kalium-bromid

B) Zəy

C) Alüminium-sulfat



D) Sulfat turşusu

E) Gümüş-nitrat


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
460) Xaricə istifadə olunan Lyuqol məhlulunda yodun konsentrasiyası nə qədərdir?

A) 7%


B) 5%

C) 3%


D) 1%

E) 6%
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.



461) Yenidoğulmuş uşaqlar üçün daxilə qəbul edilən 1%-li askorbin turşusu məhlulunun sterilizasiyası necə aparılmalıdır?

A) 1200C temperaturda, 8 dəqiqə müddətində

B) 1200C temperaturda, 12 dəqiqə müddətində

C) 1000C temperaturda, 30 dəqiqə müddətində

D) 1000C temperaturda, 15 dəqiqə müddətində

E) Sterilizə edilmədən hazırlanır


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
462) İnfeksion söbədən daxil olan qabların dezinfeksiya olunması üçün əczaçının hazırladığı hidrogen-peroksid məhlulunun saxlanma müddəti nə qədərdir?

A) 7 gün


B) 15 gün

C) 2 aya qədər

D) 30 gün

E) 14gün


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
463) Askorbin turşusunun inyeksiya məhlulunun hazirlanmasında hansı həlledici istifadə olunur?

A) Şaftalı yağı

B) 90%-li etil spirti

C) 20%-li etil spirti

D) Ammonyak məhlulu

E) Karbon qazı ilə doydurulmuş su


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
464) Vişnevski məlhəminin tərkibinə hansı təsiredici maddə daxildir?

A) Kseroform

B) Natrium-bromid

C) Sulfadimezin

D) Penisillin

E) Levomisetin


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
465) Suspenzion məlhəmlərə hansı məlhəmlər aiddir?

A) Sink-oksid məlhəmi

B) Novokain məlhəmi

C) Mentol məlhəmi

D) Kalium-bromid məlhəmi

E) Kafur (kamfora) məlhəmi


Ədəbiyyat: И.А.Муравьева. Технология лекарственных средств. М., Медицина, 1980.
466) Dərman bitki xammallarını hansı optimal şəraitdə saxlamaq lazımdır?

A) Temperatur şəraiti 28 -30° C və havanın nəmliyi 50 – 60%

B) Temperatur şəraiti 30 -38° C və havanın nəmliyi 50 – 55%

C) Temperatur şəraiti 38 -40° C və havanın nəmliyi 60 – 70%

D) Temperatur şəraiti 35 -45° C və havanın nəmliyi 45 – 50%

E) Temperatur şəraiti 18 -20° C və havanın nəmliyi 30 – 40%


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.
467) Yığıntıların istehsalında bu mərhələlərdən hansı olmur?

A) Ələnmə

B) Ekstraksiya

C) Markalanma

D) Qarışdırma

E) Dozalanma


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.

468) Yığıntıların istehsalı zamanı xırdalanmadan sonra hansı texnoloji mərhələ gəlir?

A) Dozalanma

B) Markalanma

C) Ekstraksiya

D) Ələnmə

E) Qarışdırma


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.

469) Dikainlə hazırlanmış göz damcısı məhlulunu izotonik qatılığa çatdırmaq üçün hansı maddədən istifadə etmək vacibdir?

A) Metilsellüloza

B) Natrium- nitrat

C) Natrium- sulfat

D) Bor turşusu

E) Natrium -xlorid


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.
470) Bunlardan hansılar konservantlara aiddir?

A) Natrium- bromid

B) Glükoza

C) Natrium -xlorid

D) Nipagin, nipazol

E) Talk
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.


471) Tripsinlə hazırlanmış göz damcılarının sterilliyi hansı üsulla təmin olunur?

A) Ultrabənövşəyi süalanma ilə sterilizasiya

B) Təzyiq altında doymuş buxarla sterilizasiya

C) Axan buxarla sterilizasiya ilə

D) Termiki sterilizasiyasız, aseptik şəraitdə hazırlanmaqla

E) Şüa sterilizasiyası ilə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
472) Nanə, şüyüd və qızılgüldən ətirli sular hazırlamaq üçün dispersləşdirici vasitə kimi hansı maddədən istifadə olunur?

A) Talk


B) Natrium-sulfat

C) Natrium-hidrokarbonat

D) Natrium-xlorid

E) Maqnezium-sulfat


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
473) Tozları hazırlamaq üçün hansı dərman maddəsini köməkçi maye ilə xırdalamaq vacibdir?

A) Magnezium oksid, salisil turşusu, benzoy turşusu, kalsium karbonat

B) Qlükoza, natrium hidrokarbonat, dibazol

C) Dermatol, talk, ağ gil

D) Salisil turşusu, natrium-tetraborat, streptosid

E) Natrium xlorid, sink oksid , kseroform


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
474) Sink-sulfat 0,025, dimedrol 0,03, su 10ml-ə qədər olan tərkib üzrə göz damcılarının izotonikləsdirilməsi üçün istifadə oluna bilən vasitələr hansıdır?

A) Kalium xlorid

B) Natrium bromid

C) Bor turşusu

D) A vitamini

E) E vitamini


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.

475) Hidrofil şam əsası hansıdır?

A) Vaselin

B) Lanol

C) Kakao yağı

D) Bərk piylər

E) Polietilenoksid


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
476) Hansı məlhəm əsası aydın ifadə olunmuş osmotik xüsusiyyətlərə malikdir?

A) Polietilenoksid gel

B) Vazelin

C) Silikonlu gel

D) Kakao yağı

E) Vazelin-lanolin (9:1)


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М., Медицина, 1986

Ümumi əczaçılıq kimyası.

477) Əczaçılıq kimyası fənninin əsas istiqamətləri hansılardır?

A) Dərman maddələrinin alınması, analizi

B) Dərman maddələrinin analizi, standartlaşdırılması

C) Dərman maddələrinin analizi

D) Dərman maddələrinin alınması, analizi, standartlaşdırılması

E) Dərman maddələrinin alınması, standartlaşdırılması


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə